Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6316/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, **********176306 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÕEN almışdır. "xxxx" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Yoxlanılan dövrdə "xxxx" MMC faktiki olaraq piyadalar üçün yolların tikintisi ilə məşğul olmuşdur. "xxxx" MMC-də 2004-cü ildən hal-hazırkı vaxta kimi MMC-ın sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu mubasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması dekabr 2019- noyabr 2022-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədlərı, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2023-cü il tarixdə o **********166541 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2023-cü il tarixli №**********176306 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 375629,85 AZN (üç yüz yetmiş beş min altı yüz iyirmi doqquz manat, 85 q.) mənfəət vergisi və 2020-2022-ci illər üçün 97296.97 AZN (doxsan yeddi min iki yüz doxsan altı manat, 97 q.) əlavə dəyər vergisi, 2021-2022- ci illərə 2340 AZN (iki min üz yüz qırx manat, 00 q) ödəmə mənbəyində tutulan vergi, 2022-ci il üçün 1092.23 AZN (min doxsan iki manat, 23 q) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 476 359.51 AZN (dörd yüz yetmiş altı min üç yüz əlli doqquz manat, 51 q.) və bütün bunlara müvafiq 238 179.77 AZN (iki yüz otuz səkkiz min yüz yetmiş doqquz manat, 77 q.) maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "xxxx" MMC-də dekabr 2019- noyabr 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli **********166541 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 7 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən güya vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına və digər əlqəali məlumatlara əsasən vergidən yayınma riskləri müəyyən edilmişdir.Bu məlumatlardan isə bizim xəbərimiz yoxdur, mövcudluğundan məlumatsızıq. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, "İnzibati icraat haqqında" Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı səyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan vergi məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdır. Bundan başqa qeyd etmək zəruridir kı, müələrssisə gördüyü ışlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. X3 Baş İdarəsınin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Vergi orqanının ehtimallarına görə alınmış malların bir qisminin tikintiyə istifadə edilmədiyi qeyd edilmişdir. Əgər həmin materiallar tikintiyə istifadə edilməmişdirsə, digər şəxslərə təqdim edilmişdirsə o zaman həmin malların dəyəri müəssisənin hesabına niyə ödənilməmişdir? Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Qeyd edilənlər yoxlamanın nəticələrinin əsassız olmasını təsdiq edən hallardır. Hesablamaların əsasını vergi orqanı tərəfindən dəvət edilmiş "Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi tərəfindən süni surətdə müəssisənin forma-2 lər də yerinə yetirilmiş iş və xidmətlərin mal-materialın həcmi ilə cəmiyyət tərəfindən mənfəət vergisinin gəlirləri ilə bağlı silinən mal-materialın həcmi arasında fərqlər çıxarılmışdır. Rəydə mütəxəssis tərəfindən bir cümlə ilə göstərilmişdir ki, bütün mallar üzrə material xərcini müəyyən etmək mümkün olmamışdır. Vergi orqanı bunu əsas götürərək mənfəət vergisini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişiklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürərək hesablamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mütəxəssis rəyi özü də, kobud pozuntularla tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun gəlmir. Göründüyü kimi müəssisə tərəfindən ilkin mühasibat sənədlərinin tam surətdə təqdim edilməsinə baxmayaraq vergi orqanı tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67 maddəsinə istinad edilmədən, yəni müəssisənin əlaqəli məlumatlar vasitəsi ilə mənfəətinin hesablanması yolu ilə deyil bir başa həmin məcəllənin 83.9 maddəsinə istinad edilməklə 20% rentabellik əsasında hesablamalar aparılmışdır. Əslində isə bu günün reallıqları ilə bu qaydada rentabelliklə işləyən heç bir vergi ödəyicisi mövcud deyildir, bu cür mənfəətin əldə edilməsi reallıqdan çox uzaqdır. Bu hissədə əlaqəli məlumatlar və mütəxəssis cəlbetmə yolu ilə real mənfəətin müəyyən edilməsi sadə bir yol olmasına baxmayaraq vergi orqanı qərəzli olaraq müəssisəyə şişirdilmiş mənfəət vergisi çıxarmışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq İdarəyə xx.xx.2023-cü il tarixli **********523900 nömrəli məktubla müraciət olunmuş və cavab məktubunda analoji müəssisə olaraq "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÕEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Müəssisə Bakı şəhərində piyada səkilərinin quraşdırılması və körpü tunellərinin kənarı üçün nəzərdə tutulan məhəccərlərin quraşdırılması fəaliyyəti ilə məşğul olduğundan digər analoji müəssisələrin tapılması mümkün olmamışdır. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyı mal, iş və xidmətlərin dəyərinin, ışçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Bu da əlbətdə ki, səyyar vergi yoxlamasının qərəzli aparılmasına dəlalət edir. ƏDV hissəsində isə vergi orqanı tərəfindən müəssisənin mallarının invertallaşması aparılmadığından, eynı zamanda ƏDV-nin böyük əksəriyyətinin dövlət büdcəsinə ödənilməsi, qarşılığında isə həmin mallarınn əksəriyyətinin müəssisənin forma №2 sənədlərinə uyğun olaraq işlədilməsinin uyğunluğu, kəmiyyət və keyfiyyət göstəriciləri, ƏDV-nin eyni işə görə iki dəfə artıq tutulması yoxlamada nəzərə alınmamışdır. Ödəmə mənbəyindən və muzdlu işə görə ödəmə mənbəyindən vergilər hesablanarkən də, qanunvericiliyə uyğun olmayan vergilər tətbiq edilmişdir. Halbuki müəssisənin özünün verdiyı hesabatlar üzrə işçi sayı və əmək tutumu müəssisənın yerinə yetirdıyı işlərə tam uyğunluq təşkil edir. Vergi orqanı sırf "Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssis rəyinin mötəbərliyini qabardaraq ön plan çıxarmış, bütün hesablamaları rəyə istinad etmişdır. Eyni zamanda “İnzibati İcraat haqqında" Qanunun 41.4-cü maddəsinə 29 noyabr 2019-cu il tarixli dəyişikliyə əsasən Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Bu zamann həmin özəl ekspertlər belə müvafiq Ədliyyə Nazirliyi tərəfindən verilmiş sertifikat şəhadətnamə əsasında fəaliyyət göstərə bilər. Bundan başqa səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün istifadə edilən mütəxəssis rəyində qeyd edildiyi kimi müəssisənin dövriyyəsi ehtimal əsasında hesablanmışdır. Belə ki, müəssisə tərəfindən reallıqda işlərin görülməsi və xidmətlərin göstərilməsi, bunlara müvafiq olaraq dövlət büdcəsinə etdiyi külli miqdarda ödənişlər əsassız olaraq nəzərə alınmamışdır. Mütəxəssis tərəfindən eyni zamanda müəssisənin çəkdiyi xərclərin obyektiv aparılmamışdır ki, bu da sonda səyyar vergi yoxlama aktında yazılmış böyük məbləğdə mənfəət vergisinin hesablanmasına gətirib çıxarmışdır. ƏDV hissəsində də müəssisə tərəfindən büdcəyə ödənilmiş ƏDV əvəzləşdirilməmiş ƏDV kimi qəbul edilərək yanlış hesablamalar aparılmışdır. Əlbətdə ki, düzgün və qanuni mühasibatlıq ekspertizası həyata keçırılərsə və müəssisənin xərclərinin uçotu qanuna uyğun və ciddi hesabat blankları əsasında aparılarsa səyyar vergi yoxlamasının nəticələri düzgün olmaması öz əksini tapa bilər. Halbuki, səyyar vergi yoxlaması aktında da, göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin vergi orqanı tərəfindən qeyd edilən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq cəlb edilmiş mütəxəssis tərəfindən ehtimal ilə müəyyən edilmiş istehsal həcmindən və dövriyyədən vergilər hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergı yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Vergi Məcəlləsinin 3.2-cı maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz, 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərı və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Eyni zamanda, səyyar vergi yoxlaması aktı və vergi ödəyicisinin məsuliyyətə cəlb edilmə barədə qərarı məlumatından müəssisənin fəaliyəti 2022-ci ildən dayandırıldığından hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsı tərəfindən çağırıldıqdan sonra xəbəri olmuşdur. Buna görə də Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38- ci maddəsinin tələblərinə görə iddia müdddəti ötürülməmişdir. Bundan başqa İnzibati icraat haqqında qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə tərəfindən ləğv oluna bilər. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Mıcıllı ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 224.760,89 manat vergilərin (mənfəət vergisi üzrə 375.629,85 manat az, 59.209,66 manat artıq, əlavə dəyər vergisi üzrə 97.296,97 manat az, 192.087,26 manat artıq, əmlak vergisi üzrə 194,27 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 2.340,00 manat az, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə 1.092,69 manat az, 107,63 manat artıq hesablama) dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-civə 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər, forma-2-lər və “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxissisi tərəfindən təqdim edilmiş rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Mənfəət vergisinin məqsədləri üçün gəlirin əldə edilmə vaxtı vergi ödəyicinin tətbiq etdiyi gəlirlərin və xərclərin uçotu metodundan asılı olaraq müəyyən edildiyindən 2019-cu, 2020ci və 2021-ci illər mənfəət vergisi üzrə bəyannamələrdə gəlirlər həmin illər üzrə təqdim edilmiş e-qaimələr üzrə malların (işlərinin, xidmətlərin) təqdim edilməsi dəyəri götürülmüşdür. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək 2019-2020-2021-ci illər üzrə mənfəət vergisinin gəlirləri ilə bağlı xərclərin dürüstləşdirilməsi araşdırılmışdır. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 2019cu, 2020-ci və 2021-ci illər üzrə yerinə yetirilmiş iş və xidmətlərə (forma-2 lər də) çəkilən mal- materialın həcmi ilə cəmiyyət tərəfindən 2019-cu, 2020-ci və 2021-ci illər mənfəət vergisinin gəlirləri ilə bağlı silinən mal-materialın həcmi arasında fərqlər mövcuddur. Belə ki, bu barədə aktın ƏDV hissəsində qeyd edildiyi kimi mütəxəssis rəyin nəticələrinə əsasən qranit bardür 6863,75 p/m dəyəri 456 439,33 manat, asfalt 164,67m3 dəyəri 21 587,01 manat, keramik plitə 1271,17 m2 dəyəri 59 605,00 manat olmaqla mal-materalların cəmi 537 631,34 manat dəyərində (456 439,3 + 21 587.01 + 59 605,0) əsgikgəlməsi müəyyən edilmişdir. Lakin mütəxəssis tərəfindən forma-2 lərdə qeyd olunan bütün mallar üzrə material xərcini müəyyən etmək olmamışdır. Göstərilənlərə əsasən müəssisə tərəfindən üçotun düzgün aparılmadığı, eləcə də mütəxəssis tərəfindən forma-2-lər üzrə material xərcini tam müəyyən etmək mümkün olmadığı üçün xərcləri müəyyən etmək mümkün olmamış və yoxlama ilə əhatə olunan dövr üzrə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmadığı üçün həmin illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Qeyd olunmalıdır ki, "xxxx" MMC tərəfindən faktiki olaraq fəaliyyəti üzrə ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq idarəyə xx.xx.2023-ci il tarixli **********523900 nömrəli məktubla müraciət olunmuş və cavab məktubunda analoji müəssisə olaraq "xxxx" MMC(VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Müəssisə Bakı şəhərində piyada səkilərinin quraşdırılması və körpü və tunellərinin kənarı üçün nəzərdə tutulan məhəccərlərin quraşdırılması fəaliyyəti ilə məşğul olduğundan digər anoloji müəssiələrin tapılması mümkün olmamışdır. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. 2019-cu il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2019-cu il üzrə təqdim edilmişi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyə 11 363 432,03 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 11 347 675,91 manat olmaqla vergiyə cəlb olunan mənfəət 15 756,12 (11 363 432,03 -11 347 675,91) manat, vergi məbləği 3 151,22 (15 756,12 *20%) manat olmaqla bəyan edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərə e-qaimələrə, forma-2 lərə əsasən mənfəəət dövriyyəsi 2019-cu ildə 11 363 432,03 manat müəyyən edilmişdir. Beləki, 2019-cu ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə malların (işlərinin, xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. G1 M1 = XR; 100+R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 11 363 432,03 M1 = x 20 = 1 893 905,34 100+20 Yoxlama ilə 2019-cui il üzrə 378 781,07 (1 893 905,34*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 3 151,22 manat vergi məbləği nəzərə alınmaqla 375 629,85 (378 781,07-3 151,22) manat verginin azaldıldığı müəyyən edilmişdir. 2020-ci il üzrə: 2020-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi dövriyyə 1 899 278,90 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 1 327 011,89 manat olmaqla vergiyə cəlb olunan mənfəət 572 267,01 (1 899 278,90 -1 327 011,89) manat, vergi məbləği 114 453,40 (572 267,01 *20%) manat olmaqla bəyan edilmişdir. Yoxlama ilə əldə edilmiş sənədlərə əsasən mənfəəət dövriyyəsi 2020-ci ildə 1 899 278,90 manat müəyyən edilmişdir. Beləki, 2020-ci ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə görülmüş işlərinin(xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. G1 M1 = XR; 100+R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 1 899 278,90 M1 = x 20 = 316546,48 100+20 Yoxlama ilə 2020-ci il üzrə 63 309,30 (316 546,48*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 114 453,40 manat vergi məbləği nəzərə alınmaqla 51144,1 (63 309,30 -114 453,40) manat verginin artıq hesablanması müəyyən edilmişdir. 2021-ci il üzrə: Yoxlama ilə 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi kameral münasibət bildirilməklə ümumi dövriyyə 688 593,28 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 533 499,91 manat olmaqla vergiyə cəlb olunan mənfəət 155 093,37 (688 593,28 - 533 499,91) manat, vergi məbləği 31 018,67 (155 093,37 *20%) manat olmaqla bəyan edilmişdir. Yoxlama ilə əldə edilmiş sənədlərə əsasən mənfəət dövriyyəsi 2021-ci ildə 688 593,28 manat müəyyən edilmişdir. Belə ki, 2021-ci ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə görülmüş işlərinin(xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. G1 M1 = x R; 100+R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 688 593,28 M1 = x 20 = 114765,55 100+20 Yoxlama ilə 2021-ci il üzrə 22 953,11 (114765,55*20%) manat vergi hesablanmış və təqdim edilən bəyannamə üzrə hesablanmış 31 018,67 manat vergi məbləği nəzərə alınmaqla 8 065,56 (22 953,11-31 018,67) manat verginin artıq hesablanması müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı sənədlərlə müəyyən edilmişdir ki, müəssisə satış dövriyyəsini təqdim etdiyi sənədlərdə düzgün əks etdirməmişdir. Belə ki, yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilən forma-2 lərdə 01.01,2019-cu il tarixdən 30.11,2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcmini müəyyən etmək üçün dəvət edilmiş mütəxəssis tərəfindən rəy təqdim edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən qranit bardur 14 093,0 p/m dəyəri 1 014710,0 manat, asfalt 1 921,75 m3 dəyəri 251 922,51 manat, keramik plitə 9 449,27 m2 dəyəri 463 500,58 manat dəyərində olmaqla malmateralların aldığı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən qranit bardur 7 229,25 p/m , asfalt 1 757,08 m3, keramik plitə 8 178,10 m2 dəyərində olmaqla mal-materalların aldığı müəyyən edilmişdir. Rəyin nəticələrinə əsasən qranit bardür 6 863,75 p/m dəyəri 456 439,33 manat, asfalt 164,67m3 dəyəri 21 587,01 manat, keramik plitə 1271,17 m2 dəyəri 59 605,00 manat olmaqla mal-materalların cəmi 537 631,34 manat dəyərində (456 439,3 +21 587,01 +59 605,0) əsgikgəlməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş mal qalığı ilə bağlı sənədlərə eləcə də mənfəət vergisinin əlavəsinə əsasən yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. ” Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********166540 nömrəli Tələbnamə xx.xx.2022-ci il tarixli **********394900 nömrəli məktubla vergi ödəyicisinə təqdim edilmişdir. Tələbnamə əsasında tələb edilmiş sənədlər cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 42.1-ci maddəsinə müvafiq olaraq göstərilmiş müddət ərzində yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan əlavə, Baş idarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********403600 nömrəli və xx.xx.2023-cü il tarixli **********549700 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında və yoxlamaya təqdim edilmiş sənədlərdə vergi qanunvericiliyin pozulması hallan olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168206 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər əsasında Vergi Məcəlləsinin 43.8-ci maddəsinə uyğun “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi "Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli məsuliyyət qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır” dəlili aşağıda göstərilən səbəblərə görə əsassız hesab edilir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166478 nömrəli qərara əsasən keçirilən səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt vergi ödəyicisinə göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmaması barədə etiraz (izahat) və sübutlar vergi orqanına təqdim edilməmişdir. Bu barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176615 nömrəli qərarın “vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər digər sənədlər” hissəsində müvafiq qeyd edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. Bundan əlavə, iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın əsaslandırılmaması barədə dəlilinə münasibətdə isə aşağıdakılar bildirilir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərarın əsaslandırıcı hissəsindən göründüyü kimi səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış məlumatlar qeyd olunmaqla qərar tam əsaslandırılmışdır. Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilən qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********176306 saylı qərarının qismən mənfəət və ƏDV hissəsində ləğv edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022 tarixli **********166478 saylı qərarına əsasən “Çinar-R" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vöen **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Vergi orqanında mövcud olan uçot-baza və digər əlaqəli məlumatlara əsasən müəyyən edilən digər vergidən yayınma riskləri; risk(lər)in təsviri - Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir 11 363 432.03 manat, gəlirin əldə edilməsi ilə bağlı xammal-material sərfiyyatı 6 225 432.86 manat olduğu halda, həmin bəyannamənin 1 nömrəli əlavəsində 8 555 851.11 manat dəyərində xammal-materialın silindiyi müəyyən edilmişdir.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama mənfəət vergisi 2019-2021-ci il, əlavə dəyər vergisi dekabr 2019-noyabr 2022-ci illəri əhatə etmişdir. Yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879531 nömrəli çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023 tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2023-cü il tarixli **********166541 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********176306 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən mənfəət vergisi üzrə 375.629,85 manat az, 59.209,66 manat artıq, əlavə dəyər vergisi üzrə 97.296,97 manat az, 192.087,26 manat artıq, əmlak vergisi üzrə 194,27 manat artıq, ödəmə mənbəyindən tutulan vergi üzrə 2.340,00 manat az, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə 1.092,69 manat az, 107,63 manat artıq hesablama aparılmışdır. Adıçəkilən qərara əsasən iddiaçıya (hazırkı iddia üzrə qərarın mübahisələndirilən hissəsində) mənfəət vergisi üzrə 2019-cu il üzrə azaldılmış 375 629,85, əlavə hesablanmış 375 629,85 manat, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 187814.93 manat, 2020-ci il üzrə artıq hesablanmış 51 144,10 manat, 2021-ci il üzrə artıq hesablanmış 8065 56 manat, Əlavə dəyər vergisi üzrə 2019-cu il üzrə artıq hesablanmış 16617.88 manat, 2020-ci il üzrə azaldılmış 523.33 manat, artıq hesablanmış 171323.59, artıq hesablanmış 170800.26, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 261.67 manat, 2021-ci il üzrə artıq hesablanmış 4145.79 manat, 2022-ci il üzrə azaldılmış 96773.64, əlavə hesablanmış 96773.64, VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası 48386.82 manat tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli **********176306 nömrəli qərarını mənfəət vergisi və ƏDV hissəsində ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. ... -27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. -27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. - 27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. ... -28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. -28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. -28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir Cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarı həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Sözügedən qərar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, elektron üsulla iddiaçıya çatdırılmış qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır. Vergi orqanının mübahisələndirilən qərarının kağız daşıyıcıda tərtib edilmiş formasının iddiaçıya çatdırılması ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı bununla bağlı sübutlar təqdim etməmiş, qərarın elektron üsulla çatdırılmasına istinad edərək, bu barədə ümumiyyətlə mübahisə açmamışdır. Beləliklə də, iş materiallarına əsasən, vergi orqanının mübahisələndirilən qərarının iddiaçıya təqdim edilməsi sübuta yetirilmədiyindən iddiaçı iddia müddətini ötürməmiş hesab edilr. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsaslıdır. İş ürə müəyyən olunur ki, yoxlama dövründə "xxxx" MMC faktiki olaraq Bakı şəhərində piyada səkilərinin quraşdırılması və körpü və tunellərinin kənarı üçün nəzərdə tutulan məhəccərlərin quraşdırılmasın fəaliyyəti ilə məşğul olmuşdur. İş üzə müəyyən olunur ki, vergi orqanının araşdırmasına əsasən müəssisənin 2019cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyəsi 11 363 432.03 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 11 347 675.91 manat olmaqla vergiyə cəlb oltnan mənfəət 15 756.12 (11 363 432.03 -11 347 675.91) manat, vergi məbləği 3 151.22 (15 756.12 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə e-qaimələrə, forma-2-lərə əsasən mənfəəət dövriyyəsi 2019-cu ildə 11 363 432.03 manat müəyyən edilmişdir. Beləki, 2019cu ilin müvafiq dövrlərində müəyyən edilmiş dövriyyə malların (işlərinin, xidmətlərin) təqdim edilməsindən yaranmışdır. Müəssisənin 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyəsi 1 899 278.90 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 1 327 011.89 manat olmaqla vergiyə cəlb olınan mənfəət 572 267.01 (1 899 278.90-1 327 011.89) manat, vergi məbləği 114 453.40 (572 267.01 *20%) manat olmaqla bəyan edilmişdir. Yoxlama ilə əldə edilmiş sənədlərə əsasən mənfəəət dövriyyəsi 2020-ci ildə 1 899 278.90 manat müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə 63 309.30 (316 546.48*20%) manat vergi hesablanmış, müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 114 453.40 manat vergi məbləği nəzərə alınmaqla 51144.1 (63 309.30-114 453.40) manat verginin artıq hesablanması müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 114 453.40 manat vergi məbləği nəzərə alınmaqla 51144.1 (63 309.30-114 453.40) manat verginin artıq hesablanması müəyyən edilmişdir. Müəssisənin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət bildirilməklə ümumi dövriyyə 688 593.28 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 533 499.91 manat olmaqla vergiyə cəlb olınan mənfəət 155 093.37 (688 593.28 - 533 499.91) manat, vergi məbləği 31 018.67 (155 093.37 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 31 018.67 manat vergi məbləği nəzərə alınmaqla 8065.56 (229xx.xx-31018.67) manat verginin artıq hesablanması müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN **********) mütəxissisi tərəfindən təqdim edilmiş rəy əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək 2019-2020-2021-ci illər üzrə mənfəət vergisinin gəlirləri ilə bağlı xərclərin dürüstləşdirilməsi araşdırılmışdır. Mütəxəssis rəyinə əsasən vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, 2019-2020- 2021-ci illər üzrə yerinə yetirilmiş iş və xidmətlərə(forma- 2 lər də) çəkiləri mal-materialın həcmi ilə cəmiyyət tərəfindən 2019-2020-2021-ci illər mənfəət vergisinin gəlirləri ilə bağlı silinən mal-materialın həcmi arasında fərqlər mövcuddur. Belə ki, bu barədə Aktın ƏDV hissəsində qeyd edildiyi kimi mütəxəssis rəyin nəticələrinə əsasən qranit bardür 6863.75 p/m dəyəri 456439.33 manat, asfalt 164.67m3 dəyəri 21587.01 manat, keramik plitə 1271.17 m2 dəyəri 59605.00 manat olmaqla mal-materalların cəmi 537631.34 manat dəyərində (456439.3 +21587.01 +59605.0 ) əsgikgəlməsi müəyyən edilmiş, lakin mütəxəssis tərəfindən forma-2 lərdə qeyd olman bütün mallar üzrə material xərcini müəyyən etmək olmamışdır. Beləliklə, müəssisə tərəfindən uçotın düzgün aparılmadığı, eləcə də mütəxəssis tərəfindən forma-2-lər üzrə material xərcini tam müəyyən etmək və yoxlama ilə əhatə olunan dövr üzrə 2019, 2020 və 2021-ci edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmadığı üçün yoxlama ilə əhatə olunan dövr üzrə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmadığı üçün həmin illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Həmçinin müəyyən olunur ki, iddaiçının ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri təqdim edilmişdir. Yoxlama ilə əlaqədar vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, müəssisə satış dövriyyəsini təqdim etdiyi sənədlərdə düzgün əks etdirməmişdir. İddiaçı tərəfindən təqdim edilən forma-2 lərdə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcmini müəyyən etmək üçün üçün dəvət edilmiş mütəxəssis tərəfindən rəy təqdim edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən qranit bardur 14093.0 p/m dəyəri 1 014710.0 manat, asfalt 1921.75 m3 dəyəri 251922.51 manat, keramik plitə 9449.27 m2 dəyəri 463 500.58 manat dəyərində olmaqla mal-materalların aldığı müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən qranit bardur 7229.25 p/m, 1757.08 m3, keramik plitə 8178.10 m2 dəyərində olmaqla mal-materalların aldığı müəyyən edilmişdir. Rəyin nəticələrinə əsasən qranit bardür 6863.75 p/m dəyəri 456439.33 manat, asfalt 164.67m3 dəyəri 21587.01 manat, keramik plitə 1271.17 m2 dəyəri 59605.00 manat olmaqla mal-materalların cəmi 537631.34 manat dəyərində (456439.3 +21587.01 +59605.0 ) əsgikgəlməsi müəyyən edilmişdir.(Rəy və cədvəl akta əlavə edilir). Müəssisə tərəfindən təqdim olınmuş mal qalığı ilə bağlı sənədlərə eləcə də mənfəət vergisinin əlavəsinə əsasən yoxlama dövrünün soana mal qalığının olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəssisəyə Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci maddəsinə, kənarlaşdırılan 537631.34 manat dövriyyə üzrə (537631.34 * 18%) 96773.64 manat əlavə ƏDV hesablanmışdır. Vergi ödəyicisi təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAR seriyalı 156868 və EBAR seriyalı 552728 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə 523.33 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaiməfakturası (VHF-si) üzrə 523.33 manat əlavə ƏDV hesablanmışdır. Vergi ödəyicisi daxili bazardan alınmış mallara görə yoxlanılan dövrdə əldə etdiyi E-Qaimə-Fakturalardan 192 087.26 manat ƏDV-ni əvəzləşdirməmişdir. Yoxlama ilə 192 087.26 manat ƏDV əvəzləşməyə bərpa edilmişdir. İddiaçıya “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxissisi tərəfindən təqdim edilmiş rəy nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 97296.97 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 48648.49 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə aşağıdakılara əsasən vergi orqanın qərarını mübahisələndirilən mənfəət və ƏDV hissəsində əsassız hesab edir. Vergi Məcəlləsinin: -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Yoxlama sənədlərindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********168822 nömrəli və xx.xx.2023-cü il tarixli **********173894 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" qərarına əsasən həmin Azərbaycan Respublikası Ticarət- Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis qarşısında "xxxx" MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfıyyatının həcminin və əmək haqqı xərclərinin müəyyənləşdirilməsi sualı qoyulmuş, bu sualın həlli üçün ekspertə yerinə yetirilmiş işlərin təsdiq olunmuş Forma-2 aktları, müqavilələr təqdim edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, ona iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı forma 2 sənədləri, müqavilələri və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim edilmişdir. Vergi orqanının dəlillərinə görə verginin bu qaydada, yəni mütəxəssis rəyi əsasında hesablanmasına səbəb müəssisə tərəfindən material hərəkəti illər üzrə verildiyi, forma 2-lər üzrə verilmədiyi, yerinə yetirilmiş işlərdə mal-material həcmini müəyyən etmək zərurəti olmuşdur. Yəni, vergi ödəyicisinin xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövrü üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində tikinti materialları sərfiyyatının həcminin və əmək haqqı xərclərinin müəyyən edilə bilməməsi əsas gətirilərək vergi ödəyicisinin ərazisinə, binasına, sənədlərinə və əşyalarına baxış keçirilməmiş, vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər yoxlamaya cəlb olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarını araşdıraraq yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişdir. Forma-2 aktlarında tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, istehsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır. Nəticədə «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmiş və onun əsasında cavabdeh əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və nəzarət ölçüsü aparılmalı idi. Hətta, həmin sənədlərin həcmi barədə məlumat olmuş olsa belə tikinti obyektinə baxış keçirilmədən, müvafiq ölçü işlərini aparmadan, faktiki olaraq təmir-tikinti işlərində sərf edilən həmin mal-materialın həcmini müəyyənləşdirmək, cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılması kimi qiymətləndirməyə əsas vermir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi hesablanmasına əsas olmuş mütəxəssis rəyi belə bu baxımdan qeyri-dəqiq ifadə olunmuşdur. Belə ki, rəyin özündə asfaltın həcmini hesablamaq üçün onun miqdarının qalınlığına vurmaq lazım olduğu və bu zaman qalınlığın 5 sm olanda 0.05 m-ə, 7 sm olanda 0.07-yə və s. Vurmaq kifayət etdiyi qeyd edilmişdir. Göründüyü kimi mütəxəssis yerində görmədən asfaltın qalınlığını təxmini müəyyən edərək asfaltın həcmini müəyyən etmiş, bu həcmə uyğun isə vergi orqanı müvafiq hesablama aparmışdır. Mütəxəssisin qeyd etdiyi həcmin müəyyən edilməsi ilə bağlı tədqiqat metodu əsaslandırılmadığı kimi cavabdehin qeyri-dəqiq material həcminə əsaslanıb əlavə vergi hesablaması da əsaslandırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələrini mötəbər sübut kimi çıxış edə bilərdi. Başqa sözlə, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin (tikinti işlərində istifadə olunmuş malların alış sənədlərinin) olmadığına görə verginin bu qaydada yəni, tikinti gedən yerə getmədən, həmin mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan bu qaydada tərtib olunmuş mütəxəssis rəyi ilə hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunan hesabatlarında, bəyannamələrində məlumatların düzgün olmadığını mötəbər sübutlarla sübuta yetirməlidir. Cavabdehin istinad etdiyi mütəxəssis rəyi isə mötəbər sübut kimi qəbul oluna bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176306 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirilən hissədə- hesablanmış mənfəət, ƏDV və həmin məbləğlərə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176306 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirilən hissədə- hesablanmış mənfəət, əlavə dəyər vergisi və həmin məbləğlərə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6316/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6316/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver