Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6318/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı bələdiyyə qərarının ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən 03/478 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edilərək bildirilmişdir ki, Nərimanov rayon Nərimanov Bələdiyyəsinə ünvan 1 ünvanda yerləşən mülkün sahibi İddiaçı əmlak borcunu ödəmədiyi üçün xx.xx.2021ci il tarixli, 31 saylı icrası məcbur olan qərar qəbul olunmuşdur. İddiaçı 05 sentyabr 2022-ci ildə etdiyi müraciətinə Nərimanov Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclasında baxılmışdır. Üzrlü səbəblərdən əmlak vergisi borcunu ödəyə bilmədiyi məlum olmuşdur. xx.xx.2022-ci il tarixli iclasın 15 saylı protokoluna əsasən vergi borcundan azad olunmuşdur. Nərimanov Bələdiyyəsinin 17 dekabr 2021-ci il tarixli, 31 saylı qərarının ləğv edilməsi üçün qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, inzibati iş üzrə həmin qərara xitam verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilərək işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsinə barədə iddia tələbinə dair e-2-1(112)-6318/2022 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-6318/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6318/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver