Məhkəmə qərarları › İş №e-2-1(112)-6336/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6336/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6336/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 31 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2019-cu il tarixli, 1062/Ş nömrəli əmri ilə Nazirliyin Tibb Xidmətinin X6-uçot şöbəsinin rəsinin köməkçisi vəzifəsinə, həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 0022/Ş nömrəli əmr ilə 3-cü məharət dərəcəsi, xx.xx.2022-ci il tarixli, 0800/Ş nömrəli əmr ilə baş leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 0946/ş nörməli, xx.xx.2022-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edərək onun həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Cavabdeh 0946/ş nörməli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun hərbi xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Cavabdeh 0946/ş nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş və İddiaçı hərbi xidmətə bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı İnzibati Məhkəməsin 2-1(112)-3246/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizəsi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının nəticəvi hissəsində “İddiaçı hərbi xidmətə bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin” dedikdə “İddiaçı əvvəlki xidmət yerində barəbər və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin” kimi izah verilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş və qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qərarının icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə İcra vərəqəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında cavabdehə Bildiriş göndərilmişdir. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli Qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclu Cavabdehnə 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli təkrar bildirişdə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixlim icra sənədi qəbul edilən icraata başlanılma haqqında qərarlar icra sənədləri ilə birgə Sizə göndərilsə də, icranın nəticəsi barədə bugünədək şöbəyə hər hansı məlumat verilməmişdir. Həmin icra sənədlərin surətləri təkrarən sizə göndərilməklə 3 gün müddətində icra edilməsi və icranın nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktu ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsindən ötrü təkrarən göndərilmişdir. İcra sənədinin icra tərəfinizdən təmin olunmadığı halda barənizdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndərilməsi barədə xəbərdar edilmişdir. Nəticədə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-3246/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı cavabdeh Nazirlik tərəfindən hal-hazıradək icra edilməmiş qalmışdır. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının, il ərzində istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyanı, il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddi yardım, il sonunda nəzərdə tutulmuş bir dəfəlik pul mükafatı (il sonunda hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir), hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil kirayə haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətinə cavab verməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə başqa təşkilatda dövlət qulluğuna qəbul edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiləşdərilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, dəqiqləşdirilmiş son ərizəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3246/2023 saylı qərarına əsasən 5 iyul 2022-ci il tarixindən 10 yanvar 2025-ci il tarixinə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının, il ərzində istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyanın, il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddi yardımın, il sonunda nəzərdə tutulmuş bir dəfəlik pul mükafatının (il sonunda hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir), hərbi Qulluqçular üçün nəzərdə tutulmuş mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3246\2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikasının Cavabdeh 0946/ş nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş və hərbi xidmətə bərpa edilmə vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilmişdir. Sözügedən qərardan apellyasiya şikayəti verilməmiş, qərar xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almış və məhkəmə qərarı bu günə qədər cavabdeh tərəfindən icra olunmamışdır. Hazırda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3246/2023 saylı qərarı icra mərhələsindədir. Hesab edir ki, məcburi iş buraxma işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməşidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur, lakin işəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verərsə, işçinin itirilmiş əməkhaqqı ödənilməlidir. Qanunvericiliyə əsasən, işçinin qanunsuz olaraq işdən çıxarılması məhkəmə qaydasında sübut olunarsa, işəgötürən məcburi boşdayanma günlərinə görə ona ödəniş etməlidir. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ‘Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatı’nın 34.4-cü bəndinə əsasən hərbi xidmət keçdiyi dövr ərazində yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası xidmət yerində yaradılmış mənzil komissiyasına təqdim edilmiş müvafiq sənədlər əsasında ödənilir. İddiaçının hal-hazırda Cavabdehndə hərbi xidmət keçmədiyini və müvafiq sənədlər aidiyyəti üzrə mənzil komissiyasına təqdim edilmədiyindən sözügedən tələbin rədd edilməsi məqsədəuyğundur. Eyni zamanda, qanunvericilikdə hərbi qulluqçulara “13-14-cü maaş”ın ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan tələb qanunvericilikdə nəzərdə tutulmadığından rədd edilməlidir. Pul təminatının 22.2-ci bəndinə əsasən hərbi qulluqçulara birdəfəlik maddi yardım onların müraciətləri əsasında qurum rəisinin əmri ilə maddi yardımın məbləği göstərilməklə ödənilir. İddiaçıya maddi yardımın ödənilməsi barədə qurum rəisi tərəfindən verilmiş hər hansı əmr mövcud olmadığından tələb həmin hissədə də rədd edilməlidir. Pul təminatının 23.2-ci bəndinə əsasən növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı qurum rəsiləri tərəfindən hərbi qulluqçulara onların müraciətləri əsasında qurum rəisinin əmri əsasında həyata keçirilir. İddaçıya münasibətdə belə bir əmr mövcud olmadığından iddia tələbinin həmin hissəsi də rədd eidlməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, müraciət təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Cavabdeh hərbi qulluqçusu olmuş, Nazirin xx.xx.2022-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı həmin əmri məhkəmədə mübahisələndirmiş və qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə əmr ləğv edilmiş, həmin qərara izah verilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad ilə iddiaçının əvvəlki xidmət yerində barəbər və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra könüllü icra müddətində icra edilmədiyi üçün məcburi icra tədbirlərinin görülməsi üçün Yasamal rayon icra Şöbəsinə göndərilmiş və xx.xx.2024 tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin 10 gün müddətində könüllü icrası haqqında cavabdehə bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən cavabdeh Nazirliyə bir neçə dəfə xəbərdarlıq məktubu göndərilsə də, qərar icra edilməmiş, iddiaçı tutuduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 35-ci maddəsinə görə, fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. Fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. Cavabdeh tərəfindən məhkəmə qərarı icra edilmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixdə başqa təşkilatda dövlət qulluğuna qəbul edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı 5 iyul 2022-ci il tarixindən 10 yanvar 2025-ci il tarixinə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının, il ərzində istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyanın,; il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddi yardımın, il sonunda nəzərdə tutulmuş bir dəfəlik pul mükafatının, hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçının həqiqi hərbi xidmətə bərpa olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh Nazirlik tərəfindən bu günədək icra edilməmiş, nəticədə iddiaçı başqa işə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Göründüyü kimi, Məhkəmənin qəbul etdiyi qərarların Azərbaycan Dövlətinin adından çıxarılması və həmin qərarların bütün dövlət orqanları tərəfindən icra edilməsi məcburiliyi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir və Konstitusion öhdəlikdir və bu öhdəliyin yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İddiaçı qanuni qüvvəsini almış məhkəmə qərarının icra eduilməməsinə əsaslanaraq cavabdehdən ehtiyata buraxıldığı 5.07.2022-ci il tarixdən yeni qurumda dövlət qulluğuna qəbul edildiyi xx.xx.2025-ci il tarixədək aşağıdakıları tələb edir: 1) məcburi iş buraxma müddəti üçün əmək haqqının; 2) il ərzində istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyanın; 3) il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddi yardımın; 4) hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil kirayə haqqının; 5) il sonunda nəzərdə tutulmuş bir dəfəlik pul mükafatının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. Məhkəmə tələbin 1-4-cü hissələrini əsaslı, 5-ci hissəsini əsassız hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş hərbi qulluqçulara bir ay müddətində əvvəlki yaşayış sahələri qaytarılır və ya üç aydan gec olmayaraq bərabər dəyərli abad yaşayış sahəsi növbədənkənar verilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 2.3-cü maddəsinə görə, əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məəlləsinin 74.2-ci maddəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qərarı əsasında iddiaçının əvvəlki və ya ona bərbarə vəzifəyə bərpa edilməsi qərara alındığından, sadalanan normaların tələblərinə əsasən həmçinin iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini də tələb etməkdə haqlıdır. İddia tələbinin 2-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyininin xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh Hərbi Qulluqçularının pul təminatı”: Maddə 23. Növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı 23.1. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilir. 21.4-cü maddəsinə görə, hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilımiş “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi” Qaydasının 1 nömrəli Əlavəsinin 1.3-cü bəndinə görə, fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaşı, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır. Normadan göründüyü kimi, fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən (baxılan işdə məhkəmə qərarının icra edilməməsi nəticəsində əvvəlki xidmətinə bərpa edilmədiyinə görə) istifadə etmədikdə onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir. Tələbin 3-cü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyininin xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh Hərbi Qulluqçularının pul təminatı”: Maddə 22. Hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım Bənd 22.1. Hərbi qulluçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfə aylıq vəzifə və hərbi rütbə maaşları həcmində birdəfəlik maddi yardım ödənilir. İstinad olunan normanın məzmunundan göründüyü kimi, hərbi qulluqçuya ildə bir dəfə aylıq vəzifə və hərbi rütbə maaşları həcmində birdəfəlik maddi yardım ödənilməsi imperatov norma kimi təsbit edilmişdir. Tələbin 4-cü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilımiş “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi” Qaydasının 3 nömrəli Əlavəsinin (“Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi” Qaydaları)

1. Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləğini və ödənilməsi qaydasını müəyyən edir.

2. Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdikləri dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün verilən pul kompensasiyası hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyası məbləğində ödənilir.

3. Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə xidmət keçdikləri dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər tələb olunmaqla ödənilir: - əməkdaşın təqriri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən əməkdaşın xidmət keçdiyi müvafiq fövqəladə hallar orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında verilən arayış; - xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub-olunmaması haqqında arayış; - mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd; - əməkdaşın və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; - əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış. 3-1. Pul kompensasiyası üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4. Yeni xidmət yerinə gəlmiş fövqəladə hallar orqanının əməkdaşı kirayədə yaşaması barədə təqrirlə müraciət etdikdən sonra bu Qaydanın 3-cü bəndi ilə müəyyən olunmuş sənədləri təqdim etməlidir (bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla). Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd əsasında yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi fövqəladə hallar orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir.

5. Bu Qaydanın 3-cü bəndi ilə müəyyən edilmiş sənədlər hər il yanvarın 1-dən yenidən toplanaraq təqdim edilməlidir (bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla).

6. Fövqəladə hallar orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə, o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir (bu Qaydanın 3-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla).

7. Azərbaycan Respublikasının Cavabdeh tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş əməkdaşlara mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir. İş materiallarından olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuşdur. Onun Nazirlikdə həqiqi hərbi xidmətdə olduğu xidmət yeri isə, Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzi (Bakı şəhəri) olmuşdur. Həmçinin təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin iddiaçı 5.07.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanında kirayədə yaşayır. Göründüyü kimi, iddiaçının və ailə üzvlərinin mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur və o Bakı şəhərində kirayədə yaşayır. Belə olan halda, mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi istinad edilən normaların dispozitiv şərtləri ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin 1-4-cü hissələrini əsaslı hesab edir. Cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı ilk növbədə iddiaçının hazırkı tələblə cavabdehə müracitəinin olmamasını bildirərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 9 iyul 2024-cü il tarixdə cavabdehə məxsus mailto:info@fhn.gov.azElektron ünvan elektron ünvana müraciət edilmiş və bunu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Lakin işdən göründüyü kimi, cavabdeh iddiaçının müraciəti ilə bağlı hərətsizlik edtmiş, müraciətə hər hansı cavab verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Qanunun qeyd edilən normasından göründüyü kimi, maraqlı şəxs inzibati orqana şəxsən, poçt rabitəsi vasitəsi ilə müraciət edə bildiyi kimi, həmçinin mürqaciətin elektrin üsulla da göndərilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd edilən mailto:info@fhn.gov.azElektron ünvan elektron poçt ünvanı cavabdeh Nazirliyin rəsmi elektron poçt ünvanıdır və iddiaçı müraciətini elektron qaydada etdiyindən, cavabdeh həmin müraciəti qeydə alaraq müvafiq inzibati icraat aparmalı və iddiaçıya bu barədə cavab verməli olduğu halda bunun etməmişdir. Bununla bağlı məhkəmə tərəfindən 2.04.2025-ci il tarixli qərardadla iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdehə əlavə müdət təyin edilmişdir. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən təqdim edilən 6.05.2025-ci il tarixli məktubda iddiaçının müraciətinin aydın olmadığından iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllədə iddia tələbinin baxılmamış saxlanılması institutu ümumiyyətlə nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh müxtəlif bəhanələrlə hazırkı işin baxılmasına suni manelər yaratmaqla prosessual hüquqlardan sui-istifadə etməyə çalışır. Hazırlıq icraatının sonunda isə, cavabdehin nümaynədəsi iddia tələbinə yazılı etiraz verərək iddia tələbinin rədd ediıməsini xahiş etmişdir. Etirazın əsas dəlili ondan ibarətdir ki, iddiaçı hal-hazırda Cavabdehndə hərbi xidmət keçmədiyindən, müvafiq sənədlər aidiyyəti üzrə mənzil komissiyasına təqdim edilmədiyindən, eyni zamanda digər ödənişlərlə bağlı qurum rəisi tərəfindən verilmiş hər hansı əmr mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə cavabdehin etirazının dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə hərəkətsizliyi nəticəsində iddiaçının h\rbi xidmətinə bərpa edilməsi mümkün olmadığından qeyd edilən prosedurlara riayət etməsi də, yəni müvafiq sənədləri mənzil komissiyasına təqdim etməsi, maddi yardım, kompensasiya və digər ödənişlərdə bağlı qurum rəsinin əmr verməsi mümkünsüz olmuşdur. Məhkəmə qərarı icra edilərək iddiaçı xidmətə bərpa edilsəydi, yuxarıda sadalanan qanunvericilik normalarıın tələblərinə əsasən iddiaçı tələbinin 1-4 hissələrində qeyd etdiyi və yuxarıda sadalan normalara əsasən xdimtəi dövründə ona ödənilməli ödənişləri almaq hüququna malik olacaqdı. Cavabdehin məhkəməyə təqdim etdiyi məktublarda digər dəlili ondan ibarətdir ki, iddiaçı ona təklif edilmiş vəzifə ilə razılaşmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların təlblərindən göründüyü kimi, əsassız olaraq işdən azad edilmiş (xidmətinə son verilmiş) şəxs əvvəlki xidmətinə, bu mümkün olmadıqda isə iddiaçının razılığı ilə əvvəlki işinə bərabər vəzifəyə bərpa edilməlidir (Əmək Məcəlləsi – maddə 74.2, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 35-ci maddəsi). İddiaçı Nazirliyin Tibb Xidmətinin X6-uçot şöbəsinin rəsinin köməkçisi vəzifəsində həqiqi hərbi xidmət etmişdir. Lakin cavabdeh Həmin Mərkəzdə deyil, Nazirliyin Mülki Müdafiə qoşunlarının Mülki müdafiə alayının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin Maliyyə Xidmətinin rəsinin köməkçşisi, yəni iddiaçının əvvəlki vəzifəsinə uyğun olmayan vəzifə təklif etmiş, iddiaçın isə bununla razılaşmamışdır. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi 1-4 hissələrdə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 5-ci hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyininin xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh Hərbi Qulluqçularının pul təminatı”: Maddə 21. Qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı. 21.1. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığınının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və qüsursuz hərbi intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəflik pul mükafatı (bundan sonra - pul mükafatı) ödənilir. Mükafatın ödənilməsi haqqında əmrlərin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda olmaları ilə əlaqədar pul təminatı almaq hüququnu qismən və ya tam itirmiş hərbi qulluqçulara pul mükafatı verilərkən onların tutduğu sonuncu əsas vəzifə maaşı nəzərə alınır. 21.2. Təqvim ili ərzində tam xidmət etməmiş hərbi qulluqçulara mükafat xidmət edilmiş vaxta proporsional olaraq xidmətin hər bir tam təqvim ayı üçün pul mükafatının ilik miqdarının 1/12 hissəsi hesabı ilə ödənilir. Bu zaman xidmətin nataman təqvim ayları nəzərə alınmır. 21.3. Fövqəladə hallar nazirinin müavinləri, Mülki Müdafiə qoşunlarının komandanı, Akademiyanın rəisi, Cavabdeh baş idarə, idarə və müstəqil şöbə rəisləri, xidmət və digər müstəqil qurum rəisləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. 21.5. Fövqəladə hallar nazirinin müavinlərinə, Mülki Müdafi qoşunlarının komandanına, Akademiyanın rəisinə, Nazirliyinin Aparatının hərbi qulluqçularına, Nazirliyin tabeliyində olan hərbi qurumların rəislərinə pul mükafatı Azərbaycan Respublikası fövqəladə hallar nazirinin, digər hərbi qulluqçular isə qurum və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin əmri əsasında verilir. 21.7. Bütün hallarda hərbi qulluqçulara mükafatın ödənilməsi əmrində mükafatın kimə və hansı məbləğdə ödənilməsi, habelə mükafatın azaldılması və ya tam məhrum edilmə səbəbləri göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, hərbi qulluqçular üçün vəzifə və rütbə maaşının iki misli miqdarında bir dəfəlik pul mükafatı, qurum rəisinin əmri əsasında qoşunların yüksək döyüş hazırlığınının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və qüsursuz hərbi intizama görə verilir. Həmçinin qurum rəisləri hərbi qulluqçuların xidmətini nəzərə alaraq mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq Nazirlikdə xidmət etmədiyindən, onun xidmətinin qiymətləndirilməsi mümkün olmadığından, eyni zamanda həmin mükafatın verilməsi cavabdehin qiymətləndirmə azadlığına aid olduğundan məhkəmə həmin hissədə iddia tələbinin rədd olunması qənaətinə gəlir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 5 iyul 2022-ci il tarixindən 10 yanvar 2025-ci il tarixinə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının, il ərzində istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyasının, il ərzində hərbi qulluqçular üçün nəzərdə tutulmuş maddi yardımın və hərbi qulluqçular üçün nəzərdə tutulmuş mənzil kirayə haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. İddia tələbi il sonunda nəzərdə tutulmuş bir dəfəlik pul mükafatının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar