Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6341/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində doğum tarixinin 18 sentyabr 2019-cu ildə qeyd edilmiş X1 doğum akt qeydində doğum tarixinin dəyişdirilərək 20 iyun 2019-cu il tarixi kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə X2 iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən övladlığa götürülmüşdür. Qətnamə qəbul edilərkən yanlış düşünərək iddiaçılar uşağın doğum şəhadətnaməsində onun doğum tarixinin də dəyişdirilməsini qeyd etmişlər. Nəticədə Nəsimi Rayon Məhkəməsinin qətnaməsində uşağın doğumu haqqında qeydiyyat tarixi 18 sentyabr 2019-cu il olaraq qeyd edilmişdir. Bunula bağlı qətnamə icra edilərkən uşağa doğum haqqında şəhadətnamə verilmiş, uşağın doğum tarixi akt qeydiyyatında 18 sentyabr 2019-cu il olaraq qeyd edilmişdir. Uşağın gələcəkdə övladlığa götürülməsi şübhəsinin aradan qaldırılması ilə əlaqədar olaraq, iddiaçılar onun doğumu haqqında akt qeydiyyatında doğum haqqında tarixin 20 iyun 2019-cu il tarix kimi qeyd edilməsi qərarına gəlmişlər. Bununla bağlı iddiaçılar Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmişlər. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən kifayət qədər əsaslar olmadığından düzəlişin edilməsinin qeydiyyat şöbəsində mümkün olmadığı əsası ilə iddiaçıların müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
4. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
II. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. İddia tələbi doğum akt qeydində dəyişiklik edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-304/2023 nömrəli məktubla məhkəməyə təqdim edilmiş doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X2 18 sentyabr 2019-cu il (xx.xx.2019) tarixdə Bakı şəhərində doğulmuşdur, atası İddiaçı2, anası İddiaçı1 qeyd edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 17 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən uşağın adı X2, doğum tarixi xx.xx.2019-cu il dəyişdirildi və valideynlər haqqında məlumat əlavə olundu. AZ-N bildiriş 570638.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.20019-cu il, tarixli 2(006)-5632/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı şəxslər Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası, Bakı şəhəri 1 saylı Körpələr Evi və Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «övladlığa götürmə tələbi»nə dair ərizələri təmin edilmiş, Bakı şəhəri 1 saylı Körpələr Evində saxlanılan, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi, Cavabdeh tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adının «Xədicə», soyadının «Mürsəlova», ata adının «Mürsəl», doğum tarixinin «xx.xx.2019-cu il», doğum yerinin «Bakı şəhəri», milliyyətinin «azərbaycanlı», ata qrafasında «İddiaçı2», milliyyəti «azərbaycanlı», ana qrafasında «İddiaçı1», milliyyəti «azərbaycanlı» yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
12. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-cı maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəkı səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat Şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Nəzərinizə çatdırırıq ki, kifayət qədər əsas olmadığından müvafiq düzəlişin edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır.
IV. Məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir; 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.
15. Beləliklə, işin hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.20019-cu il tarixli 2(006)-5632/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri 1 saylı Körpələr Evində saxlanılan, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi, Cavabdeh tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adının «Xədicə», soyadının «Mürsəlova», ata adının «Mürsəl», doğum tarixinin «xx.xx.2019-cu il», doğum yerinin «Bakı şəhəri», milliyyətinin «azərbaycanlı», ata qrafasında «İddiaçı2», milliyyəti «azərbaycanlı», ana qrafasında «İddiaçı1», milliyyəti «azərbaycanlı» yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında iddiaçılar tərəfindən övladlığa götürülmüş X1 doğum akt qeydində Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 17 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən düzəlişlər edilmiş, həmçinin doğum tarixi düzəliş edilərək xx.xx.2019-cu il əvəzinə 18 sentyabr 2019-cu il olaraq qeyd olunmuşdur. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh orqana müraciət edərək, X1 doğum akt qeydində düzəliş edilərək doğum tarixinin yenidən xx.xx.2019-cu il olaraq qeyd edilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.
16. Göründüyü kimi, X1 doğum tarixi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.20019-cu il tarixli, 2(006)-5632/2019 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 17 saylı övladlığa götürmə haqqında akt qeydi ilə X1 doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2019-cu il yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir.
17. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
18. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva