Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6357/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası İ qrup əlil X10 03 sentyabr 2024-cü ildə vəfat etmişdir və bununla əlaqədər dəfn xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. 27 sentyabr 2024-cü ildə dəfn xərclərinin qarşılanmasını təsdiq edən sənədlər əlavə edilməklə dəfn üçün müavinətin verilməsindən ötrü cavabdeh inzibati orqana müraciət olunmuşdur. İdarəyə müraciətindən uzun müddət keçməsinə baxmayaraq dəfn üçün müavinət ödənilmədiyindən 07 noyabr 2024-cü ildə təkrarən İdarəyə gedərək müraciətinin nəticəsi barədə məlumat almaq istədikdə, müavinətin verilməsindən imtina olunduğu bildirilmişdir. İmtinanın nə əsasla verildiyini göstərən yazılı sənəd tələb edərkən idarənin əməkdaşı mənə blank nömrəsi olmayan, imzasız, tarixsiz cavab məktubu təqdim etmiş və yalnıztəkid etdikdən sonra onu möhürlə təsdiq etmişdir. İdarənin məktubunda mərhum X6 artıq ödənilmiş pensiya məbləği mövcud olduğundan onun dəfni üçün mənim tərəfimdən çəkilmiş xərclərə görə müavinətin ödənilməsindən imtina olunmasına dair uydurma mövqe ifadə olunmuşdur. Cavabdeh inzibati orqanın hərəkətlərindən inzibati qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmiş, lakin inzibati şikayətə baxılması zamanı qanunvericiliyin tələbləri pozulmuş, müraciəti baxılması üçün qərarından şikayət verilən inzibati orqana göndərilməklə, guya şikayətə baxılıb araşdırılmasına dair formal görüntü yaradılmışdır. Cavabdeh inzibati orqanın 25 dekabr 2024-cü ildə poçt vasitəsilə təqdim olunan 06 dekabr 2024-cü il tarixli, 3-17/1/2-C-30/910/2024 nömrəli məktubunda göstərilmişdir ki, X3 vəfat etməsi ilə əlaqədar ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği məhrum X7 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Cavabdeh inzibati orqanın nihilist xarakterli mövqeyi vətəndaşlara sosial yardımın təmin olunması məqsədilə müavinət ödənilməsi ilə bağlı konstitusion hüquqların kobud şəkildə pozulmasına, özbaşınalığa və süründürməçiliyə dəlalət edir və sosial müdafiə anlayışının təyinatı ilə qətiyyən bir araya sığışmır. Cavabdeh inzibati orqan öz mövqeyini hər hansı hüquq normasına istinad edərək əsaslandıra bilmir, vəfat edən şəxsin və onun adına hesablanmış borcların dəfn xərclərini qarşılayan şəxslə heç bir əlaqəsinin olmaması açıq-aşkar aydın olduğu halda bu suiistifadə xarakterli davranışların əsas səbəbini açıqlaya bilmir. Beləliklə, cavabdeh inzibati orqanının mövqeyi əsassız və qanunsuz olduğundan, İddiaçı hüquqlarının və qanuni mənafeyinin müdafiəsi məqsədilə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat Ərizəni imzalayan şəxs haqqında məlumat: İdarəsinin dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilməli və dəfn üçün müavinətin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, vaxtilə Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçının mərhum atası X8 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaiti müəyyən olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Zöhrab Cəfərovun vəfat etməsi ilə əlaqədar iddiaçının Mərkəzi Filiala müraciətinə əsasən, ona ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği mərhum Zöhrab Cəfərova artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”. İddiaçı Mərkəzi Filiala xx.xx.2024-cü il tarixli müraciətində, artıq alınmış pensiya məbləği olarsa, dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini imzası ilə təsdiq etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə riayət edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işlasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tədqiq edilmiş sənədlər AZ-İİ seriyalı 453410 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 3 sentyabr 2024-cü ildə ölmüşdür. Bakı şəhəri Nərimanov rayonu Nərimanov bələdiyyəsinin C-913 nömrəli 10 sentyabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun dəfn mərasimi oğlu ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 Fuad Zöhrab oğluna ünvanladığı xx.xx.2024cü il tarixli 3-17-1/2-C-301910/2024 nömrəli “Artıq ödənilmiş pensiya məbləği” haqqında məktubunda qeyd edilmişdir ki, vaxtilə Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən mərhum X8 artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaiti müəyyən olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 42.2-ci maddəsinə uyğun olaraq, Zöhrab Cəfərovun vəfat etməsi ilə əlaqədar iddiaçının Mərkəzi Filiala müraciətinə əsasən, ona ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840,00 manat dəfn üçün müavinət hesablanıb. Həmin dəfn üçün müavinət məbləği mərhum Zöhrab Cəfərova artıq ödənilmiş qalıq 5560,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib, qalıq artıq ödənilmiş pul vəsaiti 4720,84 manat təşkil edir. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. 42.4. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.6.-ci bəndinə ədsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir 8.1. Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. 8.2. Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır: 8.2.1. MEİS-də:
1. sosial müavinət alan şəxslər barədə məlumat; (...) 8.2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
1. əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi; (...)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; Məhkəmənin mövqeyi
Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı mərhum atasına dəfn üçün müavinətin hesablanıb ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən mərhumun dövlət büdcəsinə ödənilməli olan 5560,84 manat pul vəsaitinin olması əsası ilə 840,00 manat dəfn üçün müavinətin həmin qalıq borcdan çıxılaraq dövlət büdcəsinə bərpa edilmişdir. Cavabdeh müvafiq əvəzləşdirmənin iddiaçının razılığı ilə edildiyini məhkəməyə bildirmişdir. Lakin məhkəmə cavabdehin hərəkətini qanuni hesab etməyərək qeyd etməyi zəruri hesab edir ki, dəfn üçün ödənilən müavinət sosial müdafiə sistemində ailənin itki zamanı qarşılaşdığı maddi çətinlikləri yüngülləşdirmək məqsədi ilə verilən birdəfəlik ödəmələrdən biridir. Dəfn müavinəti sosial sığorta və ya digər müavinətlərdən fərqli olaraq, digər sosial ödəmələrin və ya kompensasiyaların əvəzləşdirməsi və ya yerini tutması kimi nəzərdə tutulmur. Yəni, dəfn müavinəti ailəyə başqa ödənişlərin azalması və ya ləğv edilməsi üçün əsas deyil. Bu müavinət yalnız bir dəfə, ölən şəxsin dəfn xərclərini dəstəkləmək məqsədilə verilir və başqa sosial təminatların əvəzləşdirilməsi üçün istifadə edilə bilməz. Odur ki, dəfn üçün ödənilən müavinətin digər ödənişlərlə əvəzləşdirilməsi barədə cavabdehin hərkətləri qanunvericiliyin tələblərinə zidd olmaqla, hüquqi əsasdan məhrumdur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2.ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğu üçün təmin edilməli, cavabdehin dəfn üçün müavinətin ödənilməsindən imtinası qanunsuz hesab edilməli və iddiaçıya dəfn üçün müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının dəfn üçün müavinətin ödənilməsindən imtinasının qanunsuz hesab edilsin. İddiaçı dəfn üçün müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova