Məhkəmə qərarları › İş №e-2-1(112)-6390/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6390/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6390/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlillik təyin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli İddiaçı dair əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarın ləğv edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il 11 nömrəli qərarı ilə təsdiq edilən “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci yarımbəndinə və 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilən “X8 meyarları”nın 7.7.1 və 7.7.1.1-ci yarımbəndlərinə əsasən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin va konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş, döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. Aldığı xəsarət səbəbindən müxtəlif dövlət və özəl tibb müəssisələrində müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə müayinə və müalicə üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixiatriya Xəstəxanasına göndərilmiş və xx.xx.2022-xx.xx.2022-ci il tarixədək "Somatik əlamətlərlə müşahidə olunan orta dərəcəli depressiya epizodu, tavmadan sonrakı stress pozuntusu" diaqnozu qoyulmuşdur. Daha sonra həmin tibb müəssisəsində stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə 9 saylı Şəhər Poliklinikası tərəfindən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor F.İsmayılov tərəfindən müayinə olunduqdan sonra "Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə F43.1" diaqnozu təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilərək barəsində "Xəstəliklər cədvəli"nin 17b, 89b maddəsinin İİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır", diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu depressiv əlamətlərlə. Mülayim dərəcəd kəkələmə" müəyyən edilmiş və “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" qərarı verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək 2 nömrəli X3 stasionar müayinə və müalicədə olmuşdur. Bu zaman “uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Anamnezinde intihar cəhdi ilə" diaqnozu təyin olunmuşdur. Daha sonra səhhəti günü-gündən pisləşdiyinə görə xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasına müraciət etmişdir. Müayinələrin nəticəsində "Uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv elamətlərlə, suiqəsd cəhdləri və funksional tutmalarla (həftədə 2-s dəfə)" diaqnozu qoyulmuşdur. xx.xx.2022- xx.xx.2022-ci il tarixədək Ə.D. Məlikov adına X13 "Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Xroniki posttravmatik baş ağrıları, tez-tez təkrarlanan simpato adrenal krizler (3-4 dəfə). Baş gicəllənmə. Kognetiv pozulmalar. İnsomniya. Xroniki beyin işemiyası. Diskogen bel-oma radikulopatiyası. Kökcük ağrı sindromu. Hipertoniya, İİ mərhələ" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə F62,0" diaqnozu təyin olunmuşdur. xx.xx.2023- xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olundum və "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və tez-tez təkrarlanan funksional tutmalarla F 62,0" diaqnozu təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə 2 nömrəli X3 Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduqdan sonra "Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla F 62,0" diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmiş, MN BKH-da baş nevroloq ilə konsultasiya olunmuşdur. Müharibədə aldığı travmalar səbəbindən səhhəti pisləşmiş və adlarını çəkdiyi tibb müəssisələrində müayinə müalicələrdə olmuşdur. Sonuncu müayinədən sonra əlillik üçün konkret göstərişlərin olduğuna dair əsaslar yaranmışdır. Elə buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsə əlillik təyin edilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən göndəriş verilmişdir (Forma 88). Lakin xx.xx.2023-cü ildə əlilliyi qiymətləndirilərək “Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobu davranış pozuntuları, depressiv daxilolmalarla anamnezində intihar fikirləri cəhdi ilə tez-tez baş verən funksional tutmalarla, Xroniki postravmatik baş ağrısı Serebrovaskulyar xəstəliklərin nəticələri. Başgicəllənmə və duruşun pozğunluğu. Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq). Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə qulağın başqa zədələnmələri bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri, İşiasla gedən lümbaqo” diaqnozu təyin edilmiş və Diaqnozun əlillik təyin etməməsi səbəbindən əlillikdən imtina edilmişdir. İnzibati orqanın cavabını aldıqdan sonra isə əllillik təyinatının aparılması üçün mütəxəssisə müraciət etmişdir. Mütəxəssisin verdiyi 25 yanvar 2014-cü il tarixli rəyə əsasən göstərilir ki, “Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki. İddiaçı əlilliyin qiymətləndirilməsi nəticəsində 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlillik təyinatı aparılmalıdır”. Görünür, inzibati orqan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş,"X8 Meyarları"nın məzmunu barədə tam məlumatlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş, "X8 Meyarları"nın əlavəsinin 7.7.1.1-ci bəndinə əsasən göstərilən diaqnozda olan xəstəyə 2 il müddətində 35-60 faiz əlillik dərəcəsinin təyini nəzərdə tutulur. Bütün bu faktların mövcud olduğuna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh xx.xx.2023-cü il tarixində qəbul edilmiş “diaqnoz əlillik təyin etmir” barədə qəbul edilmiş qərarı qanunvericiliyin normalarını kobud şəkildə pozmaqla qəbul olunub. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərə əsasən əyani müayinə həyata keçirmiş və aşağıdakılar müəyyən edilmişdir: İddiaçı (FİN:5UK1AOV) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apanlaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10028 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və tez-tez təkrarlanan funksional tutmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Serebrovaskulyar xəstəlik. Xroniki beyin işemiyası. İnsomniya. Tez-tez təkrarlanan simpato-adrenal krizlər. Koqnitiv defisit. Kökcük ağrı sindromu ilə müşayiət olunan diskogen mənşəli bel-oma radikuliti. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol əlin İ, İİİ, İV barmaqlarının, sağ bel, sağ kürək nahiyəsinin bərkimiş dəri çapıqları L4-L5 fəqərələrarası diskin yırtığı, L5-S1 fəqərələrarası diskin protruziyası” diaqnozla xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 381/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Somatik əlamətlərlə müşahidə olunan orta dərəcəli depressiya epizodu. Travmadan sonrakı stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 11,08.2022-ci il tarixli 7760 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6198/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla, intihar fikirləri ilə, anamnezində intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11674/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər, sui-qəsd cəhdləri və funksional tutmalarla (həftədə 2-3 dəfə)” kimi Müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 12269 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının publik hüquqi şəxs Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 233 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və teztez təkrarlanan funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1998 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 publik hüquqi şəxs xx.xx.2023xx.xx.2023-cü il tarixli 9004/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, əl və ayağının qıc olmasından, boğulma hissindən şikayətlənmişdir, özünə və ətrafdakılara xəsarət yetirdiyini, lakin sonra xatırlamadığını bildirmişdir. Ünsiyyətə süst başlamış, lakin spesifik suallar verildikcə aktivləşmiş, cavablandırmaqdan yayınmış, özünə yetirdiyi xəsarətləri araşdırdıqda “yadımda deyil" kimi cavab vermiş, davranışlarında nümayişkarlıq nəzərə çarpmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət pozuntusu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, bələdliyi və tənqidi tam saxlanmışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “X8 meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “X8 meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı “Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobu davranış pozuntuları, depressiv daxilolmalarla anamnezində intihar fikirləri cəhdi ilə tez-tez baş verən funksional tutmalarla, Xroniki postravmatik baş ağrısı Serebrovaskulyar xəstəliklərin nəticələri. Başgicəllənmə və duruşun pozğunluğu. Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq). Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə qulağın başqa zədələnmələri bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri, İşiasla gedən lümbaqo” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 3-17-4/3-3-19548/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı barədə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X7 tərəfindən təqdim edilmiş Q00144370YCH saylı xx.xx.2023-cü il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Bakı 2 nömrəli X3 qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2020-ci ildir (orta, ağır). Əsas diaqnoz: F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla Yanaşı xəstəliklər:

1. H94. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın, Digər rubrikalarda təsnif olunan xəstəliklərdə qulağın başqa zədələnmələri.

2. R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və dərketmə qabiliyyətinə və özünüdərk etməyə aid digər simptomlar və əlamətlər

3. G44.3 Xroniki posttravmatik baş ağrısı

4. R42 Başgicəllənmə və dayanıqlılığın pozulması və duruşun pozğunluğu Amillər:

1. Xəstəliyin gedişi – orta

2. Köməkçi diaqnostik müayinələrin nəticəsinə görə eşitmənin itirilmə dərəcəsi – orta

3. Prosesin aktivliyi – orta

4. Kəskinləşmələrin mövcudluğu və tezliyi – orta

5. Hədəf orqanlarının zədələnməsinin ağırlıq dərəcəsi – orta

6. Patoloji prosesin yayılması – orta

7. Fəsadlaşmaların mövcudluğu – orta

8. Funksional pozğunluğun dərəcəsi – orta

9. Xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi – orta

10. Simptomların ağırlıq dərəcəsi – orta

11. İntihar davranışları yerinə yetirmə riski – orta

12. Öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi – orta

13. Dekompensasiyaların tezliyi – çox İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla anamnezində intihar fikirləri cəhdi ilə tez-tez baş verən funksional tutmalarla, Xroniki postravmatik baş ağrısı. Serebrovaskulyar xəstəliklərin nəticələri. Başgicəllənmə və duruşun pozğunluğu. Koordinasıyanın digər pozğunluğu. Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq). Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə qulağın başqa zədələnmələri. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri, İşiasla gedən lümbaqo” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı əlillik təyinatının aparılmasına dair (həkim mütəxəssis N.Yariyev) xx.xx.2024cü il tarixli tibbi rəydən görünür ki, İddiaçı xx.xx.1993-cü il təvəllüdlü, hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı, döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində xx.xx.2020-ci il tarixdə xəsarət almışdır (əsas: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamə № 10028). Aldığı xəsarət ilə bağlı Gəncə Şəhər Psixiatriya Xəstəxanasında, Bakı şəhər 2 nömrəli X2, Respublika Psixiatriya Xəstəxanasında, X13 stasionar qaydada müayinə və müalicələrdə olmuşdur. xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor, F.İsmayılov tərəfindən müayinə olunmuş, xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında müəayinə və müalicədə olmuş, sonuncu müayinəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhər 2 nömrəli X2 Həkim Psixiatr Komissiyası tərəfindən aparılmış və müvafiq diaqnoz müəyyən edilmişdir: "Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları depressiv daxilolmalarla, anamnezində intihar fikirləri cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla, F-62.0 dərəcə". Eyni zamanda nəzərə alınmalıdır ki, adı çəkilən xəstəliklərlə bağlı İddiaçı müalicə aldığı tibb müəssisələri Respublikada bu sahə üzrə ixtisaslaşdırılmış ən yüksək tibb müəssisələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "X8 Meyarları"nın əlavəsinin 7.7.1-ci (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, F62.0) bəndinin 7.7.1.1-ci yarımbəndinə əsasən göstərilən diaqnozla olan xəstələrə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlilliyin təyini nəzərdə tutulur. Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, X9 əlilliyin qiymətləndirilməsi nəticəsində 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlillik təyinatı aparılmalıdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmiş və iddia qaldırmaq üçün prosessual müddətin ötürülməsinin üzürlü səbəbləri barədə məlumat verilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina barədə qərarı xx.xx.2023-cü il tarixdə almışdır. Daha sonra mütəxəssisə müraciət etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə iddia qaldırılmışdır. İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddia tələbindən görünür ki, iddiaçının tələbi əlilliyin təyin edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, X8na və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırki iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X10rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X11rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilmişdir. İddiaçı bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmamışdır. Məhkəmə icalsında iddiaçının nümayəndəsi əlilliyin təyin edilməsindən imtina barədə qərarı xx.xx.2023-cü il tarixdə almasını təsdiq etmiş, buraxılmış prosessual müddətin mütəxəssisə müraciət edilməsi olduğunu bildirmişdir. Odur ki, məhkəmə iclasın təxirə salınmasını buraxılmış müddətin səbəbləri barədə əlavə məlumatın verilməsini zəruri hesab etmir. Yuxarıda qeyd edildiyi kimi, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından, iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar