Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6404/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "əmək pensiyasının bərpa edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyə görə əvvəllər prokurorluq kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ikinci qrup əlilliyi ilə əlaqədar prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. Onun əlilliyi dayandırıldıqdan sonra yenidən müayinə keçmişdir. 17 iyun 2021-ci il tarixdə ikinci qrup əlilliyi təkrar bərpa olunmuşdur. İddiaçının ikinci qrup dərəcəli əliliyi bərpa olunmasına baxmayaraq prokurorluq işçisi kimi əmək pensiyamın ödənilməsi bərpa edilməmişdir. Bu barədə cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh qanunsuz olaraq əlilliyinin bərpa olunması barədə məlumatları dəqiqləşdirmək üçün sorğu verildiyini billdirərək 12 oktyabr 2022-cı il tarixli və 27 yanvar 2023-cü il tarixli məktubları imtina təqdim etmişdir. Bu səbəbdən də prokurorluq işçisi kimi əmək pensiyasının dayandırıldığı vaxtdan 2021-ci ilin dekabr ayından ödənilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş və imtina edilərək müraciəti həllini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Qanunvericiliyn tələbindən görünür ki, iddiaçıya əlilliyə görə əvvəllər prokurorluq işçisi kimi təyin edilmiş əmək pensiyasını cavabdeh bərpa etməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-ci maddəsinə ssasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1.prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Qanunun 20.1.5-1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. X1 Sisteminin X11 əldə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbindən ona prokurorluq işçisi kimi əlilliyə görə pensiyanın ödənişi dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı əlillik vəziyyətinin araşdırılması ilə əlaqədar vətəndaşın Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müavinə nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Agentlik tərəfindən iddiaçı İ.Qulivevə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********1 nömrəli məktuba əsasən İddiaçı əlillik vəziyyətinin araşdırılması məqsədilə 12 yanvar 2023-cü il tarixdə saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X13 qərarlarını, X13 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və is üzrə icraat materiallarından məlum olduğu kimi İddiaçı əlilliyinin bərpa edildiyini və bu səbəbdən ona təyin edilmiş pensiyanın bərpa edilməli olduğunu iddia etsə də isin faktiki nalları ilə müəyyən olunur ki, iddiaçının əlilliyi etibarsız hesab edildiyi üçün onun prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “prokurorluq işçisi kimi təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair e-2- 1(112)-6404/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı əlilliyə görə prokurlruq işçisi kimi təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, 04 iyul 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə infirmasiya sistemindən əldə eidlmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-68547 nömrəli məktubu ilə göndərilmiş pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli, 270 nömrəli Qərarı ilə İddiaçı ikinci qrup əlilliyə görə xx.xx.2012-ci il tarixdən pensiya təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7757/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “ümumi xəstəlik” səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik hər dəfə bir il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə vətəndaşın ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdə Nazirliyin X1 sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021ci il tarixdən sonra şəxsin əlillik vəziyyəti 16 nömrəliı Şəhər Poliklinikasının 0085003AADNF nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və xəstəliyin ağırlıq dərəcəsi, funksional pozuntusu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətlər qeyd edilmədiyindən “Göndərişin natamam doldurulması” səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Sonuncu dəfə İddiaçı 16 nömrəli Şəhər Poliklinikasının 0085003AADTT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Həmin məktubla göndərilmiş əlillik alt sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemi Əlillik haqqında xx.xx.2021-ci il tarixli, 0085003AADTT forma 88 nömrəli qiymətləndirməyə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə müayinədən keçmiş, Xəstəliklərin Beynəlxalq təsnifatı: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri = > 120-125 - Ürəyin işemik xəstəlikləri = > 120 - Stenokardiya (döş inağı) = > 120.8 Təsnifatı: Stenokardiyanın digər formaları, diaqnozun mətni: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, X3 İV X16 mədəcik çatmamazlığı, Ürək Çatmamazliğı İİİ F.S Əvvəllər keçirilən miokard İnfarktı, X9 İnfarktı, X4 (2016) Bronxların və ağciyərin bədxəssəli yenitöraməsi, X15 X2 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsəsən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik (-yi), Hipertonıya Xəstəliyi İİİ mərhələ infeksion perikardit, X10 Ağ Ciyər 2 -ci Seqmentinin Rezeksiyası. Meyar: 2.2 ikinci dərəcə əllilik> 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ0M09,111.0,113-113.2,120-125,... səbəbi ilə növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixdə Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı **********6 nömrəli İ.N.Quiyevin əlillik vəziyyəti haqqında məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, vətəndaş Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Müayinə nəticəsinə əsasən əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Pensiya təyinatı alt sistemindən çıxarışa əsasən iddiaçının pensiyasının dayandırılma tarixi xx.xx.2022-ci il, qeyd: əlilliyin etibarsız hesab edilməsi xx.xx.2022-ci il tarixli mail, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 2022-ci ilin iyul ayından dayandırılmış pensiyanın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubda bildirilmişdir ki, müraciətinizlə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu verilib. Sorğumuza cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubunda əlillik vəziyyətinizin araşdırılması zərurətinin yarandığı qeyd edilib. Bununla əlaqədar sözügedən agentlik tərəfindən əlillik vəziyyətinizə dair müvafiq qərar verildikdən sonra sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyanızın bərpa edilməsi məsələsinə baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normaların tələbləri işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakı ilə aparmadan, sonuncunun məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı qüvvədə olduğu halda onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqanın iddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2012-ci il tarixli qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarından iddiaçıya təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdən dayandırıldığı, əmək pensiyasının dayandırılmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X12sistemi üzərindən həyata keçirildiyi, pensiyanın dayandırılması barədə yazılı inzibati qərarın qəbul edilmədiyi bilavasitə müəyyən olunmuşdur. Beləliklə, inzibati orqanın pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətləri inzibati icraat qanunvericiliyinin prosessual tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri eyni zamanda maddi hüquq normalarının pozulması ilə də nəticələnmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 37-ci maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Hazırkı iş üzrə cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılmasının əsası kimi iddiaya etirazında X1 Sisteminin X11 əldə olunan məlumata əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbinə istinad etmişdir. Halbuki, iş üzrə əlilliyə görə əmək pensiyasının təyin edilməsinə əsas olan hüquqi fakt qismində iddiaçı barəsində əlillik təyinatını aparan orqanın əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktı çıxış edir. İş üzrə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə baxılmış və ona həmin tarixdən “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və əlillik dərəcəsi xx.xx.2026-cı il tarixədək qüvvədədir. Cavabdehin də çıxışının olduğu əlillik təyinatı alt sistemində iddiaçıya təyin edilmiş əlillik dərəcəsi təyinatının qüvvədə olması barədə məlumat mövcuddur, sistem üzrə əlillik dərəcəsi təyinatının etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə qərar yerləşdirilməmişdir. Cavabdeh pensiya dayandırılmasına əsas kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubunda İddiaçı əlillik vəziyyətinin araşdırılması ilə əlaqədar Agentliyə əyani müayinəyə dəvət ediləcəyi, müayinə nəticəsinə əsasən əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi barədə məktubuna istinad etmişdir. Göründüyü kimi, cavabdeh orqan özü də əlillik təyinatının ləğv edilməsi barədə səlahiyyətli qurumun inzibati aktına deyil, vətəndaşın əyani müayinəyə dəvət məktubuna əsaslanmışdır. Əlillik dərəcəsi təyin edən orqanın vətəndaşın əlillik vəziyyətinin yoxlaması, bununla bağlı şəxsi əyani müayinəyə dəvət etməsi və s. kimi hərəkətlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə, məsuliyyətinə aid olan məsələdir və bu yoxlamanın sonunda iddiaçının əlillik təyinatının ləğv ediləcəyi ilə bağlı əliverişsiz inzibati aktla yekunlaşacağını güman etməyə bilavasitə əsas vermir. Hazırda iddiaçının xx.xx.2021-xx.xx.2026-cı ilədək qüvvədə olan əlillik dərəcəsi təyinatı var, TSERA-nın məhkəməyə ünvanladığı cavab məktubunda da iddiaçının əlillik dərəcəsinin etibarlı olmaqla statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edildiyi müəyyən olunmur. İş üzrə cavabdehin qeyd etdiyi və pensiya alt sistemində sonuncu dəfə pensiya ödənişi ilə bağlı məlumata əsasən müəyyən olunur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi axırıncı dəfə xx.xx.2022-ci il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixdən isə pensiya ödənişi dayandırılmışdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, dinlənilmə hüququnu təmin etmədən, tələb olunan yazılı şəkildə əsaslandırılmış inzibati akt qəbul etmədən, eləcə də pensiyanın dayandırılma əsası kimi çıxış edən maddi hüquqi əsas olmadan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunu sübut etmədən faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandırmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, iddiaçıya pensiya ödənişinin dayandırıldığı 04 iyul 2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı prokurorluq işçisi kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6404/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6404/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver