Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6429/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük dəyərinin 33175.80 manat olmasını nəzərə almaqla rəsmiləşdirilməsi və 2100 ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal olunaraq xx.xx.2023-cü il tarixdə **********8573 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmiş 651 yerlik 1950 ədəd çamadan yükünün müşayiət sənədlərinə uyğun olaraq, gömrük dəyərinin 33175.80 manat olmasını nəzərə almaqla rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması və boşdayanmaya görə nəqliyyat şirkətinə ödənilmiş 2100 ABŞ dollarının cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Türkiyə Respublikasından 1950 ədəd çamadan yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük xx.xx.2023-cü il tarixdə **********8573 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı xx.xx.2023-cü il tarixdə bildiriş verərək, gömrük bəyannaməsində dəyərləndirmənin kürmöG" tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olmadığı, malın gömrük dəyərində 22074.15 manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. Bakı Baş Gömrük İdarəsinin verdiyi bildiriş qanunsuz və əsassızdır. İlk növbədə bildirilməlidir ki, kürmöG" tarifi haqqında” Azərbaycan Respublikasının Qanuna görə, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Gömrük orqanı tərəfindən bu müddətə riayət edilməmişdir. "xxxx" MMC-nin idxal etdiyi malların bütün müşayiətedici sənədləri qaydasında olmuşdur və gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinə mane olan heç bir hal mövcud olmamışdır. MMC-nin ölkəyə idxal etdiyi malların müşayiət sənədlərinin qanuni və düzgün olması gömrük orqanı tərəfindən mübahisələndirilməmişdir və işin mübahisəsiz halıdır. Eyni zamanda, kürmöG" tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən, gömrük orqanı tərəfindən verilmiş bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Gömrük orqanı verdiyi bildirişdə qanunvericilikdən formal çıxarışlar etməklə kifayətlənmiş, malların gömrük dəyərinin nə üçün malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməsinin mümkün olmadığını əsaslandırmamış və heç bir sübut təqdim etməmişdir. Halbuki cavabdeh gömrük dəyərinin müəyyən edilməsi üçün seçdiyi konkret üsulu və hesabladığı gömrük ödənişlərini əsaslandırmağa və bu barədə qanuni qərar qəbul etməyə borclu olmuşdur. Bu qanunçuluq prinsipindən və cavabdehin fəaliyyətinin qanuna tabe olmasından irəli gəlir. Göründüyü kimi, gömrük orqanı tərəfindən kürmöG" tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud şəkildə pozulmuş, idxal olunmuş malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə müəyyənləşdirilməli olduğu halda, heç bir əsaslandırılma aparılmadan, sübutlar 3 gətirilmədən "xxxx" MMC-dən artıq ödənişlərin ödənilməsi tələb olunmuşdur. İlk növbədə, Bakı Baş Gömrük İdarəsində və Dövlət Gömrük Komitəsində məsul şəxslərə müraciət etsə də, heç kəs iddiaçıya qarşı edilmiş qanunsuzluqların qarşısını almamışdır. Bakı Baş Gömrük İdarəsinin məsul vəzifəli şəxsi Həvva Surxayevaya bütün lazımi sənədləri təqdim etməyinə, qanunun mövqeyini dəfələrlə xatırlatmağına baxmayaraq, o, MMC-nin nümayəndəsini get-gələ salaraq süründürmüş, müxtəlif bəhanələrlə malların uzun müddət gömrükdə saxlanılmasını təmin etməklə, MMCnin ciddi maliyyə itkisinə məruz qoymuş və bundan istifadə edərək MMC-ni qanunsuz qiymətlərlə gömrük rəsmiləşdirilməsi aparmağa məcbur etmək istəmişdir. O özünü dövlət qulluqçusuna yaraşmayan tərzdə apararaq, qulluq mövqeyindən istifadə edərək, lüzumsuz prinsip və açıq nümayiş etdirmiş və açıq-aşkar yüksək qiymət – 651 dəstin hər biri üçün ortalama 76 dollar ödəməklə rəsmiləşdirmə tələb etmişdir. Mübahisə yuxarı gömrük orqanı və ya məhkəmə tərəfindən həll edilməsinə qədər Gömrük Məcəlləsinin 258.1.3-cü maddəsində nəzərdə tutulmuş “bank qarantiyası” təminat üsulunun tətbiq edilmiş və idxal etdiyimiz mallar sərbəst dövriyyəyə buraxılmışdır. Tərəfindən yuxarı gömrük orqanı olan Dövlət Gömrük Komitəsinə şikayət məktubu yazılmış və "xxxx" MMC-nin direktoru Aqşin Həsənzadə ilə birgə Komitəyə dəvət olunmuşdur. Komitədə Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədovun və başqa vəzifəli şəxslərin qəbulunda olduq. Uzun müzakirə zamanı X2 müvafiq sorğular verildiyini, müxtəlif məlumatların əldə edildiyini və həmin məlumatların "xxxx" MMC-nin bəyan etdiyi rəqəmlərə yaxın olduğunu bildirdi. O, Aqşin Həsənzadəyə 651 dəstin hər biri üçün ortalama 40 dollar ödəməklə rəsmiləşdirmə təklif etdi. Aqşin Həsənzadə real gömrük dəyərinin ortalama 30 dollar təşkil etdiyini və gömrük əməkdaşlarının ona qarşı etdiyi qanunsuzluqlar nəticəsində əlavə olaraq boşdayanmaya görə nəqliyyat şirkətinə 2100 ABŞ dollar ödədiyini bildirdi. Belə olan halda, bildirildi ki, bir neçə gün ərzində bizə rəsmi cavab veriləcək. Artıq 1 aydan çox vaxt keçməyinə baxmayaraq şikayətinə cavab verilməmiş və İnzibati icraat haqqında Qanunun da tələbləri pozulmuşdur. Belə ki, İnzibati icraat haqqında Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Malların uzun müddət gömrük rəsmiləşdirilməsi aparılmadan saxlanılması böyük miqdarda pullara başa gəlmiş və "xxxx" MMC tərəfindən nəqliyyat şirkətinə 2100 ABŞ dolları əlavə ödəniş edilmişdir. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Həmin Məcəllənin 221.4-cü maddəsinə görə, yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. "xxxx" MMC normal sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, qazanc əldə etməli olduğu halda, biznesini, müştərilərini, işçilərini düşünməli olduğu halda, lüzumsuz süründürməçiliyə məruz qalmış, bir sahibkar kimi incildilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan ərizədə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal olunaraq xx.xx.2023-cü il tarixdə **********8573 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmiş 651 yerlik 1950 ədəd çamadan yükünün müşayiət sənədlərinə uyğun olaraq, gömrük dəyərinin 33175.80 manat olmasını nəzərə almaqla rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması və boşdayanmaya görə nəqliyyat şirkətinə ödənilmiş 2100 ABŞ dollarının cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi icraatınızdadır. Bildirir ki, Bakı Baş Gömrük İdarəsi ilə iddiaçı arasında razılıq əldə edilmiş, razılığa uyğun olaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********8573 sorğu nömrəli bəyənnamənin həqiqəti əks etdirdiyi qəbul edilmiş və yüklərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən təqdim edilən 29 noyabr 2023cü il tarixli, SBGO/291123/2003 nömrəli bank qarantiyasının ləğv olunmasına etiraz edilməməməsi ilə bağlı müvafiq məktub verilmişdir. Həmin məktub elektron məhkəmə sisteminə yüklənilmişdir. Odur ki, iddia tələbindən imtina edilir və məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
4. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı ünvanına idxal edilmiş və **********8573 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklərə görə “Southland' MMC-nin Bakı Baş Gömrük İdarəsi qarşısında öhdəliyi yoxdur. Həmin yüklərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar olaraq “Paşa Bank" ASC tərəfindən təqdim edilən 29 noyabr 2023-cü il tarixli SBGO/291123/2003 nömrəli bank qarantiyasının ləğv olunmasına etiraz edilmir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddiaçının ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva