Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6436/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun qanunla tələb olunan dövlət qulluğu stajı mövcuddur. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Mərkəzi Filiala xx.xx.2024-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-N-289746/2024 nömrəli məktubu ilə iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı orta aylıq əmək haqqısının hesablanması üçün vaxtilə işlədiyi vəzifələrin indiki dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması mümkün olmadığı bildirilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 59.5-ci maddəsinin 6 noyabr 2007-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Milli Bankın əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilirdi. Həmin 59.5-ci maddənin 6 noyabr 2007-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. "Əmək pensiyaları haqqında” Qanunda isə Mərkəzi Bankın əməkdaşlarına güzəştli şərtlərlə pensiya təyin edilməsinə, yaxud pensiya məbləğlərinə qulluq stajına görə əlavələrin hesablanmasına dair hər hansı müddəa müəyyən edilməməklə yanaşı, Mərkəzi Bankda olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda da nəzərdə tutulmayıb. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı: xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Avtomobil nəqliyyat Nazirliyi baş iş istehlakçısının təsərrüfat hesablı sahəsində fəhlə; xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək V.İ.Lenin adına sarayda səhnə maşinsürəni; xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Oktyabr rayon XTŞ-nin mərkəzləşdirilmiş mühasibatında iqtisadçı, baş iqtisadçı; xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSR Təhsil Nazirliyində baş iqtisadçı, aparıcı iqtisadçı; xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan SSR Xalq Təhsili Nazirliyində aparıcı iqtisadçı, inspektor; xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Milli X5 Bankında aparıcı mütəxəssis, baş iqtisadçı; xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Milli Bankıda Təftiş Departamentinin baş müfəttişi təyin edilmiş, xx.xx.2002-ci il tarixdən həmin departamentinin Qeyri-bank kredit təşkilatların fəaliyyətinə nəzarət şöbəsinə baş iqtisadçı keçirilmiş, xx.xx.2004-cü il tarixdən Xarici nəzarət şöbəsinin baş iqtisadçısı vəzifəsinə keçirilmiş; xx.xx.2008-ci il tarixdən Xarici nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Statistika departamentinin Xarici sektoru statistikası şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə həmin departamentinin Xarici sektorun statistikası şöbəsinin aparıcı mütəxəssissi keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin departamentinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il aavqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu'nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı"nda vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı orta aylıq əmək haqqının hesablanması üçün vaxtilə işlədiyi vəzifələrin indiki dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması mümkün deyil. Buna görə də sözügedən kateqoriya üzrə ona əmək pensiyasının təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası X2 23 avqust 2024-cü il tarixli məktubunda aşağıdakilar qeyd olunmuşdur: -1979-1985-ci illərdə Bakı şəhər Oktyabr Rayon Xalq Təhsili Şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında müxtəlif vəzifələrdə iş müddəti ilə bağlı bildirilmişdir ki, “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında" SSRİ Maarif Nazirliyinin 1980-ci il 8 oktyabr tarixli 134 nömrəli əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasıbatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin. Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsili şöbələrinin yanında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında" 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli Qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturu. 2 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yanında olan təşkilatların siyahısı təsdiq edilmişdir. Mərkəzləşdirilmiş mühasibatlıqlar Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında olan təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin ‘inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Eyni zamanda həmin Siyahının 1.17- ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin idarələrində mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılsa da, həmin bənddə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddiaçınln 1979-1985-ci illərdə Bakı şəhər Oktyabr Rayon Xalq Təhsili Şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. -1985-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyində böyük iqtisadçı və aparıcı iqtisadçı vəzifələrində iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından iddiaçının 1985-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyində böyük iqtisadçı və aparıcı iqtisadçı vəzifələrində ış müddətiniz dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. -1988-1989-cu illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyində Əməyin, əmək haqqının və istehsalın maliyyələşdirilməsi şöbəsində aparıcı iqtisadçı vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli Qərarına 1 nömrəli əlavədə - Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturunda həmin şöbə nəzərdə tutulmamışdır. -1989-1992-ci illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Plan-iqtisadiyyat idarəsinin Maliyyə, əmək, əmək haqqı şöbəsində 2-ci kateqoriyalı iqtisadçı və 1-ci kateqoriyalı iqtisadçı vəzifələrində iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli Qərarına 1 nömrəli əlavədə - Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturunda Plan-iqtisadiyyat idarəsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında. 2.9-cu bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olmuş vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu'nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçının 1988-1989-cu illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Əməyin, əmək haqqının və istehsalın maliyyələşdirilməsi şöbəsində iş müddətiniz dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Müvafiq uyğunlaşdırılma aparıldığından iddiaçının 1989- 1992-ci illərdə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Plan-iqtisadiyyat idarəsinin Maliyyə, əmək, əmək haqqı şöbəsində 2-ci kateqoriyalı iqtisadçı və 1-ci kateqoriyalı iqtisadçı vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. -İddiaçının 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Milli X4 Bankında aparıcı mütəxəssis, aparıcı iqtisadçı və baş iqtisadçı vəzifələrində iş müddəti ilə bağlı bildirilmişdir ki, adıçəkilən qurumun hüquqi statusunu və strukturunu təsdiq edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin illərə dair rəy vermək mümkün olmamışdır. -1995-2016-cı illərdə Azərbaycan Respublikasının Milli Bankında (Azərbaycan Respublikasının Mərkəzi Bankında) baş müfəttiş, baş iqtisadçı və mütəxəssis vəzifələrində iş müddəti ilə bağlı bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyasının 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növü hesab olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçının 1995-2016-cı illərdə Azərbaycan Respublikasının Milli Bankında (Azərbaycan Respublikasının Mərkəzi Bankında) baş müfəttiş, baş iqtisadçı və mütəxəssis vəzifələrində iş müddətiniz dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. -iddiaçının 2016-cı il tarixdən hazırkı tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankında iş müddəti ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 04 mart 2016-cı il tarixli 139-VQD nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı publik hüquqi şəxsə çevrilmişdir. Qeyd edilənlərə əsasən onun 2016-cı il tarixdən hazırkı tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinini arzulayır və bunu X3 tərəfindən verilmiş rəyə əsaslanaraq işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh iddiaçının tələbinə münasibətdə etirazını onunla əsaslandırır ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı orta aylıq əmək haqqısının hesablanması üçün vaxtılə işlədiyi vəzifənin indiki dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin imtinasına keçməzdən əvvəl bildirir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusu statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün vəzifənin dövlət qulluğu vəzifəsinə aid olubolmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilib-ödənilməməsini yoxlamalıdır. Məhkəmə, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmamasını müəyyən etmək məqsədi ilə aşağıda sadalanan qanunvericiliyin müddəalarının təhlil edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlara (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələr təyin edilir; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -(20.11.1) dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; -(20.11.2) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -(20.11-1) Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır.
Məhkəmə, ilk növbədə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı həyata keçirilməmiş və bu səbəbdən də iddiaçıya münasibətdə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunvericilikdə nəzərdə tutulan və yalnız publik hüquqi şəxsin yaradılması ilə əlaqədar əmək fəaliyyətinə xitam verilmiş şəxslərə tətbiq olunan 13 (on üç) illik qulluq stajı ilə bağlı xüsusi şərt tətbiq edilə bilməz. Bu baxımdan, iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququnun müəyyən olunması üçün onun faktiki dövlət qulluğu stajının qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməsi zəruridir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vətəndaşın dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyası hüququ qazanması üçün ən azı 15 (on beş) illik dövlət qulluğu stajına malik olması tələb olunur. Bu səbəbdən, iddiaçının müxtəlif illərdə tutduğu vəzifələrin dövlət qulluğu vəzifəsi olub-olmamasının, eyni zamanda bu müddətlərin dövlət qulluğu stajı kimi tanınıb-tanınmamasının hüquqi qiymətləndirilməsi vacib hesab olunur. Bu kontekstdə qeyd olunur ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. Məhkəmə bildirir ki, iddiaçının 1995–2016-cı illər ərzində Azərbaycan Respublikasının Milli Bankında (sonradan – Mərkəzi Bankında) baş müfəttiş, baş iqtisadçı və mütəxəssis vəzifələrində fəaliyyəti dövlət qulluğu stajı kimi qəbul edilməlidir. Bu nəticəyə gəlmək üçün əsas - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun ilkin redaksiyasının 2.3-cü maddəsidir. Həmin normaya əsasən, dövlət qulluğuna dair müddəalar prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanları ilə yanaşı, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir. Bundan əlavə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 2.1ci maddəsinə əsasən Mərkəzi Bankı publik hüquqi şəxsdir, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 04 mart 2016-cı il tarixli, № 139-VQD nömrəli Azərbaycan Respublikasının Qanunun 1.2.2-ci bəndinə əsasən 2.1-ci maddədə “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının 1995-2016-cı illərdə Azərbaycan Respublikasının Milli Bankında (Azərbaycan Respublikasının Mərkəzi Bankında) baş müfəttiş, baş iqtisadçı və mütəxəssis vəzifələrində iş müddətiniz dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Çünki, Azərbaycan Respublikasının Mərkəzi Bankı hazırda publik hüquqi şəxs statusunu daşısa da, xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı (əvvəlki adı Azərbaycan Respublikası Milli Bankı) dövlət orqanı statusunu daşımışdır. Bu isə onu göstərir ki, 1995–2016-cı illər ərzində Mərkəzi Bank dövlət orqanı statusunda fəaliyyət göstərmişdir və həmin dövrdə orada işləyən şəxslərin hüquqi vəziyyəti dövlət qulluqçusuna bərabər tutulmuşdur. Bu hüquqi əsaslara görə, iddiaçının 1995–2016-cı illər ərzindəki fəaliyyət dövrü dövlət qulluğu stajına daxil edilməlidir. Bu müddətin dövlət qulluğu stajı kimi tanınması, həmçinin X2 də hüquqi mövqeyi ilə təsdiq olunmuşdur. Qeyd olunmalıdır ki, X3 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin Nizamnaməsi) Bu səbəbdən X2 rəyi hər hansı şübhə doğurmur. Bundan başqa, iddiaçının 1989–1992-ci illər ərzində Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Plan-iqtisadiyyat idarəsinin Maliyyə, əmək, əmək haqqı şöbəsində 2-ci və 1-ci kateqoriyalı iqtisadçı vəzifələrində fəaliyyəti də dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır. Bu dövrlə bağlı hər hansı mübahisə mövcud deyil və X3 də həmin müddətin dövlət qulluğu stajı hesab edilməsi ilə bağlı müsbət rəy vermişdir. Cavabdeh tərəfin, iddiaçının tutduğu vəzifənin indiki dövrün dövlət qulluğu vəzifələri ilə uyğunlaşdırılmasının mümkün olmaması ilə bağlı irəli sürdüyü mövqe isə qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir və hüquqi əsaslardan məhrumdur. Belə ki, uyğunlaşdırma məsələsi qanunvericilikdə konkret mexanizmlərlə tənzimlənmiş, cavabdeh hansı əsaslara görə uyğunlaşdırılmanın aparılmasının mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən çox təşkil etdiyindən, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov