Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-648/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan hərbi biletini, eləcə də əmək kitabçasında göstərilən 40 ildən çox olan əmək stajını, həmin stajın 20 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmağına əsas verməyini nəzərə almaqla, onun güzəştli şərtlərlə əmək pensiyasına çıxarılmağı və pensiyanın hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hazırki dövrədək fasiləsiz olaraq çalışır. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 40 ildən çox təşkil edir. Bu illərin tam olaraq 20 ilini zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır və hazırda da bu sahədə çalışır. Belə ki, xx.xx.2004-cü ildən başlayaraq müxtəlif metaləritmə müəssisələrində ocaq mexaniki, ocaq mexanik ustası, mexanik vəzifələrində çalışmışdır. Hazırda 63 yaşı var. Artıq 3 ildir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə etməyinə maneə yaratmışdılar. Sonuncu dəfə isə onun induksion ocaq mexaniki vəzifəsində işlədiyini və bu vəzifənin sex mexaniki vəzifəsi ilə eynilik təşkil etməsi barədə məlumat olmadığı üçün ona imtina cavabı vermişdilər. O ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X2 imtina qərarı ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin Domna istehsalatı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Sonuncu iş yeri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi AR-14 nömrəli, 19 oktyabr 2023-cü il tarixli arayışından da göründüyü kimi yuxarıda göstərilən sex mexaniki vəzifəsi işlədiyi 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsi ilə eynilik təşkil edir. Təqdim etdiyi sənədlərdən də göründüyü 40 ildən çox olan ümumi iş stajının 20 ili güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmuşdur yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. Hesab edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan siyahı üzrə) çalışan sığort olunanların: kişilər -57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 06 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bundan əlavə olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin imtinasına səbəb olan ağırlaşdırıcı hallara istinad edərək ərizəçinin konstitusion hüquqlarının pozulmasıdır. Bundan başqa, qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Ərizçinin işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısında göstərilən işlərə aid olmuşdur. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər. Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən iddiaçının pensiya hüququ yarandığı tarixədək 40 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 20 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavədən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hazırki dövrədək fasiləsiz olaraq çalışır. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajımın pensiya hüququm yarananadək olan hissəsi 30 il 2 ay 5 gün təşkil edir. Əlavə olaraq, 2 il 2 ay 8 gün hərbi xidmət dövrü təşkil edir.Qeyd edilən stajın pensiya hüququm yarananadək olan hissəsi (xx.xx.2020) 15 il 5 ay 17 gününü ildən çox təşkil edir.Belə ki, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" MMC-də “ocaq mexaniki” və “ocaq mexanik ustası” vəzifəsində işləmişdir (4 il 11 ay);xx.xx.2009-cu ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də (xx.xx.2013-cü ildən adı dəyişdirilərək "xxxx" MMC adlandırılıb) “indüksiyon ocaq mexaniki” vəzifəsində işləmişdir (8 il 1 ay 29 gün);xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də “mexanik” vəzifəsində işləmişəm (9 ay 8 gün);xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" MMC-də “mexanik” vəzifəsində işləmişdir (9 ay);xx.xx.2019-cu ildən hal-hazıradək "xxxx" MMC-nin 3 saylı metaləritmə sexində “mexanik” (indüksiyon soba üzrə) vəzifəsində işləyir. Hazırda 65 yaşı var və artıq 5 ildir ki, pensiya hüququmdan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə mənim pensiya hüququndan istifadə etməyinə maneə yaratmışdılar. Sonuncu dəfə isə onun induksion ocaq mexaniki vəzifəsində işlədiyini və bu vəzifənin sex mexaniki vəzifəsi ilə eynilik təşkil etməsi barədə məlumat olmadığı üçün mənə imtina cavabı vermişdilər. O ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X2 imtina qərarı ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metallurgiya istehsalatı bölməsinin (3) Domna istehsalatı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Əvvəlki iş yerləri fəaliyyətini dayandırdığına və sənədlər arxivə təqdim edilmədiyinə görə hazırda bununla bağlı sənədlərin əldə edilməsi mümkün deyildir. Sonuncu iş yeri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi AR-14 nömrəli, 19 oktyabr 2023-cü il tarixli arayışından (bununla bağlı "xxxx" MMC məhkəməyə də arayış təqdim edib) da göründüyü kimi yuxarıda göstərilən sex mexaniki vəzifəsi onun işlədiyi 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsi ilə eynilik təşkil edir. Onun bütün iş yerlərində işlədiyi “mexanik” vəzifələri induksiyon soba üzrə olmuşdur. Lakin əvvəlki iş yerlərindən arayış almağının mümkünsüzlüyü onunla əlaqəli olmadığı üçün digər oxşar müəssisələrlə vəzifə uyğunluğu aparmağa ehtiyac vardır. "xxxx" MMC-nin bununla bağlı verdiyi arayış isə həqiqətən də qeyd edilən vəzifənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Domna istehsalatı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikləri vəzifəsi nəzərdə tutulduğunu bir daha təsdiq edir.Təqdim etdiyi sənədlərdən də göründüyü həm ümumi, həm də güzəştli şərtlərlə olan iş stajı 60 yaşdan pensiyaya çıxmaq üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qəran ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər 4 edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. Hesab edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququm vardır.Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə etdiyi müraciətinə müsbət cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan siyahı üzrə) çalışan sığort olunanların: kişilər -57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 06 ayını həmin işlərdə, qadınlar-52 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.Bundan əlavə olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin imtinasına səbəb olan ağırlaşdırıcı hallara istinad edərək ərizəçinin konstitusion hüquqlarının pozulmasıdır. Bundan başqa, qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Ərizçinin işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısında göstərilən işlərə aid olmuşdur. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən iddiaçının pensiya hüququ yarandığı tarixədək olan 32 il 4 ay 13 gün ümumi iş stajının 15 il 5 ay 17 günü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı T.X1 ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 51065/2023 nömrəli məktub). Qeyd etməyi zəruri hesab edilir ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metallurgiya istehsalatı bölməsinin Domna istehsalatı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin 20 avqust 2020-ci il tarixli arayışında xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Metal əritmə sexində və "xxxx" MMC-nin 25 avqust 2020-ci il tarixli 02/A nömrəli arayışında xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində induksiyon ocaq mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi induksiyon ocaq mexaniki vəzifəsi yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Eyni zamanda “İNAM-2019" MMCnin 3 fevral 2023-cü il tarixli AR-02 nömrəli arayışında iddiaçının xx.xx.2019-cu il tarixdən bu günədək mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan metallurgiya istehsalatı sahəsi ilə, işlədiyi vəzifənin isə sex mexanikləri vəzifəsi ilə eynilik təşkil etməsi barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə həmin dövrləri iddiaçının güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Həmçinin iddia tələbinin birdəfəlik ödəmə hissəsi ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1986-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1982-ci il tarixdə 128 nömrəli xx.xx.1982-ci il tarixli əmrə əsasən Quzukənd gənclər sovxozuna fəhlə kimi qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdəb 83 nömrəli xx.xx.1989cu il tarixli əmrə əsasən yaşayış yerini dəyişdiyi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə 9-k saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 3-cü dərəcəli betonçu kimi işə qəbul olunmuşdur. xx.xx.1989cu il tarixdə 11-n nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən 5-ci dərəcəli motoçu kimi köçürülmüşdür. xx.xx.1989cu il tarixdə 61-n nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən ƏM 36-cı maddəsinə əsasən əmək müqaviləsi bitdiyi üçün işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixli 307 nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən 5 saylı yığım sexinə 3-cü dərəcəli toplayıcı-çilingər kimi qəbul olunmuşdur. xx.xx.1990-cu il tarixdə 51\k saylı xx.xx.1990-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli toplayıcı –çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1991-ci il tarixdə 39 nömrəli xx.xx.1991-ci il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.xx.xx.1991-ci il tarixdə 73-30/İV-91 nömrəli əmrə əsasən gözətçi təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə 126 nömrəli xx.xx.1991-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 25 nömrəli xx.xx.1991-ci il tarixli əmrə əsasən Turizm və şou biznes idarəsində sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdə 112 nömrəli xx.xx.1995-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsinə görə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə xx.xx.1995-ci il tarixli 75 nömrəli əmrə əsasən sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixdə xx.xx.1995-ci il tarixli 90 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsinə görə işdən azad edilmişdir. xx.xx.2001ci il tarixdə xx.xx.2001-ci il tarixli 144 nömrəli əmrə əsasən Bakı maşınqayırma zavodu sexinə abadlıq təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixdə 120 nömrəli xx.xx.2002-ci il tarixli əmrə əsasən Xalq istehlakı malları sexində 3-cü dərəcəli yığıcı-çilingər vəzifə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixdə 7\n nömrəli xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 28/k-5 saylı xx.xx.2004-cü il tarixli əmə əsasən "xxxx" MMC-ə müddətsiz müqavilə əsasında ocaq mexaniki vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 32\k15 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Həmin tarixdən ocaq mexaniki ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixdə 41\5- 24 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə 27\k saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən "xxxx" MMC metaləritmə sexinə indüksiyon ocaq mexaniki işinə qəbul edilir. xx.xx.2013-cü il tarixdə 03 nömrəli xx.xx.2013cü il tarixli əmrə əsasən "xxxx" Kompani MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılır. xx.xx.2018-ci il tarixli 04\k nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin 2ç maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə 573 nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən "xxxx" MMC-yə Mexanik qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə 679\k saylı xx.xx.2018-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə 878\k nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən "xxxx" MMC-yə mexanik qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə 1200\k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə 170/k saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-nin 3 saylı metaləritmə sexinə mexanik qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-M-51065/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incesənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir."Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Metallurgiya istehsalatı bölməsinin Domna istehsalatı bəndinin rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikleri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 20 avqust 2020-ci il tarixli arayışında xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “İCN Kompani" MMC-nin Metal əritmə sexində və "xxxx" MMC-nin sizə dair 25 avqust 2020-ci il tarixli 02/A nömrəli arayışında xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində induksiyon ocaq mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi induksiyon ocaq mexaniki vəzifəsi yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahı da nəzərdə tutulmamışdır. Eyni zamanda "İNAM- 2019” MMC-nin sizə dair 3 fevral 2023-cü il tarixli AR-02 nömrəli arayışında xx.xx.2019-cu il tarixindən bugünədək mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyiniz müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan Metallurgiya istehsalatı sahəsi ilə, işlədiyiniz vəzifənin isə sex mexanikləri vəzifəsi ilə eynilik təşkil etməsi barədə hər hansı məlumat göstərilməyib. Buna görə həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı dair HЗ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli hərbi bilet məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (AZE № AZE0*******, xx.xx.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilib) həqiqətən xx.xx.2009-cu il tarixindən xx.xx.2018-d il tarixinədək "xxxx" MMC-nin Metal əritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində işləyib. "xxxx" MMC xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC adı ilə fəaliyyətdə olub. "xxxx" MMC-nin 02/a saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (AZE N AZE0*******. xx.xx.2011-ci il tarixində Sabunçu RPİ tərəfindən verilib) həqiqətən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək “SEN İNŞAAT’ MMC-nin 3 saylı Metaləritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində işləyir. "xxxx" MMC-nin AR-01 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən xx.xx.2019-cu il tarixindən hal hazırki tarixədək "xxxx" MMC-nin 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da 3-cü -Metallurgiya İstehsalatı bölməsinin З.1., b) rəhbərlər və mütəxəssislər qrafasında öz əksini tapmış sex mexanikləri vəzifəsi İddiaçı tutduğu 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsi ilə eynilik təşkil edir. "xxxx" MMC-nin AR-02 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən xx.xx.2019-cu il tarixindən hal hazırki tarixədək "xxxx" MMC-nin 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da 3-cü-Metallurgiya İstehsalatı bölməsinin 3.İ., b) rəhbərlər və mütəxəssislər qrafasında öz əksini tapmış sex mexanikləri vəzifəsinə uyğundur. "xxxx" MMC-nin AR-14 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən xx.xx.2019-cu il tarixindən hal hazırki tarixədək "xxxx" MMC- nin 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da 3-cü-Metallurgiya İstehsalatı bölməsinin 3.İ., b) rəhbərlər və mütəxəssislər qrafasında öz əksini tapmış sex mexanikləri vəzifəsi İddiaçı tutduğu 3 saylı metalərirmə sexində mexanik (induksion soba üzrə) vəzifəsi ilə eynilik təşkil edir. "xxxx" MMC-nin 28 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) həqiqətən xx.xx.2019-cu il tarixindən hal hazırki tarixədək "xxxx" MMC- nin 3 saylı metaləritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində işləmişdir. “X5” QSC-nin 2 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023cü il tarixli 2-l/(112)-17248/2023 saylı məktubunuza cavab olaraq bildirilir ki, İddiaçı xx.xx.2009-xx.xx.2018-ci il tarixləri aralığında işlədiyi "xxxx" MMC (VÖEN № **********) adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış və xx.xx.2021-ci il tarixində ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. "xxxx"xxxx"X5'' QSC-nin (VÖEN № **********) əməkdaşlarına xx.xx.2024-cü tarixində təhvil verilmişdir. "X5" QSC (VÖEN № **********) ləğv edilmiş "xxxx" MMC-nin (VÖEN № **********) hüquqi varisi olmadığına görə vətəndaşa ləğv edilmiş müəssisədə işlədiyi dövrlər üzrə müvafiq arayışın verilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********869700 saylı kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********14 nömrəli bildirişdən görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi bildirir ki, xx.xx.2004 tarixdə 0104-P49-39795 № ilə (VÖEN № 1********) dövlət qeydiyyatına alınmış "SAFİKHANOV BOXİNG 81” MMC (Ləğv prose-sindədir) xx.xx.2021 tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" MMC-nin 06-M saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2019-cu il tarixdən hal-hazırki tarixədək "xxxx" MMC-nin 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. İddiaçı 3 saylı metaləritmə sexində işlədiyi mexanik (induksion soba üzrə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna İstehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə, həmçinin "xxxx" MMC-nin fəaliyyət sahəsi metallurgiya istehsalı sahəsi ilə eynilik təşkil edir. "xxxx" MMC əmək şəraiti üzrə iş yerlərinin atestasiya protokolu məhkəməyə təqdm edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/2353 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan Bakı metal əritmə zavodunun (sonrakı adı "xxxx" MMC), "xxxx" MMC-nin, "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X2 18 aprel 2025-ci il tarixli 3- 17-1/2-87575/2025 saylı məktubundan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya sığorta kapitalı 19251,42 manat, həmin tarixdən sonrakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 33331,57 manat olmaqla cəmi pensiya sığorta kapitalı 52582,99 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 18 il 8 ay 10 gün iş stajı pensiya 18 aprel 2025-ci il 3-17- 1/2-87575/2025 sığorta kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19251,42 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 33331,57 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 19920,86 manat təşkil edirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X3 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarla təsdiq edilmiş siyahıdakı kodlara uyğun nəzərə alınmalıdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2025-ci ildə müraciət etmişdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixə yaşının 60-dan çox, ümumi iş stajının ən az 25 il olması işin mübahisəsiz halıdır. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: "xxxx" MMC-nin 06-M saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2019-cu il tarixdən hal-hazırki tarixədək "xxxx" MMC-nin 3 saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. İddiaçı 3 saylı metaləritmə sexində işlədiyi mexanik (induksion soba üzrə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna İstehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə, həmçinin "xxxx" MMC-nin fəaliyyət sahəsi metallurgiya istehsalı sahəsi ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2009-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-nin Metal əritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək “SEN İNŞAAT’ MMC-nin 3 saylı Metaləritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində işləməsi də müvafiq arayışlarla öz əksini tapsa da, həmin arayışlarda sözügedən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna İstehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə eynilik təşkil etməsi qeyd edilməmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən müəssisələrin arxiv sənədlərinin natamam olması və ya onların hazırda mövcud olmaması səbəbindən sözügedən arayışlarda həmin qeydin göstərilə bilməməsi iddiaçının təqsiri deyil və onun əleyhinə şərh edilməməlidir. Belə ki, eyni vəzifə barədə anoloji müəssisə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışda İddiaçı işlədiyi mexanik (induksion soba üzrə) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna İstehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə, həmçinin "xxxx" MMC-nin fəaliyyət sahəsi metallurgiya istehsalı sahəsi ilə eynilik təşkil etməsi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının əmək şəraitinə görə xx.xx.2022ci il tarixədək güzəştli şərtlərlə əmək stajının 25 il (xx.xx.2009-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2022-ci il) təşkil etməsi iş yerindən arayışlarla da təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat X2 üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-648/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-648/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver