Məhkəmə qərarları › İş №e-2-1(112)-6481/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6481/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6481/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq ödəmənin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı fərdi sahibkar kimi yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Daha sonra müəyyən səbəblərdən fəaliyyət göstərdiyi iaşə obyektini bağlamağa və sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində iddiaçı nümunəvi vergi ödəyicisi kimi seçilmiş və dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini vaxtı-vaxtında icra etmişdir. İddiaçı sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra onun şəxsi hesab vərəqəsində 20.032,93 manat məbləğində artıq ödənilmiş vergilər mövcud idi. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirilməsi olmuşdur. Belə ki, 23 sentyabr 2021-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 20.032,93 manat artıq ödənilmiş vergilər mövcud idi və iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə «artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə» ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 sentyabr 2021-ci il tarixli məktubla formal mülahizələrə istinad edilərək əsassız və qanunsuz olaraq müraciətin təmin olunmasından imtina edilmişdir. Lakin cavabdehin imtinası əsassız və qanunsuzdur. Ümumiyyətlə dövlət büdcəsinə artıq ödənilmiş vergilərin vergi ödəyicisinə qaytarılması münasibətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir və bu səbəbdən də iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması tələbi sözügedən Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qaydaların tələblərindən göründüyü kimi, dövlət büdcəsinə ödənilmiş artıq vergilərin qaytarılmasında vergi orqanlarının bilavasitə vəzifəsi həmin vergilərin birbaşa vergi ödəyicisinə qaytarılmasından deyil, məhz həmin vergilərin qaytarılması məqsədilə müvafiq rəyləri hazırlayaraq maliyyə orqanlarına təqdim etməkdən ibarət olmuşdur ki, bunun da həyata keçirilməsi üçün vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara, yəni vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müvafiq qaydada təsdiq edilmiş ərizə ilə müraciət etməlidir. Məhz bu səbəbdən də Qaydaların tələblərinə uyğun olaraq iddiaçı cavabdehə sözügedən Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə onun ərizəsi üzrə heç bir araşdırma aparmadan və qanunamüvafiq tədbirlər görmədən formal mülahizələrə istinad edərək iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Qeyd olunan imtina məktubunda cavabdeh xx.xx.2015-ci tarixdə vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edildiyini, lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olarag ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi qeyd olunmuşdur. Lakin partnyorluq sazişinin bağlanmasının hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin sazişin 1.2-ci bəndinə görə saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Qeyd olunan sazişin 1.3-cü bəndində sazişin sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək, müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək, vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq, vergi risklərini minimallaşdırmaq kimi məqsədləri göstərilmişdir. Sazişin qeyd olunan məqsədlərindən də göründüyü kimi, sözügedən sazişin məqsədi vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı əməkdaşlıq, etibarlılıq və şəffaflıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına və vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etməsinə yönəlmişdir ki, məhz bu səbəbdən də iddiaçı fəaliyyət göstərdiyi dövr ərzində dövriyyəsinə uyğun olaraq vergi orqanına bəyannamələr versə də, dövlət büdcəsinə bəyan etdiyi vergilərdən artıq miqdarda vergilər ödəmişdir. Partnyorluq sazişin məqsədinə uyğun olaraq iddiaçı büdcə proqnozlarının yerinə yetirilməsi üçün dövlət büdcəsinə dövriyyəsinə uyğun olaraq ödəməli olduğu vergilərdən artıq məbləğdə vergilər ödəmişdir. Bu səbəbdən də iddiaçının hazırda dövlət büdcəsinə artıq ödəməsi yaranmışdır ki, həmin artıq ödəmənin də geri tələb edilməsi vergi qanunvericiliyi ilə ona verilən hüquqdur. Eyni zamanda vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmiş, lakın buna baxmayaraq, iddiaçının aylıq dövriyyəsi hər ay fərqli olsa da, o, özü həmişə vergi dövriyyəsinə uyğun deyil, ondan artıq məbləğdə vergilər ödəmişdir. Digər tərəfdən sözügedən sazişin heç bir bəndində vergi orqanına təqdim edilən bəyannamələrdə aylıq dövriyyə göstəricilərinin ödənilən vergi məbləğlərinə uyğun olaraq göstərilməsi qeyd edilməmişdir ki, bu hal da bir daha vergi orqanının imtina məktubunda bununla bağlı gətirdiyi dəlilinin əsassız olduğuna dəlalət edir. Bundan əlavə, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək və 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq vergi orqanının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, qeyd olunan müddəalardan aydın olur ki, əgər vergi orqanının iddia etdiyi dəlil, yəni iddiaçının guya vergi orqanı ilə bağladığı partnyorluq sazişinə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməlidirsə, lakin bunu etməmişdirsə, onda hansı səbəbdən vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barəsində vergi nəzarət tədbirləri keçirməmiş və vergidən yayındığına görə qanunamüvafiq tədbirlər görməmişdir? Eyni zamanda, əgər iddiaçı partnyorluq sazişinin tələblərinə əməl etmirdisə, yəni ödədiyi vergilərə müvafiq olaraq bəyannamələr vergi orqanına təqdim etmirdisə, nə üçün vergi orqanı iddiaçı ilə bağladığı partnyorluq sazişinə xitam verilməsi təşəbbüsü ilə bu günədək çıxış etməmişdir? Halbuki, Sazişin 5.1-ci bəndində göstərilmişdir ki, bu sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Sazişin qeyd olunan tələbinə baxmayaraq, vergi orqanı tərəfindən bu günədək iddiaçıya sazişin tələblərinin yerinə yetirilməməsi səbəbindən həmin sazişə xitam vermək niyyətinin olması barədə müraciət edilməmiş və həmin saziş bu günədək qüvvədədir. Beləliklə, vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsini tövsiyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Halbuki, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə iddiaçının borcları olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilməz, məhz bu səbəbdən də iddiaçı ərizə ilə müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixdən 45 gün ərzində qaytarılmalı idi. Artıq ödəmənin qaytarılması üçün nəzərdə tutulmuş 45 günlük müddətin sonuncu günü 8 noyabr 2021-ci il tarixə təsadüf edir ki, həmin gündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 7.805,10 manat artıq ödəmənin 0.1 faizi miqdarında faiz hesablanaraq iddiaçıya ödənilməlidir. Gecikdirilmiş günlərə görə faizlərin ödənilməsi vergi qanunvericiliyinin imperativ tələbi olduğu üçün bundan əvvəl hətta Vergilər Nazirliyin Apellyasiya Şurası belə vergi ödəyicisinin şikayətini təmin edərək qaytarılmış artıq ödəmədən başqa gecikdirilmiş günlərə görə əlavə olaraq faiz məbləğlərini də ödəmişdir. Həmçinin vergi orqanı 30 dekabr 2021-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsi üzrə ümumilikdə mövcud olan 20.032,93 manat vergilərin 14.629,58 manat hissəsini 5 illik tələbetmə müddəti keçmiş artıq ödəmələrə aid edərək şəxsi hesab vərəqəsindən silmişdir. Halbuki iddiaçı müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə ümumilikdə 20.032,93 manat vergilərdən 7.805,10 manat vergilərin 5 illik tələbetmə müddəti keçmədiyi üçün ərizədə həmin məbləğdə artıq ödəmənin qaytarılmasını tələb etmişdir. Bu da bir daha təsdiq edir ki, vergi orqanı iddiaçının ərizəsi ilə 5 illik tələbetmə müddəti keçmədiyi 7.805,10 manat artıq ödəmənin 2.401,75 manat olan hissəsini qanunsuz və əsassız olaraq iddiaçının şəxsi hesab vərəqəsindən 5 illik tələbetmə müddətinin keçməsi əsası ilə azaltmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4.-cü maddəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə tənzimlənir. Qeyd olunan Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci bəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Qaydaların 3.2-ci bəndinin göstərişinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1.3-cü bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 7.1-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Qeyd olunan Qaydaların 7.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların tələblərindən aydın olduğu kimi iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vəsaitinin qaytarılması barədə rəy tərtib edilməsi üçün müəyyən edilmiş forma üzrə vergi orqanına müraciət etməsi tələb olunur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 14.629,58 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edildiyi və həmin məbləğin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirildiyi bildirilmişdir. Həmçinin həmin məktubla iddiaçıya xx.xx.2018-ci ildə fəaliyyətini dayandırdığına baxmayaraq, baza məlumatlarına əsasən 2019-cu ildə 2.296,80 manat (ƏDV daxil) dəyərində müxtəlif içki və tütün məhsullarını aldığı, lakin bununla bağlı müvafiq hesabatları təqdim etmədiyi bildirilmişdir. Odur ki, qeyd olunanalarla əlaqədar olaraq iddiaçıdan müvafiq hesabat dövrü üçün müvafiq bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr, ətraflı izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün iddiaçının zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan sənədlər cavabdehə təqdim edilməmişdir. Bu kimi hallar iddiaçının fəaliyyətində risklərin olduğu ehtimalını yaradır. Eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının bu tarixə şəxsi hesab vərəqəsində 5.403,35 manat artıq ödəmə məbləğinin mövcud olduğunu və həmin məbləğin qaytarılması ilə bağlı müvafiq ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunmuş, lakin iddiaçı tərəfindən vergi orqanına tələb olunan formada tərtib edilmiş müraciət daxil olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 23 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı 23 sentyabr 2021-ci il tarixinə mövcud olan 7.805,10 manat məbləğində artıq ödənilmiş vergilərin qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin bildiririk ki, tərəfinizdən xx.xx.2015-ci il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Sizinlə “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə tərəfinizdən öhdəliklərinizin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən vergi partnyorluğu sazişi vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyıciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyiniz dövr üzrə dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi Sizə tövsiyə olunur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “195” nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Tələb etmə müddəti bitmiş artıq ödəmə barədə məktubunuza İqtisadiyyat Nazırliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikas Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Qeyd edək ki, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi liə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə muhasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı, şəxsi hesab vərəqənizin “Vergilər üzrə vərəqə” hissəsində 14.629,58 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqənizin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Həmçinin tərəfinizdən xx.xx.2018-ci ildə fəaliyyətinizi dayandırmağınıza baxmayaraq, baza məlumatlarına əsasən 2019-cu ildə 2.296,80 manat (ƏDV daxil) dəyərində müxtəlif içki və tütün məhsullarını aldığınız, lakin bununla bağlı müvafiq hesabatları təqdim etmədiyiniz müəyyən olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: müvafiq hesabat dövrü üçün müvafiq bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr; ətraflı izahat məktubu; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər. Bildiririk ki, Vergi Məcəlləsinin 38.3.1-ci və 38.3.5-ci maddələri əsas götürülməklə vergi orqanı tərəfindən növbədən kənar səyyar vergi yoxlaması təyin edilə bilər. Bu da əlavə olaraq 50 faiz maliyyə sanksiyaları üzrə itkilərlə nəticələnə bilər. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda 7 (yeddi) il müddətində növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “195” nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********361100 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbarı tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsıni 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla əlaqədar olaraq, qeydiyyatda olduğunuz vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 14.629,58 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqənizdə 5.403,35 manat artıq ödəmə məbləği mövcuddur ki, həmin məbləğin qaytarılması ilə bağlı müvafiq ərizə ilə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz Sizə tövsiyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində xx.xx.2022-ci il tarixə 5.403,35 manat artıq ödəmə və 14.629,58 manat tələb etmə müddəti bitmiş artıq ödəmə məbləğləri müəyyən edilmişdir. Vergi ödəyicisinin tələb etmə müddəti bitmiş artıq ödəmə məbləği şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, iddiaçının cavabdeh vergi orqanına ərizənin təqdim etdiyi 23 sentyabr 2021-ci il tarixinə şəxsi hesab vərəqəsi üzrə ümumilikdə 20.032,93 manat vergi borcu mövcud olmuşdur. Həmin şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, 30 dekabr 2021-ci il tarixində cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçmiş 14.629,58 manat məbləğində vergi borcunu azaltmış və həmin tarixə 5.403,35 manat məbləğində artıq ödənilmiş vergi borcu qalmışdır. Həmin şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, xx.xx.2016-cı il artıq ödəmə 400,00 manat, xx.xx.2016-cı il artıq ödəmə 400,00 manat, xx.xx.2016-cı il artıq ödəmə 200,40 manat, xx.xx.2016-cı il artıq ödəmə 600,90 manat, xx.xx.2016-cı il artıq ödəmə 499,75 manat, xx.xx.2016-cı il artıq ödəmə 300,70 manat, xx.xx.2017-ci il artıq ödəmə 801,20 manat, xx.xx.2017-ci il artıq ödəmə 801,20 manat, xx.xx.2017-ci il artıq ödəmə 400,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 300,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,75 manat, xx.xx.2017-ci il artıq ödəmə 299,45 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,75 manat, xx.xx.2017-ci il artıq ödəmə 1.000,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 300,00 manat olmaqla, ümumilikdə artıq ödəmənin məbləği 7.805,10 manat təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Vergi partnyorluğu Sazişi”nin surətindən görünür ki, Sazişin 1.2-ci bəndinə əsasən Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Göründüyü kimi, iddiaçı artıq ödənişlərin qaytarılması ilə bağlı ərizə ilə vergi orqanına müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixinə şəxsi hesab vərəqəsi üzrə mövcud olduğu 20.032,93 manat artıq ödəmələrdən həmin anda Vergi Məcəlləsinin 85-ci maddəsinin tələbləri baxımından 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödənişi olmuş və həmin artıq ödənilmiş vergilərin qaytarılmasını xahiş etmiş, cavabdeh vergi orqanı isə ərizəyə verdiyi imtina məktubunda yalnız iddiaçının təqdim etdiyi bəyannamələrdə əks etdirilmiş dövriyyələrin iddiaçının vergi orqanı ilə bağladığı partnyorluq sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib olmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının artıq ödənilmiş vergilərin qaytarılmasına dair ərizəsinin icrasından imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.5-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin və ya sığortaedənin bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10-cu bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.1-ci bəndinə əsasən maliyyə orqanları və sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. 5.2-ci bəndinə əsasən mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 (beş) və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. 5.3-cü bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sadalanan normaların tələblərindən göründüyü kimi, dövlət büdcəsinə ödənilmiş artıq vergilərin qaytarılmasında vergi orqanların bilavasitə vəzifəsi məhz həmin vergilərin qaytarılması məqsədilə müvafiq rəyləri hazırlayaraq maliyyə orqanlarına təqdim etməkdən ibarət olmuşdur ki, bunun da həyata keçirilməsi üçün vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara, yəni vergi ödəyicisinin qeydiyyatda (uçotda) olduğu vergi orqanına müvafiq qaydada təsdiq edilmiş ərizə ilə müraciət etməlidir. İş materiallarından göründüyü kimi, Qaydaların tələblərinə uyğun olaraq iddiaçı qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həmin Qaydaların 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə ərizə forması ilə müraciət etmişdir. Lakin cavabdeh vergi orqanı formal mülahizələrə istinad edərək iddiaçının bağladığı partnyorluq sazişinin tələblərinə əməl etmədiyini əsas kimi gətirməklə ərizənin icrasından əsassız olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, partnyorluq sazişinin bağlanmasının hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin Sazişin 1.2-ci bəndinə əsasən saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Sazişin 1.3-cü bəndinə əsasən Sazişin məqsədləri aşağıdakılardır: 1.3.1. sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq; 1.3.2. əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; 1.3.3. müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; 1.3.4. vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; 1.3.5. ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; 1.3.6. vergi risklərini minimallaşdırmaq. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmişdir. Bundan başqa, sözügedən Sazişin heç bir bəndində vergi orqanına təqdim edilən bəyannamələrdə aylıq dövriyyə göstəricilərinin ödənilən vergi məbləğlərinə uyğun olaraq göstərilməsi təsbit edilməmişdir ki, bu hal da bir daha cavabdeh vergi orqanının imtina məktubunda bununla bağlı istinad etdiyi dəlilinin əsassız olduğunu təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, əgər iddiaçı cavabdeh vergi orqanı ilə bağladığı partnyorluq sazişinə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməmişdisə, vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barəsində vergi nəzarət tədbirləri keçirə və vergidən yayındığına görə qanunamüvafiq tədbirlər görə bilərdi. Eyni zamanda, Sazişin 5.1-ci bəndinə əsasən bu Sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, Sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Göründüyü kimi, əgər iddiaçı partnyorluq sazişinin tələblərinə əməl etməmişdirsə, yəni ödədiyi vergilərə müvafiq olaraq bəyannamələr vergi orqanına təqdim etməmişdirsə, cavabdeh vergi orqanı iddiaçı ilə bağladığı partnyorluq sazişinə xitam verilməsi təşəbbüsü ilə çıxış edə bilərdi. Lakin iş materiallarından göründüyü kimi, artıq ödəmənin qaytarılması ərizəsinin verildiyi günədək cavabdeh vergi orqanı iddiaçı barəsində partnyorluq sazişinin tələblərinə əməl edilməməsi əsası ilə hər hansı vergi nəzarət tədbirləri keçirməmiş və yaxud həmin sazişinin ləğv edilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh vergi orqanın iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi əsasına istinad edilməsi formal olmuş və bununla da artıq ödənilmiş vergilərin qaytarılması barədə iddiaçının ərizəsinin icrasından imtina etməkdə haqlı olmamışdır. Cavabdeh vergi orqanı etirazında iddiaçının müraciətinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş qaydada tərtib edilmədiyini göstərmiş, eyni zamanda cavab məktublarına istinad edərək iddiaçının şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 14.629,58 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edildiyi üçün həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirildiyi, 7 fevral 2022-ci il tarixdə şəxsi hesab vərəqəsi üzrə 5.403,35 manat məbləğində artıq ödəmənin mövcud olduğu, bununla bağlı iddiaçıya yeni ərizə ilə müraciət edilməsi tövsiyə olunduğunu, lakin sonuncu təkrarən müraciət etmədiyini bildirmişdir. Həmçinin, cavabdeh orqanın etirazında iddiaçının 7 noyabr 2018-ci il tarixindən fəaliyyətini dayandırdığına baxmayaraq, baza məlumatlarına əsasən 2019-cu ildə 2.296,80 manat (ƏDV daxil) dəyərində müxtəlif içki və tütün məhsullarını aldığını, lakin bununla bağlı müvafiq hesabatların göndərilmədiyi göstərilmişdir. Məhkəmə cavabdehin etirazda göstərdiyi bu dəlillər ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı artıq ödəmənin qaytarılması ilə bağlı ərizəni 23 sentyabr 2021-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş qaydada təqdim etmişdir. Cavabdeh vergi orqanı etirazında sözügedən ərizənin Qaydaların tələblərinə uyğun olmadığını göstərsə də, düzgün tərtib edilməməsinin nədən ibarət olduğunu ümumiyyətlə açıqlamamışdır. Digər tərəfdən, məhkəmə hesab edir ki, əgər iddiaçının cavabdeh vergi orqanına təqdim etdiyi ərizə formal baxımından düzgün olmasa da belə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun normalarını rəhbər tutaraq formal səbəblərə görə ərizənin icrasından imtina etməməli və qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə iddiaçıya yardım göstərməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəni 23 sentyabr 2021-ci il tarixində cavabdeh vergi orqanına təqdim edərək həmin anda şəxsi hesab vərəqəsi üzrə ümumilikdə mövcud olan 20.032,93 manat vergi borcundan 5 illik tələb etmə müddəti keçməmiş 7.805,10 manat məbləğində artıq ödənilmiş vergilərin qaytarılmasını xahiş etmiş, cavabdeh vergi orqanı isə 30 dekabr 2021-ci il tarixində 5 illik tələb etmə müddəti keçmiş 14.629,58 manat məbləğində vergi borcunu azaltmış və həmin tarixə 5.403,35 manat məbləğində artıq ödənilmiş vergi borcu qalmışdır. Məhkəmə hesab edir ki, vergi orqanı 30 dekabr 2021-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsi üzrə ümumilikdə mövcud olan 20.032,93 manat vergilərin 14.629,58 manat hissəsini 5 illik tələbetmə müddəti keçmiş artıq ödəmələrə aid edərək şəxsi hesab vərəqəsindən silməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı müraciət etdiyi 23 sentyabr 2021ci il tarixinə ümumilikdə 20.032,93 manat vergilərdən 7.805,10 manat vergilərin 5 illik tələbetmə müddəti keçmədiyi üçün ərizədə həmin məbləğdə artıq ödəmənin qaytarılmasını tələb etmişdir. Yəni 23 sentyabr 2021-ci il tarixində iddiaçının ərizə ilə müraciət etdiyini nəzərə alaraq 5 illik tələb etmə müddəti 23 sentyabr 2016-cı il tarixinə təsadüf edir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, 23 sentyabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək iddiaçı tərəfindən ümumilikdə 2.401,75 manat artıq ödəniş edilmişdir. Cavabdeh vergi orqanı iddiaçının 23 sentyabr 2021-ci il tarixində müraciət etdiyini nəzərə almayaraq 30 dekabr 2021-ci il tarixində iddiaçının tələb etdiyi 7.805,10 manat artıq ödənilmiş vergilərin 2.401,75 manat hissəsini əsassız olaraq silmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, vergi ödəyicisinin hər hansı hesabat dövrləri üzrə vergi hesabatlarının vergi orqanına təqdim edilməməsi onun şəxsi hesab vərəqəsi üzrə mövcud olduğu artıq ödəməsinin geri qaytarılmasını istisna etmir. Belə ki, cavabdeh vergi orqanın Vergi Məcəlləsinin 23-cü maddəsində kifayət qədər hüquqları nəzərdə tutulmuşdur ki, cavabdeh vergi orqanı da vaxtında həmin hüquqlardan istifadə etməmiş və vergi nəzarət tədbirləri keçirərək iddiaçının bəyan etmədiyi dövriyyəsinə əlavə vergilər hesablamamışdır. Bundan başqa, məhkəmə artıq ödəmənin gec qaytarılmasına görə hər gün üçün 0.1% hesablanmaqla əlavə faizlərin tələb edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin və ya sığortaedənin bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Eyni zamanda, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 6.1-ci bəndinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borclarının olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilinməzdir ki, məhz bu səbəbdən də ərizə ilə müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixdən 45 gün ərzində qaytarılmalı idi. Artıq ödəmənin qaytarılması üçün nəzərdə tutulmuş 45 günlük müddətin sonuncu günündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 7.805,10 manat artıq ödəmənin 0.1 faizi miqdarında faiz iddiaçıya hesablanaraq ödənilməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının 23 sentyabr 2021-ci il tarixində ərizə ilə müraciət etdiyini nəzərə alaraq 45 günlük müddətin sonuncu günündən sonrakı gündən şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödəmənin geri qaytarıldığı günədək hər gecikdirilmiş günə görə 0.1 faiz miqdarında faiz məbləğin hesablanaraq iddiaçıya ödənilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar