Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6529/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, 82 saylı evə dair mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailəsi, o cümlədən anası Nağıyeva Apruz (bəzi sənədlərdə Əpruz) Lətif qızının Ermənistan Respublikasının Qafan rayonundan qaçqın düşmüşlər. Azərbaycana qaçqın kimi gələn zaman Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan erməni ilə Ermənistandan yerləşən evini dəyişmiş və erməniyə əlavə pul ödəmişlər. Evi dəyişdirdiyi erməni həmin vaxt evə dair bütün əməliyyatların aparılması üçün mərhum anası X2 adına etibarnamə verdi və erməniyə əlavə olaraq pul ödəmişlər. Həmin etibarnamə əsas götürülərək 26 Bakı Komissarı rayon X10 İcraiyyə Komitəsinin (hazırda Səbail rayon İcra hakimiyyəti) 21 aprel 1989-cu il tarixli, 13/1237 №-li qərarına əsasən mərhum anası X8 və ailə üzvləri Bakı şəhəri, ünvan 2 ünvanına qeydiyyata düşmüşlər. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 217 №-li sərəncamı ilə təsdiq edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının xx.xx.2002-ci il tarixli, 4 №-li protokoluna əsasən mərhum anası X2 yaşadığı Səbail rayonu, Buxta döngəsi 82 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Bundan sonra xx.xx.2003-cü il tarixdə Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 217 №-li sərəncamı əsasında Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində olan 7-ci Buxta döngəsi ev 82-yə aid Texniki pasport korrektə edilərək X2 adına dəyişdirilmişdir. Anam xx.xx.2003-cü ildə rəhmətə getmişdir. Bakı şəhəri 3 saylı “Asan Xidmət ” mərkəzinin notariat ofisinin 7 mart 2023-cü il tarixli, 445 №-li məktubu məktubu ilə də təsdiq olunur ki, V-110/2023 saylı vərəsəlik işinə əsasən xx.xx.2003-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə rəhbər tutaraq Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, 82 saylı evə dair mülkiyyət hüququnun X5 məxsus olması barədə arayış verilməsi barədə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əslinin “Asan xidmət” mərkəzlərindən birinə təqdim ediləcəyi təqdirdə qeyd edilən məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Qeyd edilən məktubdan sonra fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əslinin 6 saylı “Asan xidmət” mərkəzinə təqdim edilmiş, sənədlər qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə sənədin hazır olacağı bildirilsə də, sonradan müraciətə imtina verilmişdir. İmtina məktubunda Bakı şəhər İcra hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın əsli təqdim olunmamışdır. Bundan başqa təqdim olunmuş X3 adına xx.xx.2003-cü il tarixli texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Eyni zamanda İdarənin arxivində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair digər fiziki şəxsin adına 1977-ci il tarixli texniki pasport mövcuddur. Həmin şəxslə əlaqələndirici sənəd təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliaksının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin imtinasını əsassızdır. Anası çıxarış almadan öldüyünə görə bir vərəsə kimi həmin evə dair hüquqların mərhum anasına məxsus olması barədə arayış verilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********34 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın əsli təqdim olunmamışdır. Bundan başqa, təqdim olunmuş X3 adına xx.xx.2003-cü il tarixli texniki pasport barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir və texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Eyni zamanda İdarənin arxivində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair digər fiziki şəxsin adına (X7) 1977-ci il tarixli texniki pasport mövcuddur və həmin şəxslə əlaqələndirici sənəd təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, 82 saylı fərdi yaşayış evinə dair X2 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli texniki pasport iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-703/2024 saylı xx.xx.2024-cü il tarixli məktub X8 barədə keçmiş 26 Bakı Komissarı rayon XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1989-cü il tarixli, 13/1237 saylı qərarının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. Bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 2002ci ilə dair arixv sənədləri, o cümlədən xx.xx.2002-ci il tarixli, 217 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin Arxiv İdarəsinə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 35637/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunur) təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, E.İsmayılov küçəsi ev 82 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 97,5 kv.m, ərazinin ümumi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 165,9 kv.m, faktiki olaraq 180,0 kv.m (14,1 kv.m artıqdır). Arxiv texniki pasportuna uyğundur və əlavə 1 otaq və açıq eyvan inşa olunmuşdur. Torpaq sahəsi 14.1 m2 artıqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 17455/2024 **********55 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, 82 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 4 ünvanına dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti, müayinə aktının surəti təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 3-21-3- 30/2-47034/2023 **********34 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 4 nömrəli, xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın əsli təqdim olunmamışdır. Bundan başqa, təqdim olunmuş X3 adına xx.xx.2003-cü il tarixli texniki pasport barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir və texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrık ölçü fərqi mövcuddur. Eyni zamanda İdarənin arxivində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair digər fiziki şəxsin adına 1977-ci il tarixli texniki pasport mövcuddur. Həmin şəxslə əlaqələndirici sənəd təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 3-21-3- 30/2-Q-0268/0218/2023 **********66/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əsli Asan Xidmət Mərkəzlərindən birinə təqdim ediləcəyi təqdirdə qeyd edilən məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 50126/2024 saylı 11 dekabr 2024-cü il tarixli məktub ilə inzibati icraat materiallarının və ünvan 6 ünvanına dair 1977-ci il tarixdə hazırlanmış texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı X10nin 18/1237 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən X9 12 nəfər ailə tərkibi ilə Səbail rayonu, 7-ci Buxta döngəsi, 82 №-li özbaşına tikilmiş evə qeydiyyata qalınması qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 3-52/2-1496/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 217 nömrəli sərəncamına əsasən “BŞİH-ə daxil olmuş xx.xx.2002-ci il tarixli, Səbail rayon İHnin 7-927/7 №-li məktubu; Ermənistan Respublikasından qaçqın düşmüş X3 yaşadığı Səbail rayonu, 7-ci Buxta döngəsi, 82 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilməsi” barədə “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli, 4 №-li protokolu təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 217 nömrəli sərəncamına əsasən X3 yaşadığı Səbail rayonu, 7-ci Buxta döngəsi, 82 №-li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 97,5 kv.m olmaqla iddiaçının istifadəsindədir, evlə bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda X3 adına xx.xx.2003-cü il tarixli texniki pasport barədə İdarənin arxivində məlumat aşkar edilməməsi, texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcud olması, idarənin arxivində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair digər fiziki şəxsin adına 1977-ci il tarixli texniki pasport mövcud olması imtina əsası kimi qeyd edilsə də, məhkəmə nəzərə alır ki, iddiaçı hazırda torpaq sahəsinə deyil, fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyatını tələb edir ki, evə dair təqdim edilən texniki pasportla evin faktiki vəziyyəti arasına fərq mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, 82 saylı fərdi yaşayış evinə dair X2 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli texniki pasportun cavabdeh qurumun arxivində mövcud olmaması daşınmaz əmlakın X6 məxsusluğu barədə arayışın verilməsi üçün maneə hesab edilə bilməz. Belə ki, sözügedən ünvana dair qeydiyyat vəsiqəsinin verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 217 nömrəli sərəncamı qüvvədədir. İddiaçı məhz qanuni istifadəsində olan daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatını tələb edir. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: - “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Suraxanı rayon İcra Hakimiyəti Başçısının sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının yaşayış sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə hesab edir ki, iş materiallarında əks olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından da göründüyü kimi qeyd edilən əmlakın texniki göstəriciləri Mənzil Məcələsinin 13.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun gəldiyindən yaşayış evi kimi qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi (7-ci Buxta döngəsi), 82 saylı evə dair mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova