Məhkəmə qərarları › İş №e-2-1(112)-6563/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6563/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6563/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, cavabdehin nümayəndəsi X4 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa gorə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq ona yaşa gorə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-2002-ci illər ərzində müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərin hər biri iddiaçının əmək kitabçasında qeyd olunmuşdur. 66 yaşı olduğundan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı AR ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqanın 01 aprel 2021-ci il tarixli, **********5 nömrəli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az olduğu göstərilmişdir. Əlavə olaraq 22.01.1992-ci il tarixindən 30.09.1988-ci il tarixinədək və 15.06.1999-cu il tarixindən 03.06.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilmədiyi qeyd olunmuşdur. Sorğuya verilən cavabda 1972-1988-ci illər ərzində olan fəaliyyəti isə ümumiyyətlə nəzərə alınmamışdır. İddiaçı 28.09.1972-ci il tarixində “İnşaat” şirkətində presçi kimi işə götürülmüş, 28.04.1973-cü il tarixində texniki baxım şöbəsinə keçirilmiş, 17.09.1973-cü il tarixində isə tutduğu vəzifədən azad olunmuşdur. 10.04.1973-cü il tarixində P/Kalona 2708 BAK PATO 3-cü dərəcəli sürücü kimi təyin edilmiş, 30.05.1974-cü il tarixində işdəna zad olunmuşdur. 06.06.1974-cü il tarixdən 11.06.1976-cı il tarixinədək keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. 14 mart 1977-ci il tarixində Şamxor rayon Geofizika sahəsinə 3-cü dərəcəli sürücü kimi qəbul olunmuş, 28 mart 1977-ci il tarixində rayonlara sahələrə göndərilmiş, 31 dekabr 1977-ci il tarixində işdən azad olunmuşdur. 09 mart 1978-ci il tarixində Şamxor rayon geofizika partiyasına üçüncü sinif sürücü kimi təyin olunmuş, 01 avqust 1978-ci il tarixində ikinci dərəcəli sürücülüyə keçirilmiş, 31.12.1978-ci il tarixində işdən azad olunmuşdur. 14 mart 1979-cu il tarixində iş sahədə işləmək üçün Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürücü təyin olunmuş, 01.01.1980-ci il tarixində sahədə iş bitdiyi üçün işdən azad olunmuşdur. 01 mart 1980-ci ildə yenidən Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürüüc kimi işə qəbul olunmuş, 16 yanvar 1981-ci il tarixində işdən azad olunmuşdur. 01.03.1982-ci il tarixində Şamxor rayon geofizika partiyasına 2-ci dərəcəli sürücü kimi işə qəbul olunmuş, 01 yanvar 1983-cü ildə 3-cü dərəcəli avtoçilingər kimi, 01 mart 1983-cü ildə yenidən sürücü kimi təyin edilmiş, 01 may 1983-cü ildə qazma işləri üçün 2-ci dərəcəli sürücü təyin edilmiş, 01 oktyabr 1983-cü ildə isə 3-cü dərəcəli avtoçilingər işinə keçirilmişdir. 15 dekabr 1987-ci il tarixinə qədər həmin müəssisədə müzxtəlif vəzifələrdə çalışmışdır. Qeyd edilən tarixdə işdən azad edilmişdir. 22 dekabr 1987-ci il tarixində maşın təsərrüfatı ekspedisyasına 2-ci dərəcəli sürücü kimi qəbul edilmişdir. 01.01.1988-ci il tarixində ixtisar nəticəsində işdən azad olunmuşdur. 07.06.1988-ci il tarixində Şamxor rayon geofizika sahəsində sürücü kimi təyin olunmuş, 25.12.1988-ci ildə sahədə işlər yekunlaşdığından işdən azad olunmuşdur. 01.03.1989-cu il tarixində Şamxor rayon geofizika sahəsində sürücü kimi təyin olunmuş, 30.12.1989-cu il tarixində mövsumu işlərin yekunlaşması ilə əlaqədar işdən azad olunmuşdur. 28 mart 1990-cı ildə Mərkəzi İdarəyə sürücü təyin olunmuş, 09 yanvar 1992-ci ildə işdən azad edilmişdir. 22 yanvar 1992-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində 3-cü dərəcəli sürücü kimi təyin olunmuş, 30 sentyabr 1988-ci il tarixində işdən azad olunmuşdur. 15.06.1999-cu il tarixində "xxxx" X1 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, 2006-ci ildə isə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı xx xxxx 1955-ci ildə andan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda – 03 yanvar 2020-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı 09.02.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq filial tərəfindən verilmiş 01.04.2021-ci il tarixli cavab məktubunda iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından imtina cavabı verilmişdir. İddiaçıya verilmiş 01.04.2021-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilmiş 06.01.1988-ci il tarixində tərtib edilmiş İT-İ ******* saylı əmək kitabçasına əsasən M.Verdiyevin ümumi iş stajı 01.01.2006-cı il tarixinə kimi 18 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək sizin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin imtina cavabında qeyd edilmişdir ki, İddiaçı 22.01.1992-ci il tarixindən 30.09.1998-ci il tarixinədək və 15.06.1999-cu il tarixindən 03.06.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövlər sığorta stajına daxil edilməmişdir. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 18 il təşkil edir. Bu müddət də ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” AR qanununun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı müddətindən azdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.İsmayılova iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahis etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci ildə doğulmuşdur. İddiaçı Novruz oğlunun 09.02.2021-ci il tarixli, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi şöbəsinə ünvanladığı ərizəsinə əsasən, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 05.02.2021-ci il tarixli, 366 nömrəli arayışına əsasən, 1955-ci il təvəllüdlü İddiaçı, 06.06.1974-cü il tarixdən 11.06.1976-cı il tarixədək keçmiş Sover Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. 01.04.2021-ci il tarixli, **********5 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasına haqqında” məktuba əsasən bildirilmişdir ki, təqdim edilən 06.01.1988-ci il tarixində tərtib edilmiş İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajı 01.01.2006-cı il tarixinə kimi 18 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququnun yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, 22.01.1992-ci il tarixindən 30.09.1998-ci il tarixinədək və 15.06.1999-cu il tarixindən 03.06.2002-ci il tarixinədək işlədiyi müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 avqust 2021-ci il tarixli, **********984900 nömrəli Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən bildirilmişdir ki, idarədə olan reyestrə əsasən “X2” ASC 08.01.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və hüquqi varislik barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 30 iyul 2021-ci il tarixli, 05/10-08-09-1885 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən, İddiaçı əmək fəaliyyəti ilə bağlı Nazirliyin arxivində sənədlər aşkar edilmədiyindən bu barədə müvafiq məlumatın verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 27 iyul 2021-ci il tarixli, 4/1413 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktuba əsasən, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək məsləhət görülmüşdür. İddiaçıya məxsus əmək kitabçalarına əsasən onun 1972-2002-ci illər ərzində əmək fəaliyyəti olmuşdur. Məhkəmə iddiaçının iddia tələbini aşagıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 17 nömrəli, 11 dekabr 2017ci il tarixli qərarı ilə təsdiq edilmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndinə əsasən,sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. İddiaçı 2021-ci ilin yanvar ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaşa (64 il 6 ay ) çatmışdır. Qanuna əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmalıdır. İşin faktiki hallarına əsasən, cavabdeh inzibati icraatı zamanı iddiaçının 22.01.1992ci il tarixindən 30.09.1998-ci il tarixinədək və 15.06.1999-cu il tarixindən 03.06.2002-ci il tarixinədək işlədiyi dövrləri sığorta stajına daxil etməmiş, iddiaçının sıgorta stajı ümumi tələb olunan müddətdən (25 ildən) az olduğundan əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü (İşin hallarının obyektiv araşdırılması) maddəsində göstərilmişdir: “24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.” Həmin Qanunun 32.2-1-ci maddəsində göstərilmişdir ki, “inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. “ Məhkəmə müəyyən etdi ki, inzibati icraat zamanı cavabdeh inzibati orqanın əldə etdiyi sübutlara- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 avqust 2021-ci il tarixli, **********984900 nömrəli, Kənd Təsərrüfatı Nazirliyinin 30 iyul 2021-ci il tarixli, 05/10-08- 09-1885 nömrəli, Milli Arxiv İdarəsinin 27 iyul 2021-ci il tarixli, 4/1413 nömrəli məktublarında əks olunmuş məlumatlara- əsasən iddiaçının 22.01.1992-ci il tarixindən 30.09.1998-ci il tarixinədək və 15.06.1999-cu il tarixindən 03.06.2002-ci il tarixinədək dövrlərdə işləməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona yaşa gorə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2,33, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa gorə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar