Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6577/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışınıə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Rabitə Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində Rabitəçi Bağlar-Tikinti Koooerativinin ərazisində İddiaçı verilmiş 343 saylı (bağ sahəsi 0,06 ha) bağ torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə aid “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, **********23 nömrəli idarənin arxiv qovluğunda mövcud olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli siyahısında İddiaçı adına order No 415, 29.05.05, 343 saylı, 0,06 hektar bağ sahəsi barədə qeydlər (sənədlər) əsasında Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin “Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativinin xx.xx.2005-ci il tarixli 07 saylı protokolu ilə ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqların qeydiyyata alınmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rabitəçi” bağlar tikinti kooperativinin xx.xx.2005-ci il tarixli 07 saylı protokolu ilə ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqların qeydiyyata alınmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Rabitə Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində Rabitəçi Bağlar-Tikinti Koooerativinin ərazisində 343 saylı (bağ sahəsi 0,06 ha) bağ sahəsi verilmişdir. İddiaçıya eyni zamanda “Rabitəçi” Bağlar tikinti kooperativi üzvünün Bağçılıq kitabçası verilmiş və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativinin üzvü İddiaçı adına olan torpaq sahəsinin planı tərtib edilərək təsdiq edilmişdir. “Rabitəçi” bağlar tikinti kooperativinin üzvü kimi iddiaçının adına olan 343 saylı torpaq sahəsinin inzibati plana əsasən yerləşmə planı və 343 saylı bağ sahəsinin eksiz-çertyoju tərtib edilərək təsdiq edilmiş, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” Bağlar tikinti kooperativi tərəfindən İddiaçı adına 343 saylı 0,06 ha torpaq sahəsinə aid 29 sentyabr 2005-ci il tarixli 415 nömrəli order verilmişdir. xx.xx.2005-ci il tarixdə torpaq sahəsi ayırıldıqdan sonra iddiaçı həmin il ərzində torpaq sahəsini ölçülərə görə hasarlamış, həyətdə 4 otaqlı fərdi yaşayış evi tikmişdir. İddiaçı 2006-cı ilin əvvəlindən həmin evdə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. İddiaçı və ailəsi daimi olaraq həmin sahədən istifadə edirlər, qonşuluqdakı torpaq sahələrinə aid müvafiq çıxarışları tərtib edilmişdir. Qeyd edilən Binəqədi rayonunun Göradil kəndindəki evə işiq və qaz çəkilmiş, iddiaçı abonent kimi qeydiyyata alınaraq işıq pulu və qaz pulu ödənişlərini həyata keçirir. İddiaçı bildirir ki, yuxarıda qeyd edilən sənədlərin əsllərini bağ sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə aid Daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi məqsədilə 2015-ci ilin əvvəllərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər İdarəsinə təqdim etmişdir. Mütəxəssislər tərəfindən yerində sahəyə və evə baxış keçirilib müvafiq sxemlər çəkilmişdir. Az sonra həmin Komitə və qurumları ləğv edilərək Dövlət Əmlak Komitəsinin tərkibinə verildi. Sənədlərlə maraqlandıqda keçmiş Bakı şəhər İdarəsində iddiaçıya bildirilmişdir ki, bu idarədəki bütün sənədlər Dövlət Əmlak Komitəsinə verilib və sənədləri onlar tərəfindən hazırlanacaq. Həmin vaxtdan sonra iddiaçıya heç bir çıxarış verilməmiş və təqdim etdiyi hüquqmüəyyənedici sənədlər ona qaytarılmamışdır. İddiaçı dəfələrlə maraqlansa da, heç bir nəticə əldə olunmamışdır. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubda qeyd edilmişdir ki, idarənin arxiv qovluğunda mövcud olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlat tikinti kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli siyahısında İddiaçı adına order No415, 29.05.05, 343 saylı, 0,06 hektar bağ sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə) müraciət edilərək sənədlərin idarədə qalan nüsxəsinin təsdiq olunmuş surətinin təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, müraciətdə göstərilən Bağlar-Tikinti Kooperativində təşkilati dəyişikliyin olması ilə əlaqədar aparılan işlər başa çatdıqdan sonra kooperativ tərəfindən qeyd edilən sənədlərin surətlərinin verilməsi məsələsinə baxıla bilər. İddiaçı xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinə müraciət edərək ona ayrılmış Binəqədi rayonunun Goradil kəndindəki torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə aid Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə müraciət etmişdir. Müraciətlər araşdırılarkən 09 oktyabr 2023-cü il tarixdə Reyestr Xidmətinin əməkdaşı həmin ünvana gəlmiş, həyətyanı torpaq sahəsinin və evin sxemini çəkmişdir. Bir neçə gündən sonra bildirilmişdir ki, bütün sənədləşmə, sxem və çertyojlar çəkilib sistemə yükləmişdir. Bir neçə müddətdən sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 3-21-3-02/2-Q-0925-8/2023 nömrəli məktubla torpaq sahəsinə və həmin sahədə tikilmiş fərdi yaşayış evinə aid hüquqların dövlət qeydiyyatına alınmasından və müvafiq çıxarış verilməsindən imtina edilərək sənədlərin əsli ilə “ASAN” Xidmət Mərkəzinə müraciət edildiyi halda məsələyəyə baxılacağı bildirilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 343 saylı bağ sahəsinə dair sənədlərin əsli ilə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət olunacağı təqdirdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Rabitə Nazirliyi Rabitəçi Bağlar-Tikinti Kooperativinin xx.xx.2005-ci il tarixli, 07 saylı protokolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində Rabitəçi Bağlar-Tikinti Koooerativinin ərazisində İddiaçı verilmiş 343 saylı (bağ sahəsi 0,06 ha) bağ torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə aid “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********23 nömrəli idarənin arxiv qovluğunda mövcud olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli siyahısında İddiaçı adına order No415, 29.05.05, 343 saylı, 0,06 hektar bağ sahəsi barədə qeydlər (sənədlər) əsasında Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı ərazi İdarəsinə deyil xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, qanuna müvafiq qaydada araşdırılaraq “Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 343 saylı bağ sahəsinə dair sənədlərin əsli ilə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət olunacağı təqdirdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır” məktub ünvanlanmışdır. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-5.7.4-cü bəndlərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi, daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi, daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi, yerquruluşu planının verilməsi, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestri məlumat bazasından arayışların verilməsi, ünvan xəritələrindən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin arxiv qovluğunda mövcud olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli siyahısında İddiaçı Tofik oğlunun adına order № 415, 29.09.05; 343 saylı, 0,06 hektar bağ sahəsi qeyd edilmişdir. Həmçinin bildirilir ki, ərizəyə əlavə edilmiş xx.xx.2005-ci il tarixli 415 nömrəli order və xx.xx.2005-ci il tarixli 07 saylı protokoldan çıxarış və yerləşmə planı arxiv qovluğunda aşkar olunmamışdır.
8. Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rabitəçi” Bağlar-Tikinti kooperativinin iclasının xx.xx.20005-ci il tarixli. 07 saylı Protokolundan Çıxarışa əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində Rabitəçi Bağlar-Tikinti Kooperativinin ərazisində 343 saylı (bağ sahəsi 0.06 ha) bağ sahəsi istifadə üçün verilmişdir.
9. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 415 nömrəli Orderə əsasən İddiaçı Binəqədi rayonunun Goradil qəsəbəsində 0.06 hektar 343 saylı torpaq sahəsindən istifadə etmək hüququ verilmişdir. Əsas: “Rabitəçi” Bağlar-Tikinti kooperativinin 07 №-li 15 sentyabr 2005-ci il tarixli protokolu
10. “Rabitəçi” bağlar-tikinti kooperativi üzvünün Bağçılıq Kitabçasında qeyd edilmişdir ki. xx.xx.2005-ci il tarixli 07 saylı protokol və 415 saylı order əsasında xx.xx.1956-cı il təvəllüdlü İddiaçı sahəsi 0.06 ha olan 343 saylı bağ sahəsi ayrılmışdır.
11. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” Bağlar-Tikinti Kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixə olan Siyahı: 415 196 İddiaçı Tofik oğlu 343 0.06 29.09.05
12. İddiaçı tərəfindən X1 və İstismarı Birliyinə edilmiş ödənişlər barədə qəbzlər iş materiallarına əlavə edilmişdir.
13. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativin üzvü İddiaçı adına olan torpaq sahəsinin yerləşmə planı və Rabitəçi Bağlar-tikinti Kooperativinin İddiaçı adına olan 34 saylı (bağ sahəsi 0.06 ha) bağ sahəsinin eskiz-çertyozu iş materiallarına əlavə olunmuşdur.
14. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi (şərti olaraq) 600 kv.m təşkil edir. Arxiv B/Y bölgüyə uyğun gəlir. Əlavə yola çıxışı yoxdur. Tikililərin qeydiyyatı barədə elektron bazada məlumat yoxdur. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə bir mərtəbəli ev və həyət tikililəri var.
15. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, sənədlərin əsllərini vaxtilə cavabdeh quruma təqdim edib, indi onda olanlar sənədlərin surətidir. Lakin torpaq sahəsinin iddiaçıya məxsusluğu cavabdehdə olan arxiv məlumatları ilə təsdiqini tapır.
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
29. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin arxiv qovluğunda mövcud olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativində bağ sahəsi olan kooperativ üzvlərinin xx.xx.2007-ci il tarixli siyahısında İddiaçı Tofik oğlunun adına order № 415, 29.09.05; 343 saylı, 0.06 hektar bağ sahəsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rabitəçi” Bağlar-Tikinti kooperativinin iclasının xx.xx.20005-ci il tarixli, 07 saylı Protokolundan Çıxarışa əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində Rabitəçi Bağlar-Tikinti Kooperativinin ərazisində 343 saylı (bağ sahəsi 0.06 ha) bağ sahəsi istifadə üçün verilmişdir. - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 415 nömrəli Orderə əsasən X3 Binəqədi rayonunun Goradil qəsəbəsində 0.06 hektar 343 saylı torpaq sahəsindən istifadə etmək hüququ verilmişdir. (Əsas: “Rabitəçi” Bağlar-Tikinti kooperativinin 07 №-li 15 sentyabr 2005-ci il tarixli protokolu) - “Rabitəçi” bağlar-tikinti kooperativi üzvünün Bağçılıq Kitabçasında qeyd edilmişdir ki. xx.xx.2005-ci il tarixli 07 saylı protokol və 415 saylı order əsasında xx.xx.1956-cı il təvəllüdlü İddiaçı sahəsi 0.06 ha olan 343 saylı bağ sahəsi ayrılmışdır. - İddiaçı tərəfindən X1 və İstismarı Birliyinə edilmiş ödənişlər barədə qəbzlər iş materiallarına əlavə edilmişdir.
32. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Rabitə Nazirliyi “Rabitəçi” Bağlar-Tikinti kooperativinin iclasının xx.xx.20005-ci il tarixli, 07 saylı Protokolundan Çıxarış Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 415 nömrəli Order və “Rabitəçi” bağlar-tikinti kooperativi üzvünün Bağçılıq Kitabçası ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X5 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
33. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı üçüncü şəxslər tərəfindən hər hansı mübahisə yoxdur. Torpaq sahəsinin iddiaçıya məxsusluğu cavabdehdə olan arxiv məlumatları ilə təsdiqini tapır.
34. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Rabitəçi” bağlar tikinti kooperativinin xx.xx.2005-ci il tarixli 07 saylı protokolu ilə ayrılmış Bakı şəhəri, Goradil qəsəbəsində yerləşən sahəsi 0,06 ha olan 343 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva