Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6586/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 noyabr 1988-ci il tarixli, İV-ЖГ № 426057 saylı Nikah haqqına Şəhadətnamədən görünür ki, İddiaçı ilə X22 23 noyabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 18 dekabr 1991-ci il tarixdə X23 və xx.xx.1990-cı il tarixdə X24 anadan olmuşdur. 28 aprel 1994-cü il tarixli, İİ - ЖГ № 419365 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, İddiaçı mərhum əri X22 27 aprel 1994-cü ildə Tərtər bölgəsində erməni işğalçılarına qarşı vuruşda qəhrəmancasına həlak olmuşdur. X22 ölümündən sonra “Azərbaycan Respublikasının hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli, № 218 saylı Fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. İddiaçıya Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən № 026960 saylı Şəhid ailəsi üzvünün Vəsiqəsi verilmişdir. AR DİN-in xx.xx.2025-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışından görünür ki, iddiaçı, övladları və nəvələri - qızı X8 uşaqları xx.xx.2013-cü il təvəllüdlü X25 və xx.xx.2014-cü il təvəllüdlü X18 ünvan 1 ünvanında birgə yaşamaqla qeydiyyatdadırlar. Həmçinin iddiaçının oğlu X9 arvadı və 2 uşağı da həmin mənzildə yaşayır. Həmin mənzil 2 otaqlı olmaqla, sahəsi 35 kv.m.-dir və həmin mənzildə 8 nəfər yaşayır. İddiaçının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı cavabdeh inzibati orqana müraciətinə 20 dekabr 2024-cü il tarixli, № 5-10/2-A-201- 068/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnfomasiya. X20 X17 təqdim etdiyiniz xx.xx.2023-cü il tarixli 3-17-3/2-A- 22343/3/2023 saylı elektron müraciətə əsasən X4 atası X11 Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının icrası çərçivəsində 2016-cı il tarixində ikiotaqlı mənzillə təmin edildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur”. Cavabdeh inzibati orqanın cavab məktubunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnfomasiya X20 X17 tərəfinizdən təqdim edildiyi qeyd edilən xx.xx.2023-cü il tarixli, 3-17-3/2-A- 22343/3/2023 saylı elektron müraciətdən iddiaçının məlumatı olmamış, həmin müraciət iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı qaynatası X14 şəhid ailəsi üzvü kimi mənzil verilməsindən sonradan məlumatlı olmuşdur. Belə ki, iddiaçının qaynatası X2 rayonunda qeydiyyatda olmaqla yaşadığı üçün, şəhid ailəsi üzvü kimi ona Beyləqan rayonunda yerləşən mənzil verilmişdir. İddiaçı isə övladları ilə birgə Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış, övladları burada böyümüş və təhsil almışdır. İddiaçının qaynatasına verilmiş mənzil də bir neçə ailənin birlikdə yaşaması üçün əlverişli deyil. Bu səbəbdən hesab edir ki, iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmaqla ona Bakı şəhərində yerləşən 3 otaqlı mənzil verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli 5-10/1-A-201-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciəti araşdırılarkən müəyyən olunmuşdur ki, X4 atası X26 Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2014-cü il tarixli 569 saylı Sərəncamının icrası çərçivəsində 2016-cı il tarixində ikiotaqlı mənzillə təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X20 X17 əldə olunmuş xx.xx.2023-cü il tarixli 3-17-3/2-A-22343/3/2023 saylı elektron məktubdan da görünür ki, İddiaçı Məmmədhüseyn qızına şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Belə ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs müvafiq imtiyazlı şəxslərə mənzil ayıran, qurum kimi iddiaçıya mənzil ayırmaqdan imtina etdiyi halda Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı şəxsi mənzil növbəsinə götürmək nə qədər düzgündür. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya” quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri və şəhid ailələrini sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 244 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən 2021-2025-ci illər ərzində şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla tədbirlər planının təsdiq edib həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya mənzillə təmin olunması ilə bağlı etdiyi müraciətinə imtina verilməsinə baxmayaraq o, məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunması üçün mənzil növbəsinə götürülməsi öhdəliyinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması ilə bağlı əsassız olaraq iddia qaldırmışdır. İddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materialarına əlavə edilmiş sənədlərdən görünür ki: -İV-ЖГ seriyalı 426057 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X22 və İddiaçı arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 118 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. -İİ- ЖГ seriyalı 419365 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X22 27.04..1994-cü il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. -026960 nömrəli Vəsiqəyə əsasən İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il Azərbaycan Respubliksının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Vəsiqə Azərbaycan Respublikası ərazisində xx.xx.2007-ci il tarixdən etibarlıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışa əsasən xx.xx.1991ci il təvəllüdlü X27, xx.xx.2013-cü il təvəllüdlü X25, xx.xx.1990-cı il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X18 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13403/2025 nömrəli məktubunda göstərilmişdir ki, X1 adına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 29, 17 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyininin xx.xx.2000ci il tarixli 119 nömrəli Arayışa əsasən İddiaçı Ə.Naxçıvani küçəsində, 29 nömrəli evin 17 nömrəli 2 otaqlı sahəsi 28.82 kv.m olan mənzilində yaşayır. Mənzilin sahibi İddiaçı yoldaşıdır. Vətəndaş İddiaçı ailəsi 3 nəfərdən ibarətdir: İddiaçı-özü, X24-qızı; X23oğludur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-3/2-12308/2025 nömrəli məktubunda göstərilmişdir ki, X4 atası X19 xx.xx.2007-ci ildə mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmüş və Nazirlik tərəfindən xx.xx.2016-cı il tarixində Beyləqan rayonunda 2 otaqdan ibarət yaşayış sahəsi ilə təmin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-10/2-1847/2025 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin mənzil uçotu siyahılarında vətəndaş X11 adı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-3/2-22861/2025 nömrəli məktubunda göstərilmişdir ki, sənədlərin təqdim edilməsi haqqında tərəfinizdən ünvanlanmış 19 iyul 2025-ci il tarixli 2-1(112)-6586/2025 tarixli məktubunuza cavab olaraq qeyd edirik ki, sorğuda adıçəkilən şəxs barəsində müvafiq məlumatların (inzibati iş üzrə materiallarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının tətbiq olunmasına dair göstəriş"də qeyd olunan müddətlərə əsasən təqdim edilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Beyləqanb Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-37/2-962/2025 nömrəli məktubunda göstərilmişdir ki, şəhid atası X26 2016-cı ildə Beyləqan şəhəri, Zərifə Əliyeva küçəsində 54 mənzilli yaşayış binasında ümumi sahəsi 80.55 kv.m olan mənzillə təmin edilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan Mənzil Kommunal X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-37-43/xx-xx/2025 nömrəli Arayışda göstərilmişdir ki, Azərbaycan Respublikasının Beyləqan rayon İcra Hakimiyyəti başçısısnın 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən Beyləqan şəhər Zərifə Əliyeva küçəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 54 mənzilli yaşayış binası, 11 fevral 2020-ci ildə Mənzil İstismar Sahəsinin balansına götürülüb. Balansa götürülən vaxt, binada yaşayanların siyahısı akta əlavə olunub, siyahıda X6 və arvadı Abbasova Nina həmin binada birinci blok 5-ci mərtəbədə ümumi sahəsi 80.55 kvm yaşayış sahəsi 38.12 kv metrli 13 saylı mənzil ilə təmin edilib. Hal-hazırda həmin mənzildə yaşayırlar. -Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 06 nömrəli Sərəncamından Çıxarışa əsasən qərara alınmışdır ki: 1.ünvan 3 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş, tikinti sahəsi 1020 m², ümumi sahəsi 7702,5 m², balans dəyəri 4.923211,55 manat olan 6 mərtəbəli 54 mənzilli yaşayış binası əvəzsiz olaraq Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansına verilsin. -xx.xx.2020-ci il tarixli Akta əsasən Beyləqan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi: R. Abbasov, Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi: A.Vəliyev, Mənzil İstismar Sahəsinin aparıcı mühəndisi: H.Hacıyev, Mənzil İstismar Sahəsinin istismar -texnik: R.Süleymanov, Mənzil İstismar Sahəsinin pasport qeydiyyatçısı: T.Qurbanova aktı tərtib etmişdir ondan ötəri ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2020-ci il tarixli 06 nömrəli Sərəncamına əsasən ünvan 3 ünvanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş tikinti sahəsi 1020 m², ümumi sahəsi 77025,5 m² balans dəyəri 4923211, 55 manat olan 6 mərtəbəli 54 mənzilli yaşayış binası əvəzsiz olaraq Beyləqan rayon Mənzil İstismar Sahəsinin balansına verildi. Binanın mənzillərində yaşayan 54 vətəndaşın adlı siyahısı akta əlavə olundu. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin xx.xx.2018-ci il btarixli **********6 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentiyabr 2016-ci il tarixli 507s nömrəli Sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən 54 mənzilli binanın təhvil təslim aktına əlavə olunan Siyasıda 13-cü olaraq X12 adı qeyd edilmişdir. X15 1-ci blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 80.55 kv.m, yaşayış sahəsi 38.12 kv.m olan 13 nömrəli mənzil verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-3/2-22861/2025 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda adıçəkilən şəxs barəsində müvafiq məlumatların (inzibati iş üzrə materiallarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının tətbiq olunmasına dair göstəriş"də qeyd olunan müddətlərə əsasən təqdim edilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-10/2-712/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.2024-cü il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnfomasiya X20 X21 təqdim etdiyiniz xx.xx.2023cü il tarixli 3-17-3/2-A-22343/3/2023 saylı elektron müraciətə əsasən X38. Hüseyn oğlunun atası X11 Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının icrası çərçivəsində 2016-cı il tarixində ikiotaqlı mənzillə təmin edildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. -Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********10 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası ərazisində İddiaçı adına hazırda və keçmiş dövr ərzində qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmamasına dair məlumatın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 29, 17 saylı mənzil xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 29, 19 saylı mənzil xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 46 saylı DNK-nın 3MA- 167 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı adına Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu A.E.Qasımova tərəfindən təsdiq edilmiş 40-341 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-10/2-A-201-068/2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnfomasiya X20 X21 təqdim etdiyiniz xx.xx.2023cü il tarixli 3-17-3/2-A-22343/3/2023 saylı elektron müraciətə əsasən X4 atası X11 Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının icrası çərçivəsində 2016-cı il tarixində ikiotaqlı mənzillə təmin edildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı X4 həyat yoldaşı olmaqla, şəhid ailə üzvüdür. X4 atası X26 2016-cı ildə Beyləqan rayonunda mənzillə təmin olunmuşdur. İddiaçı özü ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən mənzildə 8 nəfər birlikdə yaşadığını, mənzil şəraitinin yaxşılaşdırılması üçün şəhid ailəsi üzvü ki mənzil növbəsinə götürülməsi üçün Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti müraciətə cavab olaraq, X4 atası X11 Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının icrası çərçivəsində 2016-cı il tarixində ikiotaqlı mənzillə təmin edildiyini və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulduğunu əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırki iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə götürülməsini mübahisələndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi və ya mənzil varsa, o, mənzil növbəsinə götürülmür. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir Qeyd olunanlar nəzərə alındıqda müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olmaqla onun Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsini tələb etsə də, iddiaçı hazırda mənzilə ehtiyacı olan şəxs qismində çıxış etmir. Belə ki, texniki pasport göstəricilərinə əsasən iddiaçının mükiyyətində 2 otaqlı, ümumi sahəsi 47.12 kv.m olan mənzil vardır. İddiaçı həmin mənzildə özü, qızı X24 və sonuncunun uşaqları xx.xx.2013-cü il təvəllüdlü X25 və xx.xx.2014-cü il təvəllüdlü X18, eləcə də oğlu X23 və sonuncun ailə üzvləri olan arvadı və 2 uşağı il birlikdə cəmi 8 nəfər yaşadığını bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Məhkəmə qeyd edir ki, iddiaçının övladları-qızı və oğlu yetkinlik yaşına çatmışlardır və onların əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara şamil edilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda həmin şəxslər Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Eyni zamanda iddiaçının həmin mənzildə yaşadığını qeyd etdiyi nəvələri bilavasitə valideynlərinin himayəsindədirlər və Ailə Məcəlləsinin tələblərinə əsasən iddiaçının nəvələrini saxlamaq vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının mülkiyyətində olan 47.12 kv.m yaşayış sahəsi tək nəfər üçün tələb olunan minimal normadan çoxdur. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının hazırda istifadə etdiyi mənzilin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Nəhayətində qeyd edilməlidir ki, iddiaçının mülkyyətində olan mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən mənzil iddiaçıya icra hakimiyyətinin xx.xx.1994-cü il tarixli 204/1 nömrəli qərarı ilə verilmiş, mənzilə dair verilmiş xx.xx.1994-cü il tarixli orderdə mənzilin X3, özü, övladları X24 və X7 ibarət 3 nəfər ailə üzvü tərkibində şəhid ailə üzvü olduğuna görə verildiyi bilavasitə qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılmasının yeni qaydası təsdiq edilməmişdir, deməli, uçotun aparılması üçün “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” ın 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Göründüyü kimi hələ 1994-cü ildə iddiaçının mərhum ərinin şəhid olması faktına əsasən iddiaçı 3 nəfər ailə üzvü il birlikdə həmin dövrdə tətbiq edilən normaların tələblərinə uyğun olaraq adambaşına 8 kv.m ölçüdə hesablanaraq 47.12 kv.m ümumi sahəsi olan mənzillə artıq təmin edilmişdir. Həmin ölçü 3 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş minimal normadan (3x8=24kv.m) çox olmuşdur. İddiaçı bir dəfə şəhid ailə üzvü statusundan yararlanaraq dövlət hesabına mənzillə təmin edilərək güzəştli mənzil hüququndan istifadə etdiyindən onun növbəti dəfə eyni imtiyaza görə analoji norma kimi qüvvədə olan Mənzil Məcılləsinin 55.1.5-ci maddəsinə uyğun olaraq mənzillə təmin ediləcək şəxslər siyahısına daxil edilməyə-yaşayış yeri üzrə uçota alınması üçün hüquqi əsas aradan qalxmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia növündə olmaqla məhkəmənin cavabdehin imtina əsaslarından asılı olmadığını və məhkəmənin bütövlükdə hüququn mövcudluğunu yoxlamağa səlahiyyətli olduğunu nəzərə alaraq hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslar hazırkı iddianın təmin edilməməsi nəticəsinə gəlməyə əsas verir və bu halda cavabdehin imtina dəlilinə əlavə olaraq qiymət verilməsinə məhkəmə zərurət görmür. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6586/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6586/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver