Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6598/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “qərarın ləğv edilməsi və təqdim edilmiş sənədlər əsasında hüquqi şəxslərin dövlət reyestrində dəyişikliyin aparılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı qərarın ləğv edilməsi və təqdim edilmiş sənədlər əsasında hüquqi şəxslərin dövlət reyestrində dəyişikliyin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli **********846000 nömrəli “Kommersiya qurumun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və təqdim edilmiş sənədlər əsasında hüquqi şəxslərin dövlət reyestrində dəyişikliyin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli “Təsis payının alqısatqısı” müqaviləsinə əsasən İddiaçı MMC-nin nizamnamə kapitalında olan 1 pay (dəyəri 100 manat) X7 tərəfindən X1. Beləliklə İddiaçı MMC-nin təsisçisi dəyişmişdir. Eləcə də, Cəmiyyətin təsis yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən X9 cəmiyyətin direktoru təyin edilmiş, cəmiyyətin hüquqi ünvanı dəyişdirilərək ünvan 2 və təsisçinin dəyişməsi ilə əlaqədar cəmiyyətin nizamnaməsi yeni redaksiyada təsdiq olunmuşdur. Sözügedən dəyişikliklərin qeydiyyata alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmiş, lakin sonuncunun xx.xx.2023-cü il tarixli **********846000 nömrəli qərarına əsasən cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qərara əsasən cavabdeh “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə istinad edərək İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması səbindən cəmiyyətin reyestr məlumatlarında baş vermiş dəyişikliklərlə bağlı təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93-cü, “X8 Dövlət Qeydiyyatı haqqında” Azərbaycn Respublikası Qanununun 9-cü və 11ci, Vergi Məcəlləsinin 34-cü, 175.11-ci və 89.3-cü maddələrinin tələbləri baxımından cavabdehin qərarı əsassızdır və ləğv olunmalıdır. Belə ki, sözügedən qanunvericilik normalarından məlum olur ki, Vergi Məcəlləsində riskli vergi ödəyiciləri ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulsa da, riskli vergi ödəyicisi olan hüquqi şəxsin təsis payının satışını və rəhbərinin dəyişdirilməsini qadağan edən hər hansı norma mövcud deyildir. Eləcə də, belə norma digər qanunvericilik aktlarında da, oxdur. Bu səbəbdən cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, "xxxx" MMC-nin hüquqi ünvanı, təsisçi və qanuni təmsilçisinin dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat orqanına ərizə ilə müraciət edilmişdir. Ərizəyə Cəmiyyətin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının qərarı, Cəmiyyətin yeni redaksiyada nizamnaməsi, xx.xx.2022-ci il tarixli təsis payının alqısatqısı müqaviləsi, yeni təsisçi və qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Lakin, təqdim edilən sənədlərin araşdırılması nəticəsində cavabdeh qeydiyyat orqanı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina etməli olduğu qənaətinə gəlmişdir. Belə ki, araşdırma zamanı İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1-ci maddəsinə əsasən, meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********456800 nömrəli qərarı ilə İddiaçı MMC, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.7-ci maddəsinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh qeydiyyat orqanının dəyişikliyi həyata keçirməkdən imtina etməsinin əsas səbəbi iddiaçının riskli vergi ödəyici hesab edilməsidir. Reyestr orqanı qanunla riskli vergi ödəyicisi hesab edilən hüquqi şəxsin dövlət reyestr məlumatlarında hər hansı dəyişiklik faktı qeydə ala bilməz. Göründüyü kimi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1 -ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasdır.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi və vəkili isə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. xx.xx.2022-ci il tarixli “Təsis payının alğı-satqısı müqaviləsi”-nə əsasən satıcı X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********223900, hüquqi ünvanı AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, X12, ev 5, VÖEN ********** İddiaçındə olan nizamnamə kapitalının məbləği 100 manat 00 qəpik (yüz manat sıfır qəpik), nizamnamə kapitalındakı payı 1 pay, nizamnamə kapitalındakı faizi 100 % olan apyı tam şəkildə 100 manat 00 qəpik (yüz manat sıfır qəpik) məbləğində alıcı X4 mülkiyyətinə verir, alıcı isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcı X5 ödəyir.
9. İddiaçı “Direktorun təyin edilməsi və hüquqi ünvanın dəyişdirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərarına əsasən, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X9 təyin edilmiş, Cəmiyyətin hüquqi ünvanı dəyişdirilərək ünvan 4ş, təsisçi və hüquqi ünvanın dəyişməsi ilə əlaqədar yeni redaksiyada Nizamnamə təsdiq edilmişdir.
10. İddiaçı MMC-nin Nizamnaməsi 2-ci Redaksiyada yenidən tərtib olunaraq Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə ilə cavabdehə müraciət edilmişdir.
11. Cavabdehin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” **********846000 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Cəmiyyətin hüquqi ünvanı, təsisçi və qanuni təmsilçisinin dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat orqanına ərizə ilə müraciət edilmişdir. Ərizəyə Cəmiyyətin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının qərarı, Cəmiyyətin yeni redaksiyada nizamnaməsi, xx.xx.2022-ci il tarixli təsis payının alğı-satqısı müqaviləsi, yeni təsisçi və qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Lakin, təqdim edilmiş sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, Cəmiyyətin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Belə ki, araşdırma zamanı İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci maddəsinə əsasən, meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alnmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3-cü maddəsini rəhbər tutaraq, İddiaçı reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən birinci tələb üzrə mübahisələndirmə, ikinci tələb üzrə isə məcburetmə haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
18. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli qərarı iddiaçıya təqdim etməsi ilə bağlı hər hansı bir sübut aşkar olunmamışdır. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
25. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
28. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması ‘‘Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qanunun 11-ci maddəsinin (Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı) tələblərinə əsasən: 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
29. Beləliklə işin hallarından göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: birinci hissə cavabdehin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alnmasından imtina edilməsi haqqında” qərarının mübahisələndirilməsi, ikinci hissə onun nəticələrinin aradan qaldırılaraq iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi.
30. İddia tələbinin birinci hissəsi üzrə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cəmiyyətin hüquqi ünvanı, təsisçisi və qanuni təmsilçisinin dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdeh qeydiyyat orqanına ərizə ilə müraciət etmiş, ərizəyə Cəmiyyətin xx.xx.2022-ci il tarixli təsis payının alğı-satqısı müqaviləsi, yeni təsisçi və qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması səbəbindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.-ci maddəsinə istinad edilməklə imtina edilmişdir. Lakin, Qanunun sözügedən maddəsində və ümumiyyətlə hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarında riskli vergi ödəyicisi olması səbəbindən imtina nəzərdə tutulmamışdır. Belə olan təqdirdə, qanunvericilikdə bir başa nəzərdə tutulmadığı halda cavabdeh orqanın öz mülahizəsinə əsasən formal əsaslarla Cəmiyyətin sənədlərinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olmasına istinad edilməklə imtinası əsassız hesab edilməli, bu hal, iddiaçının Konstitusiya ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, “Qanunun keyfiyyəti” barədə tələb onu nəzərdə tutur ki, qanun nəinki əlçatan olmalı və onun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, o həm də yoxlama tələblərinin yalnız “demokratik cəmiyyətdə zəruri” olan hallarda tətbiq edilməsini təmin etməli və xüsusən qanunda suiistifadə hallarına qarşı adekvat və səmərəli təminat və zəmanətlər yer almalıdır. Lakin, cavabdeh həmin “kifayət qədər əsasların” nədən ibarət olması barədə dəlilləri məhkəməyə təqdim etməmişdir, qeyd edilən hal isə vergi orqanı tərəfindən mümkün (ehtimal) ola biləcək sui-istifadə hallarının məhkəmə tərəfindən qiymətləndirilməsi imkanını istisna edir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə etməlidir. Odur ki, məhkəmə hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə, iddiaçının tələbi həmin hissədə əsaslı hesab edilməlidir.
31. İddia tələbinin ikinci hissəsinə münasibətdə Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından (İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) araşdırma nəticəsində iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.) məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edildiyindən, cavabdeh inzibati orqna tərəfindən isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edən hallar sübuta yetirilə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də, əsaslı hesab edilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********846000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarı ləğv edilsin. İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlər əsasında hüquqi şəxslərin dövlət reyestrində dəyişikliyin aparılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva