Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-663/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X11 və X17, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlət Baş İdarəsinin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********959600 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli qərar və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 484727/2025 nömrəli qərarın 6-cı bəndi istisna olmaqla ləğvi kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli Qərara əsasən 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 6.887.571,99 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6.887.571,99 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır”. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********959600 nömrəli qərarı qanunsuz və əsassız hesab edilir: Məhkəmənin nəzərinə çatdırır ki, müəssisə tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan əməliyyatlar üzrə daxil olmuş məbləğ 24.808.958,57 manat, həmin dövriyyə üzrə hesablanan ƏDV məbləği 4,465,612.54 manat, əvəzləşdirilməli ƏDV məbləği ümumilikdə 3,724,786.04 manat (o cümlədən elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) üzrə 3,683,553.44 manat, idxal edilmiş mallar üzrə 41,232.60 manat), dövlət büdcəsinə ödənilməli ƏDV məbləği isə 740,826.50 manat bəyan edilmişdir. Həmçinin hesabat dövrü ərzində əvəzləşdirilmiş ƏDV məbləğlərinə dair elektron qaimə-fakturaların siyahısı da vergi orqanına təqdim edilmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərmiş və həmin məktubda qeyd etmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6887571,99 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır. Göstərilən uyğunsuzluq məktubuna cavab yazaraq cəmiyyət tərəfindən hər hansı əmtəəsiz əməliyyat aparılmadığı, eləcə də avqust-sentyabr aylarında həyata keçirilmiş hər hansı əvəzləşdirmə əməliyyatına görə 2023-cü ilin oktyabr üzrə kameral vergi yoxlamasının həyata keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olduğu barədə məlumat versək də, vergi orqanı bunlara məhəl qoymadan, öz mülahizəsini rəhbər tutaraq cəmiyyətə kameral vergi yoxlaması nəticəsində əsassız vergi məbləği hesablamışdır. Hesablamanın qanunsuzluğu ilə bağlı ilk öncə qeyd edir ki, inzibati orqan istər uyğunsuzluq məktubunda, istərsə də vergilərin hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarda əvəzləşdirilməsi etibarsız sayılmış 6,887,571.99 manat ƏDV məbləğinin məhz hansı elektron qaimə-fakturalar əsasında ödənilmiş ƏDV məbləğlərindən təşkil olunduğuna dair hər hansı açıqlama verməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd edir ki, vergi orqanı ilə həyata keçirdiyimiz şifahi danışıqlar zamanı bizə məlum olmuşdur ki, kameral vergi yoxlaması məhz cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsi çərçivəsində tərtib edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilmiş əvəzləşdirmələrə münasibətdə həyata keçirilmişdir. Belə ki, vergi orqanı hesab etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında baş tutmuş əməliyyatlar əmtəəsiz əməliyyatlar olmuşdur. Bəs vergi orqanı bunu necə müəyyən etdi? Məlum deyil. Belə ki, vergi orqanı inzibati praktikasına sadiq qalaraq qəbul etdiyi inzibati aktı əsaslandırmaq əvəzinə tapmaca üsuluna əl atmış və vergi ödəyicisinin tapmacaya cavab tapmasını gözləyir. Qeyd edir ki, Vergi Məcəlləsinin: 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda sadalananlardan aydın olur ki, vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı, yəni başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar həyata keçirdiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, qeyd olunan əməliyyat ilə bağlı ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, vergi orqanı ilk öncə əməliyyatın əmtəəsiz olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini hər hansı şüphəyə yer qalmadan tam şəkildə sübuta yetirdiyi halda vergi ödəyicisinin əmtəəsiz əməliyyat çərçivəsində ödədiyi ƏDV məbləği üzrə həyata keçirdiyi əvəzləşdirmələri etibarsız hesab edə bilər. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı MMC "Böyük Bəhmənli-Şuşa" qaz kəmərinin tikintisi işlərini həyata keçirir və həmin iş çərçivəsində qruntun qazılması, daşınması, iş sahəsində ərazinin bitki örtüyündən təmizlənməsi, yükləmə-boşaltma işlərinin görülməsi xx.xx.2023-cü il tarixli 08/23-MTT-AFN nömrəli subpodrat müqaviləsi əsasında "xxxx" MMC-yə (VÖEN **********) həvalə edilmişdir. Qeyd olunan müqavilənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDM seriyalı 467644 nömrəli (ƏDV məbləği 1,635,300.35 manat), xx.xx.2023-cü il tarixli EBDM seriyalı 479503 nömrəli (ƏDV məbləği 8,686.64 manat), xx.xx.2023-cü il tarixli EBDM seriyalı 749030 nömrəli (ƏDV məbləği 1,446,673.57 manat), xx.xx.2023cü il tarixli EBDM seriyalı 859415 nömrəli (ƏDV məbləği 1,127,152.80 manat), xx.xx.2023cü il tarixli EBDP seriyalı 423146 nömrəli (ƏDV məbləği 817,896.77 manat), xx.xx.2023-cü il tarixli EBDP seriyalı 646931 nömrəli (ƏDV məbləği 1,481,382.35 manat), xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 762001 nömrəli (ƏDV məbləği 10,479.51 manat), xx.xx.2023-cü il tarixli EBDR seriyalı 723614 nömrəli (ƏDV məbləği 965,224.02 manat), xx.xx.2023-cü il tarixli EBDT seriyalı 681037 nömrəli (ƏDV məbləği 605,224.03 manat) elektron qaiməfakturalar göndərilmiş və qaimələrdə göstərilmiş xidmətin əsas dəyəri və ƏDV məbləğləri qanunla müəyyən edilmiş qaydada sifarişçi İddiaçı MMC tərəfindən subpodratçı "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, faktiki olaraq xidmət aldığı və həmin xidmət əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirdiyimiz halda, vergi orqanı heç kəsə məlum olmayan tapmaca tipli səbəbləri əsas götürərək xidmət alışı ilə bağlı apardığı əməliyyatları əmtəəsiz əməliyyat kimi qiymətləndirmiş və həmin əməliyyat üzrə həyata keçirdiyimiz ƏDV əvəzləşdirmələrini qanunsuz olaraq etibarsız hesab etmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırım ki, "xxxx" MMC əməliyyat aparılan tarixlərdə riskli vergi ödəyicisi olmamış, lakin daha sonra vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə **********339500 nömrəli qərara əsasən riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2496/2023 nömrəli qərarında qeyd edildiyi kimi, “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir...iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda etaxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır”. Həmçinin qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilən zaman avqust və sentyabr aylarında həyata keçirilmiş əvəzləşdirmələrin də yoxlanılması və həmin əməliyyatlara görə oktyabr ayına əlavə vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Belə ki, Vergi Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Qeyd olunan normaların birgə təhlilindən aydın olduğu kimi, vergi orqanı kameral vergi yoxlamasını vergi bəyannaməsi təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü, digər vergilərə (o cümlədən ƏDV-nə) münasibətdə 30 işi günü müddətində keçirə bilər. Qeyd olunan müddət bitdikdən sonra hesabat dövrü üzrə təqdim edilmiş vergi bəyannaməsi üzrə hər hansı əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar edilərsə, bu halda vergi orqanı vergi ödəyicisinə yalnız dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərə bilər və təqdim edilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması həyata keçirə bilməz. Lakin hazırki işin hallarından bəlli olduğu kimi, vergi orqanı 2023-cü ilin avqust və sentyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü ötdüyü hada, həmin hesabat dövrlərinə aid əməliyyatlar ilə bağlı kameral vergi yoxlamasını qanunsuz olaraq oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir.
4. İddiaçı iddia tələbinin həcmi artıraraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli və xx.xx.2024-cü il tarixli **********802300 nömrəli Qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********959600 nömrəli qərara əsasən: Bəyannamə və hesabat növü : Əlavə dəyər vergisi Bəyannamə və hesabat dövrü: Oktyabr 2023 Təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici hesablanmış vergi: 740.826,50 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 7.628.398,49 manat Əlavə Hesablanmış vergi məbləği: 6.887.571,99 manat Əsas: Əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6887571,99 manat ƏDV məbləğini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır.
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********802300 nömrəli qərara əsasən: Bəyannamə və hesabat növü : Mənfəət vergisi Bəyannamə və hesabat dövrü: 2023-cü il Təqdim edilmiş bəyannamə, hesabat üzrə ödəyici hesablanmış vergi: 5.474.825,73 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 15.397.021,68 manat Əlavə hesablanmış vergi məbləği: 9.922.195,95 manat Əsas: Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 49.593.079,56 manat dəyərində eqaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Aparılmış araşdırma zamanı 2023-cü il mənfəət vergisi bəyannaməsində 53119,95 manat bank xidmətləri üzrə göstərilməsinə baxmayaraq müvafiq dövr ərzində bank hesablarından bank xidmətləri üzrə 35219,75 manat vəsaitin məxaric edilməsi müəyyən edilmişdir ki, bu da 17900,20 manat kənarlaşmaların yaranmasına səbəb olmuşdur.
7. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli qərara əsasən: Bəyannamə və hesabat növü : Mənfəət vergisi Bəyannamə və hesabat dövrü: 2023-cü il Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi: 15.397.021,68 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 14.802.509,48 manat Azaldılmışdır: 594.512,20 manat 6-cı bəndə əsasən: bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat **********802300, 20240516 (qeyd: AVİS proqram təminatında bu hissədə qərarın tarixi ertəsi günlə qeyd edilir) Əsas: Beləliklə, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 45.239.785,93 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların əldə olunduğu müəyyən edilməsinə baxmayaraq kameral vergi yoxlaması zamanı riskli elektron-qaimə fakturalarla bağlı səhvən 49.593.079,56 manat xərc məbləğinin silindiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar kameral vergi yoxlaması nəticəsində 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə əlavə hesablanmış 9.922.195,95 manat vergi məbləğinin 870.658,73 manat hissəsinin (49.593.079,56-45.239.785,93)x20%=870658,73) azaldılması məqsədəmüvafiq hesab olunur.
8. İddiaçı iddia tələbini dəyişdirərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin hüquqi yardımına əsasən iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli qərar və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli qərarın 6-cı bəndi istisna olmaqla ləğvi kimi dəqiqləşdirilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində "xxxx" MMC (VÖEN: **********) haqqında və cəmiyyətin rəhbəri X12 barədə hər hansı material və ya cinayət işi yoxdur.
11. Cavabdeh iddia ərizəsinə etiraz və ona əlavələr təqdim edərək bildirmişdir ki, İddiaçı MMC (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********959600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli **********959600 saylı və xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. xx.xx.2023-cü il tarixli **********959600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara münasibətdə bildirilir: İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 2023-cü il oktyabr ayı üzrə ƏDV bəyannaməsi vermiş, 740,826.50 manat vergi məbləği bəyan etmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, xx.xx.2023-cü il tarixli **********959600 saylı qərarla əlavə olaraq 6,887.571,99 manat vergi məbləği hesablanmışdır. İddiaçı MMC "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında ƏDV məbləği 6887571,99 manat, yekun məbləği 58448786,34 manat olan qarşılıqlı əməliyyat aparmış, müvafiq elektron qaimə fakturaları əvəzləşmə üçün təqdim etmişdir (riskli elektron qaimə fakturalar etiraza əlavə olunur). Bildirilir ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər həmin Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6887571,99 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********511300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin oktyabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara münasibətdə bildirilir: İddiaçı MMC xx.xx.2024-cü il tarixdə 2023-cü il üzrə MV bəyannaməsi vermiş, 5.456,712 manat vergi məbləği bəyan etmiş, daha sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə dəqiqləşmiş bəyannamə vermişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixli **********802300 saylı qərarla əlavə olaraq 9.922.195,95 manat vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş bəyannamənin xərclər sətirlərində 53119,95 manat bank xidmətləri üzrə göstərilməsinə baxmayaraq müvafiq dövr ərzində bank hesablarından bank xidmətləri üzrə 28351,94 manat vəsait məxaric edilməsi müəyyən edilmişdir. Həmçinin aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən cavabdehin müvafiq qərarı ilə riskli hesab edilən 49593079,56 manat dəyərində e-qaimə fakturaların təqdim edilmiş müvafiq bəyannaməsində xərc sətirlərində göstərildiyi üçün kanarlaşma yaranmışdır. Qeyd edilən kanarlaşma ilə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli **********249700 saylı xx.xx.2024-cü il tarixli **********157300 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli **********716300 saylı **********746400 saylı müraciətlərində qeyd edilənlər qismən nəzərə alınmış və 9922195,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********3940 nömrəli qərarı əsasında "xxxx" MMC-nin Bakı şəhəri Atatürk prospekti 36 ünvanında yerləşən ofisindən həmin müəssisənin və digər çoxsaylı müəssisələrin mühasibatlıq sənədləri aşkar edilmişdir. Qeyd edilən sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin icraatında olan CM-nin 193.3.2ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş və müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. İstintaq zamanı müəssisənin rəsmi direktoru və təsisçisinin X4 müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmadığı və formal olaraq müəssisənin onun adına qeydiyata alındığı Hacəmin özünün və digər şahid ifadələri ilə təsdiq edilmişdir. Bundan başqa, müəssisənin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X7 X13 tapşırığı ilə müəssisənin sənədlərinə imza etdiyi, müəssisənin faktiki fəaliyyətinin olmadığı, yalnız vəsaitlərin nağdlaşdırılması sxemlərində iştirak etmək üçün X13 rəhbərliyi ilə idarə olunduğu müəyyənləşdirilmişdir. Həmçinin, cinayət işinin istintaqı zamanı "xxxx" MMC tərəfindən İddiaçı MMC- yə hər hansı iş, xidmət təqdim edilmədiyi, əməliyyatların əmtəəsiz olduğu və vəsaitlərin nağdlaşdırılması məqsədi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Hazırda cinayət işi üzrə həmin xüsusatlara hüquqi qiymət verilir. Bundan başqa bildiririk ki, əmtəəsiz əməliyyatları sübuta yetirmək üçün, vergi orqanı ödəyicinin əməliyyatları ilə uçot-baza məlumatları- yəni, qeydiyyatda olan anbar və digər təsərrüfat subyektinin olmaması və ya onun sahəsi ilə idxal edilən, əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi, işçi bazasının tərkibi, müəssisənin fəaliyyət sahəsi, onun dövriyyəsi və s. ilə uyğunsuzluqlara diqqət yetirməlidir. Həmçinin, əmtəəsiz əməliyyatların həyata keçirilməsi üçün təyinat olaraq göstərilən və tərəflər arasında olan müqavilələrin etibarsız əqd olması məsələsi də diqqətdə saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 83.2.4-cu maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardir. Müvafiq qərarın hesablanmasında iki pozisiya mövcud olmuşdur: 1) Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş bəyannamənin xərclər sətirlərində 53119,95 manat bank xidmətləri üzrə göstərilməsinə baxmayaraq müvafiq dövr ərzində bank hesablarından bank xidmətləri üzrə 35219,75 manat vəsaitin məxaric edilməsi müəyyən edilmişdir. Beləliklə, 17900,20 manat kənarlaşdırma yaranmışdır. 2) Həmçinin aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən cavabdehin müvafiq qərarı ilə riskli hesab edilən 49593079,56 manat dəyərində e-qaimə fakturaların təqdim edilmiş müvafiq bəyannaməsində xərc sətirlərində göstərildiyi üçün kənarlaşma yaranmışdır (riskli qaimə fakturalar əlavə edilir). Qeyd edilən kənarlaşma ilə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli **********249700 saylı xx.xx.2024-cü il tarixli **********157300 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli **********716300 saylı **********746400 saylı müraciətlərində qeyd edilənlər qismən nəzərə alınmış və 9.922.195,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə 3190 manat məbləğində, X18 ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində 57019 manat məbləğində qarşılıqlı əməliyyatlar aparmışdır. X8 riskli vergi ödəyicisi hesab edilməsi barədə **********251700 saylı qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 20.10-xx.xx.2023-cü il tarixində 60 510,7 manat dəyərində "Kanbinzon Vatnı, daş, Dəri çəkmə, yağmurluk, forma, Əlcək arqon, remen və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilir. Eyni zamanda vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 2.1.3, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Bildirilir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********339500 saylı qərarına əsasən keçirilmiş OVN tədbiri zamanı vergi ödəyicisi tərəfindən e-qaimə üzrə təqdim edilən malların faktiki olaraq təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müəssisənin əməliyyatlarının əmtəəsiz olduğu hesab olunduğundan müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.2 yarımbəndinə uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyindən "xxxx" MMC “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********339500 saylı qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin qeyd edilir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işinin materiallarından X4 rəhbəri olduğu "xxxx" MMC (VÖEN: **********) və digər şəxslər barəsində xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri qəsdən ödəməkdən yayındırılması və sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan, yaradılmaqla xüsusilə külli miqdarda gəlir əldə etmə, yəni yalançı sahibkarlıq faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü və 193.3.2-ci maddələri ilə ********* nömrəli yeni cinayət işi ayrıca icraata ayrılmışdır. Hazırda cinayət işinin istintaqı davam etdirilir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********3940 nömrəli qərarı əsasında "xxxx" MMC-nin Bakı şəhəri Atatürk prospekti 36 ünvanında yerləşən ofisindən həmin müəssisənin və digər çoxsaylı müəssisələrin mühasibatlıq sənədləri aşkar edilmişdir. Qeyd edilən sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin icraatında olan CM-nin 193.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş və müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. İstintaq zamanı müəssisənin rəsmi direktoru və təsisçisinin X4 müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmadığı və formal olaraq müəssisənin onun adına qeydiyata alındığı Hacəmin özünün və digər şahid ifadələri ilə təsdiq edilmişdir. Bundan başqa, müəssisənin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X7 X13 tapşırığı ilə müəssisənin sənədlərinə imza etdiyi, müəssisənin faktiki fəaliyyətinin olmadığı, yalnız vəsaitlərin nağdlaşdırılması sxemlərində iştirak etmək üçün X13 rəhbərliyi ilə idarə olunduğu müəyyənləşdirilmişdir. Həmçinin cinayət işinin istintaqı zamanı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər hansı iş, xidmət təqdim edilmədiyi, əməliyyatların əmtəəsiz olduğu və vəsaitlərin nağdlaşdırılması məqsədi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Hazırda cinayət işi üzrə həmin xüsusatlara hüquqi qiymət verilir. Bundan başqa bildirilir ki, əmtəəsiz əməliyyatları sübuta yetirmək üçün, vergi orqanı ödəyicinin əməliyyatları ilə uçot-baza məlumatları- yəni, qeydiyyatda olan anbar və digər təsərrüfat subyektinin olmaması və ya onun sahəsi ilə idxal edilən, əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi, işçi bazasının tərkibi, müəssisənin fəaliyyət sahəsi, onun dövriyyəsi və s. ilə uyğunsuzluqlara diqqət yetirməlidir. Həmçinin əmtəəsiz əməliyyatların həyata keçirilməsi üçün təyinat olaraq göstərilən və tərəflər arasında olan müqavilələrin etibarsız əqd olması məsələsi də diqqətdə saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021 -ci il 12 aprel tarixli Qərarlar). Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 83.2.4-cu maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə 2023-cü il oktyabr ayı üzrə ƏDV bəyannaməsi vermiş, 740,826.50 manat vergi məbləği bəyan etmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, xx.xx.2023-cü il tarixli **********959600 saylı qərarla əlavə olaraq 6.887.571,99 manat vergi məbləği hesablanmışdır. İddiaçı MMC "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2023xx.xx.2023-cü il tarix aralığında ƏDV məbləği 6887571,99 manat olmaqla, qarşılıqlı əməliyyat aparmış, müvafiq elektron qaimə fakturaları əvəzləşmə üçün təqdim etmişdir. Bildiririk ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər həmin Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixi aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə 6887571,99 manat ƏDV məbləğinin Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilməsinə əsas verilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********511300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin oktyabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 6887571,99 manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara münasibətdə bildiririk: İddiaçı MMC xx.xx.2024cü il tarixdə 2023-cü il üzrə MV bəyannaməsi vermiş, 5.456,712 manat vergi məbləği bəyan etmiş, daha sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə dəqiqləşmiş bəyannamə vermişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixli **********802300 saylı qərarla əlavə olaraq 9.922.195,95 manat vergi məbləği hesablanmışdır. İddiaçıya xx.xx.2024-cü il tarixli **********249700 saylı xx.xx.2024-cü il tarixli **********157300 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli **********716300 saylı **********746400 saylı müraciətlərində qeyd edilənlər qismən nəzərə alınmış və 9.922.195,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli **********802300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin qeyd edilir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işinin materiallarından X4 rəhbəri olduğu “AFİNA CONSULTİNG" MMC (VÖEN: **********) və digər şəxslər barəsində xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri qəsdən ödəməkdən yayındırılması və sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan, xüsusilə külli miqdarda gəlir əldə etmə, yəni yalançı sahibkarlıq faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü və 193.3.2-ci maddələri ilə ********* nömrəli yeni cinayət işi ayrıca icraata ayrılmışdır. Hazırda cinayət işinin istintaqı davam etdirilir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********3940 nömrəli qərarı əsasında "xxxx" MMC-nin Bakı şəhəri Atatürk prospekti 36 ünvanında yerləşən ofisindən həmin müəssisənin və digər çoxsaylı müəssisələrin mühasibatlıq sənədləri aşkar edilmişdir. Qeyd edilən sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin icraatında olan CM-nin 193.3.2ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş və müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. İstintaq zamanı müəssisənin rəsmi direktoru və təsisçisinin X4 müəssisənin fəaliyyəti ilə əlaqəsinin olmadığı və formal olaraq müəssisənin onun adına qeydiyata alındığı Hacəmin özünün və digər şahid ifadələri ilə təsdiq edilmişdir. Bundan başqa, müəssisənin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X7 X13 tapşırığı ilə müəssisənin sənədlərinə imza etdiyi, müəssisənin faktiki fəaliyyətinin olmadığı, yalnız vəsaitlərin nağdlaşdırılması sxemlərində iştirak etmək üçün X13 rəhbərliyi ilə idarə olunduğu müəyyənləşdirilmişdir. Həmçinin, cinayət işinin istintaqı zamanı "xxxx" MMC tərəfindən İddiaçı MMC- yə hər hansı iş, xidmət təqdim edilmədiyi, əməliyyatların əmtəəsiz olduğu və vəsaitlərin nağdlaşdırılması məqsədi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, cinayət işinin istintaqı zamanı "xxxx" MMC-nin rəsmi direktoru və təsisçisi X12 xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, İddiaçı MMC-nin rəhbər heyətindən heç kəsi tanımamış, əlaqəsi olmamışdır. Həmçinin işğaldan azad edilmiş ərazilərdə İddiaçı MMC-yə hər hansı xidmətlər göstərilməmişdir. X12, ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə olmadığını qeyd etmişdir. Həmçinin "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X19 da xx.xx.2024-cü il tarixli izahatında İddiaçı MMC-nin rəhbər heyətindən heç kəsi tanımadığını, əlaqəsi olmadığını, həmçinin işğaldan azad edilmiş ərazilərdə İddiaçı MMC-yə hər hansı xidmətlər göstərilmədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair əlavə mülahizədə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş X12 və X14 VCİABİ-nə verdiyi izahatlardan aydın olur ki, hər iki şəxs həmin izahatları təzyiq altında, məcburiyyətdən və ya aldadılaraq vermişlər. Bu dəlillərə münasibətdə qeyd edirik ki, əvvəla, izahatlar heç bir məcburiyyət tədbiri altında alınmamış, müvafiq izahatlar verilən zaman audio-video çəkilişi aparılmışdır. Həmçinin əlavə edirik ki, "Afina Consulting” MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********089100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edərək, iddiadan imtina barədə ərizə təqdim etmiş, xx.xx.2024- cü il tarixli izahatında yazılanları şifahi şəkildə də bildirmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırılan bütün iddia tələblərinin məzmunundan və mahiyyətindən xəbəri olmadığından, ona ərizələr, vəkilə etibarnamə və order imzaladıldığı üçün həmin iddia tələblərindən imtina etdiyini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4204/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadına əsasən icraata xitam verilmişdir. Məhkəmə prosesi audio-video çəkiliş aparılmaqla keçirilmiş, məhkəmə iclas protokolu ilə rəsmiləşdirilmişdir. Mülahizədə qeyd edilmişdir ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda VCİAB tərəfindən acılmış cinayət işi cərcivəsində "xxxx" MMC-nin faktiki rəhbərinin Babək adlı şəxs olduğu qeyd edilmişdir. "xxxx" MMC-nin faktiki rəhbəri Babək adlı şəxsdirsə, o hada cəmiyyətdə formal vəzifələr tutduğu iddia olunan X12 və X14 izahatları iş uzrə necə motəbər sübut ola bilər? Bildirilmişdir ki, istintaq gedişində xx.xx.2024- cü il tarixli şahid dindirmə protokoluna əsasən X13 ifadəsi alınmışdır. X21 bildirmişdir ki, "xxxx"xxxx"xxxx" MMC, “RK Constructıon MMC onun tərəfindən idarə edilmiş və heç bir real fəaliyyəti olmadan yaradılmış müəssisələrdəndir. Həmin müəssisələrə heç bir mal və iş təqdim edilməmiş, ayrı-ayrı şəxslərin adına formal olaraq təsis edilmiş, onların adından müxtəlif maliyyə əməliyyatları aparılmış müəssisələrdəndir. Belə ki, həmin müəssisələrə köçürülmüş vəsaitlər adları qeyd edilən müəssisələrə köçürülmüş və vəsaitlər müxtəlif üsullarla nağdlaşdırılmışdır. X21 bildirmişdir ki, "xxxx" MMC-yə “MTT" MMC tərəfindən köçürülən vəsaitlər onun tərəfindən nağdlaşdırılmışdır. Həmin müəssisəyə heç bir iş və xidmət göstərilməmişdir. "Afina Consulting” MMC-nin formal direktoru Hacəmi və etibarnamə ilə direktoru Quliyev Ağaəmi olmuşdur. Onlar heç bir xidmət görməmişdir. Həmçinin, müəssisənin işləri görməsi üçün heç bir texnikası və real işçisi olmamışdır. “Afina Consulting" MMC vergi orqanında riskli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. “Afina Consulting" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərarından məhkəməyə Hacəminin adından X21 müraciət etdirmişdir. Mülahizədə qeyd edilmişdir ki, inzibati aktın qəbulu ilə bağlı cavabdeh vergi orqanı tərəfindən hər hansı inzibati icraatın həyata keçirilmədiyi, əlavə sübutların toplanmaması, tikinti işlərini həyata keçirildiyi əraziyə baxış həyata keçirilmədiyi, bir sözlə əmtəəsiz hesab olunan işlərin (xidmətlərin) faktiki olaraq icra edilib-edilməməsi ilə bağlı kiçik də olsa hər hansı araşdırma aparılmamışdır. "xxxx" MMC də bağlanmış muqaviləyə uyğun olaraq ona həvalə edilmiş işləri icra edərək təhvil vermiş, bununla bağlı tərəflər arasında təhvil-təslim aktı və forma-2 tərtib edilmiş, "xxxx" MMC tərəfindən iddiaçıya elektron qaimə fakturalar gondərilmiş və iddiaçı gorulmuş işlərin dəyərini (ƏDV daxil olmaqla) icracının muvafiq bank hesabına (ƏDV məbləğini isə ƏDV sub-ucot hesabına) ödəmişdir. Nəzərinizə çatdırırıq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı MMC-nin Bakı ş, Nərimanov ray, Ə.Rəcəbli küç. 1963-cü məhəllədə yerləşən ofisinin qapısı bağlı olmuş, telefon vasitəsilə əlaqə saxlanıldıqdan sonra İddiaçı MMC-nin nümayəndəsi X15 ofisin qapısını açmış, nəzarət zamanı ofisdə heç bir işin görülmədiyi, MMC-nin ofisdə heç bir əməkdaşının olmadığı müşahidə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə MMC-yə məxsus Bakı ş, Nərimanov ray, Ə.Rəcəbli küç. 1963-cü məhəllədə yerləşən **********-15001 kodlu obyektində sənədlərə baxış keçirilmiş, mövcud olan sənədlərin əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir. Əlavə olaraq təkrarən bildirilmişdir ki, iddiaçıya vergi hesablanılmasına əsas səbəb 2023-cü ilin oktyabr ayının ƏDV bəyannaməsində (xx.xx.2023-cü il tarixdə təqdim edilmiş) riskli vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) ilə əmtəəsiz əməliyyatlar aparması olmuşdur. Məhkəmə prosesində İddiaçı MMC-nin direktoru Nümayəndə2 çıxış edərək "xxxx" MMC-nin işğaldan azad edilmiş ərazilərdə müxtəlif quraşdırma və abadlaşdırma işləri görüldüyünü bildirmişdir. Bundan başqa İddiaçı MMC-nin direktoru Nümayəndə2 ona verilmiş suallara əsasən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə əsasən ümumi dəyəri 38 milyon manatdan artıq olan müqaviləni X35 rayonunda adını xatırlamadığı kafelərin birində imzaladığını bildirmişdir. Halbuki, "xxxx" MMC-nin direktoru X12 məhkəmə prosesində bildirmişdir ki, müəssisənin adından təqdim olunan sənədlərin, müqavilələrin məzmunundan onun xəbəri yoxdur. X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi izahatında Nümayəndə2 tanımadığını qeyd etmişdir. Sonuncu dəfə 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə prosesində İddiaçı MMCnin nümayəndəsi tərəfindən işə şahid kimi dəvət edilən işçi X9 da çıxışında "xxxx" MMCnin onlara müxtəlif tikinti işlərində xidmətlər göstərdiklərini bildirmişdir. Lakin verilmiş suallara əsasən X5 işğaldan azad edilmiş ərazilərdə görmədiyini, "xxxx" MMC adından görülmüş işləri ona Ramiz və Telman adlı şəxslərin təqdim etdiyini, işğaldan azad edilmiş ərazilərdə “Füzuli”, “Ağoğlan” və “Şuşa” Qaz boru kəmərlərinin istismara verildiyini bildirmişdir. Bildiririr ki, "xxxx" MMC-nin Ramiz və Telman adlı işçiləri olmamışdır. Həmçinin İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə baxdıqda müəyyən olunur ki, təhvil təslim aktlarına əsasən görülmüş işləri "xxxx" MMC-nin adından işçiləri Emin Seyfullayev və Bəxtiyar Balayev təhvil vermişdir. X10 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmiş, Baş İdarənin inzibati binasında onunla görüş keçirilmiş və o izahatında "xxxx" MMC adından işğaldan azad edilmiş ərazilərdə hər hansı işləri görmədiyini bildirmişdir. Göründüyü kimi X3 da adından imza saxtalaşdırılmışdır. Bundan başqa "xxxx" MMC-nin əmək müqaviləsi reyestrindən çıxarışa əsasən əmək müqavilələri üzrə işə götürülmüş işçiləri X22, X23, X39 xx.xx.2025-ci il tarixdə, X24, X30 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmiş, Baş İdarənin inzibati binasının görüş otağında hər biri ilə ayrılıqda görüş keçirilmişdir. Adları qeyd edilən şəxslər "xxxx" MMC-nin işçisi olmadıqlarını bildirmiş, o cümlədən "xxxx" MMC və İddiaçı MMC-ni ümumiyyətlə tanımadıqlarını, bu müəssisələrə heç bir xidmət göstərmədiklərini bildirmişlər. Həmçinin İddiaçı MMC-nin iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi "xxxx" MMC ilə aralarında olan müqavilələr üzrə işlərin təhvil-təslim aktlarına diqqətlə baxdıqda müəyyən olunur ki, "xxxx" MMC-nin rəsmi direktoru X4 adının üzərində olan imza nümunələri ona məxsus deyildir. Bu da onu deməyə əsas verir ki, Afina Consulting” MMCnin rəsmi direktoru X4 adından sözügedən müqaviləyə imza atılaraq imzası saxtalaşdırılmışdır ki, bu da "xxxx" MMC tərəfindən faktiki olaraq İddiaçı MMC-yə hərhansı bir işlərin görülmədiyini, xidmətlərin göstərilmədiyini sübut edir. Sənədlərin və əməliyyatların saxtalaşdırılması ilə bağlı bildiririk ki, iddiaçı "xxxx" MMCnin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “riskli hesab olunması və həmin əməliyyatlar üzrə qaimələrin əvəzləşdirməyə əsas verməməsi barədə qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə vergi orqanının xeyrinə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 saylı yekun Qərarında aşağıdakılar qeyd olunmuşdur: - “İddiaçı "xxxx" MMC öz fəaliyyəti ilə əlaqədar satıcı "xxxx" MMC ilə bağladığı xx.xx.2021ci il tarixli müqavilə əsasında həmin ilin iyun, iyul və avqust aylarında adıçəkilən şirkətdən dolğu materialı (qum və çınqıl qarışığı) almışdır. Lakin vergi orqanı 2021-ci ilin avqust ayında "xxxx" MMC ilə aparılan əməliyyatların riskli hesab olunması və həmin əməliyyatlar üzrə qaimələrin əvəzləşdirməyə əsas verməməsi səbəbi ilə bu qaimələrdəki məbləğlərin nəzərə alınmayacağı barədə vergi ödəyicisinə məktub göndərmişdir. - "xxxx" MMC tərəfindən özünün qum və çınqıl istehsalı ilə məşğul olduğu görüntüsü yaratmaq üçün “X29” ASC-dən karxana icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında karxana tipli təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Bununla bağlı diqqət edilməli məqamlardan biri ondan ibarətdir ki, vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri (OVN) zamanı "xxxx" MMCnin vergi orqanında qeydiyyatda olan ünvan 2i ünvanında yerləşən "Karxana"- nın “X29” ASC tərəfindən “Fabrolik Tikinti" MMC-yə icarəyə verilmədiyi və bu barədə "X29” ASC-nin rəhbərinin də təsdiq etdiyi xx.xx.2021-ci il tarixli aktın tərtib edildiyi gün "xxxx" MMC tərəfindən vergi orqanına ərizə təqdim edilərək sözügedən təsərrüfat subyekti (karxana) ləğv edilmişdir. Yəni, saxtakarlığın aşkar olunduğunu görən "xxxx" MMC saxtalaşdırılmış sənədlərlə vergi orqanında uçota alınmış təsərrüfat subyektini (karxananı) ləğv etmişdir. Bundan başqa, “Faborlik Tikinti" MMC tərəfindən 2021-ci il ərzində alınmış qum çınqılın həcminin 4820 kubmetr olduğu, təkcə "METAN TİCARƏT VƏ TİKİNTİ” MMC-yə 2021-ci ilin iyun-avqust ayları ərzində təqdim etdiyi qum-çınqılın həcminin isə 26333 kub metr olduğu müəyyən edilmişdir. Bu isə, “Faborlik Tikinti" MMC ilə "METAN TİCARƏT VƏ TİKİNTİ” MMC arasında əmtəəsiz əməliyyatlar aparıldığı, süni şəkildə xərc sənədləri tərtib edildiyini tam sübut etmişdir.” Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarı ilə bağlı onu da vurğulamağı vacib biliririk ki, 26 iyul 2024-cü il tarixdə vergi orqanlarında vergi ödəyicisi İddiaçı MMC-nin “Sədərək Ticarət Mərkəzində” qeydiyyatda olan istehsal obyektinə baxış keçirmək üçün vergi əməkdaşları göstərilən ünvana gedərək baxış keçirmiş və həmin obyektdə iddiaçının fəaliyyət göstərmədiyini müəyyən etmişlər. Bundan əlavə həmin obyektin mülkiyyətçisi "xxxx" MMC tərəfindən rəsmi olaraq məktubla təsdiq edilmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında heç bir rəsmi icarə müqaviləsi bağlanılmamış və həmin müəssisənin "xxxx" MMC-yə məxsus ərazidə heç bir təsərrüfat subyekti, istehsal obyekti, iqtisadi fəaliyyəti olmamışdır (məktub məhkəmə işi materiallarına əlavə edilmişdir). Məhkəmənin "xxxx" MMC-yə verilmiş lisenziyanın qüvvədə olması ilə bağlı sorğusuna cavab olaraq bildiririk ki, sözügedən müəssisəyə verilmiş “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri” fəaliyyət növü üzrə verilmiş 29 aprel 2022-ci il tarixli EL- 260/2022 qeydiyyat nömrəli lisenziya 24 fevral 2025-ci il tarixli 19 nömrəli Sərəncamla müəssisə tərəfindən fəaliyyət növü üzrə indiyədək hər-hansı işlər görülmədiyi üçün ləğv edilmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən lisenziya "xxxx" MMC-nin əvvəlki sahibi X25 tərəfindən əldə edilmişdir və sonradan müəssisə 25 yanvar 2023-cü ildən alqı-satqı yolu ilə X1. Göründüyü kimi iddiaçının lisenziya ilə bağlı məsələlərə toxunmasının da işin birbaşa mahiyyətinə heç bir aidiyyəti yoxdur. Məhkəmə 5 dekabr 2024-cü il tarixli e-2-1(112)-5006/2024 nömrəli sorğu ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət edərək sözügedən layihənin icra olunaraq təhvil verilməsini sorğu etmişdir. Cavab məktubunda ilk növbədə bildirilmişdir ki, “məktubda qeyd olunan İddiaçı MMC ilə SOCAR-ın “Qaz İxrac” İdarəsi arasında sözügedən layihə üzrə müqavilə münasibətləri mövcud deyildir. Həmçinin yalnız obyektin İ buraxılış kompleksi üzrə “Böyük Bəhmənli- Şuşa” qaz kəməri istismara verilmişdir. “Füzuli”, “Ağoğlan” və “Şuşa” Qaz boru kəmərləri isə hələ istismara verilməmişdir və tikintisi davam edir.” Sonuncu məhkəmə prosesində cavabdeh vergi orqanının nümayəndəsinin verdiyi suallara əsasən İddiaçı MMC-nin işçisi X9 tərəfindən yanlış cavab verilərək “Füzuli”, “Ağoğlan” və “Şuşa” Qaz boru kəmərlərinin istismara verildiyini bildirmişdir ki, bu da həmin şəxsin formal işçi olması və görülən işlərdən ümumiyyətlə məlumatsız olmasını sübut edir. Lakin məhkəmə iclasının protokolu ilə cavabdehin nümayəndəsi tərəfindən tanış olunan zaman bu hissənin protokolda öz əksini tapmadığı müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Məhkəmə prosesi gedişatında işə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC- nin vəkili ərizə ilə müraciət edərək bildirmiş ki, işğaldan azad edilmiş ərazilərdə İddiaçı MMC üçün heç bir iş görülməmiş, xidmətlər göstərilməmişdir. Göründüyü kimi "xxxx" MMC ilə qarşılıqlı əqddə tərəf olan "xxxx" MMC tərəfindən aralarında olan əməliyyatın təkzib edilməsi və mübahisələndirilməsi ilə bağlı açıq iradə ifadəsi ortaya qoyulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli **********959600 saylı və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonuncu xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda sadəcə yol verilmiş texniki yanlışlıq aradan qaldırılmışdır, belə ki, "xxxx" MMC ilə aparılmış əməliyyat üzrə ləğv edilmiş bir elektron-qaimə səhvən nəzərə alınmış (təkrarlığa yol verilmiş), bu səbəbdən də, inzibati orqan tərəfindən həmin yanlışlıq aradan qaldırılmış, nəticədə, hesablanmış 2023cü ilin mənfəət vergisi məbləği 594.512,20 manat azalmışdır. Hesablamanın digər əsasları eynidir. İnzibati orqan tərəfindən öz təcrübəsinə uyğun olaraq həmin qərarla (qərarın 6-cı bəndində müvafiq qeyd vardır) 2023-cü ilin mənfəət vergisi üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********802300 nömrəli qərar ləğv edilmişdir.
12. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin hüquqi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında ətraflı şəkildə şərh edilmişdir. Həmin kollegial qərardadda göstərilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Həmçinin oxşar xarakterli işə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025cü il tarixli, 2-1(102)-920/2025 nömrəli qərardadında üçüncü şəxslərə münasibətdə aşağıdakı məsələlər vurğulanmışdır: “"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC, eləcə də fiziki şəxslər X3, X4, X1 inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-cü il tarixli, 2-1(102)-465/2025 nömrəli qərarda qeyd edilmişdir: “Şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin hüquqi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında ətraflı şəkildə şərh edilmişdir...Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərar üçüncü şəxs qismində cəlbinin tələb edildiyi subyektlərin qanunla qorunan maraqlarına toxunması və ya pozması halı müəyyən edilmədiyindən onların cəlbi ilə bağlı tələb əsaslı sayıla bilməz. ” Göründüyü kimi, "xxxx" MMC və X4 qanunla qorunan maraqlarına toxunması və ya pozması halı müəyyən edilmədiyindən onların cəlbi ilə bağlı tələb əsaslı olmamış, lakin buna baxmayaraq, məhkəmə həmin şəxsləri 3-cü şəxs qismində prosesə cəlb etmişdir. Belə ki, hazırki işdə İddiaçı MMC-yə hesablanmış əlavə vergi məbləği mübahisələndirilir ki, həmin vergi borcunun silinməsi barədə iddia tələbinin təmin edilib-edilməməsi barədə məhkəmə qərarı "xxxx" MMC və X4 qanunla qorunan maraqlarına toxunmur və ya pozmur. Cavabdehin "xxxx" MMC və X4 3-cü şəxs qismində prosesə cəlb edilməsində məqsədi həmin şəxslərin iddiaçı ilə "xxxx" MMC arasında baş tutmuş əməliyyatlara dair izahatlarının alınmasıdır ki, bunu 3-cü şəxs qismində cəlb etmədən, şahid ifadəsi və ya məhkəmə sorğusu əsasında da etmək mümkündür. Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli 01/2022 №-li qərardadının: 54-cü bəndinə əsasən məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. 55-ci bəndinə əsasən cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.
13. Cavabdeh tərəfindən üçüncü şəxsin iş üzrə iştirakına xitam verilməsinə dair vəsatətə münasibət bildirilərək qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X12 iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı MMC "xxxx" MMC və X4 iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli e-2-1(112)-5006/2024 nömrəli qərardadın ləğv edilməsi və həmin şəxslərin icraatda 3-cü şəxs qismində iştiraklarına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müvafiq vəsatətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1- ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 Ns-li qərardada istinad edilərək qeyd edilmişdir ki, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın"xxxx" MMC- yə potensial təsirinə münasibətdə qeyd edirik ki, "xxxx" MMC tərəfindən əmtəəsiz əməliyyatlar üzrə əldə edilən e-qaimələrdə göstərilən malların sonradan e-qaimə ilə İddiaçı MMC-yə təqdim edilməsi əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Belə ki, təqdim edilmiş elektron-qaimə fakturalara əsasən İddiaçı MMC "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2023-xx.xx.2023cü il tarix aralığında ƏDV məbləği 6.887.571,99 manat olmaqla, 38.264.288,88 manat məbləğində qarşılıqlı əməliyyat aparmışdır. “AFİNA CONSULTİNG" MMC Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********339500 nömrəli qərarı əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Keçirilmiş OVN tədbiri zamanı vergi ödəyiciləri tərəfindən eqaimə üzrə təqdim edilən malların faktiki olaraq təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müəssisələrin əməliyyyatlarının əmtəəsiz olduğu hesab olunduğundan müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Nəzərinizə çatdırırıq ki, ilk növbədə, Baş İdarənin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3415 nömrəli qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı "xxxx" MMC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin (VÖEN: **********) təsərrüfat subyektinin (obyektinin) real olmadığı müəyyən edilmişdir. Müəssisənin Qaradağ rayonu, Lökbatan ştq, Lökbatan qəsəbəsi ev.10, Lökbatan-Qobu yolu və ünvan 4 ünvanında yerləşən hər iki obyektinin icarədarı (Abşeran Logistik MMC) icarə müqavilələrinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə ləğv etdiyini bildirmişdir. Lakin yuxarda qeyd olunan tarix aralığında (icarə müqaviləsinin ləğv edildiyi tarixdən OVN tədbiri keçirilmə tarixə qədər, xx.xx.2023-xx.xx.2023) faktik olaraq faliyyəti olmayan "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2023-ci il tarix aralığında "xxxx" MMC-ə ümumi dəyəri 3.687.642,28 manat (ƏDV-siz) dəyərində “tikinti üçün texniki örtük, PE izolyasiya örtüyü, karton qutu və s” (uçot baza məlumatları üzrə malın kodu və adı: ********** - görülmüş işlər) olan 13 ədəd e-qaimə təqdim etmişdir. Qeyd olunan əməliyyatlar əmtəsiz əməliyyatlar hesab edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC ilə bağlı xx.xx.2023-cü il tarixli **********381100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli **********381100 nömrəli qərar mübahisələndirilməyib. Əmtəsiz əməliyyat üzrə əldə edilmiş e-qaimələrdə qeyd edilən malların (uçot baza məlumatları üzrə malın kodu və adı: ********** - görülmüş işlər) sonradan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDM 467644, xx.xx.2023-cü il tarixli EBDM 749030, xx.xx.2023-cü il tarixli EBDM 859415, xx.xx.2023-cü il tarixli EBDP 423146, xx.xx.2023-cü il tarixli EBDP 646931, xx.xx.2023-cü il tarixli EBDR 723614 və xx.xx.2023-cü il tarixli EBDT 681037 nömrəli e-qaimələr ilə "xxxx" MMC-ə (VÖEN **********) təqdim edilmişdir. Həmçinin Baş İdarənin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3413 və **********3418 nömrəli qərarları əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı "xxxx" MMC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin (VÖEN: **********) Nərimanov rayonu, Əhməd Rəcəbli ev.Yeni çəkilən yolun kənarı ünvanında yerləşən obyektinin icarə müqaviləsi 2023-cü ili avqust ayından ləğv etdiyi, Nərimanov rayonu, köndələn eninə 4-cü ev.3 ünvanda yerləşən obyektinin isə şəraitsiz anbar olduğu müəyyən edilmişdir (şəkil və sənədlər qoşmaya əlavə edilir). "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-ə ümumi dəyəri 10.760.425,55 manat (ƏDV-siz) dəyərində (uçot baza məlumatları üzrə malın kodu və adı: **********- görülmüş işlər) olan 25 ədəd e-qaimə təqdim etmişdir. Qeyd olunan əməliyyatlar əmtəsiz əməliyyatlar hesab edilərək İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC ilə bağlı xx.xx.2023-cü il tarixli **********291400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli **********291400 nömrəli qərar mübahisələndirilməmişdir. Əmtəəsiz əməliyyat üzrə əldə edilmiş e-qaimələrdə qeyd edilən malların sonradan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDR 723614 və xx.xx.2023-cü il tarixli EBDT 681037 nömrəli e-qaimələr ilə "xxxx" MMC-ə (VÖEN **********) təqdim edilmişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla "xxxx" MMC-nin əməliyyatlarının əmtəəsiz olduğu hesab olunduğudan (əmtəəsiz əməliyyatlar üzrə əldə edilən e-qaimələrdə göstərilən malların sonradan e-qaimə ilə təqdim edilməsi əmtəəsiz əməliyyat kimi qiymətləndirilir) müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən o riskli vergi ödəyicisi hesab edilib. Belə ki, "xxxx" MMC və "xxxx" MMC barələrində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarlar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarların əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Əlavə olaraq qeyd edirik ki, hazırda qüvvədə olan “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 4.5-ci bəndinə əsasən aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1.vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi İddiaçı MMC-nin cavabdeh Baki şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı e-2-(112)-663/2025 saylı inzibati işi üzrə qəbul ediləcək yekun məhkəmə qərarı "xxxx" MMC və "xxxx" MMC arasında əmtəəsiz əməliyyatların baş tutmasına dair faktiki halları təsdiq yaxud təkzib edən yekun xarakterli münasibəti əhatə edəcəyindən məhkəmə qərarı "xxxx" MMC üçün potensial təsiri ehtiva edir. Bununla yanaşı, əməliyyatların həqiqiliyi məhkəmə tərəfindən təsdiq edildikdə yuxarıda qeyd edilən qaydalara əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul ediləcəkdir. Onu da əlavə edirik ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində ********* nömrəli cinayət işinin materiallarından X4 rəhbəri olduğu "xxxx" MMC (VÖEN: **********) və digər şəxslər barəsində xüsusilə külli miqdar təşkil edən məbləğdə vergiləri qəsdən ödəməkdən yayındırılması və sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan, xüsusilə külli miqdarda gəlir əldə etmə, yəni yalançı sahibkarlıq faktına dair Azərbaycan Respublikası CM-nin 213.3-cü və 193.3.2-ci maddələri ilə ********* nömrəli yeni cinayət işi ayrıca icraata ayrılmışdır. Hazırda cinayət işinin istintaqı davam etdirilir. X12 e-2-1(112)-663/2025 saylı inzibati iş üzrə baş tutan məhkəmə iclasında iştirak edərək "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər hansı iş, xidmət təqdim edilmədiyi, əməliyyatların əmtəəsiz olduğu və vəsaitlərin nağdlaşdırılması məqsədi ilə həyata keçirildiyini bildirmiş, müvafiq inzibati iş üzrə xx.xx.2025-ci il tarixdə baş tutmuş sonuncu məhkəmə baxış iclasında "xxxx" MMC-nin vəkili də məhkəmə iclasında iştirak etmiş, əməliyyatların baş tutmadığını bildirmişdir.
14. Eyni zamanda cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" və X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməlidir.
15. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilən vəsatətlər təmin edilməməlidir.
16. İddia ərizəsinə dair əlavə mülahizədə aşağıdakılar bildirilmişdir: İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli Qərar ilə İddiaçı MMC-yə 2023-cü ilin oktyabr ayına ƏDV üzrə 6,887,571.99 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan başqa, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********802300 nömrəli Qərar ilə 2023-cü ilin mənfəət vergisi üzrə 9,922,195.95 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarından göründüyü kimi, hər iki inzibati aktın qəbul edilməsinin səbəbi "xxxx" MMC tərəfindən iddiaçıya görülmüş işlərə (xidmətlərə) görə göndərilmiş elektron- qaimə fakturaların əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş riskli qaimələr hesab edilməsi olmuşdur. Qəbul edilmiş qərarların qanunsuzluğu ilə bağlı aşağıdakılar qeyd edilir:
1. Kameral vergi yoxlamasının müddət ötürülməklə həyata keçirilməsi: ƏDV-nin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli Qərardan göründüyü kimi, vergi orqanı xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə əvəzləşdirilmiş ƏDV məbləğlərini 2023-cü ilin oktyabr ayına təqdim edilmiş ƏDV bəyanaməsi üzrə bərpa etmişdir. Halbuki, 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində həmin ay ərzində baş vermiş əməliyyatlar əks etdirilir və kameral vergi yoxlaması zamanı da məhz həmin ay ərzində baş vermiş əməliyyatlar nəzərə alına bilərdi. 2023-cü ilin avqust-noyabr aylarında baş vermiş əməliyyatlar üzrə hər hansı kənarlaşma aşkar edildiyi halda isə kameral vergi yoxlaması məhz həmin aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə həyata keçirilə bilərdi. Belə ki, Vergi Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. 178-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.1-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Sadalanan normalardan aydın olduğu kimi, ƏDV ödəyicisi hesabat dövrü, yəni təqvim ayı üzrə ƏDV bəyannaməsi təqdim edir və bəyannamədə həmin təqvim ayı ərzində baş tutmuş əməliyyatlar (vergiyə cəlb edilən dövriyyə, əvəzləşdirilən ƏDV məbləği, büdcəyə ödənilməli ƏDV məbləği və digərləri) barədə məlumatları əks etdirir. Vergi Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Sadalanan normalardan aydın olduğu kimi, vergi ödəyicisi müvafiq hesabat dövrü (ƏDV-yə münasibətdə təqvim ayı) üzrə vergi bəyannaməsi təqdim edir və vergi orqanı həmin bəyannamə təqdim edildikdən sonra müəyyən edilən müddət ərzində (ƏDV-yə münasibətdə 30 iş günü müddətində) kameral vergi yoxlaması həyata keçirir. Əks təqdirdə, yəni 30 iş günü ötürüldüyü halda isə vergi orqanı aşkar edilmiş uyğunsuzluq (kənarlaşma) ilə bağlı vergi ödəyicisinə sadəcə bildiriş göndərə bilər və həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz. Beləliklə, yuxarıda qeyd olunan normaların birgə təhlilindən aydın olur ki, ƏDV-nin ödəyicisi təqvim ayı üzrə vergi bəyannaməsi təqdim edir və bəyannamədə həmin hesabat dövrü (təqvim ayı) ərzində baş vermiş əməliyyatları əks etidirir. Vergi orqanı isə bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində kameral vergi yoxlaması həyata keçirir və yoxlama zamanı hesabat dövrü (təqvim ayı) ərzində baş tutmuş əməliyyatlar ilə bağlı hər hansı kənarlaşma (vergilərin az və ya artıq hesablanması halını) aşkar edərsə, kameral vergi yoxlamasının nəticəsinə dair qərar qəbul edir. Əks təqdirdə, yəni 30 iş günü ötürüldüyü halda isə vergi ödəyicisinə sadəcə olaraq xəbərdarlıq bildirişi göndərməklə kifayətlənir. Lakin iş materiallarından göründüyü kimi, 2023-cü ilin avqust-sentyabr ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ötdüyündən, cavabdeh vergi orqanı həmin hesabat dövlərində baş tutmuş əməliyyatlara (əvəzləşdirilmiş ƏDV məbləğlərinə) görə kameral vergi yoxlamasını qanunsuz olaraq 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə həyata keçirmişdir. Halbuki, vergi orqanı əvvəlki hesabat dövrləri üzrə yoxlamanı VM-nin 36.3-cü maddəsinə əsasən yalnız səyyar vergi yoxlaması şəklində həyata keçirə bilərdi. Təsadüfi deyil ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-2270/2023-cü il tarixli qərarında da qeyd edilir ki, “iddiaçı tərəfindən həqiqətən 2019-cu il üzrə 1237321,54 manatlıq mal, iş, xidmət təqdim edilməsi və s. həyata keçirilmiş olsa belə, müvafiq vergidən yayınma halı vergi orqanı tərəfindən 2020-ci ilin sentyabrında verilmiş bəyannamə üzrə müəyyən edilmiş, buna münasibətdə ƏDV üzrə borc hesablanması isə həmin ilin noyabr ayında hazırda mübahisələndirilən qərarla qəbul edilmişdir....Vergi orqanı 2020-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2020-cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir....Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2020-cü ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.Məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir..Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Vergilər Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq qanunda nəzərdə tutulmuş müddəti ötürməklə kameral qərar qəbul etmişdir”. - Əmtəəsiz əməliyyata dair hər hansı mötəbər sübutun olmaması Cavabdeh vergi orqanı həyata keçirdiyi hesablamanı belə əsaslandırır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında faktiki olaraq hər hansı əməliyyat baş tutmadığı halda elektron qaimə fakturalar tərtib edilmişdir. Bununla bağlı bildiririk ki, Podratçı "xxxx" MMC ilə sifarişçi SOCAR- ın Qaz İxrac İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16ın tikintisini həyata keçirmək podratçıya həvalə edilmişdir. Podratçı "xxxx" MMC ilə subpodratçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005/23 saylı “Tikinti işləri üçün subpodrat müqaviləsi”nə əsasən isə İddiaçı MMC subpodratçı qismində “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin tikintisi çərçivəsidə müqavilənin 1 nömrəli əlavəsində göstərilən xidmətlərin (o cümlədən boruların yüklənməsi, dayaq konstruksiyaların quraşdırılması, boruların izolyasiya olunması, bünövrə hazırlıq qatının altında sement məhlulundan aralıq qatın düzəldilməsi, qruntun məsafəyə daşınmaqla buldozerlərlə qazılması, qruntun sıxlaşdırılması və s işlərin) göstərilməsi və siyahıda öz əksini tapmış mal-materialların təqdim edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. (buna dair müqavilə mülahizəyə əlavə edilir) Qeyd olunan müqavilə İddiaçı MMC tərəfindən icra edilmiş və müqavilədə nəzərdə tutulmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair 5 ədəd forma 2 aktı və forma 3 arayışı, boruların yüklənməsinə dair 2 ədəd akt, mal-materialların sifarişçi tərəfindən təhvil alınmasına dair 60 ədəd malların təhvil-qəbul aktı tərtib edilmişdir. (aktlar mülahizəyə əlavə edilir) Bundan başqa, İddiaçı MMC ilə "xxxx" MMC arasında ümumi dəyəri 77.720.700,0 manat olan boruların alqı-satqısına dair müqavilə də bağlanmış və xx.xx.2023-xx.xx.2023 tarixli 74 ədəd təhvil-təslim aktına əsasən müqavilədə nəzərdə tutulmuş borular alıcıya təhvil verilmişdir. (müqavilə və aktlar mülahizəyə əlavə edilir) Yuarıda qeyd olunan xx.xx.2023-cü il tarixli 005/23 saylı “Tikinti işləri üçün subpodrat müqaviləsi”nin icrası məqsədilə İddiaçı MMC də öz növbəsində müəyyən xidmətlərin (qruntun qazılması, boruların düzülməsi, xəndəyə qoyulması, boru keçəcək yolların təmizlənməsi və s.) görülməsi məqsədilə subpodratçı qismində "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdır (iddia ərizəsinə əlavə edilmişdir). Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli EL-260/2022 nömrəli lisenziyaya əsasən "xxxx" MMC-yə tikintiquraşdırma işləri, xüsusi torpaq işlərinin görülməsi, metal konstruksiyaların quraşdırılması, sənaye və mülki obyektlərin tikintisi və digər icazə tələb olunan sahələr üzrə fəaliyyət göstərməsinə icazə verilmişdir. (mülahizəyə əlavə edilir) "xxxx" MMC də bağlanmış müqaviləyə uyğun olaraq ona həvalə edilmiş işləri icra edərək təhvil vermiş, bununla bağlı tərəflər arasında təhvil-təslim aktı və forma-2 tərtib edilmiş, "xxxx" MMC tərəfindən iddiaçıya elektron qaimə fakturalar göndərilmiş və iddiaçı görülmüş işlərin dəyərini (ƏDV daxil olmaqla) icraçının müvafiq bank hesabına (ƏDV məbləğini isə ƏDV sub-uçot hesabına) ödəmişdir. Göründüyü kimi, “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16ın tikintisini çərçivəsində tərəflər arasında baş tutmuş əməliyyatlar qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırım ki, “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16ın tikintisi ilə bağlı görülmüş işlər (eləcə də "xxxx" MMC tərəfindən icra edilmiş işlər) SOCAR “Qaz İxrac” İdarəsi, “Neftqazelmitədqiqatlayihə” institutu və Fövqaladə Hallar Nazirliyi tərəfindən yoxlanılaraq (sınaqdan keçirilərək) təhvil alınmış və buna dair müvafiq aktlar tərtib edilmişdir (mülahizəyə əlavə edilmişdir). Göründüyü kimi, ölkənin ən strateji məntəqəsində - Qarabağ zonasında həyata keçirilmiş dövlət əhəmiyyətli layihə - “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin tikintisi məqsədilə görülmüş işlər cavabdeh vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat kimi qələmə verilir. Təsəvvür edin ki, cavabdeh vergi orqanı gülünc olsa da dolayısı ilə “Böyük Bəhmənli- Şuşa” qaz kəmərinin tikintisi ilə bağlı işlərin görülmədiyini və SOCAR “Qaz İxrac” İdarəsi, “Neftqazelmitədqiqatlayihə” institutu və Fövqaladə Hallar Nazirliyinin də təsdiq etdiyi sənədlərin əslində faktiki olaraq görülməmiş işlərə görə yalandan tərtib edilmiş sənədlər olduğunu iddia edir. Halbuki, inzibati aktın qəbulu ilə bağlı cavabdeh vergi orqanı tərəfindən hər hansı inzibati icraat həyata keçirilməmiş, əlavə sübutlar toplanmamış, tikinti işlərini həyata keçirildiyi əraziyə baxış həyata keçirilməmiş, bir sözlə əmtəəsiz hesab olunan işlərin (xidmətlərin) faktiki olaraq icra edilib-edilməməsi ilə bağlı kiçik də olsa, hər hansı araşdırma aparılmamışdır. Gördüyümüz kimi, cavabdeh bu işləri hazırda məhkəmə icraatı gedişində etməyə çalışır ki, bu da inzibati aktların açıq-aşkar ehtimal əsasında qanunsuz şəkildə qəbul edildiyini göstərir. Məhkəmənin nəzərinə çatdırım ki, “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin tikintisində iştirak etmiş şirkətlərin, o cümlədən iddiaçıya xidmət göstərmiş "xxxx" MMC-nin sonradan əmtəəsiz əməliyyatlar həyata keçirməsi, vergidən yayınması, hesabına daxil olunan pul vəsaitlərini başqa təyinatlar və məqsədlər üçün istifadə etməsi (əgər doğurdan etməsinə dair sübut varsa) baş tutmuş əməliyyatların əmtəəsiz hesab edilməsinə və iddiaçının ƏDV üzrə əvəzləşdirilmələrinin və mənfəət vergisi üzrə xərclərinin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, eynilə lisenziya vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kimi İddiaçı MMC də "xxxx" MMC-ni tikinti-quraşdırma xidmətləri göstərən şirkət kimi qəbul edərək podratçı qismində müvafiq işə cəlb etmiş, ona sifarişlər vermiş və görülmüş işlərlə bağlı qarşı tərəfə ödənişlər etmişdir. Başqa sözlə, “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin tikintisində faktiki olaraq görülmüş işlər göz önündədir, istər vergi orqanı, istərsə VCİABİ, istərsə də məhkəmə istənilən zaman baxış keçirməklə həmin işlərlə tanış ola bilər. Bu isə o deməkdir ki, faktiki olaraq görülmüş işlər "xxxx" MMC-nin vergidən yayınması, pul vəsaitlərini başqa məqsədlər və təyinatlar üzrə istifadə etməsi və ya VCİABİ-də şirkətlə bağlı açılmış və bitməmiş hər hansı cinayət işi səbəbindən əmtəəsiz əməliyyat hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, dövlətin geniş səlahiyyətlərə sahib olan orqanları (qurumları) "xxxx" MMC-nin riskli vergi ödəyicisi olduğunu uzun müddət araşdırma apardıqdan sonra aşkar etmişdirsə (sübutetmə prosesi isə hələ yekunlaşmamışdır), İddiaçı MMC- nin əvvəlcədən uzaq görənlik edərək "xxxx" MMC-nin riskli əməliyyatlar aparan şirkət olduğunu müəyyən etməsi qeyri-mümkün idi. Eynilə lisenziya vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən edə bilmədiyi kimi. Bir sözlə, bir halda ki cavabdeh vergi orqanı İddiaçı MMC ilə "xxxx" MMC arasında baş tutmuş əməliyyatları əmətəəsiz əməliyyat hesab edir, bu halda cavabdeh məhkəmə icraatı qaydasında “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin tikintisi çərçivəsində "xxxx" MMC tərəfindən icra edilmiş qruntun qazılması, boruların düzülməsi, xəndəyə qoyulması, boru keçəcək yolların təmizlənməsi və s. işlərin faktiki olaraq görülmədiyinə, görülməmişdirsə həmin işlərin müvafiq qurumlar (SOCAR “Qaz İxrac” İdarəsi, “Neftqazelmitədqiqatlayihə” institutu və Fövqaladə Hallar Nazirliyi) tərəfindən hansı əsasla və qaydada təhvil alındığına, yox əgər faktiki olaraq görülmüşdürsə, kim tərəfindən icra edildiyinə, İddiaçı MMC tərəfindən işlərin icrasına dair pul vəsaitlərinin "xxxx" MMC-yə hansı məqsədlə ödənildiyinə, əgər əməliyyat faktiki olaraq baş tutmamışdırsa həmin vəsaitin "xxxx" MMC tərəfindən MTT” MMC-yə qaytarılmasına və "xxxx" MMC hər hansı tikinti-quraşdırma xidməti göstərməyə qadir olmayan şirkətdirsə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən buna dair lisenziyanın hansı əsasla verildiyinə dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Beləliklə, cavabdeh vergi orqanı tərəflər arasında baş tutmuş əməliyyatlarla bağlı hər hansı araşdırma aparmadan, sübutlar toplamadan, işlərin faktiki olaraq görüldüyü əraziyə baxış keçirmədən, ehtimal əsasında qanunsuz inzibati akt qəbul etmiş və gecikmiş inzibati araşdırmasını məhkəmə icraat gedişində etməyə çalışır ki, bu da qeyd edildiyi kimi inzibati aktın qanunsuz olaraq ehtimal əsasıda qəbul edildiyini təsdiq etməkdən başqa bir işə yaramır. - Məhkəmənin inzibati orqanı əvəz edə bilməməsi Hazırki işin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən hər iki inzibati aktı qəbul edərkən inzibati icraat aparmadığından, sübutlar toplamadığından və işlərin görüldüyü yerə bir dəfə də olsun baxış həyata keçirmədiyindən, əskik qalmış işlərini hazırda məhkəmə icraatı gedişində istintaq orqanı - VCİABİ və məhkəmə vasitəsilə həyata keçirməyə çalışırlar. Lakin məhkəmə inzibati orqanı əvəz edib, onların əvəzinə inzibati icraat apara bilməz. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Təsadüfi deyil ki, Ali Məhkəmənin İnzibati Kollegiyasınınn xx.xx.2024-cü il tarixli 2- 1(102)-261/2024 nömrəli qərarında da qeyd edildiyi kimi, “inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər’. - Tərəf olmayan VCİABİ-nin məhkəmə icraatına müdaxiləsi - "xxxx" MMC-nin səlahiyyətli şəxslərdən alınan izahatlar və VCİABİ tərəfindən açılmış cinayət işi: Bununla bağlı ilk öncə qeyd edilir ki, "xxxx" MMC ilə bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində (bundan sonra VCİABİ) açılmış cinayət işi yekunlaşmamışdırsa və həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş prosessual qərar mövcud deyilsə, həmin cinayət işi çərçivəsində aparılmış araşdırmalar və əldə edilmiş sübutlar istintaq sirri təşkil etdiyi halda məhkəməyə sübut qismində necə təqdim edilə və bu sübutlar məhkəmə tərəfindən necə araşdırıla bilər? İkincisi, iş materiallarına əlavə edilmiş X12 və X14 VCİABİ-nə verdiyi izahatlardan aydın olur ki, hər iki şəxs həmin izahatları təzyiq altında, məcburiyyətdən və ya aldadılaraq vermişlər. Belə ki, bu şəxslərin izahatlarında kifayət qədər ziddiyyətlər mövcuddur. Ziddiyyətlərlə bağlı qeyd edilir ki, Aslanov Hacəmi "xxxx" MMC-nin işçi heyəti ilə hər hansı əlaqə və tanışlığının olmadığını, cəmiyyətdə formal olaraq direktor vəzifəsində çalışdığını, cəmiyyətin hər hansı avadanlığının olub-olmamasından xəbərinin olmadığını, işğaldan azad olunmuş ərazidə ümumiyyətlə olmadığını, bir sözlə cəmiyyətin fəaliyyətindən məlumatsız olduğunu qeyd etdiyi halda, digər yandan ona İddiaçı MMC ilə bağlı (işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər, MTT MMC-yə göstərilmiş xidmətlər və bununla bağlı göndərilmiş elektron qaimələr barədə) verilmiş suallara hər şeydən xəbərdar şəxs qismində qəti cavablar vermişdir. Halbuki, "xxxx" MMC-yə formal olaraq direktor təyin edilmiş, hər şeydən xəbərsiz şəxs məntiqi olaraq İddiaçı MMC ilə bağlı suallara da “heç nədən xəbərim yoxdur” cavabı verməli idi. Bu isə onu göstərir ki, Aslanov Hacəmi "xxxx" MMC-yə münasibətdə açılmış cinayət işi çərçivəsində hər hansı məsuliyyətdən yaxasını qurtarmaq üçün VCİABİ-nin əməkdaşlarının komputerdə latın hərfləri ilə hazırladığı izahatı rus əlifbası ilə yazdığı qeydlə imzalamağa məcbur qalmışdır. Təsadüfi deyil ki, eyni hala X14 verdiyi izahatda da rast gəlirik. Belə ki, X26 da Afina Consalting” MMC-nin işçi heyəti ilə hər hansı əlaqə və tanışlığının olmadığını, cəmiyyətdə formal olaraq işə cəlb edildiyini, mətbəxdə oturduğunu və bəzən banka və mühasibatlığa gedərək müəyyən sənədləri imzaladığını qeyd etdiyi halda, daha sonra mətbəxdən kənarda baş verən proseslərlə - İddiaçı MMC ilə bağlı (işğaldan azad edilmiş ərazilərdə görülmüş işlər, MTT MMC-yə göstərilmiş xidmətlər və bununla bağlı göndərilmiş elektron qaimələr barədə) verilmiş suallara hər şeydən xəbərdar şəxs qismində qəti cavablar vermişdir. VCİAB əməkdaşları tərəfindən qeyri-peşəkar şəkildə, ziddiyyətli, əvvəlcədən hazırlanmış sual və cavablardan təşkil olunan, komputerdə tərtib edilmiş və latın hərflərini bilməyən iki şəxs tərəfindən məcburiyyət qarşısında imzalanmış izahatlar hansı məntiqlə məhkəmədə sübut qismində qəbul edilə bilər? Üçüncüsü, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda VCİAB tərəfindən açılmış cinayət işi çərçivəsində "xxxx" MMC-nin faktiki rəhbərinin Babək adlı şəxs olduğu qeyd edilmişdir. Bu zaman ortaya maraqlı sual çıxır əgər "xxxx" MMC-nin faktiki rəhbəri Babək adlı şəxsdirsə, o hada cəmiyyətdə formal vəzifələr tutduğu iddia olunan X12 və X14 izahatları iş üzrə necə mötəbər sübut ola bilər? Faktiki rəhbər başqa şəxs olmuşdursa, bu iki şəxs İddiaçı MMC ilə bağlı bağlı əməliyyatların əmtəəsiz olduğunu necə təsdiq edə bilər? Əgər təsdiq etməyə qadirdilərsə, deməli, bu iki şəxs də cinayətdə iştirakçı olmuşdur. Əgər iştirakçı olmuşdularsa, bəs niyə Babəklə birlikdə təqsirləndirilən şəxs qismində cəlb edilməyiblər? Göründüyü kimi, X12 və X26 iddiaçıya “məlum olmayan səbəblərə” görə VCİABİ-nə verdiyi izahatda bir yandan "xxxx" MMC-nin faktiki rəhbərinin, yəni şirkətin işlərini faktiki icra edən şəxsin Babək adlı şəxs olduğunu qeyd edib, digər yandan isə şirkətin fəaliyyəti ilə bağlı suallara cavab veriblər ki, bu da həmin izahatların ziddiyyətli və qeyri-mötəbər olduğunu və iş üzrə hər hansı prossesual əhəmiyyətə malik olmadığını göstrərir. Dördüncüsü, əgər "xxxx" MMC faktiki olaraq hər hansı xidmət göstərməyən, xidmət göstərmək üçün lazımı texnika, avadanlıq və işçi qüvvəsinə malik olmayan hüquqi şəxsdirsə, o halda İqtisadiyyat Nazirliyi xx.xx.2022-ci il tarixli EL-260/2022 nömrəli lisenziyaya əsasən "xxxx" MMC-yə tikinti-quraşdırma işləri, xüsusi torpaq işlərinin görülməsi, metal konstruksiyaların quraşdırılması, sənaye və mülki obyektlərin tikintisi və digər icazə tələb olunan sahələr üzrə fəaliyyət göstərməsinə niyə icazə vermişdir? Məgər cavabdehin tabeliyində olduğu İqtisadiyyat Nazirliyi formal olaraq mövcud olan, faktiki olaraq hər hansı xidmət göstərməyən və göstərməyə də qadir olmayan hüquqi şəxsə lisenziya vermişdir? Məhkəmənin nəzərinə çatdırır ki, X12 və X14 yalan ifadə vermələri və eləcə də VCİABİ tərəfindən istintaq sirri təşkil edən məlumatların qanunsuz olaraq məhkəməyə təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. - Tərəf olmayan VCİABİ tərəfindən İddiaçı MMC-nin ofisində baş tutmuş nəzarət tədbiri və "xxxx" MMC-nin məktubu: Məhkəmənin diqqətinə çatdırım ki, VCİABİ-nin səlahiyyəti olmadığı halda israrla məhkəmə icraatına müdaxilə etmək, istintaq sirri təşil edən məlumlatları və sənədləri kobud pozuntuya yol verərək məhkəməyə təqdim etməsi, məhkəməni yalan məlumatlarla aldatmaq cəhdi sadəcə olaraq iş üzrə obyektiv qərarın qəbul edilməsinə mane olmağa yönəldilmişdir. Belə ki, X12 və X14 təzyiq və məcburiyyət qarşısında verdiyi yalan izahata "xxxx" MMCdə də rast gəlirik. Etirazda qeyd edilənlərə əsasən "xxxx" MMC tərəfindən ünvanlanmış məktubda İddiaçı MMC ilə hər hansı rəsmi icarə müqaviləsinin bağlanmadığı, "xxxx" MMC-yə məxsus ərazidə hər hansı obyektinin olmadığı, iqtisadi fəaliyyətinin olmadığı qeyd edilmişdir. Heç təsadüfi deyil ki, "xxxx" MMC qeyd olunan məktubu VCİABİ prosesə müdaxilə etdikdən sonra “könüllü” şəkildə vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Belə ki, mülahizəyə əlavə edilən icarə müqaviləsindən göründüyü kimi, "xxxx" MMC ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış, müqaviləni Arazavia” MMC-nin rəhbəri imzalamış və möhürlə təsdiq etmişdir. Hətta "xxxx" MMC icarə haqqı ilə bağlı İddiaçı MMC- yə elektron kabinet tərəfindən elektron qaimə faktura da göndərmişdir. Digər yandan, cəmiyyətin obyektdə iqtisadi fəaliyyətinin olmadığına münasibətdə qeyd edim ki, Qarabağ zonasında qaz kəmərinin tikintisini həyata keçirən şirkətin Bakı şəhərində yerləşən obyektdə iqtisadi fəaliyyətinin olmamasında nə məntiqsizlik var ki? "xxxx" MMC-ni məktub yazmağa vadar edən “müəllimlər” bunu təəssüf ki, düşünə bilməyiblər. Göründüyü kimi, VCİABİ hazırda iş üzrə obyektiv qərarın qəbul edilməsinə mane olmaq üçün hər cür vasitəyə əl atır. Təsadüfi deyil ki, məhkəmə icraatı getdiyi dövrdə - xx.xx.2024-cü il tarixdə VCİABİ İddiaçı MMC-yə məxsus ofisdə operativ vergi nəzarəti pərdəsi altında yoxlama həyata keçirdi. Məgər bu tədbirin hansı məqsədlə həyata keçirildiyini anlamaq çətindir? Özlərini aldadırlar yoxsa məhkəməni? Məhkəmə icraatının tərəfi olmayan VCİABİ iddiaçıya məxsus ofisdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə dair sənədləri məhkəməyə təqdim edərək nəyə nail olmaq istəyir? Təbii ki məhkəmənin gözündə İddiaçı MMC-nin əmtəəsiz əməliyyat aparan müəssisə olduğu təəssüratı yaratmaq istəyirlər. Gülünc olsa da, Qarabağ zonasında dövlət əhəmiyyətli layihəni - “Böyük Bəhmənli- Şuşa” qaz kəmərinin tikintisini həyata keçirən şirkətin əslində əmtəəsiz əməliyyatlar həyata keçirən şirkət olduğu təəssüratını yaratmaq istəyirlər. Təsəvvür edin ki, Qarabağ ərazisində böyük qaz kəməri çəkilir, sınaqdan keçirilir, SOCAR “Qaz İxrac” İdarəsi, “Neftqazelmitədqiqatlayihə” institutu və Fövqaladə Hallar Nazirliyi həmin tikintini təhvil alır, daha sonra isə bu qədər qurumdan daha “ağıllı” olan təşkilat - VCİABİ əslində qaz kəmərinin əmtəəsiz əməliyyat olduğunu, həmin işi icra edən şirkətlərin formal olduğunu aşkar edir. Utanmasalar qaz kəmərinin mövcud olmadığını da iddia edərlər. VCİAB əməkdaşlarının cəmiyyətin ofisinə baxış nəticəsində tərtib etdikləri aktla bağlı ilk öncə qeyd edim ki, aktda bir şəxsin İddiaçı MMC-nin 1 il olarki ofisə gəlmədiyini söyləməsi qeyd edildiyi halda, bununla bağlı həmin şəxsdən alınmış hər hansı izahata rast gəlinmir. Akt yalnız VCİABİ-nin əməkdaşları tərəfindən imzalanır ki, bu da aktın birtərəfli qaydada şəxsi mülahizələrinə əsasən yazılaraq tərtib edildiyini göstərir. İkincisi, 15 milyona yaxın vergi borcu olan şirkətin hazırda ofisinin fəaliyyət göstərməməsinin (əslində fəaliyyət göstərir) 2023-cü ildə Qarabağ zonasında qaz kəmərinin çəkilişinə nə kimi aidiyyəti var? Başqa sözlə desək, şirkətin 2024-cü ilin iyul ayındakı fəaliyyəti 2023-cü ildə baş tutmuş əməliyyatların əmtəəsiz olduğunu necə sübut edir? İş üzrə cavabdeh belə olmayan VCİABİ bu məntiqsiz addımları ilə nəyə nail olmaq istəyir? Üçüncüsü, mübahisələndirilən inzibati aktlar xx.xx.2023 və xx.xx.2024-cü il tarixdə qəbul edildiyi halda, həmin inzibati aktların əsaslı olduğunu sübut etmək üçün tədbirlər görmək, araşdırma aparmaq inzibati orqanların indi yadına düşüb? Bu hal inzibati aktların əslində inzibati icraat aparılmadan, inzibati orqanının xidməti vəzifəsindən irəli gəldiyi halda hər hansı araşdırma aparmadan, sübutlar toplamdan qəbul edildiyini göstərən bariz sübutdur. Qeyd olunanları ümumiləşdirərək məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iş üzrə tərəf və cavabdeh olmayan VCİABİ hazırki məhkəmə icraatına canfəşanlıq edərək, qanunsuz şəkildə müdaxilə etməsi, istintaq sirri təşkil edən məlumatları məhkəməyə təqdim etməsi, məcburi şəkildə izahat və ifadələr alması, 2023-cü ildə baş tutmuş əməliyyatlarla bağlı 2024-cü ildə tədbirlər görməsi, bəsit və gülünc şəkildə məhkəməni aldatmağa və obyektiv qərarın qəbul edilməsinə mane olmağa yönəlmiş hərəkətlərdir. Halbuki, toydan sonra nağara təəssüratı yaradan, cavabdeh tərəfindən deyil, başqa bir qurum - VCİABİ tərəfindən həyata keçirilən gecikmiş tədbirlər sadəcə olaraq cavabdeh inzibati orqanın mübahisələdirilən inzibati aktları inzibati icraat qaydasında hər hansı araşdırma aparmadan, sübutlar toplamdan, işlərin görüldüyü əraziyə getmədən qanunsuz şəkildə, ehtimal əsasında qəbul etdiyini bariz şəkildə sübuta yetirir. - İnzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmaması Məhkəmənin nəzərinə çatdırır ki, İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunan normanın tələbinə əsasən cavadeh inzibati orqan ilk növbədə sübut etməlidir ki, mübahisələndirilən inzibati aktı qəbul edərkən onun qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcud olmuşdur. Daha sonra həmin faktiki şərtlərə dair sübutları məhkəməyə təqdim etməlidir. Lakin hazırki işdən açıq-aydın görünürü ki, cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli inzibati aktların qəbul edilməsini zəruri edən hər hansı faktiki şərtə malik olmamışdır. Belə ki, cavabdehin həmin qərarları qəbul etməsinin yeganə əsası "xxxx" MMC-nin iddiaçı ilə əməliyyat apardıqdan 4 ay sonra riskli vergi ödəyicisi siyahısına salınması olmuşdur ki, bu da faktiki şərt hesab oluna bilməz. Bundan başqa cavabdeh vergi orqanı mübahisələdirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərə dair sübutetməni məhkəmə icraatında etməli olduğu halda, bunu VCİABİ tərəfindən açılmış cinayət işi çərçivəsində qeyri qanuni üsullarla etməyə çalışır. Halbuki, qeyd olunan cinayət işi üzrə əldə edilmiş sübutlar həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş prossesual qərar qəbul edilmədiyi müddətcə istintaq sirri təşkil edir və hazırki iş üzrə hər hansı sübut əhəmiyyətinə malik deyil. Təsadüfi deyil ki, “İnzibati icraat haqqında” AR Qanununun: 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Bundan başqa qeyd edim ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 15(102)-94/2024 nömrəli qərardadında qeyd edildiyi kimi, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli qərarları)”. Qeyd olunanlardan aydın olduğu kimi, inzibati orqan mübahisələndirilən inzibati aktları qəbul etməzdən əvvəl xidməti vəzifəsindən irəli gələrək inzibati icraat çərçivəsində zəruri və hərtərəfli araşdırmalar aparmalı, sübutlar toplamalı, izahatlar almalı idi. Lakin inzibati orqanı həmin mərhələdə görməli olduğu işləri hazırda həyata keçirməyə cəhd edir. Başqa sözlə desək, 2023-cü ildə baş tutmuş işlərin əmtəəsiz əməliyyat olduğunu 2024cü ildə sübuta yetirməyə çalışırlar. Beləliklə, mübahisələndirilən inzibati aktlar vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində hər hansı inzibati icraat və araşdırma aparılmadan, sübutlar toplanılmandan, işlərin görüldüyü əraziyə baxış keçirilmədən ehtimal əsasında qəbul edildiyindən, iş üzrə tərəf və cavabdeh olmayan VCİABİ-nin məhkəmə icraatına qanunsuz müdaxiləsi iş üzrə obyektiv qərarın qəbul edilməsinə mane törətmək məqsədi daşıdığından, VCİABİ tərəfindən açılmış cinayət iş üzrə əldə edilmiş sübutlar qanuni qüvvəyə minmiş prosessual qərar qəbul edilmədiyi müddətcə istintaq sirri təşkil etdiyindən və hər hansı hüquqi əhəmiyyətə malik olmadığından, aparılmış əməliyyatların əmtəəsiz olmasına, yəni faktiki olaraq icra edilməməsinə dair mötəbər sübutlar, bir sözlə, inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcud olmadığından, iddia tələbi təmin edilməli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli və xx.xx.2024-cü il tarixli **********802300 nömrəli Qərarlar ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı MMC (“Subpodratçı”) arasında bağlanmış 005/23 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən: Nəzərə alaraq ki, Podratçı ilə SOCAR-ın Qaz İxrac İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə (bundan sonra “Satınalma Müqaviləsi”) əsasən, Podratçı aşağıda qeyd olunan işləri İcra etməlidir: İ istiqamət - “Horadiz-Laçın” qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla “Cəbrayıl QPS”, “Zəngilan QPS”, “Mincivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” qaz kəməri qollarının tikintisi” (Boru D530 mm, L=132,5 km; D325mm, L=45 km); İİ İstiqamət - “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16 tikintisi” (Boru D530mm, L=79,2 km; D325 mm, L= 24 km); İİİ istiqamət -“Azadqaraqoyunlu-Ağdam” qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla “Ağdam QPS” qaz kəməri qolunun tikİntisi”(Boru D530 mm, L=31,3 km). Podratçı “Satınalma Müqaviləsi” üzrə icra ediləcək işlərin bir hissəsini Subpodratçıya həvalə etmək, sonuncu isə ona həvalə edilmiş işləri icra etmək niyyətindədir. Subpodratçı, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə (və ya Əlavələrdə) göstərilən işləri Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilməsini və Podratçıya təhvil verilməsini öhdəsinə götürür. İş materiallarına qeyd edilən istiqamətlər üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış qiymətlərin razılaşma protokolları, yerinə yetirilmiş iş həcmləri ilə bağlı çoxsaylı təhvil-təslim aktları, e-qaimələr əlavə edilmişdir.
18. Sifarişçi “MTT" MMC (VÖEN: **********) və Subpodratçı AFİNA CONSULTİNG MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli № 08/23-MTT-AFN subpodrat müqaviləsinə əsasən Subpodratçı Sifarişçinin tələblərinə uyğun olaraq Müqaviləyə Əlavə olunmuş Əlavələrdə daha ətraflı göstərilən işləri razılaşdırılmış həcmdə və dəyərində yerinə yetirməyi, layihə çərçivəsində zəruri qurğu avadanlıq və təmir-tikinti mal-materiallarını təchiz etməyi, işləri başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi), Sifarişçi isə Subpodratçının gördüyü işin müqabilində Müqavilə ilə müəyyən edilmiş muzdu (işin dəyəri/ haqqı) Subpodratçıya ödəməyi öhdəsinə götürür.
19. İş materiallarına "Böyük Bəhmənli - Şuşa" Qaz Kəmərinin Tikintisi ilə əlaqədar İddiaçı MMC və AFİNA CONSULTİNG MMC arasında bağlanmış qiymətlərin razılaşma protokolları, yerinə yetirilmiş iş həcmləri ilə bağlı çoxsaylı təhvil-təslim aktları, e-qaimələr əlavə edilmişdir.
20. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən bildirilmişdir ki, İddiaçı MMC ilə SOCAR-ın “Qaz İxrac” İdarəsi arasında sözügedən layihə üzrə müqavilə münasibətləri mövcud deyildir. Məktubda tələb olunan digər məlumatlarla bağlı aşağıdakıları bildirilir: -Obyektin tikintisi üçün baş podratçı (layihənin kontragentin adı) - "xxxx" MMC; - Obyekt üzrə iş həcmi: - “Böyük Bəhmənli - Şuşa” qaz kəməri 0530 mm - 85,3 km; - “Füzuli QPS” qol qaz kəməri: 0325 mm - 0,42 km; - “Ağoğlan QPS” qol qaz kəməri: 0325 mm - 22,1 km; - “Şuşa QPS” qol qaz kəməri 0325 mm - 1,53 km. - X16 (QPS) tikintisi; -“Füzuli”, “Ağoğlan” və “Şuşa” QPS - Obyektin ümumi smeta dəyəri ********* manat (ƏDV ilə) təşkil edir; -Obyektin İ buraxılış kompleksi üzrə “Böyük Bəhmənli - Şuşa” qaz kəməri - 86,83 km (o cümlədən: əsas kəmər 0530 mm - 85,3 km; “Şuşa QPS” qol qaz kəməri 0325 mm - 1,53 km) istismara təhvil verilmişdir; -“Füzuli” və “Ağoğlan” qol qaz kəmərləri çəkilmişdir. İstismara verilməmişdir; -“Füzuli”, “Ağoğlan” və “Şuşa” QPS-lərdə tikinti-quraşdırma işləri davam etdirilir.
21. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********291400 nömrəli xx.xx.2024 tarixli qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmişdir.
22. İqtisadiyyat Nazirliyi tərəfindən "AFİNA CONSULTİNG” MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri (xüsusi torpaq işləri: ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi, enmə quyularının və kessonların qurulması, qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri, xüsusi qurğuların tikintisi və quraşdırılması: rezervuarlar və qazhoderlər (qaz anbarları), elektrik ötürücü xətləri, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5 min nəfərədək, tutumu 5 min nəfər və daha çox) fəaliyyət növü üzrə 29 aprel 2022-ci il tarixli Eİ-260/2022 qeydiyyat nömrəli lisenziya və eyni tarixli EL-260/2022/1 qeydiyyat nömrəli əlavə verilmişdir:
23. Məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi üzrə 24 fevral 2025-ci il tarixli 19 nömrəli Sərəncamla müəyyən olunur ki, "AFİNA CONSULTİNG” MMC-yə (VÖEN: **********) “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri” fəaliyyət növü üzrə verilmiş 29 aprel 2022-ci il tarixli EL-260/2022 qeydiyyat nömrəli lisenziya və ona əlavə "AFİNA CONSULTİNG” MMC-nin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən ləğv edilmişdir.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubla həmin lisenziyanın verilməsi üzrə aparılmış icraata dair sənədlərin surəti təqdim edilmiş (avadanlıqların siyahısı və s. cəmi 142 vərəq olmaqla iş materiallarına əlavə edilmişdir) və həmçinin bildirilmişdir ki, Cəmiyyət özü müraciət edərək (direktoru Aslanov Hacəmi) lisenziyanın ləğvini xahiş etmiş və ləğv olunmanın əsası kimi indiyə qədər heç bir tikinti fəaliyyəti ilə məşğul olunmadığını göstərmişdir. Qeyd olunan lisenziya 24 fevral 2025-ci il tarixli 19 nömrəli Sərəncamla ləğv edilmişdir: - "AFİNA CONSULTİNG” MMC-nin maddi texniki bazası haqqında arayışa əsasən müəyyən edilmişdir ki, cəmiyyətin qülləli kran (КБ-405-1A), özüboşaldan (Scania P400CB8X4EHZ yük), eksakavator-yükləyici (CAT-428E), çoxlu sayda texnoloji ve texniki təhlükəsizlik təminatı vasitələri, çoxlu sayda mexaniki və əl alətləri, daşınan enerji qurğuları və nəzarət ölçü cihazları olmuşdur. - Təqdim edilən əmək kitabçalarının surətlərinə əsasən cəmiyyətin müvafiq sahədə təcrübəyə malik olan işçiləri mövcuddur. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnaməyə əsasən (№01320/1-2022, №0472/2-2022) "AFİNA CONSULTİNG” MMCyə məxsus ölçmə vasitələrinin yoxlanılmışdır.
25. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. "xxxx" MMC-nin iş fəaliyyəti layihənin icrasını təmin etmək üçün müvafiq dağlıq ərazidə relyefin müəyyən edilməsi, boru kəmərlərinin keçməsi üçün yolun qazılması, eləcə də qəza yarandığı təqdirdə işçilərin gələ bilməsi üçün yolun hazırlanması ilə bağlıdır. hazırkı müqavilə ölkələr arası rəhbərlər arasında baş verən bir görüş deyil. İddiaçı MMC faktiki rəhbəri bildirir ki, müqaviləni kafedə görüşərək imzalayıblar. Adətən bir çox hallarda hüquqi şəxslər arasında müqavilələrin imzalanması mühasibatlıq səviyyəsində həyata keçirilir. İşin görülməsi zamanı şəkilmiş şəkillər mövcuddur. Həmin şəkillərdə texnikanın üzərində "xxxx" MMC-nin logosu mövcuddur. Müvafiq fəaliyyət işçilik səviyyəsində həyata keçirilir, mühasibatlıq qaydasında rəsmiləşdirilir. Müqavilələr imzalanarkən hər hansı xüsusi prosedur həyata keçirilmir. Sənədin saxtalaşdırılmasının bizə aiddiyəti yoxdur. Digər məsələni isə nəzərinizə çatdırım ki, iş faktiki olaraq icra edilib. İş materiallarında bütün prosedurlar, istifadə olunan bütün ləvazimatlar və texnika qeyd olunub. İş icra edildikdən sonra yekunda "xxxx" Şirkətinə təhvil verilib. Cavabdeh qurum xərclərin şişirdildiyi hesab edirdisə, ekpertiza təyin oluna bilərdi və ya mütəxəssis cəlb edilə bilərdi və işin həcmi müəyyən oluna bilərdi. Kameral vergi yoxlaması zamanı da inzibati icraat daxilində mütəxəssis cəlb edilə bilərdi. Kameral yoxlama daxilində mütəxəssis cəlb edilə bilmədiyi təqdirdə, səyyar vergi yoxlaması da həyata keçirilə bilərdi. Ehtimal əsasında vergi məbləğinin müəyyən edilməsi mümkün deyil. Odur ki, iş həcmi vergi orqanı tərəfindən araşdırılmamışdır. Cavabdeh orqan müvafiq olaraq həyata keçirilmiş işlərin əmtəəsiz əməliyyat olduğunu iddia etdiyi təqdirdə, işin faktiki olaraq kim tərəfindən həyata keçirildiyini sübut etməlidir. İddiaçı MMC faktiki olaraq ödənişləri həyata keçirib, işi bitirib, təhvil veribdir.
26. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında izahat verən İddiaçı MMC-nin rəhbəri Nümayəndə2 bildirdi ki, müvafiq layihənin icrasına 2023-cü il iyun ayında başlanılıb və layihənin noyabr ayında yekunlaşdırılması planlaşdırıldı. Layihə üzrə İddiaçı MMC-nin işçilik fəaliyyəti “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin çəkilməsi ilə bağlı olmuş və 530 mm diametrliyində olan boruların çəkilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə sifarişçi "xxxx" MMC idi. Müvafiq işin həcminə bütün qaz layihəsinin borcu təchizatı və 75 kilometrlik məsafədə işçilik daxil idi. 75 kilometrlik məsafədə işçilik dedikdə, həmin hissədə marşrutun açılması (təmizlənməsi), nəqliyyat hissəsinin tikintisi, xəndəklərin qazılması, boruların xəndəklərə yerləşdirilməsi, qaynaq olunması, testlərin keçirilməsi və s. müəyyən olunmuşdur. İddiaçı MMC layihə üçün ümumi 22 ton 530 mm diametrliyində boru təchiz etmişdir. Layihənin sadəcə formal sənəd üzrə olması barədə iddialar mövcuddur. Lakin nəzərinizə çatdırım ki, 7 noyabr tarixində “Böyük Bəhmənli-Şuşa” qaz xəttində açılış olmuşdur və hazırda da həmin qaz xətləri üzrə qaz təchiz olunur. İyun ayında mobilizasiyaya başlayarkən ümumi layihənin həcmi nəzərə alınaraq müəyyən edilmişdir ki, İddiaçı MMC-nin texnikası, xüsusilə marşrutun açılması üçün lazım olan buldozerlər kifayət etmir. Odur ki, layihənin icrası məqsədilə bir çox podratçılar və subpodratçılar cəlb edilmişdir. Onlardan biri də "xxxx" MMC olmuşdur. Belə ki, "xxxx" MMC-nin Qrabağda başqa şirkətlər üçün işlər gördüyü barədə məlumat əldə edilmişdir. İddiaçı MMC-nin rəhbəri olaraq mən "xxxx" MMC-nin direktoru olan Hacəmi adlı şəxslə görüşmüşəm və aramızda müqavilə bağlanmışdır. Müqavilə üzrə şərt bundan ibarət olmuşdur ki, İddiaçı MMC "xxxx" MMC-ə front verir, "xxxx" MMC həmin frontu bitki örtüyündən təmizləyib 15- 18-20 metrlik dağ və qayalarda trassa açırdılar. Daha sonra İddiaçı MMC xəndəkləri qazaraq boru təchizatı edirdi. Belə ki, İddiaçı MMC boruları Bakıdan Qarabağa gətirir, müəyyən ərazidə saxlayır, daha sonra tikinti ərazisinə göndərirdi. "xxxx" MMC işi icra etdikdə İddiaçı MMC frontu təhvil alır, sifarişçiyə təhvil verir və hesablaşmalar aparılıdırdı. Əlavə olaraq bildirdi ki, nəticədə İddiaçı MMC bu layihə üzrə 66.000.000 manatlıq boru təchizatı və 77.000.000 manatlıq digər işçilik fəlaiyyəti təhvil vermiş oldu, şəxsən təhviltəslim prosedurunda birbaşa iştirak etməyib. Fəaliyyəti bir çox sahə üzrə davam etdirilirdi. Hər bir sahə üzrə işlər başa çatdıqda müvafiq sənədlər müsahibatlığa göndərilir və hesablaşmalar mühasibatlıqla qarşılıqlı olaraq aparılırdı. O yalnızca sövdələşməni həyata keçirmiş, həcmini və istiqamətini müəyyənləşdirib, gündəlik əməliyyatlarda iştirak etməyib. Mütəmadi olaraq layihə üzrə həyata keçirilən işlərə ümumi nəzarət etmək üçün Qarbağa getsə də, məhz hər bir işin təhvil alınmasında iştirak etməyib. Nəzərə almalıdır ki, layihə üzrə həyata keçirilən ümumi fəaliyyət yalnız "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olmamışdır. Layihə üzrə ən önəmli məsələ boru təchizatı olmuşdur. Belə ki, 4 ay ərzində 250 km-ə yaxın boru təchizatı həyata keçirilməli idi. Çünki İddiaçı MMC məhz bu layihə üçün qurulmuş yeni şirkət deyil. Şirkətin kifayət qədər təcrübəsi, formalaşmış komandası, mühəndisləri, sahə rəisləri mövcuddur. Odur ki, işi hər mərhələdə şəxsən təhvil almırdı. Subpodratçılarla əməkdaşlığın ən vacib meyarları lisenziyasının və texniki qabiliyyətinin, eləcə də digər şirkətlərlə iş potensialının olmasıdır. "xxxx" MMC-yə həvalə edilmiş işçilik fəaliyyəti üzrə işi gördükcə davamlı olaraq hesablaşırdılar. Onlar üçün vacib olan front idi və frontu icra edirdilər. Ödənişi "xxxx" MMC işi gördükcə həyata keçirirdi. X20 İddiaçı MMC-nin hazırkı direktorudur. O isə həm İddiaçı MMC-nin təsisçisidir, həm də layihə aparıldığı dövrdə İddiaçı MMC-nin direktoru olub. X20 İddiaçı MMC-nin direktoru kimi 2023-cü ilin dekabr ayında təyin olunub. Layihənin icrası dövründə İddiaçı MMC-yə faktiki rəhbərliyi o həyata keçirib. "xxxx" MMC tərəfindən həyata keçirilən işlərin hər biri Forma 2lərdə və qaimə-fakturalarda öz əksini tapmışdır. Bura trassanı,n müəyyən bitki örtüyünün təmizlənməsi, genişlənməsi, torpağın yığılaraq xəndəklərin qazılması, hazır vəziyyətə gətirilməsi və s. daxildir. Aylıq olaraq görülmüş işlərlə bağlı qaimələr onlara təqdim olunurdu, onlar da həyata keçirilmiş işlərin həcmini görmüş, həmin işləri təhvil alıb sifarişçiyə təhvil veriblər və müvafiq olaraq aylar üzrə hesablaşmalar normal getmişdir. Bu müddət ərzində heç bir şübhəli vəziyyət yaranmayıb, onlara həvalə olunan iş digər qazpaylayıcı məntəqələrə qədər olan boru xətlərinin boru təchizatını həyata keçirmək və “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin işçiliyini təşkil etmək olmuşdur. İddiaçı MMC tərəfindən ümumi 250 kilometrlik iş həcminin 75 kilometrlik hissəsinin işçiliyi həyata keçirilmişdir. Boru təchizatı isə ümumi əraziyə münasibətdə həyata keçirilmişdir. "xxxx" MMC-yə həvalə edilən 75 kilometrlik hissədəki işçiliyinin texnika həcmi çox böyük tələb olunan hissəsi olmuşdur. İddiaçı MMC daha çox qaynaq testlərinə, xəndəyə endirmə kimi fəaliyyətlərə fokuslanmışdır. Afina Consulting” MMC ilə şəxsi tanışlığı olmamışdır. Sahədə türk rəhbəri üçün görmüş olduğu işlər barədə məlumatları olmuşdur. Belə ki, İddiaçı MMCnin türk rəhbərlərlə bir sıra işləri olub və məhz onların tövsiyəsi əsasında "xxxx" MMC-ni iş üzrə subpodratçı kimi cəlb ediblər. "xxxx" MMC iş üzrə müxtəlif buldozerlər, ekskalatorlar, özüboşaldan maşınlar cəlb etmişdir. Onlar "xxxx" MMC ilə işlər apararkən MMC-nin balansını yoxlamayıbdır, işlərin görülməsi üçün texnikaları, vasitələri necə cəlb etdiyi barədə məlumatı yoxdur, lakin işlər faktiki olaraq həyata keçirilmişdir. Bu vaxta kimi hər hansı xüsusi mərasim əsasında həyata keçirilən imzalama prosedurları olmayıb. Belə ki, üçün önəmli olan işin vaxtında və keyfiyyətli həyata keçirilməsidir.
27. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirdi ki, hazırda "xxxx" MMC-də çalışır. Bundan əvvəl İddiaçı MMC-də texniki məsələlərlə bağlı direktor müavini kimi işləyib. Həmin dövrdə əsas işim sahədə gedən işlərin texniki məsələlərini planlamaq, nəzarət etmək idi. X49 kimi qaz kəməri xətlərinin çəkilişi ilə bağlı idi. İşə 2023-cü ilin iyul ayında başlandı. Sifarişçi tərəfindən qoyulan tələb 8 noyabr 2023-cü ilə kimi işin bitirililməsi idi, çünki Cənab Prezident 8 noyabrda Şuşa şəhərinə gələcəkdi, həmin tarixə kimi Şuşa şəhərinə qaz verilməli idi. "xxxx" MMC sifarişçi, İddiaçı MMC isə subpodratçı idi. Artıq 2023-cü ilin iyul ayında sahəyə mobilizasiya edildik. Ərazi tam təhlükəsiz deyildi, minalardan təmizlənmiş ərazidə işləyirdik. Əslində layihə 1 ilə yekunlaşmalı idi, lakin sonradan 8 noyabr 2023-cü ilə kimi layihənin bitirilməsi tələbi qoyulduğu üçün texnika saylarını artırmalı olublar. Füzuli düzənlik, Şuşa isə dağlıq, qayalıq ərazidir. İş həmin ərazidə 530 mm-lik metal borularla (uzunluğu təxminən 74-75 km) qaz xəttinin çəkilişi ilə bağlı idi. 8 noyabr 2023-cü ilə kimi layihənin bitirilməsi tələbi qoyulduğundan texnikanı artırmalı və işləri sürətləndirməli oldular. İddiaçı MMC-nin 100-dən çox işçisi var idi. 8 noyabr tarixinə kimi işləri yekunlaşdırmaq mümkün olmadığından İddiaçı MMC-nin rəhbərliyindən işə əlavə texnika və işçilərin cəlb edilməsi üçün dəstək istəyiblər. Bundan sonra "xxxx" MMC-nin texnikaları və işçiləri sahəyə mobilizasiya olunub. Texnikaların kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyildi, çünki bütün texnikalar minalardan təmizlənmiş sahəyə yayılmışdı. Gündəlik görülən işlərlə bağlı iş icraçısı məlumat verirdi, həmin məlumat əsasında iş həcmləri cədvəli yaradıb ofisə göndərirdilər. O təhvil-təslim aktlarını imzalamırdı, işlərə yerində nəzarət edirdi. Sayını dəqiq bilmir, "xxxx" MMC-nin təxminən 20-30 texnikası cəlb olunmuşdu. İddiaçı MMC-nin texnikalarının sayı çox idi, işçilərinin sayı da 100-dən çox idi. Son sifarişçi Dövlət Neft Şirkətinin nümayəndəsi ərazidə idi. İşlər biləvasitə ona təhvil verilirdi. Forma 2 və təhvil-təslim cədvəllərini həmin nümayəndə imzalayırdı. Ayın yarısından çoxu Qarabağda olurdu. Noyabr ayında artıq Şuşa şəhərinə qaz verildi, dekabr ayında isə tamamlama işləri bitdi. İşin həcmi bundan ibarət idi: dağların yarılması, xəndəyin qazılması, boruların qaynaq edilib xəndəyə qoyulması, daha sonra əks dolğu edilib test edilməsi. "xxxx" MMC-nin gördüyü əsas iş dağları yarmaq, qayaları qırmaq, qazıntı işləri aparmaq, boruları daşımaq və boruları boşaltmaqdan ibarət idi. Qaynaq işlərini İddiaçı MMC yerinə yetirirdi. "xxxx" MMC-dən texnikalar (qırıcılar, qazıcılar, yükləyicilər) cəlb edilmişdi. Dağların yarılmasından başqa "xxxx" MMC trayektoriya boyunca xəndəyin qazılması işlərini də görürdü. MTT” MMC ilə Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi arasında birbaşa müqavilə yox idi, müqavilə "xxxx" MMC ilə bağlanmışdı. "xxxx" MMC tərəfindən dağların yarılması işinin texniki tərəfi bundan ibarət idi: hidrovlik ekskavatorlara qırıcı başlıqlar taxılıb dağlar parçalanır, parçalandıqdan sonra ekskavator qazır, buldozerlər itələyir, yükləyicilər doldurur, texnikalar daşıyırdı. Daşınan hissələr də, daşınmayan hissələr də olurdu. Təhlükəli şərait varsa, daşınmaya icazə verilmirdi. İddiaçı MMC-nin texnikası məhdud sayda idi. İddiaçı MMC-nin əsas işçi heyəti qaynaqçı komanda idi. Qaynaqçılara dəstək üçün əlavə texnika lazım idi. Hansı işin İddiaçı MMC, hansı işin isə "xxxx" MMC tərəfindən yerinə yetirilməsini iş həcmləri cədvəllərinə baxdıqda müəyyənləşdirmək mümkündür. Ərazidə müvəqqəti konteynerlər quraşdırılmışdı. Bütün proseslər konteynerlərdə həyata keçirilirdi.
28. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, İddiaçı MMC-nin hər hansı bir traktorçusu, yerqazanı bildirə bilməz ki, "xxxx" MMC Qarabağda İddiaçı MMC üçün iş görüb. "xxxx" MMC-nin 170-dən çox işçisi olub. Onlardan bəzilərini məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edəcəyik. Həmin şəxslər Hövsanda yaşayırlar, fəhlədirlər, onların heç bir prosesdən xəbəri yoxdur, "xxxx" MMC-nin işçiləri kimi FİN kodları bazaya daxil edilib. Buradan açıq-aydın görünür ki, məqsəd vergi üstünlüyünün əldə edilməsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış sorğuya münasibətdə bildirirəm ki, "xxxx" MMC-nin təsisçisi Energetika Nazirliyində işləyib. Həmin şəxs qızı Maral xanımı direktor təyin edib. "xxxx" MMC-ni təsis etdikdən sonra Energetika Nazirliyindən avadanlıqlar götürüblər. Daha sonra Maral adlı şəxs alqı-satqı müqaviləsi əsasında şirkəti Aslanov Hacəmiyə təhvil verib. Həmin alqı-satqı müqaviləsini məhkəməyə təqdim etmişik. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya Maral xanımın adına verilib. Aslanov Hacəmi də lisenziyanın ləğvi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edib. Həmin müraciətdə də bildirib ki, "xxxx" MMC tərəfindən heç bir tikinti işi görülməyib.
29. Cavabdehin nümayəndələri əlavə edərək bildirmişlər ki, İddiaçı MMC ilə "xxxx" MMC arasındakı əməliyyatı qəbul etməsələr də "xxxx" MMC-yə əlavə mənfəət vergisi hesablanıb. Belə ki, həmin əməliyyat artan yekunla şəxsi vərəqəyə işlənib. Kameral hesablama barədə qərar oktyabr 2023-cü il tarixli qərardır. Qərardada da qeyd edilib ki, 1 yanvar 2023-cü ildən 1 oktyabr 2023-cü ilə olan dövrü əhatə edir. Hesablamalar qeyd edilən dövr üzrə daxilolmaya uyğun aparılıb, yəni təkcə bir ayın vəsaiti üzrə aparılmayıb. İddiaçı MMC ilə aparılan əməliyyat da həmin hesablamaya daxil edilib.
30. Məhkəmə iclasında şahid qismində ifadə verən X30 bildirir ki, Dövlət Vergi Xidmətinin əməkdaşları bildiriblər ki, onun adına pul götürülüb, guya o ayda 600 manat pul alıb, guya Şuşada işləyib. O heç vaxt Şuşada olmayıb. Bakıda transformator zavodunda fəhlə işləyir. "xxxx" MMC-dən heç kimi tanımır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində izahat veribdir.
31. Məhkəmə iclasında şahid qismində ifadə verən X31 bildirir ki, Dövlət Vergi Xidmətinin əməkdaşları bildiriblər ki, guya o hansısa şirkətdə işləmişəm, aylıq maaş alıb. Buna görə onu Dövlət Vergi Xidmətinin idarəsindən çağırmışdılar. 1993-cü ildən "xxxx" ASC-də montyor kimi işləyir. Heç vaxt şirkətdə işləməyib. "xxxx" MMC adlı şirkət tanımır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində izahat verdibdir.
32. Məhkəmə iclasında şahid qismində ifadə verən X22 bildirir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində izahat vermişdim, orada bildirdilər ki, məhkəmədə də izahat versin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində də izahat veribdir. Guya o hansısa şirkətdə işləyib, maaş alıb. O, heç bir şirkətdə işləməyib.
33. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC-in işçisi kimi çağrılmışdır. Lakin o sürücü işləyir. "xxxx" MMC-də işləməmişdir.
34. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin rəhbəri X12 izahat verərək bildirdi ki, o, "xxxx" MMC-nin rəhbəridir. İddiaçı MMC üçün heç bir xidmət göstərilməyib. "xxxx" MMCnin adından müqavilə imzalamayıb, sinif yoldaşı Ağəmi adlı şəxs onu rəhbər təyin edib. Özü aşpazdır, ona aylıq maaş ödənirdi. Görülən işlərdən məlumatlı deyil. "xxxx" MMC-dən Əliyev Babəki və Quliyev Ağəmini tanıyır, onlardan başqa heç kimi tanımır. "xxxx" MMCnin ofisinə 2-3 dəfə gedib, ofis Ayna Sultanova küçəsində yerləşir. "xxxx" MMC-nin fəaliyyəti barədə məlumatı yoxdur. "xxxx" MMC-yə müqavilə əsasında götürülmüş işçilərdən məlumatı yoxdur, hesaba daxil olmuş pulu götürmək üçün banka onu Əliyev Babək aparırdı. "xxxx" MMC-nin faktiki rəhbəri olaraq Əliyev Babəki tanıyıb. Bank hesabından çıxarılan pulun nədən ibarət olduğunu bilmir.
35. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili bildirdi ki, onunla hüquqi yardım göstərilməsi haqqında müqaviləni adını dəqiq xatırlamadığı Hacəmi və ya Ağəmi adlı şəxs bağlayıb, amma atasının adı Xosrovdur. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər hansı iş görülməyib.
İİ. İddianın növü və mümkünlüyü
36. İddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli qərar və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 484727/2025 nömrəli qərarın 6-cı bəndi istisna olmaqla ləğvi kimi dəqiqləşdirilmişdir.
37. xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda sadəcə yol verilmiş texniki yanlışlıq aradan qaldırılmışdır, belə ki, "xxxx" MMC ilə aparılmış əməliyyat üzrə ləğv edilmiş bir elektron-qaimə səhvən nəzərə alınmış (təkrarlığa yol verilmiş), bu səbəbdən də, inzibati orqan tərəfindən həmin yanlışlıq aradan qaldırılmış, nəticədə hesablanmış 2023-cü ilin mənfəət vergisi məbləği 594.512,20 manat azalmışdır. Hesablamanın digər əsasları eynidir. İnzibati orqan tərəfindən öz təcrübəsinə uyğun olaraq həmin qərarla (qərarın 6-cı bəndində müvafiq qeyd vardır) 2023-cü ilin mənfəət vergisi üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********802300 nömrəli qərar ləğv edildiyindən iddiaçı məhz həmin hissə istisna olmaqla (xx.xx.2024-cü il tarixli **********802300 nömrəli qərar ləğv edildiyinə dair 6-cı bənd) xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi kimi iddia tələbini dəqiqləşdirməkdə haqlı olmuşdur. Belə ki, sonuncu (xx.xx.2025-ci il tarixli) qərarın həmin hissə istisna olmaqla ləğvi artıq əvvəlki qərarın (xx.xx.2024-cü il tarixli) ləğv edildiyini (inzibati orqanın özü tərəfindən) şərtləndirmiş olur. Məhkəmə qeyd edir ki, həmin xx.xx.2024-cü il tarixli qərarın nəticələrinin şəxsi hesab vərəqinə əsasən faktiki olaraq aradan qaldırıldığı hazırda müəyyən edilmədiyindən iddiaçı iddia tələbini qeyd edilən şəkildə ifadə etməkdə haqlıdır.
38. İddianın növü mübahisələndirməyə dair iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi
39. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə hesablanmış ƏDV 740.826,50 manat, 2023-cü il üzrə hesablanmış mənfəət vergisi 5.474.825,73 manat təşkil etmişdir.
40. İddiaçı barəsində əlavə vergi hesablanmasına əsas olmuş əməliyyatlar "xxxx"xxxx"xxxx" MMC və X18 ilə bağlı olmuş, eləcə də bank hesablarından bank xidmətləri üzrə vəsaitin məxaric edilməsi ilə yaranmış uyğunsuzluqla bağlı olmuşdur.
41. Məhkəmə qeyd edilən hər bir hala ayrılıqda qiymət verəcəkdir.
42. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
43. Məhkəmənin hazırkı iş üzrə mövqeyi “əmtəəsiz əməliyyatlar”la bağlı mövcud məhkəmə təcrübəsinə əsasən müəyyən edilmiş yanaşmaya uyğundur.
44. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-480/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarından: ...“28. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
29. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
30. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
31. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
32. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
33. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
34. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
35. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
36. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
37. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
38. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərar qəbul etməzdən əvvəl X2 idxal və mal alışını müəyyən etməli, adları çəkilən qaimədəki malların mövcud olmadığını müəyyən etməli idi.
39. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
40. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
41. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.”
45. Beləliklə, hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilməli məsələ İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə iş həcmlərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır.
46. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarlar qəbul edilməmişdən əvvəl iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır.
47. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən aparılan araşdırma və sübutetmə iş həcmləri ilə deyil, şəxslərlə bağlı olmuşdur ki, bu da normanın məqsədlərinə uyğun hesab edilə bilməz.
48. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən (sonuncunun SOCAR-ın Qaz İxrac İdarəsi qarşısında olan öhdəliyinə uyğun olaraq) aşağıdakı 3 istiqamət üzrə tikinti quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İ istiqamət - “Horadiz-Laçın” qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla “Cəbrayıl QPS”, “Zəngilan QPS”, “Mincivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” qaz kəməri qollarının tikintisi” (Boru D530 mm, L=132,5 km; D325mm, L=45 km); İİ istiqamət - “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16 tikintisi” (Boru D530mm, L=79,2 km; D325 mm, L= 24 km); İİİ istiqamət -“Azadqaraqoyunlu-Ağdam” qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla “Ağdam QPS” qaz kəməri qolunun tikİntisi” (Boru D530 mm, L=31,3 km).
49. İddiaçı MMC həmin istiqamətlərdən biri üzrə “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin tikinti-quraşdırma işlərini "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə sonuncuya ötürmüşdür.
50. İş materallarında qeyd edilən müqavilələrə uyğun olaraq qiymətlərin razılaşdırma protokolları, iş həcmləri müfəssəl təsvir edilməklə forma-2-lər, təhvil-təslim aktları, elektron-qaimələr bir neçə cilddə əlavə edilmişdir (sənədlərin həcmi böyük olduğu üçün elektron daşıyıcıda iş materiallarına əlavə edilmişdir): İddiaçı MMC ilə "xxxx" MMC arasındakı malların, işlərin və xidmətlərin təqdim edilməsini təsdiq edən elektron qaimə-fakturalar Yola salınmış Elektron malların,görülmüş qaimə- işlərin Yekun Vergi tutulan fakturaların Tarix və ya məbləğ əməliyyatlardan seriyası və göstərilmiş (manatla) ödənilməli nömrəsi xidmətlərin ƏDV adı (manatla) **********-Forma EBDM, 2-yə 1.635.300,35 xx.xx.2023 10.720.302,29 467644 əsasən görülmüş işlər **********-530*7 ölçüsündə olan 8.686,64 EBDM, xx.xx.2023 borunun 56.945,74 479503 yüklənməsi xidməti **********-Forma EBDM, 2-yə 1.446.673,57 xx.xx.2023 9.483.748,97 749030 əsasən görülmüş işlər **********-Forma EBDM, 2-yə 1.127.152,80 xx.xx.2023 7.389.112,80 859415 əsasən görülmüş işlər **********-Forma EBDP, 2- yə 817.896,77 xx.xx.2023 5.361.767,74 423146 əsasən görülmüş işlər **********-Forma 2-yə 1.481.382,35 EBDP, xx.xx.2023 əsasən Sentyabr 9.711.284,32 646931 ayında görülmüş işlər **********-325*6 ölçüsündə olan borunun EBDQ, yüklənməsi 10.479,51 xx.xx.2023 68.699,01 762001 **********-530*7 ölçüsündə olan borunun yüklənməsi (Əvvəlki əsas sənədin seriyası və nömrəsi EBDR, 723614 məbləğ 6.327.579,73 Qaytarma istisna 605.224,03 olmaqla VM-in 163- **********-Forma cü maddəsinə EBDT, 2-yə əsasən Nömrə: xx.xx.2023 əsasən Oktyabr dəqiqləşdirilməsi 681037 ayında barədə elektron görülmüş işlər qaimə-faktura (Seriya: EBDT Nömrə: 681037 tarix xx.xx.2023) ilə qiymət azaldılmışdır: 3.967.579,73 Cəmi 46.759.440,6 7.132.796,02
51. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən bildirilmişdir ki, -Obyektin tikintisi üçün baş podratçı (layihənin kontragentin adı) - "xxxx" MMC; - Obyekt üzrə iş həcmi: - “Böyük Bəhmənli - Şuşa” qaz kəməri 0530 mm - 85,3 km; - “Füzuli QPS” qol qaz kəməri: 0325 mm - 0,42 km; - “Ağoğlan QPS” qol qaz kəməri: 0325 mm - 22,1 km; - “Şuşa QPS” qol qaz kəməri 0325 mm - 1,53 km. - X16 (QPS) tikintisi; -“Füzuli”, “Ağoğlan” və “Şuşa” QPS - Obyektin ümumi smeta dəyəri ********* manat (ƏDV ilə) təşkil edir; -Obyektin İ buraxılış kompleksi üzrə “Böyük Bəhmənli - Şuşa” qaz kəməri - 86,83 km (o cümlədən: əsas kəmər 0530 mm - 85,3 km; “Şuşa QPS” qol qaz kəməri 0325 mm - 1,53 km) istismara təhvil verilmişdir; -“Füzuli” və “Ağoğlan” qol qaz kəmərləri çəkilmişdir. İstismara verilməmişdir; -“Füzuli”, “Ağoğlan” və “Şuşa” QPS-lərdə tikinti-quraşdırma işləri davam etdirilir.
52. “Böyük Bəhmənli-Şuşa” qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16ın tikintisi ilə bağlı görülmüş işlər (eləcə də "xxxx" MMC tərəfindən icra edilmiş işlər) SOCAR “Qaz İxrac” İdarəsi, “Neftqazelmitədqiqatlayihə” institutu və Fövqaladə Hallar Nazirliyi tərəfindən yoxlanılaraq (sınaqdan keçirilərək) təhvil alınmış və buna dair müvafiq aktlar tərtib edilmişdir: - İddiaçı MMC və “Socar” “Qaz İxrac” İdarəsi arasında bağlanılmış Texnoloji avadanlıqların, mühəndis sistemləri, xətləri və vasitələrinin xx.xx.2023-cü il tarixli sınaq aktına əsasən Şuşa şəhəri, Füzuli rayonu və Ağoğlan (Hadrut) qəsəbəsi ərazisində yeni tikilən qaz kəmərinin (Sifariş №11900) PK106+45-PK326 piketlər arası hissəsi hava vasitəsilə TN və Q-nın tələblərinə uyğun olaraq, pnevmatik sınaqdan (möhkəmliyə və kipliyə) keçirilmişdir. 0530mm diametrli borulardan quraşdırılmış qaz kəməri 12 saat müddətində, hava vasitəsilə və 1,2 MPa təzyiqlə möhkəmliyə sınaqdan keçirilmişdir. Sınaq müddətində manometrlərin göstəricisində enmə müşahidə edilməmişdir. Təzyiqin ölçülməsi nümunəvi manometr vasitəsilə həyata keçirilmişdir. Qaz kəmərinin kipliyə sınağı zamanı Psın =1,32 MPa sınaq təzyiqinə çatdırılaraq 12 saat saxlanmış, daha sonra Piş = 1,2 MPa işçi təzyiqə salınaraq 12 saat saxlanılmaqla kipliyə yoxlanılmışdır. Sınaq müddətində bütün qaynaq birləşmələri yoxlanmış, sızmalar aşkar olunmamışdır. Qaz kəmərinin hava vasitəsilə möhkəmliyə və kipliyə sınanması zamanı qüsurlar aşkar olunmamış, tikinti normativ sənədlərin SNİP İİİ-42-80 tələblərinə əsasən yerinə yetirilməsi və layihədə nəzərdə tutulmuş texniki parametrlərə Piş=1,2 MPA, Psın= Piş x 1,1 = 1,32 Mpa uyğun işləməsi təsdiq edilmişdir. - İddiaçı MMC və “Socar” “Qaz İxrac” İdarəsi arasında bağlanılmış Texnoloji avadanlıqların, mühəndis sistemləri, xətləri və vasitələrinin xx.xx.2023-cü il tarixli sınaq aktına Şuşa şəhəri, Füzuli rayonu və Ağoğlan (Hadrut) qəsəbəsi ərazisində yeni tikilən qaz kəmərinin (Sifariş №71900) PK326-PK460 piketlər arası hissəsi hava vasitəsilə TN və Qnın tələblərinə uyğun olaraq, pnevmatik sınaqdan (möhkəmliyə və kipliyə) keçirilmişdir. 0530mm diametrli borulardan quraşdırılmış qaz kəməri 12 saat müddətində, hava vasitəsilə və 1,2 MPa təzyiqlə möhkəmliyə sınaqdan keçirilmişdir. Sınaq müddətində manometrlərin göstəricisində enmə müşahidə edilməmişdir. Təzyiqin ölçülməsi nümunəvi manometr vasitəsilə həyata keçirilmişdir. Qaz kəmərinin kipliyə sınağı zamanı Psın =1,32 MPa sınaq təzyiqinə çatdırılaraq 12 saat saxlanmış, daha sonra Piş = 1,2 MPa işçi təzyiqə salınaraq 12 saat saxlanılmaqla kipliyə yoxlanılmışdır. Sınaq müddətində bütün qaynaq birləşmələri yoxlanmış, sızmalar aşkar olunmamışdır. Qaz kəmərinin hava vasitəsilə möhkəmliyə və kipliyə sınanması zamanı qüsurlar aşkar olunmamış, tikinti normativ sənədlərin SNİP İİİ-42-80 tələblərinə əsasən yerinə yetirilməsi və layihədə nəzərdə tutulmuş texniki parametrlərə Piş=1,2 MPA, Psın= Piş x 1,1 = 1,32 Mpa uyğun işləməsi təsdiq edilmişdir. - İddiaçı MMC və “Socar” “Qaz İxrac” İdarəsi arasında bağlanılmış Texnoloji avadanlıqların, mühəndis sistemləri, xətləri və vasitələrinin xx.xx.2023-cü il tarixli sınaq aktına Şuşa şəhəri, Füzuli rayonu və Ağoğlan (Hadrut) qəsəbəsi ərazisində yeni tikilən qaz kəmərinin (Sifariş №11900) PK460-PK650 piketlər arası hissəsi hava vasitəsilə TN və Qnın tələblərinə uyğun olaraq, pnevmatik sınaqdan (möhkəmliyə və kipliyə) keçirilmişdir. 0530mm diametrli borulardan quraşdırılmış qaz kəməri 12 saat müddətində, hava vasitəsilə və 1,2 MPa təzyiqlə möhkəmliyə sınaqdan keçirilmişdir. Sınaq müddətində manometrlərin göstəricisində enmə müşahidə edilməmişdir. Təzyiqin ölçülməsi nümunəvi manometr vasitəsilə həyata keçirilmişdir. Qaz kəmərinin kipliyə sınağı zamanı Psın =1,32 MPa sınaq təzyiqinə çatdırılaraq 12 saat saxlanmış, daha sonra Piş = 1,2 MPa işçi təzyiqə salınaraq 12 saat saxlanılmaqla kipliyə yoxlanılmışdır. Sınaq müddətində bütün qaynaq birləşmələri yoxlanmış, sızmalar aşkar olunmamışdır. Qaz kəmərinin hava vasitəsilə möhkəmliyə və kipliyə sınanması zamanı qüsurlar aşkar olunmamış, tikinti normativ sənədlərin SNİP İİİ-42-80 tələblərinə əsasən yerinə yetirilməsi və layihədə nəzərdə tutulmuş texniki parametrlərə Piş=1,2 MPA, Psın= Piş x 1,1 = 1,32 Mpa uyğun işləməsi təsdiq edilmişdir. - İddiaçı MMC və “Socar” “Qaz İxrac” İdarəsi arasında bağlanılmış Texnoloji avadanlıqların, mühəndis sistemləri, xətləri və vasitələrinin xx.xx.2023-cü il tarixli sınaq aktına Şuşa şəhəri, Füzuli rayonu və Ağoğlan (Hadrut) qəsəbəsi ərazisində yeni tikilən qaz kəmərinin (Sifariş №11900) PK650-PK853,02 piketlər arası hissəsi hava vasitəsilə TN və Q-nın tələblərinə uyğun olaraq, pnevmatik sınaqdan (möhkəmliyə və kipliyə) keçirilmişdir. 0530mm diametrli borulardan quraşdırılmış qaz kəməri 12 saat müddətində, hava vasitəsilə və 1,2 MPa təzyiqlə möhkəmliyə sınaqdan keçirilmişdir. Sınaq müddətində manometrlərin göstəricisində enmə müşahidə edilməmişdir. Təzyiqin ölçülməsi nümunəvi manometr vasitəsilə həyata keçirilmişdir. Qaz kəmərinin kipliyə sınağı zamanı Psın =1,32 MPa sınaq təzyiqinə çatdırılaraq 12 saat saxlanmış, daha sonra Piş = 1,2 MPa işçi təzyiqə salınaraq 12 saat saxlanılmaqla kipliyə yoxlanılmışdır. Sınaq müddətində bütün qaynaq birləşmələri yoxlanmış, sızmalar aşkar olunmamışdır. Qaz kəmərinin hava vasitəsilə möhkəmliyə və kipliyə sınanması zamanı qüsurlar aşkar olunmamış, tikinti normativ sənədlərin SNİP İİİ-42-80 tələblərinə əsasən yerinə yetirilməsi və layihədə nəzərdə tutulmuş texniki parametrlərə Piş=1,2 MPA, Psın= Piş x 1,1 = 1,32 Mpa uyğun işləməsi təsdiq edilmişdir.
53. “Böyük Bəhmənli - Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və Ağoğlan(Hadrud)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16 tikintisi ilə bağlı görülən işlərin gedişatı hətta açıq məlumat bazalarında da mövcuddur (bax: https://www.youtube.com/watch?v=İMruz0_FUR8). Həmin videodan da boru kəmərinin dağlar yarılaraq çəkilməsi prosesi aydın görünür (video iş materiallarına əlavə edilmişdir).
54. Azərbaycan Respublikasının Energetika Nazirliyi və tabeli qurumlar tərəfindən 2023-cü ildə görülmüş işlərə dair hesabatda qeyd edilir ki: ...İİ. Şuşa istiqaməti üzrə – “Böyük Bəhmənİi-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğİan (Hadrut)” qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğİan” X16 tikintisi”. • Kəmər dəhlizində ümumilikdə (qol qaz kəmərləri daxil) 105,2 km uzunluqda planlaşdırma və 104,4 km xəndək qazma işləri aparılmışdır. Ümumilikdə 106,7 km boru seksiyaları (plet) hazırlanmış, bundan 94,3 km hissə xəndəyə qoyulmuşdur. Kəmərin çəkilişi başa çatdırılmış və mövcud sistemə qoşulmuşdur. xx.xx.2023-cü il tarixində Böyük Bəhmənli- Şuşa arası xətti hissənin istismara verilməsi üçün qəbul komissiyası keçirilmişdir...(səh.12) (https://minenergy.gov.az/uploads/Hesabatlar/Hesabat%20NK%202023_sonxx.xx.2024.pdf) (Hesabatın müvafiq hissəsi iş materiallarına əlavə edilmişdir).
55. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda qeyd edilir ki: İşğaldan azad edilmiş ərazilərdə qaz təchizatı infrastrukturunun qurulmasının icra vəziyyətinə dair. Qaz təchizatı məqsədilə nəql şəbəkəsinin qurulması üzrə: Azərbaycan Respublikasının işğaİdan azad ediİmiş ərazilərində SOCAR tərəfindən qaz nəqli sisteminin mərhələli şəkiİdə yenidən qurulması üçün əsasən 4 istiqamət üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulur. .... İİ istiqamət - Şuşa istiqaməti üzrə - “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan “Füzuli” və “Ağoğlan (Hadrut)” qaz kəməri 13 qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq “Şuşa”, “Füzuli” və “Ağoğlan” X16 tikintisi. “Böyük Bəhmənli-Şuşa” istiqaməti üzrə magistral qaz kəmərinin (əsas kəmər “Şuşa QPS” qol qaz kəməri ilə) tikintisi başa çatdırılıb və xətti hissə istismara verilib. “Füzuli” qol qaz kəmərinin tikintisi başa çatdırılıb. Füzuli şəhəri qazla təmin olunub. “Ağoğlan” qol qaz kəmərinin tikintisi başa çatdırılmış və mövcud sistemə qoşulmuşdur. Füzuli, Şuşa və Ağoğlan (Hadrut) QPS-lərin tikintisinə başlanılıb...(səh. 12-13). (https://minenergy.gov.az/uploads/Hesabatlar/Hesabat%20NK%202024_v4.pdf)
56. Beləliklə, cavabdeh tərəfindən görülmədiyi iddia olunan iş həcmlərinin icra olunması iş materiallarında olan (iş həcmlərinin müfəssəl təsvirinə dair) təhvil-təslim aktları, forma 2lər, elektron-qaimələrlə yanaşı, sifarişçi (SOCAR) tərəfindən məhkəməyə təqdim edilən məlumatla, açıq məlumat bazalarında mövcud olan videolarla, dövlət orqanları tərəfindən təqdim edilən hesabatlarla təsdiqini tapır.
57. Odur ki, İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə “Böyük Bəhmənli-Şuşa” magistral qaz kəmərinin tikinti-quraşdırma işlərinin icra olunması qənaətini təkzib edən hər hansı şübhə yoxdur.
58. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən sübut edilən hal iş həcmlərinin icra olunmaması deyil, X4 "xxxx" MMC-nin faktiki rəhbəri olmaması və məhkəmədə şahid qismində dindirilmiş şəxslərin də "xxxx" MMC-yə aidiyyəti olmaması ilə bağlıdır.
59. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
2. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
60. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş X12 "xxxx" MMC-nin fəaliyyətindən ümumiyyətlə xəbərsiz olduğundan İddiaçı MMC ilə aparılmış əməliyyatlara dair izahatı da işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət edə bilməz.
61. Məhkəmə eyni zamanda "xxxx" MMC-ni məhkəmədə təmsil edən vəkilin izahatlarına da eyni münasibət bildirərək qeyd edir ki, vəkillə hüquqi yardım üçün müqavilə bağlayan şəxs onun faktiki rəhbəri olmadığından (görünən odur ki, vəkil onunla hüquqi yardım üçün müqavilə bağlayan şəxsi ümumiyyətlə tanımır) verdiyi izahatlar da mötəbər hesab edilə bilməz.
62. Beləliklə, məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da ifadə olunan mövqedən görünür ki, müəssisənin faktiki rəhbəri vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz. Qeyd edildiyi kimi inzibati orqan tərəfindən sonradan aparılan araşdırma iş həcmlərinin görülməməsinə deyil, X4 "xxxx" MMC-nin faktiki rəhbəri olmamasına (eləcə də dindirilmiş digər şəxslərin MMC-də faktiki olaraq işləməməsinə) və İddiaçı MMC ilə aparılmış əməliyyatlardan xəbərsiz olduğunun sübutuna yönəlir və məhz həmin halları sübut edir. Halbuki, qeyd edildiyi kimi vergi orqanı mötəbər sübutlarla məhz əməliyyatın əmtəəsiz olmasını, konkret halda işlərin faktiki olaraq yerinə yetirilməməsini müəyyən etdiyi halda qeyd edilən qənaətə gələ bilərdi. Bunun üçün vergi orqanı tərəfindən müvafiq qərar qəbul etməmişdən əvvəlki inzibati araşdırma operativ vergi nəzarəti tədbirləri (ərazinin yerində müayinəsi), aidiyyəti qurumlara sorğularda (hansı ki həmin sorğular məhkəmə tərəfindən ünvanlanmış və aidiyyəti üzrə cavablandırılmışdır) ifadə oluna bilərdi. Lakin qeyd edilən istiqamətdə hər hansı inzibati araşdırma aparmadan (və belə bir niyyət ifadə etmədən) cavabdeh qurum gah iş həcmlərinin görülmədiyini bildirir, gah da işlərin görülməməsini deyil, məhz "xxxx" MMC tərəfindən görülmədiyi səbəbindən əməliyyatların əmtəəsiz olduğunu bildirir.
63. Cinayət işi çərçivəsində verilmiş izahatların, ifadələrin və əldə edilmiş sübutların inzibati məhkəmə araşdırması zamanı sübut qismində nəzərə alınmasına dair cavabdehin israrlı tələbini məhkəmə anlaşılan hesab etmir. Belə ki, bəllidir ki, yalnız bilavasitə məhkəmə araşdırması zamanı əldə edilən və (tərəflərin iştirakı ilə) tədqiq edilən sübutlar məhkəmə qərarının əsasında dura bilər. Hansısa cinayət işi çərçivəsində istintaq orqanı tərəfindən alınan izahatların və ifadələrin preyudisiallığı olmadığından inzibati məhkəmə icraatı çərçivəsində sübut kimi nəzərə alına bilməz. Belə ki, qanunvericilikdə və məhkəmə təcrübəsində yalnız yekun məhkəmə aktı ilə müəyyənləşdirilən halların preyudisiallığı mövcuddur.
64. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır.
65. Konstitusiya Məhkəməsi qərarlarında dəfələrlə bu məsələyə toxunmuşdur: - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının 1-ci bəndinə əsasən Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir.
66. Bunun əksinə olaraq məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində iş həcmlərinin yerinə yetirildiyinə dair əsaslı şübhə yeri qalmır. O ki qaldı iş həcmlərinin "xxxx" MMC tərəfindən yerinə yetirilməməsinə, yəni iddiaçı tərəfindən xərclərinin süni şəkildə şişirdilməsinə, bu, xüsusi bilik tələb edir və yerində müayinə aparılmaqla ekspertiza tədqiqatının nəticəsində müəyyənləşdirilə bilər (cavabdeh qurum bu tədqiqatın aparılmasında maraqlı olmadığını ifadə etmişdir). Qeyd edilən halın kameral vergi nəzarəti çərçivəsində müəyyən edilməsi də ağlabatan və mümkün hesab edilmir. İstənilən halda cavabdeh qurum "xxxx" MMC-yə ödənilmiş vəsaitin nağdlaşdırılaraq İddiaçı MMC-yə geri qaytarılmasını əsaslı şübhə yeri qalmadan müəyyənləşdirmədiyi təqdirdə qeyd edilən qənaətə gələ bilməzdi. İş materiallarına əsasən cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edildiyi (vəsaətin nağdlaşdırılaraq geri qaytarıldığı) sübut edilmir.
67. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən 2023-cü il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə 56.196.390,70 manat gəlir bəyan edilmişdir və cavabdeh qurumun "xxxx" MMC-yə münasibətdə hərəkətləri də ziddiyyətlidir. Belə ki, bir tərəfdən sonuncu ilə İddiaçı MMC ilə aparılan əməliyyatlar əmtəəsiz hesab edilir, digər tərəfdən həm də iddiaçı ilə aparılan əməliyyatlar nəzərə alınmaqla "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********089100 saylı qərarla 2.002.930,74 manat məbləğində vergi borcu hesablanır. Yəni əmtəəsiz aparılan əməliyyata görə "xxxx" MMC-yə əlavə vergi hesablanması anlaşılan deyildir (bir tərəfdən əməliyyatın əmtəəsiz olduğu bildirilir, digər tərəfdən həmin əməliyyata görə əlavə vergi hesablanır). Həm də həmin qərarın mübahisələndirilməsinə dair qaldırılmış məhkəmə iddiasından daha sonra sonuncu imtina edir.
68. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilən qərar aparılan inzibati araşdırmanın nəticəsi olaraq ifadə olunmalıdır. Hazırkı işin hallarından görünür ki, cavabdeh tərəfindən "xxxx" MMC-yə münasibətdə təqdim edilən dəlillər məhz müvafiq qərarlar qəbul ediləndən sonra toplanmağa başlanmışdır ki (o cümlədən məhkəmə iclasında dindiriləcək şəxslərin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilməklə), bu da inzibati orqandan gözlənilən lazımi davranış qaydası hesab edilə bilməz.
69. Qeyd edilənlərdən əlavə, məhkəmə kameral vergi yoxlamasının keçirilməsi zamanı prosessual pozuntulara da yol verildiyi qənaətindədir və bununla bağlı iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, ƏDV-nin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli qərardan göründüyü kimi, vergi orqanı xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında əldə edilmiş elektron qaimə fakturalar üzrə əvəzləşdirilmiş ƏDV məbləğlərini 2023-cü ilin oktyabr ayına təqdim edilmiş ƏDV bəyannaməsi üzrə bərpa etmişdir. Halbuki, 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində həmin ay ərzində baş vermiş əməliyyatlar əks etdirilir və kameral vergi yoxlaması zamanı da məhz həmin ay ərzində baş vermiş əməliyyatlar nəzərə alına bilərdi. 2023-cü ilin avqust-noyabr aylarında baş vermiş əməliyyatlar üzrə hər hansı kənarlaşma aşkar edildiyi halda isə kameral vergi yoxlaması məhz həmin aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə həyata keçirilə bilərdi. Vergi Məcəlləsindən: 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.3. vergi dövrü; 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.
178. Əlavə dəyər vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Sadalanan normalardan aydın olduğu kimi, ƏDV ödəyicisi hesabat dövrü, yəni təqvim ayı üzrə ƏDV bəyannaməsi təqdim edir və bəyannamədə həmin təqvim ayı ərzində baş tutmuş əməliyyatlar (vergiyə cəlb edilən dövriyyə, əvəzləşdirilən ƏDV məbləği, büdcəyə ödənilməli ƏDV məbləği və digərləri) barədə məlumatları əks etdirir. Vergi ödəyicisi müvafiq hesabat dövrü (ƏDV-yə münasibətdə təqvim ayı) üzrə vergi bəyannaməsi təqdim edir və vergi orqanı həmin bəyannamə təqdim edildikdən sonra müəyyən edilən müddət ərzində (ƏDV-yə münasibətdə 30 iş günü müddətində) kameral vergi yoxlaması həyata keçirir. Əks təqdirdə, yəni 30 iş günü ötürüldüyü halda isə vergi orqanı aşkar edilmiş uyğunsuzluq (kənarlaşma) ilə bağlı vergi ödəyicisinə sadəcə bildiriş göndərə bilər və həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirə bilməz. Beləliklə, yuxarıda qeyd olunan normaların birgə təhlilindən aydın olur ki, ƏDV-nin ödəyicisi təqvim ayı üzrə vergi bəyannaməsi təqdim edir və bəyannamədə həmin hesabat dövrü (təqvim ayı) ərzində baş vermiş əməliyyatları əks etdirir. Vergi orqanı isə bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində kameral vergi yoxlaması həyata keçirir və yoxlama zamanı hesabat dövrü (təqvim ayı) ərzində baş tutmuş əməliyyatlar ilə bağlı hər hansı kənarlaşma (vergilərin az və ya artıq hesablanması halını) aşkar edərsə, kameral vergi yoxlamasının nəticəsinə dair qərar qəbul edir. Əks təqdirdə, yəni 30 iş günü ötürüldüyü halda isə vergi ödəyicisinə sadəcə olaraq xəbərdarlıq bildirişi göndərməklə kifayətlənir. Lakin iş materiallarından göründüyü kimi, 2023-cü ilin avqust-sentyabr ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsindən 30 iş günü ötdüyündən, cavabdeh vergi orqanı həmin hesabat dövlərində baş tutmuş əməliyyatlara (əvəzləşdirilmiş ƏDV məbləğlərinə) görə kameral vergi yoxlamasını qanunsuz olaraq 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə münasibətdə həyata keçirmişdir (Vergi orqanı qeyd edilən hesablama metodunu “artan yekun” adlandırır). Halbuki, vergi orqanı əvvəlki hesabat dövrləri üzrə yoxlamanı Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən yalnız səyyar vergi yoxlaması şəklində həyata keçirə bilərdi. Odur ki, məhkəmə, cavabdehin “artan yekun” metoduna əsaslanan ƏDV hesablanmasının Vergi Məcəlləsində nəzərdə tutulmadığı qənaətindədir və həmin metoda uyğun aparılmış vergi hesablaması qanuni hesab edilə bilməz.
70. İddiaçı barəsində əlavə vergi hesablanmasına əsas olmuş digər əməliyyatlar "xxxx" MMC və X18 ilə bağlı olmuşdur.
71. Belə ki, İddiaçı MMC "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqavilə əsasında xx.xx.2023cü il tarixdə 3190 manat məbləğində (müqavilə və EBDO 219517 e-qaimə iş materiallarına əlavə edilmişdir), X18 ilə xx.xx.2023-cü il tarixli müqavilə əsasında xx.xx.2023-xx.xx.2023cü il tarixlərində 57062,6 manat məbləğində qarşılıqlı əməliyyatlar aparmışdır (müqavilə, qiymətlərin razılaşma protokolu, təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli 4728 manatlıq EBDQ 915949; 8838,00 manatlıq EBDQ 918984; 4636 manatlıq EBDQ 922410; 4287 manatlıq EBDQ 924170; 3877 manatlıq EBDQ 928567; 8295 manatlıq EBDQ 929947; 6468 manatlıq EBDQ 945554; xx.xx.2023-cü il tarixli 1184 manatlıq EBDS 922680; 3153 manatlıq EBDS 933995; 2394 manatlıq EBDS 945387; xx.xx.2023-cü il tarixli 430 manatlıq EBDT 131981; 2748 manatlıq EBDT 130907; xx.xx.2023-cü il tarixli 466 manatlıq EBDS 935341; 1686 manatlıq EBDS 939378; xx.xx.2023-cü il tarixli 1863 manatlıq EBDT 634978; 507 manatlıq EBDT 635637; 1334 manatlıq EBDT 636086; 100 manatlıq EBDT 636223; 68,60 manatlıq EBDT 666813). Eyni zamanda iş materiallarına X18 ilə aparılmış qarşılıqlı əməliyyatlarla bağlı xx.xx.2023-cü il tarixli 62 manatlıq EBDV 182389; 30 manatlıq EBDV 183176; 120 manatlıq EBDV 187947 qarşılıqlı əməliyyatlar aparılmışdır (təhvil-təslim aktı əlavə edilmişdir).
72. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2024-cü il tarixdən **********465900 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi ödəyici iddiaçı ilə müvafiq əməliyyatlar apardıqdan 10-11 ay sonra riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir.
73. Cavabdeh bildirir ki, X8 (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə **********251700 saylı qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 20.10xx.xx.2023-cü il tarixində 60 510,7 manat dəyərində "Kanbinzon Vatnı, daş, Dəri çəkmə, yağmurluk, forma, Əlcək arqon, remen və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilir. Lakin riskli vergi ödəyicilərinin siyahısına dair reyestrdə (bax: https://new.etaxes.gov.az/etaxes/risky-tax-payers-info) X8 (VÖEN: **********) adı müəyyən edilmir.
74. Məhkəmə təkrarən qeyd edir ki, mübahisələndirilən tədiyyələr üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə hesablanmış ƏDV 740.826,50 manat, 2023-cü il üzrə hesablanmış mənfəət vergisi 5.474.825,73 manat təşkil etmiş, yəni iddiaçı qeyd edilən hesabat dövründəki fəaliyyəti ilə bağlı vergi öhdəliyini vergi orqanı qarşısında bəyan etmişdir.
75. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı 2023-cü il mənfəət vergisi bəyannaməsində 53.119,95 manat bank xidmətləri üzrə xərc göstərilməsinə baxmayaraq, müvafiq dövr ərzində bank hesablarından bank xidmətləri üzrə 35219,75 manat vəsaitin məxaric edilməsi müəyyən edilmişdir ki, bu da 17900,20 manat kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Mübahisələndirilən mənfəət vergisi hesablanması barədə qərarda həmin kənarlaşmadan həm də 20% dərəcə ilə 3580 manat vergi hesablanmışdır (17900,20x20%=3580) ki, iddiaçı qeyd edilən uyğunsuzluğu sübut edən hər hansı hal məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
76. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
77. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
78. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959600 nömrəli qərar ləğv edilsin. İddiaçı MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-484727/2025 nömrəli qərar qismən, həmin qərarın 6-cı bəndi (xx.xx.2024-cü il tarixli **********802300 nömrəli qərarın ləğv edilməsi barədə məlumat hissəsi) və bank xidmətləri üzrə kənarlaşmalara görə hesablanmış 3580 manat vergi məbləği istisna olmaqla ləğv edilsin. İddia tələbi həmin hissədə (bank xidmətləri üzrə kənarlaşmalara görə hesablanmış 3580 manat vergi məbləği hissəsində) təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva