Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6648/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6tinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6tinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6tinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********761900 №-li qərar ləğv edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6tinin Bakı şəhəri X4 Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********7619 №-li qərarına əsasən İddiaçı MMC-yə 2018-ci ilin 4-cü rübü üçün sadələşdilmiş vergi üzrə kameral qaydada 17.673,85 mr məbləğində vergi hesablanmışdır. Həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6tinə şikayət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6tinin İnzibati şikayətlərə baxılması Baş İdarəı “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarına əsasən İddiaçı Məhi Məsuliyyətli Cəmiyyətinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzil şikayəti təmin edilməmiş, X6tinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığort; işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********761900 nömrəli nömrəli qərarı dəyişdirilmər qüvvədə saxlanılmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Bakı şəhəri X4 üzrə Baş İdarəsinirl'Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barəı xx.xx.2021-ci il tarixli **********761900 №-li qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6tinin İnzibati şikayətlərə baxılması Baş İdarəsi “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********913900 №-li qərarında qeyd edilmişdir ki, «uçot-bt məlumatına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növüı “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsindən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-c tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir». Bundan başqa, MMC-nin direktoru olaraq inzibati araşdırma zamanı izahatımda cəmiyyətin faktiki olaraq gəlirlərinin olmadı hazırda hər-hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşım X1 (VÖEN 1005399? mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin təmiri ilə əlaı olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin MMC-nin təmirinə xərcləndiyini, yaxın ətrafımda o şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiy pandemiyadan zərər çəkən sahə olduğumuz üçün kredit borcunu ödəyə bilmədiyimi, hazırda bank tərəfindən məhkəməyə verildiy bildirmiş, sənəd üzərində hər-hansı öhdəliklərimizin görünməsinə baxmayaraq MMC-nin heç bir gəlir əldə etmədiyini, alınan ma təqdimetmə kimi qiymətləndirilsə belə hər-hansı hasilatın olmadığını, nəzərə alaraq hesablanmış vergi məbləğinin ləğv edilməsini xa etmişəm. Lakin qeyd olunan xüsusatlar şikayətə baxarkən nəzərə alınmamış, əsassız olaraq şikayətim təmin edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.1. maddəsinə əsasənhesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlr görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) hər vergitutma obyektidir. Qeyd edirəm ki, həmin dövr ərzində İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisi olmuş, bu müddətdə MMC-nin heç bir kass olmamasına və bank hesablarına satışdan heç bir məbləğ daxil olmamasına baxmayaraq MMC-yə hasilatdan vergi hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin221.1. maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş vergi məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. İddiaçı MMC-də heç bir hasilatın olmadığı və yuxarda qeyd etdiyim kimi sadələşdirilmiş vergi təqdimetmədən deyil hasilatc hesablandığından MMC-yə vergi borcunun hesablanması tamamilə qanunsuzdur. Bundan başqa, İddiaçı MMC-nin bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə MM nin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. İddiaçı MMC tərəfindən götürülmüş kre vəsaitləri hesabına MMC-nin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.1 manatı keçməmək şərti ilə təqdim edilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı MMC tərəfindən2018-ci ilin 4-cü rübi boş hesabat verilməsinə baxmayaraq X6tinin Bakı şəhəri X4 üzrə Baş İdarəsitərəfindən dekabr üzrə heç bir əsas olmadan 441.846,19 manat dövriyyə hesablanmış və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, hər məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, MMC-nin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda elektron sənədin istifadəsi dövriyyəsinin Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavil əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, inzibati orqanla (cavabdeh) vergi ödəyicisi (iddiaçı) arasında elektron sənəd dövriyy haqqında hər hansı bir müqavilə mövcud deyildir. Belə olan halda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosess müddəti ötürməmişdir. Belə ki, qərar həm qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron imza ilə imzalanmamış, həm də iddiaçı ilə cavabdeh arasında elektron sənəd dövriyyəsinə dair hər hansı bir müqavilə mövcud deyildir.
2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********761900 nömrəli qərara əsasən, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi müəyyən edilmişdir. Qərarın qəbul edilməsi onunla əsaslandırılmışdır ki, qeyd edilən dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin nəzərə alınması üçün əsaslar müəyyən edilməmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixli **********099300 nömrəli ləğv edilmişdir.
3. İddiaçının inzibati şikayəti X6tinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 2 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN: **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin də təsisçisinin həmin şəxs olduğu müəyyən edilmişdir, araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı eletron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmşdir. Cəmiyyətin rəhbəri tərəfindən inzibati araşdırmaya təqdim edilmiş izahatda, elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin ünvan 2 ünvanında yerləşən İddiaçıdə istifadə edildiyi, təmir-tikinti işləri ilə əlaqədar cəlb olunmuş şəxslərə hər hansı ödənişlərin aparılmadığı, ödəmə mənbəyində gəlir məbləğlərinin sosial sığorta haqlarının hesablanmadığı bildirilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatına əsasən cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4-cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2021-ci il tarixli **********504100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləğinin bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********099300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin mallar sətrində 428398,08 manat dövr ərzində mədaxil, 170000,0 manat təqdim etmə bəyan edilmiş, sair debitor borcları sətrində 170000,0 manat mədaxil və ilin sonuna qalıq məbləğinin bəyan edilməsinə baxmayaraq, təsdiqedici sənədlər təqdim və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və xx.xx.2021-ci il tarixli **********761900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 3 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti" adlı təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdən fərdi sahibkar X1 (VÖEN **********-15001) fəaliyyət göstərdiyi, həmçinin "xxxx" MMC-nin təsisçisinin də X1 olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı Cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər-hansı elektron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq araşdırma zamanı müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2019-cu ilin 1-ci rübü üzrə 66070,0 manat, 2020-ci ilin 2-ci rübü üzrə 197540,0 manat vergiyə cəlb olunan dövriyyə məbləğlərinin, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilmiş, lakin cəmiyyət tərəfindən hər hansı təsdiqedici sənədlər nə inzibati icraata təqdim edilməmiş, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, cəmiyyət tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin təsisçinin mülkiyyətində olan təsərrüfat subyektində istifadə edildiyini, təmir-tikinti və təchizat işlərinin cəmiyyət tərəfindən aparılmasına baxmayaraq, həmin təsərrüfat subyektində sahibkarlıq fəaliyyətinin həyata keçirmədiyini, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podrat müqavilələrinin bağlamımadığını, təmir işlərin görülməsi üçün cəlb edilmiş fiziki şəxslərdən ödəmə mənbəyində vergilərin tutulmadığını, sosial sığorta haqlarının hesablanmadığını, Cəmiyyətin təsisçisi ilə əmlakın mülkiyyətçisinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Mülki Məcəlləyə əsasən hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu, bununla da vergi ödəyicisinin iddiasının hüquqi əsaslarının müəyyən edilmədiyini nəzərə alaraq iddianın tamamilə əsassız olduğu bildirilmişdir.
5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən tikinti materialları gəlir hesabına deyil, İddiaçı MMC-yə ayrılmış kredit vəsaiti hesabına Cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti mal-materialları, iş və xidmətlərin əldə edilmiş və ünvan 3 ünvanında yerləşən obyektdə istifadə edilmişdir.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
7. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
11. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
13. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
14. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
15. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
16. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
17. Məhkəmə qeyd edir ki, kameral vergi yoxlamasına əsasən müvafiq hesablama 2018-ci il ərzində 441846,19 manat dəyərində malların təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanması ilə bağlıdır (441846,19 manat (təqdim edilmiş malların dəyəri) x 4% (öhdəlik yaranan zaman qüvvədə olan sadələşdirilmiş verginin faiz dərəcəsi) = 17673,85 manat (vergi öhdəliyi).
18. Mülki Məcəllədən: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
19. İnzibati və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 441846,19 manat dəyərində mallar (mallar, işlər, xidmətlər) onun təsisçisi olan vergi ödəyicisinə təqdim edilmişdir.
20. Vergitutma obyektlərinin lazımi qaydada uçotunu aparmaq isə vergi ödəyicisinin vəzifəsidir. Bununla əlaqədar hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri hesab olunur və hüquqi şəxsin balansında olan əmlakın, mal-materialların təsisçiyə təqdim edilməsi zamanı vergi tutulan dövriyyə kimi nəzərə alınmasına dair vergi orqanının dəlilini məhkəmə qəbul edir. Vergi orqanı kameral yoxlama nəticəsində həmin malları təsisçi vergi ödəyicisinə təqdim edilmiş hesab etmiş və təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ümumi hasilat əldə edilmiş hesab edilmişdir.
21. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən mübahisələndirilən aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
23. Vergi Məcəlləsindən: 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. (XVİİ fəsil. Sadələşdirilmiş vergi): 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 220.1-ci maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 220.1-1-ci maddədə “aşağıdakı dərəcə ilə hesablanır:” sözləri “8 faiz dərəcə ilə hesablanır.” sözləri ilə əvəz edilmişdir.
24. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Bununla əlaqədar, iddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur.
25. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği hesablanmışdır.
26. Vergi Məcəlləsindən: 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.
27. Odur ki, müvafiq hesablama vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva