Məhkəmə qərarları › İş №e-2-1(112)-6658/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6658/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6658/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi və pensiyanın bərpası" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılması qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X19 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçı əmək fəaliyyətini keçmiş SSRİ dövründən - 1976-cı ildən əvvəl başlamış və Kolxozda işləmişdir, 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətindən və SOCAR Geofizika və Geodeziya İdarəsinin xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, iddiaçı F. Yusifli xx.xx.1976cı il tarixli 10-K saylı əmrə əsasən “Xəzərdəniz” Birliyinin dənizdə X16na 3-cü dərəcə markşeyder peşəsinə qəbul olunub, X7 xx.xx.1989-cu il tarixli 33-k saylı əmrinə əsasən Neft və qaz sənayesində uzunmüddətli və qüsursuz xidmətinə görə SSRİ Geodezist xdmətinin 70 illiyi ilə əlaqədar “Təşəkkür” elan edilmişdir. xx.xx.1982-ci il tarixli 128-K saylı əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X7 dənizdə X16na texnik-geodezist, xx.xx.1988ci il tarixli 26-K saylı əmrə əsasən böyük topoqraf, xx.xx.1990-cı ildə X17 kəşfiyyat idarəsinə 2-ci kateqoriya geodezist, növbədənkənar keçirilmiş attestasiya nəticəsində X18 əsasən X17 kəşfiyyat ekspedisiyasında 8-ci dərəcəli geodezist vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə 9-cu dərəcə geodezist, xx.xx.1996-cı il tarixdə 10-cu dərəcə geodezist, xx.xx.1999-cu ildə 11-ci dərəcə geodezist, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 saylı əmrinə əsasən “Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş, “X11 və Topoqrafiya İdarəsi”nin xx.xx.2003cü il tarixli 9-K saylı əmrinə əsasən X4 Ekspedisiyasında geodeziya partiyasına 11-ci dərəcəli geodezist vəzifəsinə keçirilmişdir, xx.xx.2005-ci ildə həmin partiyada 12-ci dərəcə təyin edilmişdir. xx.xx.2012-ci il tarixli 143-K saylı əmərə əsasən ARDNŞ Geofizika və Geologiya İdarəsi Kompleks X2 Dəniz geodeziya və geofizika kəşfiyyat partiyasına 12-ci dərəcəli geodezisnt vəzifəsinə işə qəbul edilib, xx.xx.2014-cü il tarixli 1050-K saylı əmrə əsasən ARDNŞ Geofizika və Geologiya İdarəsinin Kompleks X9 Birliyinin Topoqrafiya partiyasına 12-ci dərəcəli geodezist, xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Kompleks X9 Bölümünün topoqrafiya- kartoqrafiya partiyasında böyük geodezist vəzifəsinə keçirilmişdir və xx.xx.2018-ci il tarixli 20B00168 saylı əmrinə əsasən Azərb.Resp. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı cəmi güzəştli is stajı xx.xx.1976-cı il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 42 il 1 av 23 gündür. İddaçı İddiaçı iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2004-cü il tarixindən yaranmışdır (Qazanılmış hüquq). Həmin tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu hələ qəbul olunmamışdır (Bu Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmişdir). Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli, 305 №-li “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 01 avqust 1997-ci il tarixinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 11000000 X-cu Bölməsinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı) 11000000b böməsində b) Rəhbərlər və mütəxəssislər kodunda qeydə alınmış peşələrdə nəzərdə tutulmuş işlərdə 10 ildən artıq işləmişdir. Qeyd edilmiş əsaslara görə hesab edirik ki, iddiaçının 50 yaşı tamam olan vaxtdan, yəni 01 iyul 2004-cü il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğuna görə, yuxarıda qeyd olunan 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli, 305 №-li “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən İddiaçı xx.xx.2004-cü ildə 50 yaşına çatdığına görə ona həmin tarixdən 1993-cü ilədək olan müəyyən olunmuş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır və iddiaçının xx.xx.2004-cü il tarixindən hüququnun yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan təyin edilməli və orta aylıq əmək haqqı əsasında hesablanmalı idi. Belə ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək 28 il davamlı şəkildə əmək şəraiti xüsusilə zərərli olan işlərdə dənizdə çalışmışdır. Ona 50 yaşının tamamlandığı xx.xx.2004-cü ildən etibarən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda bundan 2 il gec, yəni xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh Dövlət Sosial X19 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə düzgün olmayar İddiaçı xx.xx.2006-cı ildən təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2011 -ci il tarixindən təyin olunmalı olmasını bildirərək, iddiaçının əmək pensiya məbləğini qanunsuz şəkildə dayandırmışdır, bununla yanaşı ona son üç ildə 45300,17 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi barədə səhv nəticəyə gələrək, qanunsuz olaraq xx.xx.2006-cı ildə İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunmuş və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılması barədə qanunsuz inzibati akt qəbul edərək, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təminatı hüququnu pozmuşdur. Cavabdeh Dövlət Sosial X19 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiaxx.xx.2023-cü il tarixindən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən iddiaçıya son 3 il ərzində Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş 45300,17 manat məbləği İddiaçı yazılı (şifahi) razılığı olmadan iddiaçının pensiya məbləğindən tutur. Bu hərəkətləri ilə cavabdeh inzibati orqan- Dövlət Sosial X19 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərini pozaraq iddiaçıpensiyaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan qanunsuz şəkildə iddiaçının pensiya məbləğindən tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində xx.xx.1976-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdəniz” Birliyinin dənizdə X16nda markşeyder, xx.xx.1982xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində texnik-geodezist, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində böyük topoqraf, xx.xx.1990-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində X17 kəşfiyyat İdarəsində geodezist, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində böyük geodezist vəzifələrində işlədiyi qeyd olunub. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən SOCAR-ın “Geofizika və Geologiya İdarəsinin” xx.xx.2023-cü il tarixli 14-2-4/2- 613/2023 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi markşeyder, texnik-geodezist, böyük topoqraf, geodezist, böyük geodezist vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda dağmədən işləri bölməsində (1) nəzərdə tutulmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin vəzifələr SOCAR-ın “Geofizika və Geologiya İdarəsi”nin xx.xx.2023-cü il tarixli 4-2- 4/2-Y-6-42/2023-71 nömrəli iddiaçıya dair arayışında istinad edilən sözügedən Siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) nəzərdə tutulmamışdır. Buna görə də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Lakin, iddaçının işlədiyi vəzifələr sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısında nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən deyil, 57 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddaçıya son üç il üzrə 45300,17 manat artıq pul vəsaiti ödənilib. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 976,11 manat təşkil edir. Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 13 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixili qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixə elektron kabinet vasitəsilə iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Dövlət Sosial X19 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18211/2023 saylı qərarının ləğv edilməsi və iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X19 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçıya ilkin olaraq 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər koduna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh yenidən inzibati icraat zamanı SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2- 4/2-613/2023 nömrəli arxiv arayışına istinadən iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun olduğunu əsas götürərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarxli 3-17-1/3-3- 18211/2023 nömrəli qərarı ilə pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının sonuncu dəfə aylıq əmək pensiyası 2405,99 manatdan 976,11 manata endirilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin adıçəkilən qərarının ləğvini və əvəvlki hüquqi vəziyyətin-52 yaşının olduğu vaxtdan təyin edilmiş pensiyasının bərpasını mübahisələndirir Beləliklə, işin hazırkı mübahisələndirilən halı iddiaçının işləmiş olduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda və yaxud 2 nömrəli siyahıda müvafiq vəzifə kodlarına uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Bununla əlaqədar hazırkı icraatda məhkəmə mübahisələndirilən inzibati aktın əsaslılığı və qanuniliyini maddi hüquq baxımından qiymətləndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının işlədiyi vəzifələrin güzəştli siyahılarda hansı koda uyğunluğu ilə bağlı məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilmişdir. İş materaillarına əlavə edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli 4-2-4/2-Y-6-42/2023-71 nömrəli arxiv arayışından görünür ki, kompleks Mühəndisi X13ün arxiv sənədlərində İddiaçı “Xəzərdəniz" Birliyinin dənizdə X16nda markşeyder, “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16nda texnik geodezist, böyük topoqraf, “Xəzərdənizneftqaz” X12 Dəniz Geoloji kəşfiyyat İdarəsində geodezist, “Azneft" X5 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin X4 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsi X14 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiya-kartoqrafiya partiyasında böyük geodezist vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1976-cı il tarixli 10-k saylı əmrə əsasən “Xəzərdəniz” Birliyinin dənizdə X16na markşeyder peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 128-k saylı əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16na texnik - geodezist, xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən böyük topoqraf, xx.xx.1990-cı il tarixli 54-k saylı əmrə əsasən X17 kəşfiyyat İdarəsinə geodezist, xx.xx.2003-cü il tarixli 9-k saylı əmrə əsasən X4 Ekspedisiyasında geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.2012-ci il tarixli 165-k saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2012-ci il tarixli 143-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsi Kompleks Mühəndisi X6 geodeziya və geofizika partiyasına 12-ci dərəcəli geodezist vəzifəsinə işə qəbul olunub. xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiya-kartoqrafiya partiyasında böyük geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.21018-ci il tarixli 20B00168 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. Cəmi güzəştli iş stajı: xx.xx.1976-cı il tarixindən xx.xx.21018-ci il tarixinə qədər 42 il 1 ay - 23 gündür. Qeyd: Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli , 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" istehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X8 X16 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X17 Kəşfiyyat İdarəsi təşkil edilmişdir.( əmr № 179 xx.xx.1989-cu il).“ Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. ( Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). "X1” və “ X17 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “ X11 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012- ci il tarixli 104 nömrəli əmrinə əsasən X11 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X14 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X14 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13- 1000-01-SM-05- 000033 saylı əmri ilə X14 İstehsalat Bölümü adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2- 519/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b) Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2-820/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifələri X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. İddiaçı çalışdığı peşələrin əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə görə 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları altkodunda göstərilən mühəndislər və texniklərin bu vəzifələrdə icra etdikləri işlər ilə eynilik təşkil edir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. Beləliklə, iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının işlədiyi vəzifələr markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifələri cavabdeh tərəfindən ilkin olaraq işəgötürənin verdiyi arayış əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b) Rəhbərlər və mütəxəssislər koduna uyğun olduğunu qəbul edilərək güzəştli pensiya təyin etmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixli arayışında iddiaçının işlədiyi vəzifələrin 2 nömrəli siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun olduğu qeyd edilsə də SOCAR-ın Geofizika və Geologiya İdarəsi xx.xx.2024-cü il tarilxi arayışında xx.xx.2023-cü il tarixli arayışda göstərilən kodların zərərli peşələrə tam uyğun olmamasını nəzərə alaraq həmin arayışın qüvvədən düşmüş hesab edilməsi və cavadehə təqdim olunan xx.xx.2023-cü il tarixli 14-2-4/2-4-6-42/2023-cü il nömrıli arayışın əsas götürülməklə nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh orqan işəgötürənin qeyd edilən arayışdan sonra da icraatı yeniləməmiş, əvvəlki arayışın əsaslı olub-olmaması və geri çəkilməsi ilə bağlı işəgötürənin mövqeyini dəqiqləşdirməmiş, iddiaçının işləmiş olduğu vəzifələrin uyğun gəldiyi vəzifə kodunun müəyyən edilməsi üçün əlavə araşdırmaya təşəbbüs göstərməmişdir. Başqa sözlə, cavbadehin icraatı təzələyərək iddiaçı üçün əliverişli inzibati aktın dəyişdirilməsinə, onun üçün əliverişsiz hüquqi vəziyyət yaradan inzibati aktın qəbul edilməsinə əsas olmuş güzəştli arayışın işəgötürən tərəfindən qüvvədən salındığını nəzərə almamış, qeyd edilən arayışa hər hansı münasibət bildirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsində bilavasitə inzibati orqanın maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməməzliyi ilə bağlı imperativ norma nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə sorğusuna cavab olaraq işəgötürən sonuncu dəfə verdiyi xx.xx.2024-cü il tarixli 14-2-4/2-820/2024 saylı arayışında konkret olaraq iddiaçının işlədiyi vəzifələrin funksional vəzifənin (işin) eyniliyi baxımından dəyərləndirərək həmin vəzifələri 1100000b- 17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları altkodunda göstərilən mühəndislər və texniklərin vəzifələri ilə eyniləşdirmişdir. İşəgötürən mövqeyini onunla əsaslandırmışdır ki, geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Məhkəmə sorğusuna əsasən İdarə tərəfindən təqdim edilmiş vəzifə təlimatlarına əsasən geodezist vəzifəsində iddiaçının gördüyü işlər: 1 Topoqrafiya-geodeziya işlərinin aparılması: 1.1. Xəzər dənizinin sahilyanı (şelf), perspektiv və neft-qaz yataqlarının topoqrafik xəritələrini (baş markşeyder planlarını) hazırlamaq; 1.2. Hidrotexniki qurğuların (üzən qazma qurğuları, özül, estakada və estakadayanı meydançaları) layihə vəziyyətindən naturaya keçirmək.

2. Mühəndisi-axtarış (geodeziya, geoloji - geofiziki) işlərinin aparılması: 2.1. Axtarış-kəşfiyyat və istismar neft-qaz quyularının qazılması üçün hidrotexniki qurğuların (özül, estakada və estakadayanı meydançalar) tikintisi məqsədilə dəniz dərinliklərinin (bir şüalı və çox şüalı exolotla) ölçülməsi, 2D və 3D batimetrik xəritələrini hazırlamaq. 2.2. Geofiziki tədqiqatlar zamanı gəminin geofiziki profillər üzrə hərəkətini verilmiş (layihə) koordinatlarına görə təmin etmək. 2.3. Axtarış-kəşfiyyat və istismar neft-qaz quyularının qazılması və sualtı kommunikasiyaların (neft-qaz, su kəmərləri, kabellər və s.) tikintisinin layihələndirilməsi üçün Sonar planalma zamanı gəminin qalslar (profillər) üzrə hərəkətini verilmiş (layihə) koordinatlarına görə təmin etmək. Topoqrafik əsası hazırlamaq. 2.4. Dəniz dibindən Qrunt və su nümunələrini “Qruntgötürən’lə götürmək üçün verilmiş layihə koordinatlarına görə naviqasiya (geodeziya) ilə təmin etmək. 2.5. Sualtı kommunikasiyaların (neft-qaz, su kəmərləri, kabellər və s.) verilmiş layihə (tras) üzrə tikintisini naviqasiya (geodeziya) ilə təmin etmək. 2.6. Mövcud sualtı kommunikasiyanın texniki vəziyyətini müəyyənləşdirmək, batmış obyektlərin və naməlum predmetlərin tapılması üçün ROV-la aparılan tədqiqatları naviqasiya (geodeziya) ilə təmin etmək. Göründüyü kimi iddiaçının işləmiş olduğu vəzifələr bilavasitə dəniz şəraitində olmaqla eyni zamanda həmin vəzifələr neft-qaz quyularının qazılması işlərinin naturada icrası zamanı da onların həmin şəraitdə bilavasitə iştiraklarını da şərtləndirir. Cavabdehin istinad etdiyi 2 nömrıli siyahıda göstərilən- Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər-vəzifələri əsasən ümumi sahələrə aid olmaqla iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri və əmək şəraiti nzəərə alınmaqla xüsusi sahə olan neftin qazılması, hasilatı sahəsi ilə bağlı deyildir. Digər tərəfdən cavabdehin istinad etdiyi vəzifə kodu 2 nömrəli siyahıda “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin” siyahısı bölməsində nəzərdə tutulmuşdur ki, bu hal da neft sahəsində işləmiş iddiaçının peşəsinin həmin sahə və koda aid edilməsini də qeyri-mümkün edir. Başqa sözlə, cavabdehin yenidən hesablama zamanı əsas götürdüyü vəzifə kodu da iddiaçının işlədiyi sahəni ehtiva etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18211/2023 saylı qərarı ləğv edilməli və iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X19 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-18211/2023 saylı qərarı ləğv edilsin. İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X19 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar