Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6671/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda əyani bölmədə təshil almışdır. İddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə Şaumyan rayon 165 saylı uşaq baxçasında-körpələr evində tərbiyyəçi kimi başlamış, xx.xx.1983-cü il tarixədək orada həmin vəzifdə işləmiş, xx.xx- 1983 - xx.xx.1998-ci illərdə 208 saylı uşaq baxçası-körpələr evində tərbiyyəçi işləmiş, xx.xx.2000 - xx.xx.2001-ci illərdə Uşaq və X1 işləmiş, xx.xx.2005-ci il Ceyranbatan qəsəbəsi 1 saylı körpələr uşaq bağçasında tərbiyyəçi işləmiş, ümumi iş stajı 24 il 4 ay 12 gün təşkil etmişdir. xx.xx.2015 - xx.xx.2006-cı illərdə iddiaçının 57 yaşı tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə əsasən qadınalar üçün yaşa görə pensiyanın təyin olunması üçün şərt - 57 yaşın çatması və 20 il stajın toplaması olmuşdur. Həmin Qanunun 3-cü maddəsinə əsasən əmək pensiyası almaq hüququ olan şəxslərin iş stajına müəssisələrdə, təşkilatlarda və idarələrdə işləməklə yanaşı ali məktəblərdə (əyani bölməsində) təhsil alma müddəti də daxil edilirdi. 2021-ci ilin avqust ayında iddiaçıya əmək pensiyası almaq üçün tələb olunan 20 il stajı olmadığından yaşa görə müavinət təyin edilmiş və 62 yaşı tamam olduğu vaxtdan almadığı məbləğ də hissəhissə ödənilmişdir. Əmək pensiyasının ona təyin olunması üçün xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2023-cü il tarixli məktubu ilə ona pensiyanın təyin olunmasından imtina olunmuşdur.
3. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi, qocalığa görə ona verilmiş müavinət nəzərə alınmaqla, 57 yaşı tamam olduğu vaxtdan, xx.xx.2015-ci il tarixdən bu günədək ona ödənilməmiş əmək pensiyasının məbləğininn verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbi “iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi, qocalığa görə ona verilmiş müavinət nəzərə alınmaqla, 57 yaşı tamam olduğu vaxtdan, xx.xx.2015-ci il tarixdən bu günədək ona ödənilməmiş əmək pensiyasının məbləğinin verilməsi” kimi göstərilməsi qərara alınmışdır.
5. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən ona 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq onun xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında öz əksini tapmadığından iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı məhkəməyə müraciət edərək, ərizəsində “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ona 57 yaşdan, xx.xx.2015-ci il tarixdiən yaşa görə əmək pensiyasının təyin olunmasını istəyir. Sözügedən qanunda qadınlar üçün 55 yaş, 20 il staj nəzərdə tutulduğundan iddiaçı tərəfindən iddia tələbi düzgün qoyulmamışdır. Həmçinin 13 iyun 1997-ci il tarixli dəyşikliyə müvafiq olaraq sözügedən Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçının iddia etdiyi 57 yaşdan yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2015-ci ildən yaranır. Həmin dövrdə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğundan iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad edə bilməz. İddiaçı tərəfindən cavabdehə təqdim edilən əmək kitabçası və təhsil haqqında diplomun surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət də nəzərə alınmaqla) 9 il 1 ay 25 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 9 il 1 ay 25 gündən ibarət olmaqla, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Şaumyan rayon 165 saylı körpələr evində işlədiyi dövr, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Uşaq və X1 işlədiyi dövrlər, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evində işlədiyi dövrləri əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi (xx.xx.1983-cü il tarixdən 13.02. 1998-ci il tarixədək 208 saylı körpələr evində işlədiyi dövrlər) müəyyən edilmişdir. Sözügedən dövrlərin mübahisələndirmə əsası isə həmin dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilməməsidir. Mübahisələndirilən sosial sığorta stajı cəmi 14 il 11 ay 12 gündür. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlər iddiaçının əmək kitabçasında qeyd olunmalı idi. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya məxsus sosial sığorta stajının mübahisəli və mübahisəsiz dövrlərini toplasaq belə, yenə də 25 il tamamlanmır. Cəmi 24 il 4 ay 13 gün sosial sığorta stajı təşkil edir. İddiaçıya xx.xx.2020-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən isə 220 manata çatdırılmışıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sosial sığorta stajı 25 ildən az (9 il 1 ay gün) olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsibi məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığınız müddət nəzərə alınmaqla) 9 il 1 ay 25 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyətiniz əmək kitabçanızın surətində öz əksini tapmadığından həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, qeyd olunan əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri təqdim edəcəyiniz təqdirdə əmək fəaliyyətiniz 24 il 1 ay 7 gün təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
9. İş materiallarında olan xx.xx.1979-cu ildə verilmiş D-İ seriyalı 018536 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 1975-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1979-cu ildə pedaqogika və psixologiya ixtisası üzrə tam kursu bitirərək ona Dövlət İmtahan Komissiyasının xx.xx.1979-cu il tarixli qərarı ilə məktəbəqədər pedaqogika və psixologiya üzrə tərbiyəçi metodist ixtisası verilmişdir.
10. İş materiallarında olan iddiaçı Rəhimova (Səmədova) Solmaz Sabir qızına məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Şaumyan rayon 165 saylı uşaq bağçası-körpələr evinə tərbiyəçi kimi təyin olunmuş, xx.xx.1983-cü ildə işdən azad edilmiş və 208 saylı uşaq bağçası-körpələr evinə keçirilmiş, həmin ildə 208 saylı uşaq bağçası-körpələr evinə xəstə tərbiyəçinin əvəzinə müvəqqəti qəbul edilmiş, xx.xx.1983-cü ildə xəstə tərbiyəçilərin əvəzinə müvəqqəti işləyən tərbiyəçi daimi sayılmış, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.2000-ci ildə Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində kitabxanaçı vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci ildə dərnək rəhbəri vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2005-ci ildə Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evinə müvəqqəti əvəzedici tərbiyəçi təyin edilmişdir.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III.Məhkəmənin mövqeyi
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2 maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;
19. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
20. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 9 il 1 ay 25 gün təşkil edir. İddiaçının əmək kitabçası qeydlərinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı müddət, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Şaumyan rayon 165 saylı körpələr evinda işlədiyi dövr, xx.xx.2000-ci il tarixdan xx.xx.2001-ci il tarixədək Uşaq və X1 işlədiyi dövrlər, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixədək Ceyranbatan qəsəbəsi 1 saylı körpələr evində işlədiyi dövrlər onun əmək stajını təşkil edir. İddiaçı bu dövrə aid olan xx.xx.1983 - xx.xx.1998-ci il tarixinədək olan müddət ərzində əmək kitabçasındakı qeydə əsasən 208 saylı körpələr evində əmək fəaliyyətinə cəlb edildiyini bildirir.
21. Məhkəmə araşdımasının nəticəsində iddiaçının xx.xx.1983 - xx.xx.1998-ci il tarixinədək olan müddət ərzində 208 saylı körpələr evində fəaliyyətini (24 il 1 ay 7 gün) nəzərə alaraq 25 il stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.
22. İddiaçının da iddia etdiyi 57 yaşdan yaşa görə əmək pensiyası almaq hüququnun xx.xx.2015-ci ildən yaranması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu güvvədə olduğundan iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilə bilməz.
23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.
24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva