Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6719/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsliərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli *** **** 2334 660 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə; 02 fevral 2022-ci il tarixli *** **** 2334 660 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə; 02 fevral 2022-ci il tarixli *** **** 2334 658 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X13 direktoru Yural Cahangirov 05/21 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda adı qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMC-yə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şəraitin yaradılması xahiş olunmuşdur. Bununla edilmiş müraciət nəzərə alınmış, Bilgi X19 və İddiaçı mMC arasında‘Bilgi” X13 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli Müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən əsasən Tədris Mərkəzi ixtisaslı tələbələrin hazırlanmasına dair tədris plan və proqramlarına əsaslanaraq 22 noyabr 2021-ci il tarixdən 22 noyabr 2022-ci il tarixinə kimi “Aşpazlıq” və “Şirniyyat” peşəsi üzrə tədris mərkəzinin tələblərini istehsalat təcrübəsinə göndərilməli, peşə üzrə təcrübə alan hər bir tələbənin soyadı, adı, atasının adı göstərilməklə siyahı tərtib edilməlidir. Müəssisəyə istehsalat təcrübəsinə göndərilən tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, iş yerlərinə və müəssisələrin ərazisində davranış qaydalarını, təhlükəsizlik iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etməli. Təcrübə dövründə müəssisədə mövcud olan intizam qaydaları tələbələrə izah edilməlidir. “Bilgi” X13 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli müqavilənin şərtləri əsasında bağlanmış “Dövlət və qeyri-dövlət müəssisələri arasında bağlanan” müqavilələr əsasında tələbələr X8, X9, X5 və X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 1 ay müddətinə təcrübəyə göndərilmişlər. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X19ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin, buna baxmayaraq heç bir hüquqi əsas olmadan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları bu tələbələri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən 4 nəfər şəxs əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərarlar qəbul edilmiş və "xxxx" MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən müvafiq olaraq 4000 manat, 4000 manat və 8000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər, Baş İdarəsi tərəfindən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli Qərarları əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi-pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən, istehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən, dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Həmin Əsasnamənin 4.3-ci bəndinə əsasən, təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Əsasnamənin 4.4-ci bəndinə əsasən, istehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir. Həmin Əsasnamənin 4.5--ci bəndinə əsasən, istehsalat təcrübəsi təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Göründüyü kimi, “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli Qərarlarda əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş işçi kimi qeyd edilən şəxslər əslində istehsalat təcrübəsini keçən tələblərdir. Təcrübəçi tələbələrin maddi təminatını qarşılamaq isə birbaşa Tədris Mərkəzinin öhdəliklərinə aiddir. Qeyd edilən tələbələrin MMC-də işə cəlb edilmədiyi öz təsdiqini tapdığı halda cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyinin tələblərinin kobud pozulması barədə qərarlar qəbul edilmişdir
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı və xx.xx.2022-ci il tarixli **********4658 saylı qərarların ləğv edilməsi» tələbi üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı qərarın ləğv edilməsi» tələbi üzrə icraat ayrılmışdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz və etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5129 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov 140 ünvanında yerləşən “ÖZSÜT” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004234 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verəməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4660 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5135 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr 29 ünvanında yerləşən “ÖZSÜT” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004237 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin 2 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4658 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 8.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5130 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr 830-835 ci məhəllədə yerləşən “ÖZSÜT" Gənclik Moll restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki (X3) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4662 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4,000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X13 direktoru Yural Cahangirov 05/21 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMC-yə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şəraitin yaradılması xahiş edilmişdir. Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.18-ci maddəsinə əsasən peşə təhsili müəssisəsi - əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsidir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.47-ci mədəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin qanunun 14.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq "Tələbəməzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin” 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, “Bilgi" X19 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Həmçinin, Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikasının Qanunun Təhsil fəaliyyətinin 5.3-cü bəndində qeyd olunur ki, dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. Göründüyü kimi, “Bilgi” X13 lisenziyası olmadığı halda, “Aşpaz” ixtisaslı kadrların yetişdirməsi qanunun tələblərinə ziddir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, “Bilgi" X7vericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. Digər tərəfdən də, “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilələr həmin qərarın tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X13 direktoru 05/21 nömrəli məktubla “Özsüt Azerbaijan" MMC-yə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda adı qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMC-yə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şərait yaradılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Təhsil haqqında qanunun 1.0.47-ci bəndinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.2-ci bəndinə əsasən İstehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, "Bilgi” X19 dövlət və qeyri-dövlət təhsil müəəsisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügədən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: -müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; -bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; -tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; -yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; -müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.
5. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5135 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
6. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004237 akta əsasən, iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində iki nəfər işçinin (X9 və X6) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: -xx.xx.1991-ci il təvəllüdlü X9 tərəfindən verilmiş izahata əsasən o, 11 noyabr tarixindən təcrübəçi olaraq işə götürülüb. Əmək müqaviləsinin bağlanmamasının səbəbi təhsil aldığı “Bilgi” X19 ilə bağlanan, onun təcrübəçi olduğunu sübut edən ikitərəfli müqavilədir. -xx.xx.2004-cü il təvəllüdlü X6 tərəfindən verilmiş izahata əsasən, 29 sentyabr tarixindən təcrübəçi olaraq işə götürülüb. Əmək müqaviləsinin bağlanmamasının səbəbi təhsil aldığı “Bilgi” X19 ilə bağlanan, onun təcrübəçi olduğunu sübut edən ikitərəfli müqavilədir. - iddiaçının Bakı şəhəri, Mətbuat pr. 29 Park ərazisindəki obyektində rəhbərliyi həyata keçiriən X10 izahatında bildirmişdir ki, qeyd edilən iki nəfər şəxslə müqavilə bağlanmamasının səbəbi təcübəçi olaraq fəaliyyət göstərmələridir, oxuduqları təhsil müəssisəsi ilə şirkəti arasında təcrübəçi olduqlarını sübut edən ikitərəfli müqavilə mövcuddur.
7. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli qərar ilə keçirilmiş Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004237 akta əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
8. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5129 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Tərlan Əliyarbəyov 140 ünvanındakı obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
9. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004243 akta əsasən, iddiaçının Bakı şəhəri, Tərlan Əliyarbəyov 140 ünvanındakı obyektində bir nəfər işçinin (X5) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: -xx.xx.2001-ci il təvəllüdlü X5 tərəfindən verilmiş izahata əsasən o, xx.xx.2021-ci il tarixindən aşpazlıq üzrə praktikant olaraq işə götürülüb. Heç bir əmək haqqı almadan işi öyrənir. - Həmin tarixdə tərtib edilmiş akta əsasən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi obyektdə olmamış və sonradan gələ bilməmişdir.
10. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4660 nömrəli qərarı ilə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004243 akta əsasən, əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
11. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5130 nömrəli qərara əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu Fətəlixan Xoyski pr., 830- 835-ci məhəllə ünvanındakı obyektində nağd pul hesablaşmaların aparılması qaydalarına riayət olunması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, sahbkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən həmin yoxlama xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
12. Operativ vergi nəzarətinin nəticəsi haqqında 20 dekabr 2021-ci il tarixli DVX№004247 akta əsasən, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu Fətəlixan Xoyski pr., 830-835-ci məhəllə ünvanındakı obyektində bir nəfər işçinin (X8) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirməyə cəlb olunduğu müəyyən edilmişdir: -xx.xx.2006-cı il təvəllüdlü X8 tərəfindən verilmiş izahata əsasən o, iş yeri və vəzifəsini Özsütdə aşpaz təcrübəçisi kimi qeyd etmiş, 3 gün müddətdir ki, aşpaz vəzifəsi üzrə işə götürüldüyünü, əmək haqqının hələ ki təyin edilmədiyini bildirmişdir. - Həmin tarixdə tərtib edilmiş akta əsasən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi obyektdə olmamış və sonradan gələ bilməmişdir.
13. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ilə 20 dekabr 2021-ci il tarixli DVX№004247 akta əsasən İddiaçı MMC (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
14. Bilgi X13 tələbələrinin istehsalat təlimi və təcrübə keçməsi haqqında İddiaçı MMC ilə Fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır.
15. Həmin müqavilə ilə əlaqədar İddiaçı MMC ilə Fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasındakı əlavələrə əsasən X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X6 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X5 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində və X8 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində istehsalat təcrübəsi keçməlidirlər.
16. Məhkəmənin e-2-1(112)-6719/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə 2- 1(112)-7092/2022 nömrəli iş üzrə məhkəmə icraatı e-2-1(112)-6719/2022 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilmiş; Məhkəmənin eyni tarixli qərardadı ilə 2-1(112)- 7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir.
17. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli, xx.xx.2022-ci il tarixli **********4660 nömrəli, xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarların ləğv edilməsi kimi dəyişdirilmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ Vergi Nəzarət İdarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X4 ifadə verərək bildirdi ki, İddiaçı MMC-nin Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanındakı obyektində operativ vergi nəzarəti həyata keçirərkən 2 nəfərin əmək müqaviləsi bağlanmadan işlədiyi müəyyən edilmişdir. Həmin işçilər praktikant olduqlarını bildirmişlər, lakin bu barədə müqavilə təqdim etməmişlər. Həmin işçilərin yazılı izahatlarını alıblar və dəqiqləşdiriblər ki, onlar müqaviləsiz işləyirlər.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ Vergi Nəzarət İdarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin dövlət vergi müfəttişi X12 ifadə verərək bildirdi ki, İddiaçı MMC-nin Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanındakı obyektində operativ vergi nəzarəti həyata keçirərkən 2 nəfərin əmək müqaviləsi bağlanmadan işlədiyi müəyyən edilmişdir. Həmin işçilər praktikant olduqlarını, təcrübə keçdiklərini və əmək haqqı almadıqlarını bildirdilər.
20. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) dəyişdirilmiş iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, altı nəfər işçi ilə əmək müqaviləsi bağlanılıb, digər iki nəfərlə əmək münasibətləri mövcud olmayıb.
21. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********4123 nömrəli qərarla İddiaçı MMC Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilməmiş, qüvvədədir. Bu səbəbdən hazırda tətbiq edilən maliyyə sanksiyaları xx.xx.2022-ci il tarixli qərarla tətbiq edilmiş olsa da, 2021-ci təqvim ili ərzində həmin hala ikinci dəfə yol verildiyi üçün Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər işçiyə münasibətdə 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
22. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
24. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
26. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
27. Mübahisələndirilən qərarlar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
28. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
29. Mübahisələndirilən qərarların ləğvi ilə bağlı tələb bir-biri ilə əlaqəlidir, bir cavabdehə yönəlib və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğundan iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
30. iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
31. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
32. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.
33. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X9 tərəfindən verilmiş izahata əsasən o, 11 noyabr tarixindən, X6 tərəfindən verilmiş izahata əsasən, 29 sentyabr tarixindən, X5 tərəfindən verilmiş izahata əsasən o, xx.xx.2021-ci il tarixindən aşpazlıq üzrə praktikant olaraq işə götürüldüyünü, X8 3 gün müddətdir ki, aşpaz vəzifəsi üzrə işə götürüldüyünü (iş yeri və vəzifəsini Özsütdə aşpaz təcrübəçisi kimi qeyd etmiş) bildirmişlər. Bilgi X13 tələbələrinin istehsalat təlimi və təcrübə keçməsi haqqında İddiaçı MMC ilə fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasında müqavilə isə xx.xx.2021-ci il tarixlidir. Həmin müqavilə ilə əlaqədar İddiaçı MMC ilə fərdi sahibkar Tural Cahangirov (VÖEN:**********) arasındakı əlavələrə əsasən X9 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X6 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində, X5 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində və X8 xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində istehsalat təcrübəsi keçməlidirlər.
34. Odur ki, məhkəmə qeyd edir ki, X9, X6 və X2 izahatlarına əsasən onlar fərdi sahibkar Tural Cahangirovla (Bilgi X19) bağlanmış qeyd edilən xx.xx.2021-ci il tarixli müqavilədən əvvəl (29 sentyabrdan və 11 noyabrdan) işlərin yerinə yetirməsinə cəlb edilmişlər.
35. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli **********4123 nömrəli qərarla İddiaçı MMC Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilməmiş, qüvvədədir. Bu səbəbdən hazırda tətbiq edilən maliyyə sanksiyaları xx.xx.2022-ci il tarixli qərarla tətbiq edilmiş olsa da, 2021-ci təqvim ili ərzində həmin hala ikinci dəfə yol verildiyi üçün Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər işçiyə münasibətdə 4000 manat maliyyə sanksiyası tətbiq edilməsinə dair vergi orqanının dəlilini əsaslı hesab edilməlidir.
36. X8 tərəfindən verilən izahatda isə 3 gündür ki, aşpaz peşəsi üzrə praktikant olaraq işlədiyini qeyd etmişdir. Onun barəsində müqavilə də məhz xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Odur ki, məhkəmə iddiaçı ilə həmin şəxs arasında faktiki olaraq əmək münasibətlərinin olduğu qənaətinə gəlmir.
37. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmasına görə tətbiq edilir.
38. Odur ki, həyata keçirilmiş operariv nəzarəti tədbiri nəticəsində işçilərlə faktiki olaraq əmək münasibətlərinin mövcud olmadığı müəyyən edildikdə müvafiq maliyyə sanksiyası tətbiq edilməməli, lakin nəzərə alınmalıdır ki, yoxlama zamanı hazırki işdə olduğu kimi digər qanunsuz halların əlamətləri müəyyən edildikdə (eləcə də digər vergi ödəyicisinin fəaliyyəti ilə bağlı) vergi orqanının Vergi Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsasları yaranmaqla yanaşı (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda), həmin hallarla bağlı qanunvericiliyin imkan verdiyi digər tədbirləri görə bilər.
39. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
40. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
41. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarın əsaslılığına tənqidi yanaşır və hesab edir ki, cavabdeh həmin hissədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsininin İddiaçı MMC barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva