Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6764/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya məxsus qeyri-yaşayış binasının su təchizatı ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və binaya yeni suölçən cihazın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «cavabdehin hərəkətsizliyinin (hərəkətlərinin) qanunsuz sayılması və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir və bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən reyestrdən çıxarış verilmişdir. İddiaçı həmin obyektdə sayğacın quraşdırılması barədə 28 dekabr 2022-ci il tarixdə Cavabdeh ASC-yə müraciət etmişdir. Müraciət etdiyi tarixdən 35 gündən artıq müddət keçmiş, lakin cavabdeh tərəfindən ona cavab verilməmiş, tələbinin icrası ilə əlaqədar hər hansı hərəkət edilməmişdir. Buna görə də, iddiaçı Cavabdeh ASC-nin hərəkətsizliyi nəticəsində sözügedən qeyri-yaşayış sahəsindən istifadə edə, həmin əmlakdan fayda götürə bilmir, bu isə onun mülkiyyətlə bağlı konstitusion hüquqlarını pozur. «İstehlakçıların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Təbii inhisar subyektlərinin Siyahısı»nın 41-ci hissəsinə əsasən Cavabdeh ASC baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı üzrə təbii inhisar hesab edilir. Göründüyü kimi, bu halda iddiaçının hüquqlarını təmin etmək üçün cavabdehdən başqa müraciət edə biləcəyi instansiya yoxudur, cavabdeh isə hərəkətsizlik göstərir. İddiaçı tərəfindən sayğacla bağlı 28 oktyabr 2022-ci il tarixdə də müraciət edilmiş və həmin müraciətə cavab verilərkən, mülkiyyətindəki obyektin su təminatını qaydaya salmaq əvəzinə əsassız olaraq hesablanmış borc məbləğinə istinad edilmişdir. Obyekt uzun müddətdir ki, istifadəsiz qalmışdır və orada hər hansı su istehlakı mümkün deyildir. Göstərilənlərə əsaslanaraq, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yeni sayğac qoyulması ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin obyektə yeni sayğac quraşdırılması öhdəliyinin qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçı ilə ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının su təchizatı ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və həmin binaya yeni suölçən cihazın (sayğacın) quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X4»nın 1.2-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir, istehlakçı – su təchizatı və kanalizasiya müəssisəsinn xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 1.6-cı bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələri sırasına daxildir. Həmin Qaydaların 3-cü bəndinə görə görə su təchizatı və kanalizasiya müəssisəsinin hüquqları sırasına smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək daxildir (3.1.2). Həmin Qaydaların 6.1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və su təchizatı və kanalizasiya müəssisəsinin plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Həmin Qaydaların 8.4-cü bəndinə görə su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, su təchizatı və kanalizasiya müəssisəsindən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci bəndinə görə su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Həmin Qaydaların 8.6-cı bəndinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25 iyul 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ASC-yə ünvanladığı 28 dekabr 2022-ci il tarixli müraciətin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçesi 260 ünvanında yerləşan qeyri-yaşayış binasına su xəttinin va kanalizasiya xəttinin çəkilməsi, həmçinin sayğacın (suölçən cihazın) quraşdırılması üçün lazımi tədbirlər görülməsi xahiş olunur. İş materiallarından görünür ki, Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış 5 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə ilə bağlı müraciətə Cavabdeh ASC-də baxılmışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü ii tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X4»na əsasən aparılır. Həmin Qaydaların 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlakçıların istifadə etdiyi suyun həcmi su təchizatı xəttində quraşdırılmış suölçəncihaz (su sayğacı və ya sənaye sərfölçəni) vasitəsilə ölçülür. Suölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçıları üçün Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri-əhali istehlakçıları üçün isə sayğac quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və .yaxud obyektə giriş hissəsində iç diametrindən (suburaxma qabliyyətindən və ya en kəsiyindən) aslı olaraq normativ qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Həmçinin əvvəlcədən sayğacı olmayan və boru diametrindən aslı olaraq normativ hesabat aparılan qeyri-əhali abonentlərində sayğac quraşdırılanadək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən aylıq istifadə norması «X4»nın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma ilə bağlı bildirilir ki, 10 fevral 2015-ci il tarixli X1 verilmiş 012/3/240-tş nömrəli texniki şərtlər əsasında obyekt, su və kanalizasiya şəbəkələrinə qoşularaq Cavabdeh ASC ilə fiziki şəxs İlqar Ağaşirinov (icarədar) arasında 26 fevral 2015-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 075183 saylı müqavilə bağlanmışdır. Yasamal Rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən, abonent kodu 075183 olan obyektin su xəttləri üzərində sayğac olmadığı dövr üçün hesabat normativə uyğun hesablanmışdır. 11 noyabr 2018-ci il tarixdə su xəttləri üzərində smart tipli sayğaclar quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə obyektin hesabında yaranmış borc 18.720.64 manat təşkil edir. “Azərsu" ASC-nin “Elektron su" portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcun öyrənilməsi və ödənlməsi, hesab fakturalara və ödənişlərə nəzarət edilməsi, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-nə müraciət etməklə müraciətin statusunun və icra mərhələsinin izlənilməsi mümkündür. «Sudan istifadə Qaydalan»nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclar su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödənilə bilər. Bunun üçün Yasamal Rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamaq tövsiyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə «X4»nın 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. Hazırkı işin halları ilə müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının yeni mülkiyyətçisi kimi Cavabdeh ASC-yə müraciət edərək, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə ilə əlaqədar həmin əmlaka yeni su qayğacının quraşdırılmasını xahiş etmişdir. Lakin Cavabdeh ASC qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisinin (istifadəçisinin) su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 18.720,64 manat məbləğində borcunun olmamasını əsas gətirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları daşınmaz əmlak, o cümlədən qeyri-yaşayış binalarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsini su təchizatı və kanalizasiya müəssisəsinin, yəni hazırkı Cavabdeh ASC-nin vəzifəsi kimi müəyyən etmiş və bununla bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə həmin qurum arasında alqı-satıq müqaviləsinin bağlanmasını, bundan sonra isə obyektə suölçən cihazın quraşdırılmasını nəzərdə tutmuşdur. Lakin nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik normaları qeyri-yaşayış binasının mülkiyyətçisinin dəyişdiyi halda, yeni mülkiyyətçisinin əvvəlki mülkiyyətçidən köçdüyü günə qədər sudan istifadəyə görə borcunun olmaması barədə müvafiq arayışı tələb etməsini mütləq saysa da, istehlakçı kimi yeni mülkiyyətçi ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında suyun alqı-satqı müqaviləsinin bağlanmasını və yeni suölçən cihazın quraşdılmasını qadağan etmir. «İstehlakçıların hüquqlarının qorunması haqqında» Qanunun 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə Cavabdeh ASC-nin mövqeyi ilə razılaşmır və vurğulayır ki, qeyri-ya.ayış binasının əvvəlki mülkiyyətçisinin və istifadəçisinin su təchizatı ilə bağlı borcunun olması yeni mülkiyyətçi kimi hazırkı İddiaçı ilə su təchizatı və kanalizasiya müəssisəsi qismində çıxış edən Cavabdeh ASC arasında suyun alqı-satqı müqaviləsinin bağlanmasından və yeni suölçən cihazın quraşdırılmasən imtina üçün əsas ola bilməz. Odur ki, məhkəmə Cavabdeh ASC-nin hərəkətləri (imtinası) qanuna zidd qiymətləndirir və hesab edir ki, bu imtina istehlakçı kimi hazırkı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh ASC-nin imtinası qanunsuz sayılmalı və İddiaçı ilə ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının su təchizatı ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və həmin binaya yeni suölçən cihazın (sayğacın) quraşdırılması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin imtinası qanunsuz sayılsın və İddiaçı ilə ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının su təchizatı ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və həmin binaya yeni suölçən cihazın (sayğacın) quraşdırılması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-6764/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6764/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver