Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6774/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı üçüncü şəxslər qismində X9 və X10 cəlb edilməklə “iddiaçının övladları X9 və X8 doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi” iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçının övladları X9 və X8 doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1953-cü ildə anadan olmuşdur. İddiaçının anası rus milliyətli X6, atası isə alman milliyətindən olan X1muşdur. Onun doğum haqqında şəhadətnaməsində də atasının milliyəti “alman” olaraq qeyd edilmişdir. Sonradan iddiaçı X11 adlı şəxslə nikaha daxil olmuş və Albrandt qızlıq soyadını İsmayılova soyadına dəyişmişdir. İddiaçının atası X2 ölüm haqqında şəhadətnaməsində, o cümlədən də valideynlərinin nikah şəhadətnaməsində atası X2 milliyəti alman kimi göstərilmişdir. İddiaçının oğlu X10 və qızı Ramazanova (İsmayılova) Elmina Əli qızının doğum haqqında şəhadətnamələrində İddiaçı milliyəti alman deyil rus kimi qeyd olunmuşdur. Qeyd edilən səhvlərin düzəldilməsi üçün iddiaçı Cavabdehnə müraciət etmiş və övladlarının doğum haqqında akt qeydlərinin ana bəndində milliyətinin “rus”dan “alman”a dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati qaydalarının 2.8.1 -ci bəndinə istinad edərək, bildirmişdir ki, iddiaçının övladlarının doğumu qeydiyyata alınarkən ana bəndində milliyyətinin rus yazılmasını iddiaçı qeyd etmiş və bu səbəbdən iddiaçının övladının doğum haqqında akt qeydinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçının övladlarını doğum haqqında şəhadətnamələri 1984-cü il və 1993-cü ildə verilmişdir. Belə olan halda cavabdehin həmin dövrdə qəbul edilməmiş qaydalara istinad etməsi tamamilə qanunsuzdur. Həmin qaydaların 2.8.1 -ci bəndinə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra - Vətəndaşlq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Doğum haqqında şəhadətnamələr verilərkən nə iddiaçıdan ərizə alınmış, nə də övladlarının doğumu haqqında akt qeydilərində və şəhadətnamələrdə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası ona izah edilmişdir. Təqdim dilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçının atasının milliyyəti alman olmuşdur. Bu isə iddiaçının özünün də milliyətinin alman olduğunu və sənədlərdə səhvən onun milliyyətinin rus kimi qeyd edildiyini birbaşa təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. II. İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə iclasında iştirak edən tərəfin izahatı və tədqiq edilmiş sübutlar
5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: ВЗ 716698 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.1953-cü il RSFSR, Krasnoyarsk vilayəti, Kansk şəhərində anadan olmuş, atası X4 alman milliyəti, anası X6 rus milliyəti qeyd edilmişdir. X9 **********724 nömrəli ərizəsinə əsasən bildirmişdir ki, 2-1(112)-6774/2023 saylı iş üzrə anasının tələbi ilə razıdır, təmin edilməsini xahiş etmişdir. X10 **********563 nömrəli ərizəsinə əsasən bildirmişdir ki, 2-1(112)-6774/2023 saylı iş üzrə anasının tələbi ilə razıdır, təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/76 162/15 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Övladının doğum haqqında akt qeydinin ana bəndində milliyyətin “rus”dan “alman”a dəyişdirilməsi dəyişdirilməsi imkan xaricindədir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə, Elmina və Eldar İsmayılovların doğumu haqqında akt qeydlərinin surətləri təqdim edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə X8, X5 doğum haqqında şəhadətnamələrinin surətləri, 311753 nömrəli İddiaçı ilə X11 nikah haqqında şəhadətnaməsi təqdim edilmişdir.
IV. Məhkəmənin mövqeyi
7.Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə əsasən hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. 9.Göründüyü kimi, milli mənsubiyyətin qorunub saxlanılması konstitision hüquqdur və kiminsə milli mənsubiyyətini dəyişdirilməsinə məcbur edilməsi yol verilməzdir. Konstitusion hüquq isə təkcə səlahiyyətli inzibati orqanın müdaxiləsindən çəkinmək xarakteri daşımayıb, o cümlədən inzibati orqanın aktiv hərəkətini də özündə ehtiva edir. Başqa sözlə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur edilməmə, məcbur edilmiş milli mənsubiyyəti məcburi olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini rəsmi olaraq bəyan etməsinə də şərait yaratmalıdır. Hər iki halın reallaşdırılması zamanı milli mənsubiyyətin qorunması hüququnun təminatından söhbət gedəcəkdir. Başqa sözlə təkcə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur etmənin qarşısını almaqla milli mənsubiyyət hüququnun təminatı baş vermir. Səlahiyyətli qurum bu zaman milli mənsubiyyəti məcbur olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini sənəd üzərində bərpa etməsinə də yönəlmiş tədbirləri də əsaslar mövcud olduğu təqdirdə həyata keçirməlidir. Hazırkı inzibati məhkəmə mübahisəsi də həmin şəhadətnamələrin verilməsinə əsas olmuş doğum akt qeyddə iddiaçının milliyyəti ilə bağlı məlumatlarda dəyişikliklərin edilməsi ilə bağlıdır ki, cavabdeh imtinasını Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəaları ilə əsaslandırır.
10. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəaları” nın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Cavabdehin imtinasında istinad etdiyi müddəanın tələbindən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı, indiki halda cavabdeh tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda həyata keçirilməlidir. Cavabdeh isə istinad etdiyi qanunvericilik müddəasının tələblərini nəzərə almamış, hazırkı dəyişikliyin edilməsinə dair heç bir mübahisənin olmamasını, eləcə də dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların olmasını nəzərə almadan iddianın təminindən imtina etmişdir. Halbuki, işin faktiki halları ilə dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların mövcudluğu sübut olunmaqla yanaşı iddianın təminini zəruri edən aşağıdakı maddi hüquq normalarının tələbləri də nəzərə alınmalıdır. 11.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
12. Doğum akt qeydində valideynlərin milliyyəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndi konkret qayda müəyyən etmişdir. Həmin bəndə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Həmin bənddə qeyd edilir ki, valideynlərin milliyyəti barədə qeyd şəxsin milliyyətinin göstəricidir.
13. Beləliklə səlahiyyətli inzibati orqanın alman milliyyətindən olan şəxsin milli mənsubiyyətini qoruyub saxlanılması ilə bağlı öhdəliyi şəxsin konstitusion hüququnun həyata keçirilməsindən irəli gəlir. İşin faktiki halları, yəni iddiaçının iddiasının təminini təsdiq edən iş materiallarında olan aidiyyəti sənədlər, eləcə də iddiaçının izahatı da sübut növü kimi mötəbər olmaqla iddianın təmini ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur.
14. Lakin qanunvericiliklə miliyyətinin şəxsin öz doğum akt qeydində göstərilməsi imkanı nəzərdə tutulmamışdır. Belə ki, şəxsin öz doğum haqqında akt qeydində və şəhadətnamədə milliyyəti onun ata və anasının milliyyəti ilə müəyyən olunur. İddiaçı da bununla əlaqədar inzibati orqana müraciət edərək, onun milliyyətinin göstərilə biləcəyi övladları ilə bağlı akt qeydi və şəhadətnamədə müvafiq dəyişikliklərin həyata keçirilməsini xahiş etmişdir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin Formalari”nın tələbinə əsasən məhz uşağın valideynləri ilə bağlı hissədə valideynin milliyyətinin yazılması imkanı nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının hüquqi marağına uyğun olaraq onun milliyyətinin məhz övladlarına məxsus doğum haqqında akt qeydlərində “alman” kimi müəyyən olunması zəruridir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı övladları X9 və X8 doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidır.
18. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı övladları X9 və X8 doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа