Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6799/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2656 nömrəli qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindəhRUBY” MMC- yə xx.xx.2021-ci il tarixli **********031400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2018-ci il üzrə 24542,27 manat, xx.xx.2022-ci il tarixli **********163500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2019-cu il üzrə 18082,19 manat və xx.xx.2022-ci il tarixli **********57200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 2020-ci il üzrə 53315,37 manat həcmində mənfəət vergisinin və bununla bağlı hesablanmış xx.xx.2022-ci il tarixə 33176,54 manat həcmində faizlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********031400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2018-ci il üzrə 24542,27 manat, xx.xx.2022-ci il tarixli **********163500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2019-cu il üzrə 18082,19 manat və xx.xx.2022-ci il tarixli **********57200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2020-ci il üzrə 53315,37 manat həcmində mənfəət vergisi və xx.xx.2022-ci il tarixə 33176,54 manat həcmində faizlər hesablanmışdır. Əlavə vergilərin hesablanmasına əsas kimi "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMCyə (VÖEN:1********) 2017-2020-ci illər ərzində borc verilmiş vəsait təşkil etmişdir. Vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər onunla əsaslandırılmışdır ki, güya "xxxx" MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə borc müqaviləsi əsasında verdiyi və "xxxx" MMC-nin borc verdiyi vəsaitlərlə bağlı əlavə gəlir əldə etdiyi ehtima olunduğundan, "xxxx" MMC-yə əlavə vergilər hesablanmışdır. Bundan başqa, "xxxx" MMC-nin vergi mükəlləfiyyəti dəyişdirilərək, sadələşdirilmiş vergi ödəyicisindən mənfəət vergisi ödəyicisi ilə əvəz olunmuşdur. Bildirir ki, vergi orqanının yanaşması tamamilə əsassız və qanunsuzdur. Belə ki, bank çıxarışlarından və müqavilələrdən görünür ki, "xxxx" MMC özünün təsis etdiyi cəmiyyətə borc olaraq vermişdir. Bu borc müqavilələri ilə bağlı "xxxx" MMC heç bir əlavə gəlir əldə etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Qeyd edilən normaların tələblərindən aydın olur ki, mənfəət vergisinin obyekti hüquqi şəxsin mənfəəti olmalıdır. Əgər heç bir mənfəət yoxdursa mənfəət vergisindən söhbət gedə bilməz. Belə ki, "xxxx" MMC-nintörəmə cəmiyyətə verdiyi borcun sonradan geri qaytarılmasından "xxxx" MMCheç bir mənfəət əldə etməmişdir. Vergi orqanı isə "xxxx" MMC-ni kredit təşkilatı hesab edərək borc verilmiş vəsaitin geri qaytarılmasından əlavə faiz alındığını iddia edərək, həmin əlavə faizdən 20 % dərəcə ilə mənfəət vergisi hesablamışdır. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3- cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********163500 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 18082,19 manat vergi müəyyən edilmişdir.
4. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********031400 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 24542,27 manat vergi müəyyən edilmişdir.
5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********572000 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 53315,37 manat vergi müəyyən edilmişdir.
6. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********120700 nömrəli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 53315,37 manat vergi müəyyən edilmişdir. Həmin qərara əsasən, xx.xx.2022-ci il tarixli **********572000 nömrəli qərar ləğv edilmişdir.
7. İddiaçı MMC-nin nizamnaməsinə əsasən təsisçisi X3r.
8. "xxxx" MMC-nin nizamnaməsinə əsasən təsisçiləri "xxxx" MMC (99%) və İddiaçı MMC-dir (1%).
9. İddiaçı tərəfindən inzibati şikayət verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə şirkətə 2018-ci il üzrə 24 542,27 manat, 2019-cu il üzrə 18 082,19 manat və 2020-ci il üzrə isə 53 315,37 manat olmaqla, cəmi 95 939,83 manat mənfəət vergisi hesablanmışdır. Hesablamanın obyekti təsisçisi olduğumuz şirkətə verdiyimiz təsisçi borcunun bizə qaytarılması olmuşdur. Qeyd edilən hesablama qanunsuz və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Qeyd edilən normaların tələblərindən aydın olur ki, mənfəət vergisinin obyekti hüquqi şəxsin mənfəəti olmalıdır. Əgər ortada heç bir mənfəət yoxdursa mənfəət vergisindən söhbət gedə bilməz. Belə ki, şirkətimizin törəmə şirkətimizə verdiyi borcun sonradan geri qaytarılmasından şirkətimiz heç bir mənfəət əldə etməmişdir. Vergi orqanı isə bizi kredit təşkilatı hesab edərək bizə qaytarılan vəsaitdən əlavə faiz aldığımızı iddia edərək həmin əlavə faizdən 20 % dərəcə ilə bizə mənfəət vergisi hesablamışdır. Vergi orqanı Mülki Məcəllənin 739.2- ci maddəsinə istinad etmişdir. Bu istinad tamamilə qanunsuzdur. Belə ki, həmin maddədə qeyd edilmişdir ki. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Vergi orqanının məntiqi ilə məsələyə yanaşsaq onda gərək pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlamış bütün şəxslər borcun qaytarılması zamanı faiz ödəsin və borc verən tərəf mütləq qaydada kredit təşkilatı olsun. Halbuki, Mülki Məcəlləsinin 739-cu maddəsinə kompleks qaydada baxılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi Mülki Məcəllənin 739-cu maddəsi o halda borc müqaviləsi müqabilində borcun faizlə qaytarılmasını nəzərdə tutur ki, borc verən şəxs peşəkar qaydada bu fəaliyyətlə məşğul olsun. Bizim şirkətimiz isə kredit təşkilatı deyil və biz borcu öz törəmə müəssisəmizə vermişik. Mülki Məcəllənin 67.1-ci maddəsinə əsasən təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Şirkətimiz kredit təşkilatı olmadığından Vergi Məcəlləsinin 140.4-cü və 218.5.2-ci maddələri bizə tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq, şirkətimizə xx.xx.2021- ci il tarixli **********598500 saylı kameral qərarla 2018-ci il üzrə hesablanmış 24 252,27 manat, xx.xx.2021-ci il tarixli **********823200 saylı kameral qərarla 2019-cu il üzrə hesablanmış 18 082,19 manat və xx.xx.2021-ci il tarixli **********985500 saylı kameral qərarla 2020-ci il üzrə hesablanmış 53315,37 manat, cəmi 95939,83 manat mənfəət vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********337300 nömrəli qərarına əsasən İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti üzrə icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətində mənfəət vergisi bəyannamələri üzrə hesablanmış 2018-ci il üçün 24542,27 manat, 2019-cu il üçün 18082,19 manat və 2020-ci il üçün 53315,37 manat vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC-nin eyni predmet üzrə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə (1(112)-6799/2022) müraciət etdiyi və halhazırda məhkəmə çəkişməsinin davam etdiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət nstansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.
11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********031400 saylı qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Hüquqi şəxs İddiaçı MMC xx.xx.2016-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ‘‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mahiyyəti ilə bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi hüquqi şəxs tərəfindən faizsiz verilmiş borc məbləği vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmalıdır. Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, bu Məcəllənin 123.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır. Araşdırma zamanı bank hesabından çıxarış məlumatlarına əsasən "xxxx" MMC-nin təsisçisinə 2018-ci il ərzində ******* manat, 2019-cu il ərzində ******* manat, 2020-ci il ərzində ******* manat məbləğlərində borc verdiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur ki, bu da dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma riski və vergi öhdəliklərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilir. Belə ki, vergi qanunvericiliyinə əsasən təsisçi hüquqi şəxs tərəfindən faizsiz verilmiş borc məbləği vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlər müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi hesablanmalıdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********053800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmamışdır. Yaranmış kənarlaşmalarla bağlı 2018-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,35%-13,69%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 122711,35 olması nəzərə alınmaqla 24542,27 manat, 2019-cu il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,08 %) və verilmiş borclar üzrə faiz gəlirlərinin 90 410,93 manat olması nəzərə alınmaqla 18082,19 manat, 2020-ci il üzrə Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsi (13,63%- 13,79%) və verilmiş borclar üzrə faiz gəlirlərinin 266576,85 manat olması nəzərə alınmaqla 53315,37 manat müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələri üzrə əlavə vergi məbləğləri hesablanmışdır və bu barədə xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********163500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərarla bağlı bildiririk ki, iddiaçı tərəfindən 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, yenidən aparılmış kameral yoxlama nəticəsində xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərar ləğv edilərək, xx.xx.2022-ci il tarixli, **********120700 saylı qərar qəbul edilmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçının mükəlləfiyyəti dəyişdirilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. ‘ Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi odayicisinin vəzifəsidir. Habelə Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bununla əlaqədar iddiaçı “Ruby" MMC-nin iddiasının xx.xx.2021-ci il tarixli, **********031400 nömrəli xx.xx.2022-ci il tarixli, **********572000 nömrəli qərarların ləğv edilməsi hissəsində mümkün sayılmaması, qalan hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi xx.xx.2021-ci il tarixli, **********031400 saylı, xx.xx.2022-ci il tarixli, **********163500 saylı, xx.xx.2022-ci il tarixli, **********120700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqıarının hesablanması barədə” qərarların və bununla bağlı hesablanmış faizlərin ləğv edilməsi, İddiaçı MMC-nin vergi mükəlləfiyyətinin dəyişdirilərək sadələşdirilmiş vergi ödəyicisi olmasına dair qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində xx.xx.2021-ci il tarixli, **********031400 saylı, xx.xx.2022-ci il tarixli, **********163500 saylı, xx.xx.2022-ci il tarixli, **********120700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi kimi dəyişdirilmişdir. Cavabdeh iddianın dəyişdirilməsinə etiraz etməmişdir.
14. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
16. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
20. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
22. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
23. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
24. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.
25. Vergi orqanının mübahisələndirilən qərarları eyni əsaslara söykənməklə fərqli dövrlərə (2018, 2019 və 2020-ci ilə) aiddir. Odur ki, mübahisələndirilən qərarlar bir-biri ilə əlaqədardır, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, odur ki, həmin tələblər bir iddiada birləşdirilə bilər.
26. İPM-in 37-ci maaddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
27. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
28. Məhkəmə qeyd edir ki, kameral vergi yoxlamasına əsasən müvafiq hesablama İddiaçı MMC-nin təsisçisi olduğu "xxxx" MMC-yə 2018-ci il ərzində 2.114.100 manat, 2019-cu il ərzində 1.965.455 manat, 2020-ci il ərzində 4.885.500 manat faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faizlərin müəssisənin gəlirlərinə daxil edilməklə mənfəət vergisi ilə bağlıdır.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. Vergi Məcəlləsindən: 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.
31. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mənfəətini müəyyən etməmişdir.
32. Belə ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. İddiaçı MMC ilə borc (kredit) verdiyi "xxxx" MMC təsadüfi şəxslər deyil, iddiaçı həmin hüquqi şəxsin təsisçilərindən biridir.
33. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
34. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində xx.xx.2021-ci il tarixli **********031400 nömrəli, xx.xx.2022-ci il tarixli **********163500 nömrəli, xx.xx.2022-ci il tarixli **********120700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva