Məhkəmə qərarları › İş №e-2-1(112)-6818/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6818/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6818/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü Xrebtovi 129/110, 87 saylı yaşayış evinin özəlləşdirilərək, üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, aparılmış dəyişiklikləri qeyd etməklə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinə əsasən iddiaçının adına olan Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı (1 Alatava 87) yaşayış evini mənzil yaşayış fondunun balansına götürülməklə oğlu X6 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həmin evə üç nəfər ailə tərkibi üzrə (özü, anası İddiaçı və bacısı X7 ilə birlikdə) X2 adına orderin verilməsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qətnamə xx.xx.2005-ci il tarixdə qanuni qüvvəsini almış, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 87 saylı 2otaqdan ibarət, ümumi sahəsi 91,2 kv. m. olan birmərtəbəli yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsinin X6 ilə bağlanması (ailə tərkibi 3 nəfər X2 (özü), İddiaçı (anası) və X3 (bacısı) olmaqla) qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 577 nömrəli sərəncamı ilə xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncama Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı) yaşayış evinin sahəsi 144,4 kv. m. olan 5 otaqlı mənzilində yaşayan X4 orderin verilməsi və orderə X2 (özü), İddiaçı (anası) və X3 (bacısı) daxil edilməsi barədə bənd əlavə edilmişdir. Bundan sonra həmin mənzilə dair X2 adına 037146 nömrəli, xx.xx.2005-ci il tarixli order verilmişdir. Həmin mənzil köhnə təmirli və yaşamaq üçün yararsız vəziyyətə düşdüyündən mənzilin əsaslı təmir edilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli C- 51 nömrəli məktubu ilə təmirin aparılmasına razılıq verilmişdir. Beləliklə həmin mənzil təmir edilərək, yaşayış üçün yararlı hala salınmışdır. Onun ümumi sahəsində əlavə dəyişikliklər olmuşdur. Dəfələrlə müraciət edərək həmin dəyişikliklərin və yaşayış evinin adına dövlət qeydiyyatına alınmasını xahiş etsə də müraciətinin müsbət həll olunmayacağı bildirilmişdir. Həmin mənzildə oğlu X6, gəlini X8, nəvələri X12, X9 və iddiaçı qeydiyyatdadır. Nəvələri azyaşlı olduğundan gəlini və oğlu həmin yaşayış evinin iddiaçının adına özəlləşdirilməsinə razı olduqlarına dair notarial ərizə də təqdim etmişlər. Mənzilin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə etdiyi müraciətlər (şəxsən və Əmlak Xidmətləri Məkanı vasitəsi ilə) müxtəlif səbəblərlə öz müsbət həllini bu günə kimi tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş ünvan 2 ünvanında yerləşən 87 saylı evin – saylı mənzilinə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 577 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında verilmiş 037146 saylı, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakın sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı kimi göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili olduğu müəyyən edilmişdir. Əlavə sahələrlə bağlı iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşir. Fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Repspublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X10 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, 3-cü Xrebtovi 12 110, 87 saylı (İ Alatava) yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə, X11 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həmin evə üç nəfər ailə tərkibi ilə (özü, anası İddiaçı və bacısı X13 ilə birlikdə) X2 adına order verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “Yasamal Rayon Məhkəməsinin 16 mart 2005-ci il tarixli qətnaməsinin icrası haqqında” xx.xx.2005-ci il tarixli, 345 №-li sərəncamının surətindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2-727/2005 sayı 16 mart 2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən 87 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 91.2 kv. metr olan bir mərtəbəli evin mənzil yaşayış fondunun balansına götürülməklə, mənzilin kirayə müqaviləsinin X11 ilə bağlanması qərara alınmışdır: Ailə tərkibi 3 nəfər: 1. X6; 2. İddiaçı;

3. X7. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “xx.xx.2005-ci il tarixli 345 saylı sərəncama əlavə edilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 577 №-li sərəncamında qeyd olunmuşdur ki, MM-nin 48 maddəsini, “Qaydalar”ın 59-cu bəndini və mənzil fondunun özəlləşməsi haqqında qanunları nəzərə alaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 345 saylı sərəncamına aşağıdakı bəndin əlavə edilməsi qərara alınmışdır: Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 87 saylı evin sahəsi 114,4 kv.metr olan 5 otaq mənzilində yaşayan X4 order verilsin. Orderə daxil edilsin.

1. X6, 2. İddiaçı, 3. X7. Qeyd olunan sərəncam əsasında Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 5 otaqdan ibarət ümumi sahəsi 114,4 kv. metr olan 87 saylı evə dair X2 adına xx.xx.2005-ci il tarixdə 037146 №li order verilmişdir. X1 ilə yanaşı, anası İddiaçı və bacısı X3 adları qeyd olunmuşdur. ünvan 5 ünvanında yaşayan X4 ünvanlanmış C-51 №li 07 iyul 2005-ci il tarixli məktubda göstərilmişdir ki, qəza vəziyyətinə düşmüş evinin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında ərizəsinə cavab olaraq bildirilir ki, evin yaşayış üçün yararsız vəziyyətə düşməsini nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti onun təmir və bərpa olunmasına etiraz etmir. Bərpa işləri aparılarkən ətraf ərazinin sanitar vəziyyətinin pozulmasına yol verilməməlidir. 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 adına ünvan 6 ünvanına dair yaşayış sahəsinin texniki göstəriciləri tərtib olunmuşdur. “Asan 3” tərəfindən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 495626 №li arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.1977-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 ünvan 7 ünvanında pasport qeydiyyatındadır. X8 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş 7E- 61318 reyestr nömrəsi ilə qeyd olunmuş ərizənin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. X6 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş notarial təsdiq olunmuş 7E-401 reyestr nömrəsi ilə qeyd olunmuş ərizənin surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********28 saylı cavab məktubunda göstərilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin yaşayış sahəsi 114,0 kv.metr olan 5 otaqdan ibarət oldğu qeyd edildiyi halda faktiki daşınmaz əmlakın ümumi sahəsi 453.0 kv.metr, yaşayış sahəsi 66.7 kv.metr olan 4 otaqlı, iki mərtəbəli mansardlı fərdi evdir. Təqdim edilmiş razılıq ərizələrində daşınmaz əmlak fərdi ev kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Məhkəmənin müvafiq sorğusuna əsasən:

DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 144,4 kv. metr və faktiki yaşayış sahəsi isə 171.9 kv. metr, ümumi 457 kv. metr təşkil edir. Otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 5 otaq təşkil edir. Mənzil 2 mərtəbəli və mansard mərtəbədən ibarətdir. 34.0 kv. metr torpaq sahəsində yerləşir. Mənzil təqdim edilmiş eskizə uyğundur. Mənzilin faktiki vəziyyəti çəkilib işə əlavə olundu. 1-ci mərtəbənin döşəməsindən mansardın döşəməsinə qədər olan hündürlük H = 7.42 metrdir. Ayrı tikilidir.

İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş “X5”nin xx.xx.2024-cü il tarixli, 98 №-li mütəxəssis rəyində göstərilmişdir ki; Mütəxəssis qarşisinda qoyulmuş suallar:

1. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq nə qədər təşkil edir?

2. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatına daxil olub-olmaması müəyyən edilsin.

3. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetr boyu ölçüləri ilə üst-üstə düşüb-düşməməsi və ya kənarlaşma olub-olmaması müəyyən edilsin. Tədqiqatin nəticəsi:

1. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyü torpaq qatından belə götürüldüyü halda sonuncu mərtəbənin üzərinə qədər 8-11 metr arasında dəyişir. Bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq 12 metrdən azdır.

2. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud hündürlüyü 12 m-dən az olduğu üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aid olması müəyyən edilmişdir.

3. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetrboyu ölçüləri ilə üst-üstə düşür və kənarlaşma aşkar olunmadı. Bu o deməkdir ki, evin mövcud ölçüləri evin ilkin vəziyyətinə dair (bir mərtəbəli olan dövr üçün) olan ölçüləri ilə üst-üstə düşür.

4. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmamışdır.

Tətbiq edilən hüquq.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 7 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən mənzil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinə, həmin qətnamə əsasında verilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 345 №-li sərəncamına və Sərəncama əlavə edilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 577 №-li sərəncamına və həmin sərəncamlar əsasında iddiaçının da adı qeyd olunmaqla oğlu X2 adına verilmiş xx.xx.2005-ci il tarixdə 037146 №li orderə əsasən iddiaçıya və onun ailə üzvlərinə (yuxarıda adları qeyd olunmuş oğlu və qızı) ayrılmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir ki, qeyd olunan Qanunun tələblərinə görə iddiaçının mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər (order və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11 və 10.2.1 -ci maddələrinə əsasən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Cavabdehin imtinasının əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, orderin verildiyi zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 81-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi və yardımçı sahələr yalnız mənzilin abadlığını yaxşılaşdırmaq məqsədilə yenidən qurula və yenidən planlaşdırıla bilər və buna kirayəçinin, onunla birlikdə yaşayan ailə üzvlərinin, kirayədarın razılığı və yerli xalq deputatları Soveti icraiyyı komitəsinin icazəsi ilə yol verilir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzildə yenidən qurulma işləri həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna əsasən aparılmışdır. İş üzrə verilmiş mütəxəssis rəyindən də müəyyən olunur ki, mübahisəli mənzilin hündürlüyü torpaq qatından belə götürüldüyü halda sonuncu mərtəbənin üzərinə qədər 8- 11 metr arasında dəyişir ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq 12 metrdən az olmaqla yanaşı, 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetrboyu ölçüləri ilə üst-üstə düşür və kənarlaşma aşkar olunmamışdır. Bu isə o deməkdir ki, evin mövcud ölçüləri evin ilkin vəziyyətinə dair (bir mərtəbəli olan dövr üçün) olan ölçüləri ilə üst-üstə düşür.

4. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmamışdır.

Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 453.0 kv. metr, yaşayış sahəsi 66.7 kv. metr olan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar