Məhkəmə qərarları › İş №e-2-1(112)-6821/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6821/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6821/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-xx.xx.2007-ci illərdə 30 təqvim ilindən artiq müddətdə SSRİ ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət dövründə qüsursuz xidmət etdiyinə görə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və digər medallarla təltif edilmişdir. "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Prezidentin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixədək olan redaksiyasına əsasən Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Qeyd edilməlidir ki, sözügedən Fərmanın tətbiq təcrübəsinə dairAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(102)- 1769/2018 nömrəli qərarı ilə məhkəmə təcrübəsi formalaşmışdır və həmin qərarın mənasına görə Fərman onun qüvvəyə minməsindən sonra tərxis olunan hərbi qulluqçulara da şamil edilir. SSRİ Silahlı Qüvvələrində xidmət müddəti də, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə daxildir. SSRİ Silahlı Qüvvələrində xidmət müddətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə nəzərə alınması Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı ilə də, təsdiq edilir. Belə ki, xx.xx.2002-ci il tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı haqqında Əsasnamə"nin 1-ci maddəsinin mənasına əsasən SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti Respublikasının Silahlı Qüvvələrindəvə qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələri sıralarında xidmət müddətinə nəzərə alınır və silahlı birləşmə sıralarında 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-89/2022 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən də Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı medalının hərbi qulluqçuya verilməsi onun 20 təqvim ilindən artiq qüsursuz xidmət etməsini təsdiq edir. Qeyd edilənlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və müraciət xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına çatdırılmışdır. Cavabdeh isə həmin müraciətə 35 gün müddətində heç bir cavab verməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Beləliklə, İddiaçı (xx.xx.1993xx.xx.2007) Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil edir. İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 20 təqvim ili olmadığına görə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçıya məxsus ZE nömrəli ******* nömrəli hərbi biletə əsasən xx.xx.1957-ci il tarixdə anadan olmuş iddiaçı 1974-cü ildə 10-cu sinifi bitirib, 1978-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbini bitirib 1995-ci ildə Türkiyə Respublikasında 1 aylıq kurs keçib, xx.xx.1974-xx.xx.1992-ci il tarixlərində Sovet Ordusu Silahlı Qüvvələrində xidmət edib. xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Sumqayıt Şəhəri Mülki Müdafiə Qərargah rəisinin müavini, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərində Səfərbərliyin təşkili, komplektləşdirmə kadrlar şöbəsinin rəisi, xx.xx.1993-xx.xx.1995-ci il tarixlərində Briqada Komandirinin müavini, xx.xx.1995-xx.xx.2008-ci il tarixlərində Məktəb rəisinin tərbiyəvi və tədris işləri üzrə müavini işləmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2007-ci il tarixli 0560 saylı əmrinə əsasən ehtiyata tərxis olunmuşdur.

9. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 065t nömrəli 26 iyun 2003-cü il tarixli əmrilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur.

10. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 079t nömrəli 26 iyun 2003-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunmuşdur.

11. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 026t nömrəli 22 iyun 2004-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur.

12. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edilmişdir.

13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İddiaçı “mənzillə təmin edilmə tələbinə dair” 2-1(112)-6821/2024 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli 3-25-4/2-2286/2024 nömrəli sorğusuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Ehtiyatda olan polkovnik İddiaçı (xx.xx.1993-xx.xx.2007) Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil edir. İddiaçı V.Ə.X1 sıralarında ümumi xidmət müddəti 20 təqvim ili olmadığına gördə adı qeyd edilən Fərman ona şamil edilmir.

ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının cavabdehə müraciət etməsindən 35 gündən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.

21. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. ...

22. Hazırki işin hallarından görünür ki, iddiaçı 1974-cü ildə 10-cu sinifi bitirib, 1978-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbini bitirib 1995-ci ildə Türkiyə Respublikasında 1 aylıq kurs keçib, xx.xx.1974-xx.xx.1992-ci il tarixlərində Sovet Ordusu Silahlı Qüvvələrində xidmət edib. xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Sumqayıt Şəhəri Mülki Müdafiə Qərargah rəisinin müavini, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərində Səfərbərliyin təşkili, komplektləşdirmə kadrlar şöbəsinin rəisi, xx.xx.1993-xx.xx.1995-ci il tarixlərində Briqada Komandirinin müavini, xx.xx.1995-xx.xx.2008-ci il tarixlərində Məktəb rəisinin tərbiyəvi və tədris işləri üzrə müavini işləmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq Azərbaycan Respubliksı Müdafiə Nazirinin xx.xx.2007-ci il tarixli 0560 saylı əmrinə əsasən ehtiyata tərxis olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2003-cü il tarixli 065t nömrəli əmri ilə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medal ilə təltif olunmuşdur.

23. İddiaçı 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasını əsas gətirərək mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən onun Azərbaycan Ordu sıralarında ümumi xidmət müddətinin 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil etməsi əsas gətirilərək imtina edilmişdir.

24. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.

25. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 026t nömrəli 22 iyun 2004-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçının SSRİ Silahlı Qüvvələrindəki xidmət müddəti artıq nəzərə alınmış və o, 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltif edilmişdir.

26. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı kimi 25 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması işin halları ilə təsdiq edilir.

27. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən medalla təltif edilməsi onun 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onu “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir. Odur ki, iddiaçının tələbi haqlıdır və həmin Fərman ona da şamil edilməlidir.

28. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 30.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar