Məhkəmə qərarları › İş №e-2-1(112)-6835/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6835/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6835/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Yerli vergi ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə Yasamal bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 282/11 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktublarında bildirilmişdir ki, İddiaçı əmlak vergisinin ödəmədiyi barədə BAMS proqramı tərəfindən tərtib edilən **********840 saylı tədiyyə bildirişi bələdiyyə tərəfindən İddiaçı yaşayış ünvanına göndərilmiş, ünvana getmiş məktubun poçt çatdırılmasına dair məlumatlar Yasamal rayon icra şöbəsinə 05 11.2024-cü il tarixli, 711 saylı Qərarına əvavə edilməklə göndərilmiş, Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 31 saylı Protokolunun 8 saylı Qərarı ilə xx.xx.2024-cü il tarixli, 281/11 saylı Qərarı ləğv edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hazırkı iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-cü maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar