Məhkəmə qərarları › İş №e-2-1(112)-6849/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6849/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6849/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil oğlunun, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X12) “mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək ünvan 1 ünvanlı fərdi-yaşayış evinə və 0.75 ha torpaq sahəsinə 3-cü şəxs X8 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti, ev 67/21 nömrəli mənzildə yaşayan, əmək və istirahət evində işləyən X8 Mərdəkan qəsəbəsində M/889 nömrəli sahədə fərdi yaşayış evi tikməsi üçün 750 kv.m torpaq sahəsi ayrılmış və evin tikintisinin yalnız təsdiq edilmiş 145-000-129S tipli layihə əsasında aparılması qeyd edilmişdir. Qeyd olunan torpaq sahəsinə bitişik qonşu torpaq sahəsində iddiaçının və hazırki iş üzrə cavabdeh X4 atası- X13 tərəfindən 369,7 kv.m-dən ibarət fərdi-yaşayış evi inşa edilmişdir. Uzun müddət iddiaçının atası və ailə üzvləri bu evdə yaşamışdır. Hətta evə çəkilmiş olan işıq və digər sayğaclar iddiaçının atasının adına olmuşdur. xx.xx.2016-cı il tarixində iddiaçının atası X13 vəfat etdikdən sonra atasına məxsus miras əmlak vərəsə olaraq iddiaçı, digər qardaş və bacıları tərəfindən qəbul edilmişdir. Atanın vəfat etməsindən istifadə edən iş üzrə 3-cü şəxs X2 rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamından istifadə edərək, bu sərəncamda göstərilən torpaq sahəsini, ona qonşu torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsi kimi təqdim edərək 7.5 sot torpaq sahəsinə və atasının inşa etmiş olduğu 369,7 kv.m-dən ibarət ünvan 1 ünvanlı fərdi-yaşayış evinə xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququna dair Çıxarış əldə etmişdir. Bundan sonra 3-cü şəxs X12 mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Я-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən hazırki iş üzrə 3-cü şəxs həyat yoldaşı X9 bağışlamışdır. Üçüncü şəxs X2 rayon İcra Hakimiyyətinin (hazırda Xəzər rayonu) 28 iyun 1994-cü il tarixli 363/7 nömrəli Sərəncamında ona ayrılmış torpaq sahəsini də hazırda istifadə etməkdədir. Lakin, istifadə etdiyi bu sahəyə aid sərəncamı qonşu torpaq sahəsində atası tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsi kimi təqdim edərək həm evə, həm də torpaq sahəsinə qanunsuz olaraq çıxarış əldə etdiyindən həmin sahə sənədsiz qalmışdır (həmin sahəyə baxış keçirməklə bu faktın müəyyən edilməsi mümkündür). X4 adına ünvan 1 ünvanlı fərdi-yaşayış evinə xx.xx.2017-ci il tarixində (********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli) mülkiyyət hüququna dair Çıxarışın verilməsi ilə bağlı reyestr qeydiyyatı tamamilə qanunsuz həyata keçirildiyindən onun adına mülkiyyət hüququnun qeydə alınmasının ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində cavabdehə ərizə ilə müraciət etsəmdə, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş cavabda bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqınd” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanlı fərdi yaşayış evinı və 0,75 ha torpaq sahəsinə 3-cü şəxs X8 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********34 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 22D ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli çıxarış, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və sonradan xx.xx.2017-ci il tarixli, 4Ə- 887 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş və "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. X1 mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci, 8.0.3-cü maddələrinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X12 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iş materiallarından göründüyü kimi sənəd üçüncü şəxsin adınadır, torpaq sahəsi və fərdi yaşayış evi də üçüncü şəxsə məxsusdur, evi üçüncü şəxs tikdirmiş və iddianın əksinə olaraq heç bir sürüşmə yoxdur, olması da mümkün deyil. Əğər iddia edildiyi kimi hər hansı sürüşmə olsa idi, cavabdeh qurum sürüşməni təsbit edər və üçüncü şəxsə həmin əmlak üzərində mülkiyyət sənədi verməzdi. Cavabdeh qurumun mütəxəssisləri gəlib üçüncü şəxsə məxsus torpaq sahəsinə baxıb hər şeyin doğru olduğunu təsbit etmiş, sonra da üçüncü şəxsə mülkiyyət sənədi təqdim edilmişdir. Bu fərdi evi tikməkdə üçüncü şəxsin məqsədi mərhum atasının yaşlılıq vaxtında işə gedərdən əziyyət çəkməməsi, yorulmaması (mərhum atası yastıpəncəlikdən əziyyət çəkirdi), atasının iş yeri ilə yaşayacağı evin arasında məsafəni yaxınlaşdırmaq olmuşdur. İddiaçının qeyd etyinin əksinə olaraq mərhum atası üçüncü şəxslə həmin evdə üçüncü şəxsin ailəsi ilə birlikdə yaşamışdır, iddiaçı isə heç bir zaman o evdə yaşamamışdır. Mərhum atası başda olmaqla ailə üzvlərinin İddiaçıla uzun müddət münasibətləri soyuq olmuş, gediş-gəliş olmamışdır. İddiaçı Bakı şəhərində anadan olsa da, 1975-ci ildə mərhum atasının təyinatı “İsti su” sanatoriyasına verildiyi üçün Kəlbəcər rayonuna köçmüşdürlər. Daha sonra 1976-ci ildə mərhum atasının iş fəalliyyəti “Xəzər” sanatoriyasında davam etdiyinə və qardaşı Vüqar 1976-cı ildə dünyaya gəldiyinə görə anasına kömək məqsədi ilə mərhum ata nənəsi İsmayılova/X10 himayəsində uşaqlıq illərində (7 yaşına qədər) Tovuz rayonu Qandallar kəndində yaşamışdır. Daha sonra nənəsinin səhhətində yaranan problemlərə görə və Etibarın Bakı şəhərində 144 №-li məktəbdə 1-ci sinifə başlaması üçün ünvan 3 ünvanında, ailəsi ilə birlikdə yaşamış, lakin ailədə özünü övladlıq olaraq hissetmişdir. Daha sonra xx.xx.1981-ci ildə nənəsi rəhmətə getdiktən sonra Etibarın uşaqlıq travması birazda böyümüş, özünə qapanmalar artmışdır. Daha sonra 1986-ci ildə Xətai rayonu, Gəncə prospekti, 67/21 ünvanındakı mənzilə köçmüşdürlər. İddiaçı ən son ailəsi ilə 2002-ci ilə qədər ünvan 5 ünvanda yaşamışdır. Göründüyü kimi iddiaçı heç bir zaman üçüncü şəxsin evində yaşamamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən üçüncü şəxsə verilən 07 fevral 2017-ci il tarixli arayışdan da göründüyü kimi, “889-cu sahədə mərhum X13 ilə ölən günə qədər bir yerdə qeydiyyatsız yaşamağı və dəfn mərasimini onun təşkil etdiyi” qeyd olunur. Göründüyü kimi, həmin arayışda yaşayış yeri 889-cu sahə qeyd edilir. İş materiallarında təqdim olunduğu kimi Əzizbəyov rayon icra hakimiyyətinin Başçısının sərəncamı ilə 889 №-İi sahə üçüncü şəxsə ayrılmışdır. İddiaçının qeyd etdiyi üçüncü şəxsin istifadəsində olan sahədə isə ev yoxdur, quşçuluq və heyvandarlıq təsərrüfatı üçün nəzərdə tutulmuş obyektlər var. Üçüncü şəxsin istifadəsində və sahibliyində olan və daha sonra 2017-ci ildə Etibara verdiyi 6,3 sot torpaq sahəsində üçüncü şəxsin evindən təxminən 6-7 mert məsafədə və 36 kv.m sahəsi olan kənardan qaraja bənzəyən, yay və qış aylarında taxıl yığıb anbar kimi istifadə etdiyi, yaz və payız mövsümündə isə heyvanları saxlamaq üçün qapalı sahə inşa etmişdir. İddiaçı üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinə bitişik ərazidə mərhum atasının sağlığında 9.000 AZN qarşılığında Samir adlı şəxsə 1,5 sot satmışdır. Bundan əlavə anasının dayısı oğlu X11 məxsus 12 sotluq sərəncamı öz torpaq sahəsinə sürüşdürüb çıxarış almış və 2021-ci ilin may ayında 116.000 AZN qarşılığında X14 13 sot (12 sot çıxarışlı +1 sot çıxarışsız) satmışdır. Daha sonra iddiaçı özünə məxsus 7,5 sot sərəncamı mərhum anasınım, kiçik qardaşı Vüqarın və aktı imzalayan dayısı Rza Qasımovun xahişi ilə üçüncü şəxsin istifadəsində və sahibliyində olan həyətyanı sahədən kəsib ona 2017-ci ilin iyul ayında verdiyi 6,3 sot torpaq sahəsinə sürüşdürmüş və anası vəfat etdikdən (xx.xx.2022-ci il tarixindən) sonra 86.000 AZN qarşılığında 2022-ci ilin iyun ayında Şiraslan adlı şəxsə sataraq ümülikdə təxminən 21 sot torpaq sahəsini satıb 211.000 AZN əldə etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-63/2023 №-li qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli və 2(103)-6702/2023 sayılı qətnaməsində qeyd edilən mərhum atama məxsus vərəsəlik predmeti olan 1200kv.m olan 329E№li torpaq sahəsinin planı və ölçüsü, həmin torpaq sahəsinə məxsus Azərsu ASC-dən alınan sənədlər; mərhum atama məxsus (həmin torpaq sahəsinin və diyər torpaq sahələrinin suvarılması üçün) xx.xx.2011-ci il tarixli və 25728124 №li müqavilə ilə olan abonent kartı məlumatları təqdim edilmişdir. Bundan başqa məhkəmə predmeti olan ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisi Könül Cəfərovaya məxsus xx.xx.2022-ci il tarixli 25728124№li müqavilə ilə olan abonent kartı məlumatları təqdim edilmişdir. Bundan əlavə mənim istifadəmdə olan torpaq sahəsindən ayırıb iddiaçıya verdiyim 0,063 ha və 890M №li sahə ilə bağlı xx.xx.2022-ci il tarixində də iddiaçının Şiraslan Həsənovla olan alqı-satqı müqaviləsi təqdim edilmişdir. Mərhum atasına məxsus 329E №-li torpaq sahəsinə bitişik üçüncü şəxsin istifadəsində olan sahəyə quraşdırılan su sayğacının mərhum atasının abunəliyində olmasına heç bir etirazı olmamışdır. İddiaçının və yalançı şahidlərinin qeyd etdiklərinin əksinə olaraq su sayğacı məhkəmə predmeti olan evin və 7,5 sot olan torpaq sahəsində quraşdırılmamışdır. Həmin evə su üçüncü şəxsin istifadəsində olan ferma olan torpaq sahəsindən və yuxarıda qeyd edilən alqı satqı predmeti olan 0,063 ha və 890M №li sahədən keçib gəlirdi. Eyni zamanda iddiaçının Yolçuyevin adına özəlləşdirib 2021-ci il tarixində də X14 116.000 AZN-nə satdığı 13 sot olan torpaq sahəsi boş və baxımsız olduğuna üçün bəzi qonşular zibil atıb sonra yandırdıqlarına görə üçüncü şəxs yanğının ətrafa və mənim fermama yayılması üçün həmin sayğacdan gələn su vasitəsi ilə söndürmüşdür. Eyni zamanda həmin sayğacdan gələn su ilə qeyd edilən 0,063 ha və 890M №-li sahədən keçdiyinə görə həmin sahə və mənim istifadəmdə olan torpaq sahəsinə bitişik olan mərhum atama məxsus 329E №li torpaq sahəsi suvarılırdı. İş materiallarından göründüyü kimi 0,063 ha və 890M №li sahənin xx.xx.2022-ci il tarixində də iddiaçının Şiraslan Həsənovla olan alqı-satqı aktından sonra Şiraslan üçüncü şəxsə həmin sahədə ev tikəcəyinə bildirib onun torpaq sahəsindən keçən su xəttini kəsməyini tələb etmişdir. Ona görə də məhkəmə predmeti olan ünvan 1 ünvanında yerləşən üçüncü şəxsin yoldaşının mülkiyyətində olan evin susuz qalmaması və su istifadəsi üçün Azərsu ASC tərəfindən yoldaşı Könül Cəfərovaya məxsus xx.xx.2022-ci il tarixli 25728124 №li müqavilə ilə abonentlik verildi. Göründüyü kimi, məhkəmə predmeti olan evin su sayğacının abunəliyi mərhum atasına deyil, üçüncü şəxsin yoldaşı Könül Cəfərovaya məxsusdur. İddiaçının təqdim etdiyi sənədlər arasında mərhum atasının iddiaçıya 10 il müddətinə verdiyi xx.xx.2014-cü il tarixli ətraflı etibarnaməsi mövcuddur. Həmin etibarnaməyə görə iddiaçıya mərhum atasının yerinə onun əmlaklarını idarə etməyi və sərəncam verməyi etibar edilmişdir. Bu etibarnaməni iddiaçı 3 il ərzində ilk dəfə məhkəməyə təqdim edir və üçüncü şəxsin bundan xəbəri olmamışdır. Bundan başqa iddiaçı əlaqədar qurumlardan məhkəmə predmeti olan evin və torpaq sahəsinə bitişik torpaq sahəsinin nömrə ardıcıllığını müəyyən etmək üçün ilkin torpaq ayırma sənədinə baxış keçirmək üçün vəsatət vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Şiraslan Həsənovla olan alqı-satqı müqaviləsindən də göründüyü kimi, iddiaçı öz sualına cavab vermişdir. 0,075 ha M889 №li sahənin vaxtı ilə üçüncü şəxsin mülkiyyətində, həmin sahəyə bitişik olan növbəti 0,063 ha və M890 №li sahənin torpaq sahəsinin də iddiaçının mülkiyyətində (M889 №li və M890 Xali sahənin nömrə ardıcıllığı) olduğu iş materiallarından aydındır. Əgər iddiaçının iddia etdiyi kimi (guya üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin sənədinin məhkəmə predmeti olan evin olduğu sahəyə sürüşdürülmüş) olsa idi, o zaman üçüncü şəxsə məxsus torpaq sahəsi cavabdehin M890 №li sahəsindən sonrakı (üçüncü şəxsə məxsus M889 №-li deyil), M891 №li sahə olmalı idi. Bununla da iddiaçının bir daha məhkəməni aldatmağa cəhd etdiyi sübut olunur.

7. Üçüncü şəxs daha sonra məhkəməyə eyni məzmunlu ərizələr təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Əzizbəyov rayon icra hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 363/7 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Gəncə prospekti, ev 67B, 21 nömrəli mənzildə yaşayan Əmək və istirahət evində işləyən X8 Mərdəkan qəsəbəsində M/889 №-li sahədə ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır.

9. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin bölgü sxemi iş materiallarına əlavə olunmuşdur.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı sahəyə dair mülkiyyət hüququ (tam) X6 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 889M saylı torpaq sahəsinə dair mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

13. Reyestrdə 4Ə-887 nömrə ilə qeyd edilən xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X12 ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan X5 mülkiyyətinə vermişdir.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

15. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərziə təqdim edilərək ünvan 7 ünvanlı fərdi yaşayış evinə və 0,75 ha torpaq sahəsinə 3-cü şəxs X8 xx.xx.2017ci il tarixində ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanlı fərdi yaşayış evinı və 0,75 ha torpaq sahəsinə 3-cü şəxs X8 xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair 2-1(112)-6849/2024 saylı inzibati iş vardır. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 22D ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli çıxarış, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və sonradan xx.xx.2017-ci il tarixli, 4Ə-887 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5 adına özgəninkiləşdirilmiş və "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə "xxxx" ASC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə "xxxx" ASC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, hazırda üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin faktiki yerləşmə koordinatları və üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ünvanı Fuad Qasımzadə küçəsi, 22D olaraq qeyd olunsa da, faktiki olaraq həmin sahənin yaxınlığında yerləşən digər sənədsiz sahə üçüncü şəxsin qanunsuz istifadəsindədir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs yazılı etirazın və ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

21. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

22. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X15rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X16rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

23. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

24. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

25. X28 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. X23 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

30. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə üçüncü şəxs X4 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X12 ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan X5 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır və hazırda üçüncü şəxslə arvadının istifadəsindədir. Lakin iddiaçı tərəfindən torpaq sahəsinə iddia etmək hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə dair hüquqlar (üçüncü şəxsin adına) qeydiyyata alınmış, iddiaçı isə torpağa dair hüquqi marağını təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

32. Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, üçüncü şəxsin adına verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin yerləşdiyi torpaq sahəsinin ünvanı Fuad Qasımzadə küçəsi, 22D olaraq qeyd olunsa da, faktiki olaraq üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi həmin (Fuad Qasımzadə küçəsi 22D) sahənin yaxınlığında yerləşən digər sənədsiz sahədir və məhz ona görə də iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür.

33. Məhkəmə bununla bağlı bir daha qeyd edir ki, iddiaçının heç bir hüquqmüəyyənedici sənədi olmayan (iddia ərizəsində və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatında iddia edildiyinə əsasən) torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

34. Digər tərəfdən iddiaçının təqdim etdiyi əsaslandırma (faktiki yerləşmə və qeydiyyata alınmış koordinatlar arasında uyğunsuzluğun olması) faktiki vəziyyətin xəyali təfsiridir. Belə ki, məhkəmə qeyd edir ki, üçüncü şəxsin adına qeydiyyata alınmış (hazırda üçüncü şəxsin arvadının adına qeydiyyatda olan) torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunmuş koordinatları arasındakı uyğunsuzluğu olduğu əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

35. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, iddia tələbinin dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddia tələbinin qeyd edilən tələbə uyğunlaşdırılmasına zərurət görmür.

36. Odur ki, iddia mümkün sayılmamalıdır.

37. İddia tələbi mümkün sayılmadığından məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş üçüncü şəxsin cəlb edilməsi ilə bağlı vəsatətə münasibət bildirilməsinə zərurət görmür.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

39. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar