Məhkəmə qərarları › İş №e-2-1(112)-6874/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6874/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6874/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “riskli vergi ödəyicisi hesab edilməsi qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********739900 saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı riskli vergi ödəyiciləri sırasından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi İddiaçı MMCnin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2013-cü il tarixli **********739900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı MMC cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2013-cü il tarixli **********739900 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Mübahisələndirilən xx.xx.2013-cü il tarixli qərarda səbəb olaraq göstərilmişdir ki, “cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.8-ci yarımbəndinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab edilir. Vergi Məcəlləsinə xx.xx.2019-cu il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1 və 2.1.8-ci yarımbəndlərinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunanlardan aydın olduğu kimi, riskli vergi ödəyicisinin anlayışı Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən daxil edilmiş, riskli vergi ödəyicisinin meyarları isə xx.xx.2020-ci il tarixdən təsdiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı şirkətin rəhbəri X2 təsisçisi və rəhbəri olduğu digər müəssisələr 2020-ci ildən əvvəlki tarixlərdə təsis edilmiş və ya rəhbər təyin edilmiş, 2020-ci ildən sonra isə adına hər hansı yeni hüquqi şəxs təsis edilməmiş və ya rəhbər təyin edilməmişdir. İddiaçı MMC isə X2 təsisçiliyi və rəhbərliyi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə desək, Məmmədov Fəxrəddin beşdən çox hüquqi şəxs təsis edən və ya rəhbəri təyin edilən zaman riskli vergi ödəyicisi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud olmamışdır. Bu isə o deməkdir ki, vergi orqanı hazırkı iş üzrə Vergi Məcəlləsinin normalarını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarını qüvvəyə minməzdən əvvəlki tarixlərdə baş vermiş münasibətlərə tətbiq edir ki, bu da qanunvericiliyin tələblərinin pozuntusu deməkdir.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Vergi ödəyicisi olan İddiaçı MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.8-ci yarıml: əndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onlarır icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barəcii xx.xx.2023-cü il tarixli, **********739900 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X2 (FİN: 1QNNX0E) xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 8 (səkkiz) sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 41 (qırx bir) sayda müəssisənin rəhbəridir. İddiaçı iddia ərizəsində qeyd edir ki, müəssisələr “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” qüvvədə olmadığı vaxtda təsis edilmiş, Meyarlar təsdiq edildiktən sonra hər hansı yeni hüquqi şəxs təsis edilməmişdir. Bununla bağlı bildirilir ki, Meyarlarda beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslərin riskli hesab olunması qeyd olunur. Yəni, Meyarlar qüvvədə olduğu vaxt X3 8 (səkkiz) sayda müəssisənin rəhbəri olmuş, vergi orqanı tərəfindən riskli vergi ödəyici hesab ediləcəyi barədə xəbərdarlıq olunsa da heç bir tədbir görməmişdir. Qeyd edilərdən belə nəticəyə gəlinir ki, fiziki şəxs beşdən çox müəssisənin icra orqanının rəhbəri ola bilməz. Hazırki halda isə X3 8-dən çox müəssisənin rəhbəri olduğu üçün riskli ödəyici hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ö təyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin meyarın 2.1.8-ci bəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində qeyd olunur ki, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qururı) tərəfindən qəbul edilir. Bundan əlavə bildirilir ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, **********065800 saylı məktubla “Riskli əməliyyatların araşdırılması barədə” məktub göndərilmiş və ödəyici tərəfindən xx.xx.2023-cü il tarixli **********421100 saylı məktubla bu müəssisələrdən bir hissəsinin birləşdirilməsi prosesi getdiyini bildirmiş, lakin bununla bağlı vergi orqanına əlavə məlumat verilməmişdir. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, müəsisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslaıdıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

6. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********739900 nömrəli qərara əsasən Cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə uyğun olaraq risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.8. beşdən çox hüquqi şəxs icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər

7. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2012-ci il tarixində 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmışdır (qeydiyyat ünvanı: AZ 5000, Sumqayıt şəhəri, Corat, ev 187A).

8. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən Çıxarışa əsasən: Qurumun adı: İddiaçı Qeydiyyata alındığı tarix: xx.xx.2012 Dövlət qeydiyyat №: (VÖEN) ********** Təşkilati hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət Maliyyə ili: 1 yanvar-31 dekabr Hüquqi ünvanı: AZ 5000, ünvan 2isçilər və nizamnamə kapitalında mayaların miqdarı: X3 – 10 pay Qanuni təmsilçi: X3 Çıxarışın verildiyi tarix və №: xx.xx.2012, **********114900

9. Hüquqi vergi ödəyicisi haqqında məlumata əsasən hazırda X3 aşağıda qeyd olunan hüquqi şəxslərin rəhbəridir:

1. "xxxx" beynəlxalq şirkəti (VÖEN: **********)

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)

5. İddiaçı (VÖEN: **********)

10. İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddia müdafiə etdiyini bildirmiş, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

14. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

15. Odur ki, iddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

16. Mübahisənin yaranmasının səbəbi İddiaçı rəhbəri olan X2 şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olması ilə əlaqədar olmuşdur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.8. beşdən çox hüquqi şəxs icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər;

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-in rəhbəri X3 hazırda yalnız "xxxx" Beynəlxalq Şirkətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), İddiaçı (VÖEN: **********) icra orqanınının rəhbəridir. Bu fakt cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq hazırda beşdən çox hüquqi şəxsin icra orqanın rəhbəri olmadığı üçün (hazırda beş hüquqi şəxsin icra orqanının rəhbəridir) riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır.

19. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar