Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6885/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının ləğv edilməsi, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.8., 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyasının həm sığorta hissəsinin, həm də qulluq stajına görə əmək pensiyasına əlavələrin bütün dövr üçün (14 may 2021-ci il tarixdən) tam ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qeyd olunan qərarı qanunsuz olduğundan ləğv edilərək, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunması, işləməyinə baxmayaraq, qanunvericiliyin düzgün tətbiq olunmaması nəticəsində pensiyaya çıxdığı 14 may 2021-ci il tarixdən əsassız və qanunsuz olaraq ödənilməyən qazandığı əmək pensiyasının ona tam həcmdə (100%) ödənilməsi barədə cavabdehin qarşısında öhdəliyin qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 nömrəli və 24 dekabr 2024-cü il tarixli 3-17- 1/3-/3-23826/2024 nömrəli qərarlarının ləğv edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyasına sığorta hissəsinin tam, həm də qulluq stajına görə əlavələrin bütün dövr üçün tam ödənilməsi, ödənilməyən əmək pensiyasının tam ödənilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının ləğv edilməsi, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.8., 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyasının həm sığorta hissəsinin, həm də qulluq stajına görə əmək pensiyasına əlavələrin bütün dövr üçün (14 may 2021 -ci il tarixdən) tam ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14 may 2021-ci il tarixdə Müdafiə Nazirliyinin X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində olarkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə ona əmək pensiyası təyin olunmuşdur. 23 noyabr 2021-ci il tarixdən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin Məlumatların analizi şöbəsində 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməklə məsləhətçi-mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Bundan sonra ona təyin olunmuş pensiya məbləği dəyişdirilərək 50% həcmində ödənmişdir. 9 fevral 2024-cü il tarixdə bağlaşma əsasında Azərbaycan Ordusunda 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsinə nisbətən daha yüksək vəzifə hesab olunan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Bundan sonra isə ona təyin olunmuş pensiya məbləği bir daha azaldılaraq yalnız sığorta hissəsi ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 8 yanvar 2025-ci il tarixli 3-17-1/2- Ə3-2112/2025 №-li cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin 1 iyul 2017-ci ildən sonra qüvvəyə minmiş hazırki redaksiyasına istinad edərək, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin Məlumatların analizi şöbəsində məsləhətçimütəxəssis vəzifəsində işlədiyinə görə qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində və onun sığorta hissəsinin tam ödənildiyini, 9 fevral 2024-cü il tarixdən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsinə təyin olunduğuna görə isə guya qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdığına görə əlavənin ödənilməsinin dayandırıldığını bildirmişdir. Eyni məzmunlu cavab Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 yanvar 2025-ci il tarixli 3-17-1/2-B-2782/2025 №-li məktubunda da əks olunmuşdur. Əvvəla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan məzmununa əsasən “bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır”. O isə, 14 may 2021-ci il tarixdə qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş Müdafiə Nazirliyinin X5 X1 Mühəndis təminatçı şöbəsinin rəisi vəzifəsindən pensiyaya çıxmış və 9 fevral 2024-cü il tarixdən bağlaşma əsasında Azərbaycan Ordusunda 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsinə nisbətən daha yüksək vəzifə hesab olunan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Yəni, qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışmadığından, ona həmin əlavənin ödənilməsinin dayandırılırmasını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan məzmununa tam zidd olduğunu hesab edir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya məbləğinin hesablanma qaydası və ödənilməsi əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələb və mahiyyətinə, habelə digər normativ aktlara uyğun olmadığından ləğv olunmalıdır. Aşağıdakı səbəblərdən Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan redaksiyadakı mətni və xx.xx.2014cü il tarixdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər, o cümlədən xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər (həmin dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) xeyrinə olmadığı halda ona münasibətdə tətbiq olunmamalı və buna görə də, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan qərarı qanunsuz olduğundan ləğv edilərək işləməyinə baxmayaraq, qazandığı əmək pensiyası və ona ödənilməyən məbləğ tam şəkildə ödənilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsində dəyişikliklər edilmiş, 37.3.5-ci maddəsi isə (həmin maddəyə əsasən bu qanunun 20.1.11 – 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə, yəni hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir) ləğv edilmişdir. Lakin, onun güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (20 təqvim ili) xx.xx.2014-cü il tarixdə yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən bundan sonra, o cümlədən xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş xeyrinə olmayan dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz. Çünki Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinə əsasən «Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir». Qanunun 9.5-ci maddəsinə əsasən isə «Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular». Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 yanvar 2025-ci il tarixli 3-17-1/2-Ə3-2112/2025 №-li cavab məktubunda qeyd olunanların əksinə olaraq Qanunun 9.5.1 və 9.8-ci maddələrində qeyd olunduğu kimi bu hüquq hər hansı şərtlə, o cümlədən hərbi qulluqçunun hərbi xidmətdən buraxılıb-buraxılmaması (Qanunun 9.6-cı maddəsi) ilə məhdudlaşdırılmamışdır. Güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı 2014-cü ilin sentyabr ayında yaranmışdır. Onun güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı xx.xx.2017-ci il tarixdən əvvəl (xx.xx.2014-cü il tarixdə) yarandığına görə, həm Azərbaycan Respublikasının Konstitusiyasının, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı, xeyrinə olmayan tələbləri ona münasibətdə tətbiq oluna bilməz və ona həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5-ci maddəsi, yəni «bu qanunun 20.1.11-ci - 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir» müddəası tətbiq olunmalıdır. Odur ki, qeyd olunanlara əsasən pensiya ödənilərkən xx.xx.2017-ci il tarixdək qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xeyrinə olmayan dəyişiliklərlə bağlı tələblərin ona münasibətdə tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olduğundan, pensiya hüququmun yarandığı vaxt (xx.xx.2014-cü il tarixdə) qüvvədə olmuş olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının barəmdə tətbiq olunması, bundan sonra edilmiş dəyişikliklərin isə yalnız xeyrinə olduğu halda tətbiq olunması və buna görə də 14 may 2021-ci il tarixdə pensiyaya çıxdıqdan sonra ona təyin olunmuş pensiya məbləğinin həmin vaxtdan tam həcmdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
5. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. İddiaçıya dair sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala göndərilmiş məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixdə tərxis olunduğu qeyd edildiyindən qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən pensiyasının qulluq stajına görə əlavə hissəsi dayandırılmışdır. İddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixdən əvvəl deyil, sonra - yəni 15 may 2021-ci il tarixdən yarandığından, əmək pensiyasının müraciətində göstərildiyi qaydada hesablanması qanunvericiliyi tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma nəticəsində İddiaçı xx.xx.2024-cü il tarixdə xidmətə qayıtdığı, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi müəyyən edilmişdir. Nəticədə ona artıq ödənilmiş 1222,55 manat pul vəsaiti müəyyən olunmuşdur. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, hazırda qalıq artıq ödəmənin məbləği 1097,81 manat təşkil etməkdədir. Beləliklə, cavabdehin artıq ödənilmiş pul vəsaitinin tutulması haqqında qərarının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığı tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının hüquqi marağı- ona təyin edilmiş əmək pensiyasının məbləğinin müəyyən edilməsi, yenidən hesablanması cavabdeh tərəfindın düzgün, yəni pensiya qanunvericiliyinin müvafiq normalarına uyğun olaraq həyata keçirilməsindən və bu məqsədlə cavabdeh tərəfindən onun barəsində çıxarılmış əmək pensiyasının yenidən hesablanması barədə qərarlarının səhv olduğundan ləğv edilməsidir.
Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının halhazırda yaşayış yeri üzrə ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar.
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı tərəfindən iddiaçının müraciətinə əsasən xx.xx.2025-ci il tarixli, 3-17-1/2-73-2112/2025 nömrəli “artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə ödənilməsi haqqında” məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Sonuncu xidmət keçdiyi qurum tərəfindən Fonda göndərilmiş ona dair məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixində tərxis olunduğu qeyd edildiyindən ona qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən pensiyanın qulluq stajına görə əlavə hissəsi dayandırılmışdır. Pensiya hüququ 1 iyul 2017-ci il tarixindən əvvəl deyil, sonra - 15 may 2021-ci il tarixindən yarandığından pensiyanın müraciətində qeyd etdiyi qaydada hesablanması qanunvericiliyi tələbləri baxımından mümkün deyil. Məlumat üçün, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma nəticəsində onun 2 fevral 2024-cü il tarixində hərbi xidmətə qayıtdığı, lakin bu barədə Fonda məlumat verilmədiyi müəyyən edilmişdir. Nəticədə ona 1222,55 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən ayda 20,79 manat olmaqla pensiyasından tutularaq büdcəyə bərpa edilir. Hazırda qalıq artıq ödəmə məbləği 1097,81 manat təşkil edir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işində olan ənədlər: Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının **********4 №-li, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərardan görünür ki, Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında İddiaçı xx.xx.2021-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi əsas götürülərək 1544,70 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. “Şəxsin əmək müqaviləsi bildirişi haqqında” məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi ilə əmək müqaviləsi bağlamış və “Dövlət qulluqçusu- Məsləhətçi” vəzifəsində işə başlamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı fevral ayında göndərilən yeni məlumat vərəqəsinə əsasən onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının: - **********4 №-li, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə təyin edilmiş 1544,70 manat yaşa görə əmək pensiyası “əmək müqaviləsinin aşkar edilməsi” səbəbindən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 956 manat, 17 qəpik təyin edilmişdir. - 3-17-1/3-7-7282/2024 №-li, xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası “həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar” səbəbdən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 207 manat, 92 qəpik təyin edilmişdir. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində gösətilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 2945,87 manat təşkil edir. - 3-17-1/3-3-23826/2024 №-li, xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası “maddi yardımın dəqiqləşdirilməsi ilə əlaqədar” səbəbdən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 314 manat, 17 qəpik təyin edilmişdir. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində gösətilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 1097,81 manat təşkil edir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı və qismən əsassızdır.
10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər;9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixindək qüvvədə olan redaksiyasına əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan redaksiyasında deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 37.3.5-ci maddəsinə əsasən bu qanunun 20.1.11ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
16. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dair sonuncu xidmət keçdiyi qurum tərəfindən cavabdehə göndərilmiş məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixdə tərxis olunduğu qeyd edildiyindən qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
17. Hazırda iddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunması, 14 may 2021-ci il tarixdə təyin edilmiş əmək pensiyasının tam həcmdə ödənilməsindən ibarətdir.
18. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra- Qanun) 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qanunun 9.5.-ci maddəsinə əsasən qanunda göstərilən hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.
19. İddiaçı Qanunun 9.8-ci maddəsinə istinad edərək hesab edir ki, onun pensiya hüququ xx.xx.2017-ci ildən əvvəl yarandığından, əmək pensiyası 14 may 2021-ci ildə təyin ediməsinə baxmayaraq, pensiya hüququ yarandığı vaxt (2014-cü ildə ) qüvvədə olan qanunvericilik ona münasibətdə tətbiq edilməlidir. Halbuki, iddiaçının istinad etdiyi qanun normasında yalnız bir halda- güzəştli şərtlərlə pensiyanın təyin edilməsi məqsədi üçün və yalnız- “yaşa və staja” görə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun surətdə tətbiq edilməsi nəzərdə tutulmuşdur.
20. İddiaçıya əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2021-ci ildə hərbi xidmətdən buraxılmışdır.
21. İddiaçıya 2021-ci ilin may ayında yaşa görə əmək pensiyası təyin edildikdən sonra iddiaçı işləməyən əmək pensiyaçı kateqoriyasına keçmişdir. Sonradan iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında dövlət qulluqçusu ixtisas dərəcəsi ilə işə başlaması faktı cavabdeh tərəfindən müəyyən edildiyindən və iddiaçı artıq işləyən əmək pensiyasıçısı kateqoriyasına keçdiyindən cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə onun əmək pensiyasını qanunauyğun olaraq yenidən hesablamışdır.
22. Məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti mövcud qanunvericilik normalarına uyğun olmuşdur.
23. 19.04.2024-cü ildə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 02 fevral 2024cü il tarixdən hərbi xidmətə qayıtdığı üçün pensiyanın yalnız sığorta hissəsinin ödənilməsini xahiş etmişdir. Həmin vaxt cavabdehə məlum olmuşdur ki, iddiaçı yenidən hərbi xidmətə qayıtmış və bu barədə pensiyaçı və işəgötürən cavabdeh inzibati orqana məlumat verilməmişdir.
24. Qanunun 38-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir.
25. Lakin iddiaçı hərbi xidmətə qayıtması barədə məlumatı 5 gün ərzində vermədiyindən, ona xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən hesablanmış əmək pensiyasının ödənilməsinin davam etməsi nəticəsində, əmək pensiyasının artıq ödənilmiş məbləği yaranmıdır.
26. Qanunun 37.3.4-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər(hərbi qulluqçular) həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən cavabdeh tərəfindən qanunauyğun olaraq pensiyasının qulluq stajına görə əlavənin ödənilməsi dayandırılmışdır.
27. Cavabdehin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının əmək pensiyası “həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar” yenidən hesablamış, xx.xx.2024-cü il tarixdən müddətsiz 207,92 manat məbləğində müəyyən edilmiş, qərarın “qeyd” hissəsində iddiyaçıya 02.02.xx.xx.2024-cü il tarixidək 2945,87 manat artıq ödənildiyi göstərilmiş, həmin məbləğin hissə-hissə tutulması qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən davamlı olaraq iddiaçının pensiyasından tutulmalar aparılmışdır.
28. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması ”qərarının qeyd hissəsindən görünür ki, həmin dövrə iddiaçının artıq ödəmə üzrə borcu 1097.81 manat təşkil edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının pensiyasından tutulmalar aparılmışdır.
29. Lakin iş materiallarında iddiaçının buna dair yazılı razılığının və ya məhkəmə qərarının mövcud olması müəyyən edilməmişdir. Halbuki Qanunun 39.1.-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya artıq ödənilmiş məbləğin onun razılığı və məhkəmə qərarı olmadan tutulması kimi hərəkəti qanunvericilik normalarına ziddir.
30. Hazırki işdə iddiaçıya dair “Əmək pensiyasının yenidən hesablanması barədə” Qərarları əsasında artıq ödəməsi ilə bağlı borcun hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tutulması, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olması, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
31. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan hazırkı vəziyyətdə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
32. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq həmin borc məbləği gədər pensiyanın azaldılması, faktiki olaraq iddiaçıdan borc tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir.
33. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
34. Qeyd edilmiş qanun normalarından göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar.
35. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 28 iyun 2024-cü il tarixli 3- 17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının “qeyd” hissələri (ötən dövr üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat hissəsi) ləğv edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
37. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
39. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 32, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 28 iyun 2024-cü il tarixli 3- 17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının “qeyd” hissələri (ötən dövr üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat hissəsi) ləğv edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova