Məhkəmə qərarları › İş №e-2-1(112)-6903/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6903/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6903/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X13 və X14 üçüncü şəxs qismində cəlb edilməklə) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində İddiaçı və həmin ünvanda yerləşən yaşayış sahəsi 18,0 kv.molan 11 nömrəli sıxlaşdırılmış mənzilin 1 otağı üzərində X5, X6 və iddiaçının 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və həmin mənzilə dair ayrı-ayrılıqda iki çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində İddiaçı və həmin ünvanda yerləşən yaşayış sahəsi 18,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 1 otağı üzərində X5, X6 və iddiaçının 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və həmin mənzilə dair ayrı-ayrılıqda iki çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər icra hakimiyyətinin X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində iddiaçının atası mərhum X15 mülkiyyət hüququ 12 mart 1996-cı il tarixdə reyestr kitabının 567-ci səhifəsində 30/84720 reyestr nömrəsi ilə qeydə alınaraq ona “Qeydiyyat Vəsiqəsi” və texniki pasport tərtib edilərək verilmişdir. İddiaçının atası X18 27 avqust 2023-cü il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən miras əmlak üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən səhvə yol verilərək, **********60-05101-093019 reyestr nömrəli çıxarışda mənzilin sahəsi 41,0 kv.m əvəzinə 81.70 kimi göstərilmişdir. Halbuki, əvvəllər X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə aid texniki pasportda və eləcə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli mənzilin sahəsi 41,0 kv.m göstərilmişdir. Bundan başqa Bakı şəhər İcra Hakimiyyətinin X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən, X17 ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 18,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 1 otağı üzərində iddiaçının anası mərhumə X3 mülkiyyət hüququ 19 may 1997-ci il tarixdə reyestr kitabının 88286-cı səhifəsində 30/6762 reyestr nömrəsi ilə qeydə alınaraq ona “Qeydiyyat Vəsiqəsi” və texniki pasport tərtib edilərək verilmişdir. İddiaçının anası X12 24 oktyabr 2023-cü il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən miras əmlak üzərində R.Əzizovanın, İddiaçı və T.Əzizovanın 1/3 hissədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən səhvə yol verilərək, **********60-05101-093019 reyestr nömrəli çıxarışda mənzilin sahəsi 18,0 kv.m əvəzinə 81.70 kimi göstərilmişdir. Halbuki, əvvəllər X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə aid texniki pasportda və eləcə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli mənzilin sahəsi 18,0 kv.m göstərilmişdir. İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə verərək, texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq texniki səhvləri aradan qaldırmasını təmin etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilin bir girişinin olduğu müəyyən edilmişdir. Bundan başqa təqdim edilmiş sənəd üzrə ilə faktiki vəziyyət arasında sahə və otaq fərqi mövcuddur. Belə ki, sənədə əsasən mənzil 1 (bir) yaşayış otağı və yaşayış sahə 18.0 kv.m qeyd edilsə də, faktiki mənzil 2 (iki) yaşayış otağı, yaşayış sahəsi 61.2 kv.m təşkil edir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması və layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6903/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X13 və X14 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxslərdən biri məhkəmə bахışında öz iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 hazırki iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -8.1.1.-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddinı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar: xx.xx.1997-ci il tarixli, 035033 nömrəli müqavilədən görünür ki, X17 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən 1-otaqdan ibarət 18,0 kv.m. yaşayış sahəsi olan mənzili X1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya MH 074120 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 X3 xüsusi mülkiyyətindədir. X9 şəxsi mülkiyyətində olan mənzilin texniki pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən bir otaqdan ibarət mənzilin sahəsi 18,6 kv.m təşkil edir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya MH 001645 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 X15 xüsusi mülkiyyətindədir. Şəxsi mülkiyyətində olan texniki pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin yaşayış sahəsi 18,6 kv.m təşkil edir. Şəxsi mülkiyyətində olan texniki pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilin yaşayış sahəsi 41 kv.m təşkil edir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi: X13 və o, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi: X14 və o, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi: İddiaçı və o, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X15 vərəsəsi: İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********60-05101-093019 №-li “Hüquqlarıın dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 (yeni qaydalarla: AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi, giriş 169, M3, m1) xüsusi mülkiyyət hüququ ilə 1/3 hissədə İddiaçı, 1/3 hissədə X10 və 1/3 hissədə X11 məxsusdur. Məhkəmənin mövqeyi Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.[62] 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[63] 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mənzilə dair mülkiyyət hüquqlarının tam payda öz əksini tapmaması, digər payçılarının hüquqları 1/3 payı ilə yalnız 18,0 kv.m dən ibarət otağa olması göstərilib-göstərilməməsi ilə əlaqədardır. Cavabdeh tərəf öz mövqeyini onunla əsaslandırır ki, təqdim edilmiş sənədlərlə mənzilin real-faktiki vəziyyəti arasında həm yaşayış sahəsinin ümumi sahəsi, həm də otaqların sayı baxımından ziddiyyət mövcuddur. Belə ki, cavabdeh bildirir ki, sənədlərə əsasən mənzil 1 (bir) yaşayış otağından və 18,0 kv.m yaşayış sahəsindən ibarət kimi göstərildiyi halda, faktiki mənzil 2 (iki) yaşayış otağı və 61,2 kv.m yaşayış sahəsi təşkil edir. Bu səbəbdən, cavabdeh hesab edir ki, iddiaçıya mənzilə dair ayrıca çıxarışın verilməsi hüquqi cəhətdən mümkünsüzdür. Lakin məhkəmə cavabdehin bu arqumenlərini əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanında yerləşən, ümumi yaşayış sahəsi 41,0 kv.m təşkil edən, 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində mülkiyyət hüququ iddiaçının atası, mərhum X15 adına 12 mart 1996-cı il tarixində, reyestr kitabının 567-ci səhifəsində, 30/84720 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış, ona dair "Qeydiyyat vəsiqəsi" və müvafiq texniki pasport tərtib olunaraq təqdim edilmişdir. Həmin şəxsin 27 avqust 2023-cü il tarixində vəfatından sonra, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş vərəsəlik şəhadətnaməsi əsasında, iddiaçının – İddiaçı mənzil üzərindəki mülkiyyət hüququ Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin bu zaman texniki və hüquqi səhvə yol verilmiş və nəticədə **********60-05101-093019 reyestr nömrəli çıxarışda mənzilin sahəsi 41,0 kv.m əvəzinə əsassız şəkildə 81,70 kv.m, həmin mənzilin paylı mülkiyyət kimi göstətilmişdir. Qeyd olunmalıdır ki, texniki sənədlərin məzmununa istinad etməklə müəyyən edilir ki, mübahisəyə səbəb olan daşınmaz əmlak əslində iki fərqli mənzildən ibarətdir: – Onlardan biri – 18,0 kv.m sahəsi olan yaşayış sahəsi iddiaçının mərhum anası X16 tərəfindən alqı-satqı müqaviləsi əsasında mülkiyyətə qəbul olunmuşdur; – Digəri isə – 41,0 kv.m sahəyə malik olan və iki otaqdan ibarət mənzil hissəsi isə qeydiyyat vəsiqəsi və texniki pasportla sübut olunduğu kimi, mərhum X15 adına rəsmiləşdirilmişdir. Bu halda, faktiki və hüquqi baxımdan söhbət iki fərqli hüquqi subyektin mülkiyyətində olan, hüquqi baxımdan müstəqil statusa malik daşınmaz əmlak hissələrindən gedir. Cavabdehin mənzilin faktiki vəziyyəti ilə sənədlərdə əks olunmuş hüquqi vəziyyəti arasında uyğunsuzluq olduğunu iddia etməsi formal əsaslara söykənmir və hüquqi nəticələr baxımından qaneedici hesab oluna bilməz. Bu səbəbdən cavabdeh tərəfindən ayrı-ayrı mülkiyyət obyektlərinin qarışdırılması nəticəsində aparılan qiymətləndirmə hüquqi dəyərləndirməyə uyğun gəlmir və imtinanın əsassız olmasına dəlalət edir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılarkən, faktiki və hüquqi sənədlər arasındakı fərqlər düzgün təhlil edilməmiş, əsassız hüquqi mövqe nümayiş etdirilmiş və bu səbəbdən iddiaçının hüquqları əsassız şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində İddiaçı və həmin ünvanda yerləşən yaşayış sahəsi 18,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 1 otağı üzərində X5, X6 və iddiaçının 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və həmin mənzilə dair ayrı-ayrılıqda iki çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 41,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 2 otağı üzərində İddiaçı və həmin ünvanda yerləşən yaşayış sahəsi 18,0 kv.m olan 11 nömrəli sıxlaşdırılmış mənzilin 1 otağı üzərində X5, X6 və İddiaçı 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və həmin mənzilə dair ayrı-ayrılıqda iki çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar