Məhkəmə qərarları › İş №e-2-1(112)-6911/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6911/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6911/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “həqiqi hərbi xidmətə bərpa edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətə böyiik marağı olduğundan 2010-cu ildə Daxili İşlər Nazirliyi nəzdində Türkiyə Respublikası Quru Qoşunları ali hərbi məktəbinə (X6) daxi olmuşdur. 2015-ci ildə ali hərbi təhsili bitirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarında xidmətə başlamışdır. 2015-2021 illəri arasında Daxili Qoşunlar sıralarında hərbi xidmətdə olduğu müddətdə iddiaçı zabit kimi öz xidməti vəzifələrini qüsursuz və layiqincə icra etmiş, komandirlərinin tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirmişdir. Xidmət etdiyi müddət (10 il 10 ay 20 gün) ərzində sağlamlıq vəziyyəti ilə əlaqəli olaraq heç bir ciddi şikayəti olmamışdır. 2021-ci ildə may ayında onun boğazında şişlik yaranmış və həkimlər tərəfindən “Linfoma” xəstəliyi diaqnozu qoyulmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarından tərxis olunmuşdur. İddiaçı 2021-ci ildə 6 ay müddətində müalicə olunaraq tam sağalmışdır. Müalicənin sonunda 2021-ci il dekabr ayında Milli Onkologiya mərkəzində təkrar müayinələrdən keçmiş və analizlərin cavabı müsbət nəticələnmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli ambulator kartdan arayışından göründüyü kimi ağciyərlərdə heç bir dəyişildik təyin olunmamış, ürək və aorta patalogiyasızdır. Halhazırki vəziyyətdə iddiaçı tam olaraq sağalmışdır və sağlamlıq vəziyyəti ilə bağlı heç şikayəti yoxdur. Hazırda tam sağaldığı üçün İddiaçı oğlıı vətəninə, dövlətinə və xalqına xidmət etməyə tam hazırdır. İddiaçı sağaldıqdan sonra hərbi xidmətə bərpa olunmaq üçün müraciət etsə də, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2022-ci il tarixli, 014-10755M-3222 nömrəli və 014-13141M-3222 nömrəli məktubları ilə onun hərbi xidmətə bərpasından imtina edilmişdir. Cavabdehlər imtina məktubunu onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixdə İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin nəzərə alınmamışdır ki, həmin dövrdən sonra İddiaçı sağalmışdır və hazırda hərbi xidmətə tam yararlıdır. Cavabdehlər İddiaçı yenidən tibbi müayinədən keçməsini təmin etmədən onu hərbi xidmətə bərpa etməkdən imtina etmişdirlər. Məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 72-ci bəndinin “j” hissəsinə əsasən hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə sıradan kənar xidmətə yararlı hesab edilən, səhhətinə, hazırlığına və xidməti təcrübəsinə görə vəzifələrini yerinə yetirə bilən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, tutduqları vəzifələrdən başqa vəzifələrə keçirilən hərbi qulluqçuların yerdəyişməsinin zəruriliyi və təcililiyi hərbi-həkim komissiyasının rəyi əsasında hərbi hissə komandirindən başlayaraq, müvafiq birbaşa rəislər tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 26-cı bəndinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə -hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər hərbi xidmətə könüllü daxil ola və qəbul edilə bilər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 13-cü bəndinə əsasən “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçular kiçik zabitlər, baş zabitlər üçün mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan 48 yaşadək (son yaş həddinədək) xidmət edirlər. Göründüyü kimi İddiaçı zabit kimi hərbi xidmətdə son yaş həddinə çatmamışdır və könüllü xidmət etmək istəyir. Lakin cavabdehlər əsassız olaraq onu həqiqi hərbi xidmətə bərpa etmirlər və hüquqlarını pozurlar.

3. Daha sonra iddiaçı cavabdehi dəyişdirərək cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsini göstərmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı xəstəliyi ilə bağlı Daxili Qoşunların Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun onun barəsində “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı (2021-ci il 03 iyul tarixli, 1603 nömrəli) verilmişdir. Bununla əlaqədar onun yenidən Daxili Qoşunlarına həqiqi hərbi xidmətə qəbul olunması qanunauyğun deyildir.

5. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən xx.xx.2022-ci il tarixli yazılı etirazda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, istefada olan baş leytenant İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “həqiqi hərbi xidmətə bərpa edilmə öhdəliyinin qoyulması” barədə iddiası əsassız, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 337-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, hərbi xidmətə böyük marağı olduğundan 2010-cu ildə Daxili İşlər Nazirliyinin nəzdində Türkiyə Respublikası Quru Qoşunları ali hərbi məktəbinə (X6) daxil olmuş, 2015-ci ildə ali hərbi təhsili bitirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları sıralarında xidmətə başlamış, 2015-2020-ci illər arasında Daxili Qoşunların sıralarında olduğu müddətdə zabit kimi öz xidməti vəzifələrini qüsursuz və layiqincə icra etmiş, komandirlərin tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirmiş, xidmət etdiyi müddət ərzində sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq heç bir ciddi şikayəti olmamış, 2021 -ci ilin may ayında boğazında şişlik yaranmış və həkimlər tərəfindən “Limfoma” diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından tərxis olunmuş, 2021-ci ildə 6 ay müddətində müalicə və müayinələrdən keçmiş və analizlərin cavabı müsbət nəticələnmiş, Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli ambulator kartadan arayışdan göründüyü kimi ağciyərdə heç bir dəyişiklik təyin olunmamış, ürək və aorta patologiyasızdır, hal-hazırkı vəziyyətdə tam olaraq sağlamdır və sağlamlıq vəziyyəti ilə bağlı heç bir şikayəti yoxdur, tam sağaldığı üçün vətəninə, dövlətinə və xalqına xidmət etməyə tam hazırdır. Həmçinin, iddiaçı ərizəsində sağaldıqdan sonra hərbi xidmətə bərpa olunmaq üçün müraciət etsə də, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müvafiq məktubları ilə onun xidmətə bərpasından imtina edilmiş, imtina İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı hərbi xidmətə yararsız hesab edilməsi ilə əsaslandırılmış, lakin, həmin dövrdən sonra İddiaçı sağalmasını və hərbi xidmətə tam yararlı olması nəzərə alınmamış, cavabdehlər İddiaçı yenidən tibbi komissiyadan keçirmədən hərbi xidmətə bərpa etməkdən imtina etmişdirlər. Bundan başqa, iddiaçı ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 337-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 72-ci maddəsinin “j” bəndinə əsasən hərbi- həkim komissiyası tərəfindən dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, səhhətinə, hazırlığına və xidməti təcrübəsinə görə vəzifələrini yerinə yetirə bilən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, tutduqları vəzifələrdən başqa vəzifələrə keçirilən hərbi qulluqçuların yerdəyişməsinin zəruriliyi və təcililiyi hərbi-həkim komissiyalarının rəyi əsasında hərbi hissə komandirlərindən başlayaraq, müvafiq birbaşa rəislər tərəfindən müəyyən edildiyini, qeyd olunan əsasnamənin 26-cı bəndinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə-xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər könüllü daxil ola və qəbul edilə bilərlər və qeyd olunan əsasnamənin 13-cü bəndinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları kiçik zabitlər, baş zabitlər üçün : mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər 48 yaşadək (son yaş həddinədək) xidmət edirlər, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur, Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı ərizəsində İddiaçı zabit kimi son yaş həddinə çatmamasını, könüllü olaraq xidmət etmək istəməsini, lakin cavabdehlərin əsassız olaraq onu həqiqi hərbi xidmətə bərpa etməyərək hüquqlarını pozduqlarını bildirərək onun həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehlərin-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsini əsassız hesab edirəm və aşağıda göstərilən səbəblərə görə iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı Daxili Qoşunlarda xidməti aşağıdakı kimi olmuşdur (Arxiv arayışı № 167, xx.xx.2022-ci il): - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 103 nömrəli nizami hissə üzrə əmrinə əsasən Türkiyə Respublikası Quru Qoşunlarının Hərbi Məktəbini bitirmiş hesab edilərək “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunaraq 07 sentyabr 2015-ci il tarixdən Daxili Qoşunların komandanlığının sərəncamında hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 82 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 265 nömrəli əmrilə Daxili qoşunlar komandanının sərəncamından azad edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 1-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 59 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissədə 1-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri vəzifəsindən azad edilib, tədris prosesinin təminatı bölüyündə 1-ci tədris prosesinin təminatı taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 50 nömrəli əmrilə növbəti “baş leytenant” hərbi rütbəsi verilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 111 nömrəli şəxsi heyət üzrə əmrinə və N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdən məlum olur ki, xx.xx.2021-ci il tarixində onun sol damaq badamcığından biopsiya icra edilmiş, Bakı Patologiya Mərkəzində “Diffuz böyük B-hüceyrəli limfoma, germinal mərkəz B hüceyrəli subtip” diaqanozu histoloji müayinə ilə təsdiq edilmişdir (№1000133xx/xx.9680/3). O, hərbi xidmət dövründə “Diffuz iri B-hüceyrəli limfoma, mərhələ İİ E. Qeyri-Hoçkin limfoma, sol tonzillanın zədələnməsi. İ kurs PKT (XBT:C83.3)” diaqnozu ilə hərbi xidmətə yararlılığının təyin edilməsi məqsədilə Daxili Qoşunların Hərbi-həkim komissiyasına təqdim olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun onun barəsində “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı (№ 1603 xx.xx.2021-ci il) verilmiş, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 111 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 6.3-cü maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Lakin, İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxıldıqdan sora xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Milli Onkologiya Mərkəzində təkrar tibbi müayinədən keçirilmiş, A- Əsas diaqnoz: C83.3-Diffuz iri B-hüceyrəli limfoma mərhələ İİ E, Diaqnoz qeydi: Qeyri-Hoçkin limfoma. İİE (xx.xx.2021). Sol tonzillanın zədələnməsi ilə. İV kurs PKT-dan (xx.xx.2021-xx.xx.2021) və şüa müalicəsindən sonrakı vəziyyət diaqnozları qoyularaq əvvəlki diaqnozu təsdiq edilmişdir. Onun diaqnozu dəyişməmiş və sağlam hesab edilməmişdir. Hərbi-həkim komissiyasında təkrar şəhadətləndirilməsi və hərbi xidmətə yararlı hesab edliməsi ’’Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə ziddir. İddiaçı sağlamlıq vəziyyəti Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 1603 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş, qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər olmadığından təkrar şəhadətləndirilmə keçirilməmişdir. İddiaçı iddia tələbi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərinə ziddir.

6. İş materiallarında olan N saylı Hərbi Hissə Komandirinin 08 iyul 2021-ci il tarixli №161 əmrindən çıxarışa əsasən Əliyev X2 İşlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 111 ş/h nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.

7. İş materiallarında olan 1603 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı “Diffuz iri B-hüceyrəli limfoma, mərhələ İİE. Qeyri-Hockin limfoma, sol tonzillanın zədələnməsi. İ kurs PKT (XBT: C83.3). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Səvxan Sübhan oğlunun N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 103 №-li n/h üzrə əmrilə Türkiyə Respublikası Quru Qoşunlarınının Hərbi Məktəbini bitirmiş hesab edilərək “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunaraq 07 sentyabr 2015-ci il tarixdən Daxili qoşunların komandanının sərəncamında hesab edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli 82 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 265 №-li əmrilə Daxili qoşunların komandanının sərəncamından azad edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 1-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli 59 №-li ş/h üzrə əmrilə N saylı hərbi hissədə 1-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri vəzifəsindən azad edilib, tədris prosesinin təminatı bölüyündə 1-ci tədris prosesi təminatı taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 50 №-li əmrilə növbəti “baş leytenant” hərbi rütbəsi verilmişdir. Qeyd: Daxili qoşunların komandanının 2020-ci ildən sonrakı, həmçinin hərbi hissə komandirinin 2015-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivdə olmadığına görə sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir.

9. Məhkəmənin hazırkı işinə dair 20 may 2022-ci il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyası barədə mütəxxəsis rəyi alınmışdır. Araşdırmanın nəticəsi kimi aşağıdakılar bildirilmişdir:

1. N saylı hərbi hissənin hərbi qulluqşu X3 xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixdək Azərbäycah'RespTJDİTkäSİ Sətriyyə-Nazirliyi Milli Onkologiya Mərkəzində müayinə olunmuş, onda təyin edilmiş “Diffuz iri B-hüceyrəli limfoma, mərhələ İİE. Qeyri- Hockin limfoma, sol tonzillanın zədələnməsi” diaqnozu qoyulduqdan sonra xx.xx.2021ci il tarixdə DİN DQ-ın HHK-sı tərəfindən şəhadətləndirilmiş, ’’Diffuz iri B-hüceyrəli limfoma, mərhələ İİE. Qeyri-Hockin limfoma, sol tonzillanın zədələnməsi ilə. İ kurs PKT (XBT:C83.3)" diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 9 “a” maddəsinin İİİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" rəyi verilmişdir (əsas:xx.xx.2021-ci il tarixli 1603 nömrəli xəstəlik haqqında şəhadətnamə.

2. İddiaçı təkrar xx.xx.2021-xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində müayinə olunmuş “C 83.3 Diffuz iri B-hüceyrəli limfoma mərhələ İİİ. Qeyri- Hockin limfoma İİE. Sol tonzillanın zədələnməsi ilə. İV kurs polikimya kursu terapiyasından və şüa müalicəsindən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur (əsas: Ambulator kartadan arayış). Təqdim olunmuş sənədlər MN Baş Klinik Hospitalın onkologiya bölməsinin rəisi tərəfindən öyrənilmiş və ona “Sol tonzillanın zədələnməsi ilə müşayiət olunan İİE mərhələli diffuz iri B hüceyrəli Qeyri-Hockin limfomasına görə aparılmış 4 (dörd) kurs PKT kursundan (xx.xx.2021-xx.xx.2021) və şüa müalicəsindən sonrakı vəziyyət” diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 9 “a” maddəsinin İİİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmişdir.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddiaçı xx.xx.2021-ci il tarixli 111 ş/h nömrəli əmrinin ləğv edilməsini xahiş etmir və həmin əmri mübahisələndirmir. Bildirir ki, həmin əmr verilərkən iddiaçının xəstəliyi olmuşdur. Hazırda iddiaçı sağaldığını, bununla əlaqədar xidmətə bərpa olunmasını tələb edir.

14. Cavabdehin nümayəndəsi hərbi xidmətdən istefaya buraxılmış hərbi qulluqçuların ərizəsi əsasında xidmətə bərpa edilməsinin (hərbi xidmətə qəbul qaydasında) mümkün olduğunu bildirir.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: Könüllü qaydada və ya çağırış üzrə — 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər. Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır.

26. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: q) zabitlərin həqiqi hərbi xidmətinə — hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

17. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı əsasında iddiaçının hərbi xidmətə və orqanlarda yararalılıq katerqoriyasının müəyyən edilməsi ilə bağlı qərardad əsasında Müdafiə Nazirliyi Baş Klinik Hospitalın onkologiya bölməsinin rəisi tərəfindən öyrənilmiş və ona “Sol tonzillanın zədələnməsi ilə müşayiət olunan İİE mərhələli diffuz iri B hüceyrəli Qeyri-Hockin limfomasına görə aparılmış 4 (dörd) kurs PKT kursundan (xx.xx.2021-xx.xx.2021) və şüa müalicəsindən sonrakı vəziyyət” diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 9 “a” maddəsinin İİİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” rəyi verilmişdir.

18. İPM-dən:

68. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

19. Qeyd edilənlərə əsasən, məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığını həyata keçirilməsi zamanı səlahiyyət həddini aşdığını və ya fərqli rəftar nəticəsində iddiaçının hüquqlarının pozulması halını, eləcə də onun vəziyyətinə uyğun gəlməyən şəkildə davrandığını müəyyən etmir.

20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar