Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-692/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərarı nəzərə alınmaqla) qismən-2019- 2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanksiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********163006 saylı qərarına əsasən "xxxx" QSC-də (VÖEN: **********) 2019-cu ilin sentyabr ayından-2022- ci ilin sentyabr ayınadək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2023cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2019-cu ildə 85.429,55 manat, 2020-ci ildə 50.233,29 manat, 2021-ci ildə 8.964,26 manat azaldılması, əlavə dəyər vergisinin 2019-cu ilin yoxlama ilə əhatə olunan dövründə 2.849,29 manat, 2020-ci ildə 26.691,22 manat artıq hesablanması, 2021-ci ildə 0,34 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2019-cu ildə 228,57 manat, 2020-ci ildə 5.353,36 manat, 2021-ci ildə 1.508,72 manat azaldılması, yoxlama ilə əhatə olunan dövrdə 12 halda müxtəlif vergi bəyannamələrinin qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilmədiyi aşkar edilmişdir. Səyyar vergi yoxlaması üzrə qəbul edilmiş məsuliyyətə cəlb edilmə barədə xx.xx.2023- cü il tarixli **********175587 nömrəli qərar ilə "xxxx" QSC-yə, 151.718,09 manat məbləğində əlavə vergi hesablanmış və 119.140,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli **********600100 nömrəli inzibati şikayət “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərar ilə qismən təmin edilərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli qərarın 2020-ci ilin avqust ayı üzrə hesablanmış 12.889,67 manat əlavə dəyər vergisi və tətbiq edilmiş 6.444,84 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Aşağıda qeyd olunanlara əsasən “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərar və xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə qismən razılaşmırlar. 2019-2021-ci illər üçün mənfəət vergisi üzrə: səyyar vergi yoxlaması ilə 2019-cu il üzrə 85.429,55 manat, 2020-ci il üzrə 50.233,29 manat, 2021-ci il üzrə 8.964,26 manat olmaqla ümumilikdə 144.671,10 (yüz qırx dörd min altı yüz yetmiş bir manat) əlavə mənfəət vergisi hesablanmış və 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanskiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı ilə ayrı-ayrı layihələr üzrə yoxlamaya təqdim edilmiş silgi cədvəlləri ilə Forma 2-lər arasında fərqlərin yaranması və bununla da əsassız olaraq mənfəət bəyannamələrinin xərclər hissəsinin açıqlamasının və xərcləri təsdiq edən sənədlərin yoxlamaya təqdim olunmadığı əsas gətirilərək mənfəət vergisi AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmışdır. İlk öncə bildirirlər ki, vergi ödəyicisinin silgi cədvəlləri ilə forma 2-lər arasında fərqlərin yaranması vergitutma baxımından xərclərin müəyyən edilməsi üçün əsas deyildir. Yəni qeyd olunan fərqin yaranması o demək deyildir ki, vergi ödəyicisinin xərcləri sənədlərlə təsdiq olunmur. Belə ki, vergi orqanı vergi ödəyicisinin müvafiq illər üzrə mənfəət vergisi bəyannamələrində bəyan etdiyi xərclərin müvafiq xərc sənədləri ilə təsdiq edilibedilmədiyini araşdırmalıdır. Hazırki iş üzrə vergi ödəyicisi "xxxx" QSC-nin vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrində bəyan edilən xərclər üzrə bütün xərc sənədəri mövcuddur. Əlavə olaraq bildirirlər ki, vergi orqanının əsas gətirdiyi silgi cədvəlləri ilə Forma 2-lər arasında fərqlərin yaranma səbəbləri ilə bağlı da vergi orqanına izahat verilmişdir: “Fərdi evlərin tikintisi üzrə yaranmış fərqlərlə bağlı: smeta və forma 2lərdə armatur sərfi 385,6 tondur, yaranmış 10,15 ton fərq smetada məhəccərin hazırlanmasında nəzərdə tutulub ki, yoxlayıcı bunu nəzərə almayıb. Smeta və Forma 2lərdə 8762,51 kubmetr beton nəzərdə tutulub ki, həmin beton qum, qırma daş və sementdən hazırlanıb və bunlar da silgi cədvəlində öz əksini tapıb. Alçipan və kafel üzrə fərqin yaranma səbəbi onların sərfiyyatının az olması ilə bağlıdır. Oboy fərqi onunla bağlıdır ki, silgi cədvəlində bu “Divar kağızı və analoji divar örtükləri / Səpmə Oboy” adı altında göstərilib, silgisi 1036 qutudur, maye kimi qatışdırılıb istifadə olunur, Forma 2-də qeyd olunan sahəyə vurulub, ona görə də silgi cədvəlində adı oboy kimi qeyd olunmayıb. ƏƏSMN yanında DSMF-nın Ucar rayon şöbəsinin cari təmiri üzrə yaranmış fərqlərlə bağlı: Qeyd olunan markalı 13 ədəd kondisionerin silgisi mexaniki səhv olaraq Göygöl 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmiri işlərində göstərilib. Metlax, laminat, mərmər və alcipan bazardan alınaraq istifadə olunduğuna görə silgiyə salınmamışdır. DSMF-nin binasının təmiri üzrə yaranmış fərqlərlə bağlı: həmin mallar bazardan alındığından qanunvericiliyin tələbinə əsasən xərclərə salınmamışdır. Göygöl 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin təmiri üzrə yaranmış fərqlərlə bağlı: Həmin layihə üzrə Forma 2-ni araşdırmaya təqdim edərək qeyd edirəm ki, qeyd etdiyim sətirlərdə hörgü işləri əks olunub ki, onların sahəsi 878 kvm təşkil edir. Həmin divarlar mişar daşı ilə hörülüb və bu işə silgi cədvəlində göstərildiyi kimi 28788 ədəd mişar daşı sərf edilib, bəzi divarlar ikiqat hörülüb, eyni zamanda müəyyən itkilər də nəzərə alınmalıdır. ƏƏSMN-nin inzibati binasının cari təmiri üzrə yaranmış fərqlərlə bağlı: Qranit üzrə 2020- ci ilin silgi cədvəlində 100 kvm keramoqranit, 1100 kvm qranit və 280 pm qranit bordür sərfiyyatı var ki, yoxlayıcı onların hamısını cəmləyib. Faktiki olaraq 280 pm qranit deyil, qranit bordürdür. Laminat üzrə silgini 706 kvm qeyd edib, belə ki, yoxlayıcı dekorativ divar üzlənməsi, divar üzlənməsi kimi 4 pozisiyanı nəzərə almayıb. Bunlar nəzərə alınsaydı cəmi 832,2 kvm edərdi. 948 ilə 832,2 arasındakı fərqin səbəbi təcili zərurət yarandığı zaman onların bazardan alınması və buna görə də xərcə salınmamasıdır. Alçipan üzrə fərqin yaranması səbəbi yoxlayıcı tərəfindən divar üzlənməsi, dekorativ üzlənmə, sütun və tavan üzlənməsinin nəzərə alınmamasıdır. 1223 kvm-lə 574,34 kvm arasında fərqin səbəbi zərurətlə əlaqədar olaraq onların bazardan alınması ilə bağlıdır. Kovralit bazardan alındığı üçün silgiyə salınmayıb, tarketin isə 2,5 kv.m-i silgiyə salınıb, qalan hissəsi isə bazardan alınmışdır. ” Vergi Məcəlləsinin 39.2.-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Hesab edirlər ki, mənfəət vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq əsaslandırılmadan hesablanması tamamilə qanunsuzdur və mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanskiyaları ləğv edilməlidir. 2019-2021-ci illər üçün ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama ilə əhatə olunan dövrdə vəmiyyət tərəfindən müxtəlif borc müqavilələrinə əsasən 2.922.284,13 manat məbləğində borc cəlb olunmuş və bu dövrdə bu məbləğin 2.390.500,0 manatı qaytarılmışdır. Vergi orqanı Bu məbləğə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə banklararası kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla 70.906,45 manat faiz gəlirləri hesablanmış və yoxlama ilə əhatə edilən dövr üzrə 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Vergi orqanı qeyd olunan pozisiya ilə bağlı vergitutma obyektini müəyyən edərkən Vergi Məcəlləsinin 123.1-ci maddəsinə istinad etmişdir ki, qeyd olunan maddəyə əsasən əsasən rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri- rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi qeyd olunan maddədə ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən əldə olunan gəlirdən bəhs edilir. Bu maddə üzrə vergitutma obyektinin (gəlirin) müəyyən edilməsi üçün ilk öncə faizlərin ödənilməsi sübuta yetirilməlidir. Bununla bağlı bildirilir ki, "xxxx" QSC tərəfindən alınmış borclar üzrə qarşı tərəfə heç bir faiz ödənilməmişdir.Yalnız alınmış borc məbləğləri geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Göründüyü kimi, borc məbləğinə faizlərin hesablanması qanunvericilikdə məcburi hal kimi nəzərdə tutulmamışdır və buna görə də vergi orqanının qeyd olunan borc məbləğləri üzrə faizlərin ödənilməsini ehtimal etməsi və ehtimal əsasında vergi hesablamasının heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən hesab edirik ki, 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2019-2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi məbləğləri ilə bağlı iddia ərizəsində göstərilənlərə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163006 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən "xxxx" QSC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (N KY221799902; xx.xx.2022-ci il). Yoxlanılan dövrdə "xxxx" QSC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş, və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” cəmiyyətin rəhbəri X2 şəxsən təqdim olunmuş, imza edərək qəbul etmiş və cəmiyyətin möhrü ilə təsdiq etmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163070 nömrəli tələbnamə də xx.xx.2022-ci il tarixdə cəmiyyətin rəhbəri X2 şəxsən təqdim olunmuş, imza edərək qəbul etmiş və cəmiyyətin möhrü ilə təsdiq etmişdir. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin yoxlamaya təqdim edilməməsi barədə” xx.xx.2022-ci il tarixli aktı tərtib olunmuş və tərəflər aktı imza etmişlər. Bundan əlavə, yoxlama zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 01,12.2022-ci il tarixli **********165433 nömrəli qərar qəbul edilmiş, cəmiyyətin rəhbəri X2 şəxsən təqdim olunmuş, imza edərək qəbul etmiş və cəmiyyətin möhrü ilə təsdiq etmişdir. Təqdim olunan sənədlər xx.xx.2023cü il tarixli protokolla götürülmüşdür. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********163070 nömrəli tələbnamə ilə tələb olunan yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********165433 nömrəli qərara əsasən protokolla götürülmüş sənədlər barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində ətraflı qeyd olunmuşdur. Vergi Məcəlləsinin: 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirilir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən alınmış armatur, taxta, sement, boru, profillər, mişar daşı, aqlay materiallarının xüsusi çəkisinin yüksək olmasını, əmək tutmununu həcmini nəzərə alaraq, lahiyələr üzrə norma daxilində silinmələrin və əmək tutumunun düzgün müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınmasına ehtiyac yaranmışdır. Bununla əlaqədar "xxxx" QSC tərəfindən 01.01,2019-cu il tarixdən 31,08.2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilən təmir-tikinti işlərinin tərkibində mal-material sərfıyyatınm (xüsusən, armatur, taxta, sement, borular, profillər, mişar daşı, aqlay) həcmini və əmək haqqı xərclərini müəyyənləşdirmək məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168122 nömrəli qərar qəbul edilmiş və "xxxx" MMC- dən mütəxəssis dəvət edilmişdir. "xxxx" MMC tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər əsasında malmaterial sərfiyyatını müəyyən etmək mümkün olmamaması səbəbindən rəy verməkdən imtina edilmişdir. Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Mənfəət vergisi üzrə: Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Vergi məbləği Fərq Dövr Kameral Artıq Azaldılmı bəyannamə məlumatı SVY bəyannamə hesablanmışdır VÖ bəyannamə şdır məlumatı məlumatı 85 2019-cu il 32 086,11 32 086,11 117 515,66 0,00 429,55 50 2020-ci il 628 395,10 628 395,10 676 628,39 233,29 0.00 8 2021-ci il 33 161,02 33 161,02 42 125,28 964,26 0.00 144 Cəmi 693 642,23 693 642,23 836 269,33 627,1 0,00 Vergi Məcəlləsinin: 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onlann əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədləri yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında 2019-cu il üzrə 3 525 469,79 manat, 2020-ci il üzrə 20 358 851,75 manat və 2021-ci il 156 758.46 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında 838 269,33 manat mənfəət vergisi hesablanmış, vergi ödəyicisi tərəfindən hesablanmış 693 642,23 manat nəzərə alınmaqla, ümumilikdə mənfəət vergisinin 144 627,1 manat azaldılması müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisinin hesablanması aşağıdakı qaydada olmuşdur. Yoxlama zamanı 2019-cu il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədləri yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinin 2019-cu il üzrə xərclərinin müəyyən olunması mümkün olmadığı üçün, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. G M =.. x R 100+R M - vergi ödəyicisinin mənfəəti, G - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. 3 525 469,79 M =-------- x 20 = 587 578,30 manat 100+20 2019-cu il üzrə hesablanmış 587 578,30 manat mənfəətdən 117 515,66 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 85 429,55 manat (117 515,66 - 32 086,11) əlavə mənfəət vergisi hesablanmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyənnamələrinə kameral münasibət bildirilməklə 2020-ci il üzrə gəlirləri tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən 20 358 851,75 manat, xərcləri 17 216 876,25 manat (o cümlədən, əmək haqqı 1 933 100,33 manat, sosial- sığorta haqqı 328 133,84 manat, xammal və materiallar 5 852 084,94 manat, icarə haqları 9 060,00 manat, bank xidməti xərci 22 579,56 manat, bilavasitə malların təqdim edilməsi işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər 8 956 567,5 manat, sığorta xərcləri 82 731,43 manat, digər xərclər 32 618,65 manat), mənfəəti 3 141 975,50 manat, mənfəət vergisi 628 395,1 manat təşkil etmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159-cu və 166-cı maddələri nəzərə alınmaqla 2020-ci ildə gəlirlərin 20 358 851,75 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı 2020-ci il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədləri yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinin 2020-ci il üzrə xərclərinin müəyyən olunması mümkün olmadığı üçün, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. G M =-- x R 100+R M - vergi ödəyicisinin mənfəəti, G - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. 20 358 851,75 M =----------------- x 20 = 3 393 141,96 manat 100+20 2020-ci il üzrə hesablanmış 3 393 141,96 manat mənfəətdən 678 628,39 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 50 233,29 manat (678 628,39 - 628 395,1) əlavə vergi hesablanmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyənnamələrinə kameral münasibət bildirilməklə 2021-ci ildə gəlirləri tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən 156 758,46 manat, faiz gəlirləri 207 000,00 manat, xərcləri 175 453,36 manat (o cümlədən, əmək haqqı 60 776,23 manat, sosial-sığorta haqqı 10 282,16 manat, malın dəyəri 10 282,16 manat, icarə haqqları 6 104,65 manat, mühafizə xərcləri 12 650,00 manat, bank xidməti xərci 1 859,52 manat, sığorta xərcləri 2 943,76 manat, digər xərclər 3 250,55 manat), mənfəəti 188 305,1 manat, faiz üzrə mənbədə tutulmuş verginin məbləği 4 500 manat, mənfəət vergisi 33 161,02 manat təşkil etmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159-cu və 166-cı maddələri nəzərə alınmaqla 2021-ci ildə gəlirlərin tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən 156 758,46 manat, faiz gəlirləri 207 000,0 manat olmaqla, ümumilikdə 363 758,46 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş ödənişlər gəlirdən çıxılır. Hesabat ilində vergi ödəyicisi tərəfindən faiz gəlirlərinin əldə olunması ilə bağlı xərclər olmadığı üçün birbaşa mənfəət kimi nəzərə alınmalıdır. Yoxlama zamanı 2021-ci il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədləri yoxlamaya təqdim edilmədiyi üçün müəssisənin xərclərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən 2021-ci il üzrə ümumilikdə 363 758,46 manat gəlirdən 207 000,00 manat (faiz gəlirləri 207 000,00 manat) çıxılmaqla 156 758,46 manat gəlir əsasında (ƏDV nəzərə alınmadan) Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin mənfəəti aşağıdakı kimi hesablanmışdrı. G M= xR 100+R M - vergi ödəyicisinin mənfəəti, G - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. 156 758,46 M =----------- x 20 = 26 126,41 manat 100+20 Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə 233 126,41 (26 126,41+faiz gəlir 207 000,0) manat mənfəətdən 20% dərəcə ilə faiz üzrə mənbədə tutulmuş verginin məbləği 4 500,0 manat nəzərə alınmaqla 42 125,28 (46 625,28-4 500) manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə hesablanmış 33 161,02 mənfəət vergisi nəzərə alınmaqla səyyar vergi yoxlaması ilə 8 964,26 manat (42 125,28 - 33 161,02) əlavə mənfəət vergisi hesablandı. Beləliklə səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə müəssisə tərəfindən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən ümumilikdə 144 627,1 manat azaldılması müəyyən edildi. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 144 627,1 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 72 313,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyindən tutulan vergi üzrə: Yoxlama zamanı yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi və digər hüquqi şəxslərdən ümumilikdə 2922284,13 manat qısa müddətli borc vəsaiti daxil olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 739-cü maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1,22-ci və 102.1,22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlanılan dövrdə "xxxx" QSC tərəfindən "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixli 022 nömrəli, xx.xx.2020-ci il tarixli 023 nömrəli, xx.xx.2020-ci il tarixli 04/20-AV nömrəli, xx.xx.2020-ci il tarixli 08/20-AVA nömrəli, xx.xx.2019-cu il tarixli 10/19-AA nömrəli, "xxxx" QSC ilə xx.xx.2019-cu il tarixli AN/AV-1019 nömrəli, xx.xx.2021-ci il tarixli AV/AN-0321 nömrəli, 05.11,2020-ci il tarixli AV/AN-1120 nömrəli, xx.xx.2020-ci il tarixli AV/AN-0520 nömrəli, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli BM002 nömrəli, xx.xx.2020- ci il tarixli AA/BM-01 nömrəli, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli K/BM-002 nömrəli, "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixli AA/AQ-0620 nömrəli, xx.xx.2020-ci il tarixli AQ/AV-0920 nömrəli, 10.01,2022-ci il tarixli AA/AQ-012 nömrəli, xx.xx.2022-ci il tarixli AA/AQ-0822 nömrəli, "xxxx" QSC-nin təsisçisi X5 ilə xx.xx.2020-ci il tarixli 04/0621 nömrəli, xx.xx.2021-ci il tarixli 17/09 nömrəli, xx.xx.2021-ci il tarixli 04/21-AZ AVS-T/2 nömrəli, xx.xx.2021-ci il tarixli 27/09-AC nömrəli, xx.xx.2021-ci il tarixli 29/09-AC nömrəli borc müqavilələrinə əsasən 2 922 284,13 manat borc vəsaiti cəlb olunmuş və bu dövrdə 2 390 500,0 manat borc geri qaytarılmışdır. Vergi ödəyicisi tərəfindən qaytarılmış borc vəsaiti nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 70 906,45 manat faiz məbləğinə 7 090,65 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 7 090,65 manat məbləğə 50 % miqdarında 3 545,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********165297 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, "xxxx" QSC-nin səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********115587 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********793300 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli qərar 2020-ci ilin avqust ayı üzrə hesablanmış 12.889,67 manat əlavə dəyər vergisi və tətbiq edilmiş 6.444,84 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, inzibati şikayətin araşdırılması zamanı hesablanmış mənfəət vergisinin və ödəmə mənbəyində tutulan verginin Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslı olması tam sübuta yetirildiyinə görə qərar həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, "xxxx" QSC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli qərar ilə hesablanmış mənfəət vergisi və ödəmə mənbəyində tutulan vergi (tətbiq edilmiş maliyyə sanksiyası nəzərə alınmaqla) Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin vergilərin azaldılması üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materiallarından görünür ki, vergi auditi idarəsinin xx.xx.2022-ci il tarixli **********511109 nömrəli xidməti məruzəsi üzrə vergidən yayınma hallarının olması ehtimalının mövcud olduğu müəyyən edildiyi üçün cavabdehin xx.xx.2022-ci il tarixli **********163006 saylı qərarı ilə Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün müəyyən edilməsi məqsədi ilə iddiaçıya səyyar vergi yoxlaması təyin edilmiş təyin edilmişdir. Yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221799902 nömrəli çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023 tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2023-cü il tarixli **********165297 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən mənfəət vergisinin 2019-cu ildə 85.429,55 manat, 2020-ci ildə 50.233,29 manat, 2021-ci ildə 8.964,26 manat azaldılması, əlavə dəyər vergisinin 2019-cu ilin yoxlama ilə əhatə olunan dövründə 2.849,29 manat, 2020-ci ildə 26.691,22 manat artıq hesablanması, 2021-ci ildə 0,34 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2019- cu ildə 228,57 manat, 2020-ci ildə 5.353,36 manat, 2021-ci ildə 1.508,72 manat azaldılması aşkar edilmişdir. Səyyar vergi yoxlaması üzrə qəbul edilmiş məsuliyyətə cəlb edilmə barədə xx.xx.2023- cü il tarixli **********175587 nömrəli qərar ilə "xxxx" QSC-yə, 151.718,09 manat məbləğində əlavə vergi hesablanmış və 119.140,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli **********600100 nömrəli inzibati şikayət “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərar ilə qismən təmin edilərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175587 nömrəli qərarın 2020-ci ilin avqust ayı üzrə hesablanmış 12.889,67 manat əlavə dəyər vergisi və tətbiq edilmiş 6.444,84 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərar ilə ləğv edilməmiş qalan hissədə 2019-2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanskiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı mübahisə predmeti olan məsuliyyət qərarını həmin qərardan verilmiş inziati şikayətin qismən təmine dilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından sonra xx.xx.2024-cü il tarixdə məhkəmədə mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə əsaslıdır. İş üzrə müəyyən olunur ki, yoxlama dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və digər qurumların sifarişi ilə Respublikanın müxtəlif bölgələrində fərdi evlərin tikintisi və digər cari və əsaslı təmir işlərini həyata keçirmişdir. Mənfəət vergisi üzrə: İş üzrə müəyyən olunur ki, vergi orqanının araşdırmasına əsasən 2019-cu il üzrə hesablanmış 587578,30 manat mənfəətdən 117515,66 manat mənfəət vergisi hesablanmış, vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 85 429,55 manat (117 515,66 - 32 086,11) əlavə mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə hesablanmış 3 393 141,96 manat mənfəətdən 678 628,39 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 50 233,29 manat (678 628,39 - 628 395,1) əlavə vergi hesablanmışdır. 2021-ci il üzrə hesablanmış 42125,28 manat mənfəət vergisindən vergi ödəyiisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla səyyar vergi yoxlaması ilə 8 964,26 manat (42 125,28 - 33 161,02) əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, vergi orqanının əlavə mənfəət vergisi hesablaması onunla əlaqələndirilmişdir ki, xx.xx.2023-cü il tarixli, **********165297 saylı səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədlərinin yoxlamaya təqdim edilməməsi səbəbindən müəssisənin 2019-2021-ci illər üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən alınmış alınmış və ya xərc kimi silinmiş mal materialların faktiki hansı hissəsinin görülən işlərin həcminə uyğun olmasının, istifadə olunan mal-materialların hansı həcimdə olmasının və normalara uyğun silinməsinin müəyyən edilməsi, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirilməli və müvafiq mütəxəssislər tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməli idi. Hazırkı səyyar vergi yoxlamasından görünür ki, əraziyə baxış keçirilməmiş, əmlakın inventarizasiyası keçirilməmişdir. Səyyar vergi yoxlaması aktında yoxlama zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********168122 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC-dən mütəxəssis dəvət edildiyi göstərilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkətinin 16 iyun 2023-cü il tarixli MB 16-0880 nömrəli vergi orqanına ünvanladığı məktubdan göründüyü kimi, mütəxəssis qarşısında vergi ödəyicisi tərəfindən xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilən təmir tikinti işlərinin tərkibində mal-material sərfiyyatnın (xüsusən, Armatur, Taxta, Sement, Borular, Profillər, Mişar daşı, Aqlay) həcmini və əmək haqqı xərclərini müəyyən edilməsi sualı qoyulmuş lakin vergi ödəyicisi tərəfindən mütəxəssisə təqdim olunmuş sənədlərin dolğun və tam təqdim edilməməsi səbəbindən görülən işlərdə tikinti quraşdırma işlərinin həcminin tərkibində mal-material sərfiyyatının həcminin və əmək haqqı xərclərinin müəyyən edilməsinin mütəxəssis tərəfindən mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, tikintidə istifadə olunan mal-materialın həcmini, markasını, növünü, xüsusiyyətlərini və keyfiyyətini müəyyənləşdirməkdən ötrü mütləq həmin materialların sərf olunduğunu tikiliyə (obyektə) baxış keçirmədən, nəzarət ölçüsü aparılmadan, müəssisə tərəfindən alınmış mal-materiallarıdan xərc kimi silinmiş faktiki hansı hissəsinin görülən işlərin həcminə uyğun olmasını müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilməməsi cavabdeh tərəfindən tədqiqatın ətraflı və dolğun aparılmaması nəticəsinə gəlməyə əsas verir. Qeyd edilməlidir ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin xərclər sətrində öz əksini tapmış məlumatlara dair sənədləri (o cümlədən: ciddi hesabat sənədləri) yəni müəssisənin növü, adı, rekvizitləri olan xərc sənədləri (elektron alış aktları və s.) iş materiallarında öz əksini tapmışdır. Hazırkı məhkəmə icraatında xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 9/4113 N-li ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərə əsasən isə 2019-2021-ci illər ərzində müəssisənin göstəriciləri (gəliri, xərci və s.) aşağıdakı kimi müəyyən olunur. 2019-cu il üzrə Ümumi gəlir 3579984,11 manat; Ümumi xərc 3419553,54 manat; Vergiyə cəlb olunan mənfəət-160430,57 manat; 2020-ci il üzrə Ümumi gəlir 20358851,75manat; Ümumi xərc 17216876,25manat; Vergiyə cəlb olunan mənfəət-3141975,50 manat; 2021-ci il üzrə Ümumi gəlir 363758,46 manat; Ümumi xərc 175453,36 manat; Vergiyə cəlb olunan mənfəət-188305,10 manat; Ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" QSC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin xərclər sətrində öz əksini tapmış məlumatlara dair sənədləri (o cümlədən: ciddi hesabat sənədləri) yəni müəssisənin növü, adı, rekvizitləri olan xərc sənədləri (elektron alış aktları və s.) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, yoxlama ilə xərc sənədləri deyil yalnız malmaterialların layihələr üzrə silgi cədvəli və texniki hesabat sənədlərinin yoxlamaya təqdim edilməməsi səbəbindən müəssisənin 2019-2021-ci illər üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən büdcəyə çatası mənfəət vergisinin hesablandığı göstərilmişdir.” Vergi Məcəlləsinin: -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlərin tam təqdim edilmədikdə, mühasibat uçotu lazımi qaydada aparılmadıqda vergi orqanı ödənilməli olan verginin məbləğini VM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən etmək imkanı olduğu halda bunu etməmişdir. Halbuki, VM-in 67-ci maddəsində göstərilən qaydada aparılan tədqiqatın nəticələrini mötəbər sübut kimi çıxış edə bilərdi. Başqa sözlə, iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində mal-materialı təsdiq üdən sənədlər olduğu halda həmin materialın norma daxilində silinməsinin müəyyən edilməsinə dair sənədlərin olmadığına görə verginin bu qaydada yəni, tikinti gedən yerə getmədən, nəzarət ölçüsü keçirmədən, mütəxəssislərin və iddiaçının iştirakı ilə ölçü işlərini aparmadan, işlərin izahatlarını almadan vergi hesablanmasını müəyyən edən hüquq normaları vergi qanunvericiliyində mövcud deyildir. Başqa sözlə, tikinti işlərində mal-materialların layihələr üzrə silgi cədvəli və texniki hesabatların yoxlamaya təqdim edilməməsi gəlirin əldə olunması ilə bağlı xərclərinin uçotunun aparılmamasına və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı, xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisinin hesablanmasına əsas deyildir. Odur ki, məhkəmə cavabdehin qərarını mübahisələndirilən mənfəət vergisi hissəsində əsassız hesab edir. Ödəmə mənbəyində vergi üzrə: Vergi orqanının araşdırmasına əsasən yoxlanılan dövrdə "xxxx" QSC tərəfindən "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixli 022 nömrəli, xx.xx.2020-ci il tarixli 023 nömrəli, xx.xx.2020-ci il tarixli 04/20-AV nömrəli, xx.xx.2020-ci il tarixli 08/20-AVA nömrəli, xx.xx.2019-cu il tarixli 10/19-AA nömrəli, "xxxx" QSC ilə xx.xx.2019-cu il tarixli AN/AV-1019 nömrəli, xx.xx.2021-ci il tarixli AV/AN-0321 nömrəli, 05.11,2020-ci il tarixli AV/AN-1120 nömrəli, xx.xx.2020-ci il tarixli AV/AN-0520 nömrəli, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli BM002 nömrəli, xx.xx.2020- ci il tarixli AA/BM-01 nömrəli, "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli K/BM-002 nömrəli, "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixli AA/AQ-0620 nömrəli, xx.xx.2020-ci il tarixli AQ/AV-0920 nömrəli, 10.01,2022-ci il tarixli AA/AQ-012 nömrəli, xx.xx.2022-ci il tarixli AA/AQ-0822 nömrəli, "xxxx" QSC-nin təsisçisi X5 ilə xx.xx.2020-ci il tarixli 04/0621 nömrəli, xx.xx.2021-ci il tarixli 17/09 nömrəli, xx.xx.2021-ci il tarixli 04/21-AZ AVS-T/2 nömrəli, xx.xx.2021-ci il tarixli 27/09-AC nömrəli, xx.xx.2021-ci il tarixli 29/09-AC nömrəli borc müqavilələrinə əsasən 2 922 284,13 manat borc vəsaiti cəlb olunmuş və bu dövrdə 2 390 500,0 manat borc geri qaytarılmışdır. Vergi ödəyicisi tərəfindən qaytarılmış borc vəsaiti nəzərə alınmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 70 906,45 manat faiz məbləğinə 7 090,65 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Məhkəmə aşağıdakılara əsasən vergi orqanın qərarını mübahisələndirilən hissədə də əsassız hesab edir. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi orqanının mövqeyinə əsasən müəssisə yoxlanılan dövr üzrə müxtəlif müəssisələrdən borc vəsaitləri götürmüş və həmin borca görə qaytarılmış vəsaitlə faiz şəklində gəlir əldə edilmiş və bu əsasdan həmin faiz məbləğinə 10 % ödəmə mənbəyindən vergi hesablanmalıdır. Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan redaksiyasında aşaöıdakı maddələrinə əsasən: -739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilməlidir ki, kredit müqaviləsinin məqsədi verilmiş borcla bağlı əsas vəsaitin qaytarılması ilə yanaşı həm də faizdən gəlir əldə etməkdir. Yoxlamaya eləcə də məhkəməyə təqdim edilmiş yuxarıda adıçəkilən borc müqavilələrinin müddəlarında borcun faiz üzrə verilməsinin nəzərdə tutulmadığı bilavasitə qeyd edilmişdir. Vergi orqanı qaytarılmış borc vəsaitinin təkcə əsas borcun məbləğinin deyil, həm də əlavə faiz hissəsini də qaytarıldığını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İşin qeyd edilən halı da onu deməyə əsas verir ki, iddiaçının borc vəsaiti alması və vəsaiti qaytarması maliyyə xidməti kimi nəzərə alına bilməz. Vergi ödəyicisinə verilmiş borc məbləği ilə maliyyə xidmətləri göstərən bankların təqdim etdiyi pul kreditləri eyniləşdirilə bilmədiyi kimi, təqdim edilmiş borc vəsaitinə bankların verdiyi kreditlər üzrə orta kredit faizi tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçıya ÖMV və ona müvafiq maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim olunan hesabatlarında, bəyannamələrində məlumatların düzgün olmadığını mötəbər sübutlarla sübuta yetirməlidir. Cavabdeh tərəfindən isə hər hansı sübuta istinad edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərarı nəzərə alınmaqla) qismən-2019-2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanskiyası, həmçinin 2019- 2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175587 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı (Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********793300 nömrəli qərarı nəzərə alınmaqla) qismən-2019-2021-ci illər üzrə hesablanmış 144.671,10 mənfəət vergisi və ona tətbiq edilmiş 72.313,5 (yetmiş iki min üç yüz on üç manat) maliyyə sanskiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış 7.090,65 manat ödəmə mənbəyində tutulan vergi və ona tətbiq edilmiş 3545,32 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova