Məhkəmə qərarları › İş №e-2-1(112)-6941/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6941/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6941/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X3 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsinin 1/16 hissədə, ünvan 2nında yerləşən 0.12 ha torpaq sahəsinin 1/16 hissədə və ünvan 2nında yerləşən 0.23 ha torpaq sahəsinin 1/16 hissədə olan paylarının özgəninkiləşdirilməsi üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X19 ilə 2000-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən onların X13, X14, X12 və X5 adlı övladları olmuşdur. Əri xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-141 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X16 şəhadətnaməyə əsasən Bakı səhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə, xx.xx.2023 tarixli, reyestrdə 2V-139 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X16 şəhadətnaməyə əsasən ünvan 2nında yerləşən 0,23 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə, xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-216 nömrəsi ilə qeyd edilmiş Qanun üzrə X16 şəhadətnamə üzrə ünvan 2nında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə X12 və X1 Fikrət Alcan oğlunun vərəsələridirlər. Daşınmaz əmlakın dövlət reyestrindən **********63 reyestr nömrəli Çıxarışa əsasən Bakı səhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0.2654 ha torpaq sahəsi 1/16 hissədə X21 oglu və 1/16 hissədə X4 məxsusdur. Daşınmaz əmlakın dövlət Reyestrindən xx.xx.2023-ü il tarixli, ********** nömrəli Çıxarışa əsasən ünvan 2nında yerləşən 0.12 ha torpaq sahəsi 1/16 hissədə X12 və 1/16 hissədə X4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrindən **********95 reyestr nömrəli çıxarışa əsasən ünvan 2nında yerləşən 0.23 ha torpaq sahəsi 1/16 hissədə X12 və 1/16 hissədə X4 məxsusdur. Hazırda miras əmlakdan övladlarının payına düşən 1/16 hissəni digər vərəsələrə satmaq məcburiyyəti yaranmışdır. Yusiflə Bənövşə yetkinlik yaşlarına çatmadıqlarına görə, qeydiyyatda olduqları ərazi aidiyyətı üzrə Bakı şəhəri Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilməli olan müvafiq icazə məktubu notariat orqanına təqdim edilməsi üçün tələb olunur. İddia ərizəsinə əlavə olunan, müvafiq icazənin Komissiyadan alınması üçün, xx.xx.2023-cü il tarixli, **********755 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəni Cavabdeh ümumi şöbəsində xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Buna baxmayaraq, artıq bir ildən artıqdır ki, qeyd olunan məktub, qanunsuz olaraq, qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin iddiaçıdan tələb olunması səbəbi ilə qəsdən yubadılır. Belə ki, iddia ərizəsinə əlavə olunan "Yetkinlik yaşına çatmayanların mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı" Komissiyanın əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim olunmuşdur. Tələb olunan sənədlər: 1. Hər iki valideyn tərəfindən Cavabdeh başçısının adına notarial qaydada təsdiq olunmuş ərizə. 2. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamə və s.). 3. Yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti. 4. Valideynlərin şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətləri. 5. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti. 6. Yaşayış yerindən arayış - forma 2 qohumluq dərəcəsi. 7. Satılan əmlakın sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti. 8. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi. Komissiya tərəfindən təqdim olunmuş siyahıda qeyd olunmadığı halda, cavabdehin xx.xx.2023-cü il tarixli, 5-19/2-4/12-M-52- 166 məktubu ilə əsassız olaraq, bildirilmişdir ki, uşaqların vərəsəlik haqqında şəhadətnamələri təqdim edildikdən sonra miras əmlakın satılmasına icazənin verilməsi barədə müraciətə yenidən baxılacaqdır. Lakin qanunvericiliyin tələblərinə əsasən bu şəhadətnamələri iddiaçı tərəf deyil, notariat orqanı Komissiyaya təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdıq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 100-cü bəndinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni numayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik huququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik huququ haqqında şəhadətnamənin surətini gondərməlidir). Aşağıda göstərilən məktubdan və Azərpoçt qəbzindən göründüyü kimi, Təlimatın 100-cü bəndinin tələbinə əsasən, xx.xx.2023 tarixdə 2V-137, 2V-139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış Vərəsəlik X2 surətləri xx.xx.2023 tarixdə sifarişli məktubla Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən cavabdehə göndərilmişdir (lakin cavabdeh belə bir məktubun gəlmədiyini bəhanə gətirərək üzərinə düşən vəzifəni icra etməkdən yayınaraq uşaqların mənafeinə zidd hərəkət etməklə yenə də onların hüquqların pozmuş oldu). Buna baxmayaraq, cavabdehin qanunsuz tələbləri üzündən xx.xx.2023-cü il tarixdə uşaqların vərəsəlik haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərini komissiyaya təqdim etmişlər. Lakin Komissiya əməkdaşları, qanunun tələblərinə məhəl qoymadan, bildirmişlər ki, şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri deyil, əslləri onlara təqdim olunmalıdır. Cavabdehin bu qanunsuz tələbini yerinə yetirib iddia ərizəsinə əlavə olunan xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş xx.xx.2023 tarixdə 2V-137, 2V- 139 və 2V-141 reyestr nömrəsi ilə qeydə alınmış Vərəsəlik X2 əsllərinə bərabər olan dublikatları cavabdeh təşkilatın dəftərxanasına təqdim edilmiş və cavabdeh orqanın işçisi "Məmmədova" tərəfindən rəsmi qəbul edilmişdir. Buna baxmayaraq Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023 tarixli, 5-19/2-14/12-M- 52/5-166/5-t/2, M-52/6-166/6 nömrəli məktubunda, əsassız olaraq, bildirilir ki, Komissiyaya qanunamüvafiq qaydada Qanun üzrə X16 Şəhadətnamələr təqdim edilməmişdir. Hazırkı ərizəyə əlavə olunmuş, cavabdehin xx.xx.2023-cü il tarixli, 5-19/2-14/12-M-52/2-166/2-t/1 məktubu ilə bildirilmişdir ki, vərəsəlik işi üzrə məhkəmə qərarının icra olunması ilə bağlı sənəd təqdim edildikdən sonra miras payın satılmasına icazənin verilməsi barədə müraciətə yenidən baxıla bilər. Bu dəfə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş aşağıdakı sənədlər cavabdeh təşkilatın dəftərxana işçisi "İ. Rzayeva" tərəfindən rəsmi qəbul edilmişdir: 1. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022 tarixli, 2(006)-2349/2022 nömrəli Qətnaməsi. 2. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023 tarixli, 2(103)-772/2023 nömrəli Qərardadı. 3. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022 tarixli İcra Vərəqəsi. 4. "məhkəmə qətnaməsinin icra olunması ilə bağlı" notariat orqanının xx.xx.2023 tarixli, 841 nömrəli Arayışı. 5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin "İcraata xitam verilməsi haqqında" xx.xx.2023 tarixli Qərarı. Buna baxmayaraq, Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-19/2-14/12-M-52/7-166/7-t/3 məktubu ilə yenə də, əsassız olaraq, bildirilmişdir ki, X26 X2 yenidən hansı əsaslarla tərtib edildiyi və məhkəmə qərarı vardırsa, həmin sənədlərin surətlərinin Cavabdehnə göndərilməsi xahiş edilir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2023 tarixli, HP-97-AZ/2023 nömrəli məktuba xx.xx.2023-cü il tarixli məktubla tələb olunan məhkəmə qərarları yenidən cavabdehə təqdim edilmişdir. Cavabdehin tələb etdiyi sənədlər ona yenidən təqdim olunmasına baxmayaraq, xx.xx.2024 tarixində Azərpoçt vasitəsi ilə rəsmi qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 5- 19/2-14/12-M-52/7-166/7-t/3 nömrəli məktubla müvafiq icazənin verilməsindən, əsassız olaraq, imtina edilərək, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, vətəndaş İddiaçı azyaşlı övladlarına məxsus miras əmlakların özgəninkiləşdirilməsinə icazənin verilməsi məsələsi barədə ərizəsi Cavabdeh başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən araşdırılmışdır. Araşdırma zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 2349/2022 saylı Qətnaməsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı, Moskva şəhərində yaşamış X19 uzun sürən xəstəlikdən sonra xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında vəfat etmişdir. Rusiya Federasiyasının Moskva şəhərində, şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün müraciət mərhumun övladları Taleh və Ruslan Əliyevlər tərəfindən edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı X17 həmin notariusa müraciət edərək mərhum F.Əliyevin xx.xx.2000-ci il tarixdə 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli Vəsiyyətnamə tərtib edərək bütün əmlakını həyat yoldaşı X10 miras qoyduğunu nəzərə alıb Vəsiyyətnamə üzrə vərəsəlik aparılmasını xahiş etmişdir. Vərəsəlik işinin Moskva notariusunun icraatında olduğu və miras qoyanın əmlaklarının müəyyən olunduğu zaman mərhumun mülkiyyətində olmuş: Şamaxı rayonu, Çuxuryurd kəndinin ərazisində olan **********95 reyestr nömrəli 0,23 ha, **********91 reyestr nömrəli 0,12 ha, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən **********63 reyestr nömrəli 0,2650 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dəyişdiyi, yəni Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu tərəfindən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2-V-13 saylı X7, X6, X8, X4 hüquq verən X26 X2 verildiyi müəyyən edilmişdir. Qanun üzrə X16 şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən məhkəmə tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən xx.xx.2022-ci il tarixli, e- 2(006)-2349/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixdə, 2(103)-772/2023 saylı işə açıq məhkəmə iclasında baxılmışdır. Qərardaddan göründüyü kimi cavabdehin vəkili Vəkil apellyasiya şikayətindən yazılı formada imtina vermişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası verilmiş apellyasiya şikayətindən imtina barədə Qərardad qəbul etmişdir və apellyasiya icraatına xitam vermişdir. Qərardad qəbul edildiyi andan qüvvəyə minmişdir. Vəkil əlavəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-2349/2022 saylı icra sənədi üzrə məhkəmənin sözügedən icra sənədinin xx.xx.2023-cü il tarixdə icra edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-ln 369.1 ve 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi 1-ci instansiya məhkəməsinin Qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qaldırılmış məsələyə qanunamüvafiq qaydada etiraz edilmişdir. Vəkil RİH-də qəbul edilən zaman bu barədə ona məlumat verilmişdir. Qeyd edilir ki, Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu tərəfindən V- 216/2021 saylı vərəsəlik üzrə tərtib edilmiş və X7, X6, X8, X4 hüquq verən xx.xx.2021-ci il tarixli, 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2-V-13 saylı X26 X2 kserosurətləri təsdiqlənməmiş 02 fevral 2022-ci il tarixli, 316 saylı məktubun kserosurətinə əlavə edilərək xx.xx.2022-ci il tarixdə, 205 nömrə ilə RİH-də qeydiyyata alınmışdır. Cavabdeh başçısı yanında YYÇİHM üzrə Komissiyanın qeydiyyat kitabının 27-28-ci səhifəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X15 tərəfindən sonradan xx.xx.2023-cü il tarixli reyestrdə 2V-137, 2V-139 və 2V-141 nömrələri ilə verilmiş yeni X26 X2 kserosurətlərinin notarial təsiqlənmiş surətləri xx.xx.2023-cü il tarixli, 1768 saylı məktubun kserosurətinə əlavə edilərək xx.xx.2023-cü il tarixdə, 5-19/1-766/2023 nömrə ilə RİH-də qeydiyyata alınmışdır. Cavabdeh başçısı yanında YYÇİHM üzrə Komissiyanın qeydiyyat kitabının 55-56-cı səhifəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 10-17-ci, 48.2, 58.7-ci, 59, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmədən maddi hüquq normaları pozulmaqla vərəsəlik işinin açıldığını, Şəhadətnamələrin və o cümlədən həmin Şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən xx.xx.2022-ci il tarixli, e-2(006)-2349/2022 saylı Qətnaməsi əsasında ləğv edildiyini və bu barədə məhkəmə qərarının icra olunduğunu nəzərə alaraq, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı "payların özgəninkiləşdirilməsi üçün icazənin verilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini olduğu kimi müdafiə etmiş, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirərək, mümkün sayılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17). Azərbaycan Respublikası Ailə Məcəlləsindən: -49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. -51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. -51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. -55.5-ci maddəsinə əsasən, uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanının 2.9-2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.4-cü 51.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən, Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Həmin Əsasnamənin 11-ci maddəsinə əsasən, Komissiyalar yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxırlar: 1) yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizələri olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. İddia tələbindən və işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı yetkinlik yaşına çatmayan övladlarının mülkiyyətində olan daşınmaz əmlakların onlara məxsus paylarının özgəninkiləşdirilməsinə yönəlmişdir. İddiaçı bunun üçün müvafiq icazənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində inzibati orqan kimi Cavabdeh göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki xarakterlidir. Cavabdeh əlbəttə ki, inzibati orqandır, lakin hazırkı tələb cavabdeh qurumun publik fəaliyyətindən irəli gələn mübahisə ilə bağlı olmadığından inzibati mübahisə deyildir. Belə ki, yuxarıda istinad olunan mülki və ailə qanunvericliyindən göründüyü kimi, valideynləri tərəfindən idarə olunan yetkinlik yaşına çatmayan şəxslərin əmlakına dair sərəncam və bunun üçün qəyyumluq və himayəçilik orqanları tərəfindən icazənin verilməsinə dair məsələlər mülki qanunvericiliyə uyğun olaraq həll edilir və bununla bağlı xüsusi qaydalar mövcuddur. Bu isə onu deməyə əsas verir ki, bu münasibətlərdə yerli icra hakimiyyəti xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, formalaşmış mövcud məhkəmə praktikasına əsasən bu qəbildən olan mübahisələrə məhz mülki məhkəmə icraatı qaydasında baxılır (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 47/2019, 2-1(102)-416/2020, 2-1(102)-1232/2021, 2-1(102)-1635/2021, 2-1(102)- 1041/2022 və 2-1(102)-2889/2019 saylı və sairə qərarları). Odur ki, məhkəmənin qənaətinə görə, yetkinlik yaşına çatmayan şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinə icazənin verilməsi bağlı mübahisələr də inzibati məhkəmə icraatının predmetini təşkil edə bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həyata keçirmək hüququ vardır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.2-3.3-cü bəndlər). Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından və bununla da İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından iddiaçıya hüquqi yardım göstərilməsi zərurəti yaranmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar