Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6946/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2025-ci il tarixli **********4566 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2025-ci il tarixli **********4566 saylı qərarına əsasən fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.7.2.-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli **********4566 saylı qərarı əsassızdır və ləğv olunmalıdır. Cavabdehin “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1599 saylı Qərarı ilə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən obyektdə nağd pul hesablaşmalırının aparılması qaydalarına riayət olunması və qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin bağlanması vəziyyətinin yoxlanılmasının keçirilməsi nəzərədə tutulmuşdur. Bu barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə müvafiq məlumat xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən eyni tarixli xx.xx.2024-cü il tarixli nömrəsiz akt tərtib olunub imzalanmışdır. Bu aktda xx.xx.2024-cü il tarixində saat 17:17-də keçirilən X2 tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalalarının aparılması zamanı VM-nin 50.8-ci bəndinin tələblərinin pozuntusu faktı aşkar edildiyi qeyd edilmişdir. Lakin həmin aktda nəzarət-kassa aparatının çekində konkret olaraq hansı məlumatların olmadığı göstərilməmişdir. Belə ki, VM-nin 50.8-ci bəndinin tərkibində 19 yarımbənd vardır ki, sözügedən aktda bunların heç birinə istinad yoxdur. Yuxarıda qeyd olunmuş nömrəsiz akta əsasən Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixli Seriya DVX № 045875 Akt tərtib edilmişdir ki, bu aktda qeyd olunur ki, xx.xx.2024-cü il tarixində saat 17:17-də İddiaçıya məxsus hamamda müştəri tərəfindən otaq xidmətinə görə 20 (iyirmi) manat ödənildi, ödənişin müqabilində nəzarət-kassa aparatına 14 (on dörd) manat vuruldu və çek müştəriyə verildi. Aktda göstərilir ki, əvvəlki X2 keçirilməsi barədə rəsmi sənəd təqdim olunmadı. Aktın nəticə hissəsində VM-nin 16.1.9-cu maddəsinin və AR Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 №-li Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarınıln istismarı Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.3.16.-cı bəndinin tələblərinin pozulduğu bildirilir. Lakin aktda Qaydaların 8.3.16-ci bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya təqdim edilmiş çekdə qanunvericiliklə müəyyən edilmiş hansı məlumatların əks etdirilmədiyi göstərilməmişdir. Yuxarıda sadalananlar nəzərə alınmaqla İddiaçıya qarşı VM-nin 58.7.-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiqi tövsiyyə olunmuşdur. Sözügedən Aktda İddiaçıya VM-nin 50.8.-ci maddəsinin tələblərinə riayət olunması tövsiyyə olunur, lakin yenə də həmin maddənin hansı bəndinin pozulduğu bildirilmir. Aktlardan görünür ki, pozuntu vergi ödəyicisinin iştirakı olmadan aşkar olunmuş və aktlar onun iştirakı olmadan tərtib olunmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixli nömrəsiz aktda qeyd olunur ki, yoxlama iddiaçının iştirakı olmadan keçirildiyi səbəbindən müvafiq qərarla, çıxarışla tərtib olunmuş aktla tanış olması və imza edib bir nüsxəsinin qəbul edilməsi mümkün olmamışdır. Qeyd olunmalıdır ki, nə xx.xx.2024-cü il tarixli nömrəsiz aktda, nə də xx.xx.2024-cü il tarixli Seriya DVX № 045875 aktda iddiaçının iştirakı olmamış və onun imzaları yoxdur. Eyni zamanda aktlarda iddiaçının hər hansı nümayəndəsinin və/və ya kassirinin iştirakı qeyd olunmamış, onların izahatları yaxud izahat verməkdən və aktı imzalamaqdan imtinaları barədə qeydlər yoxdur. Cavabdeh yuxarıda istinad olunmuş Akta əsasən İddiaçının VM-nin 58.7.2-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli **********4566 saylı qərar çıxarmışdır. İddiaçı hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixli **********4566 saylı qərarı əsassızdır və ləğv olunmalıdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi icraatınızda olan e-2-1(112)-6946/2025 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İşin halları ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********1599 nömrəli "X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN: **********) məxsus AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr 86 ünvanında yerləşən obyektə keçirilmiş X2 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 045875 nömrəli aktın tərtib edildiyi və vergi ödəyicisinin OVN tədbiri zamanı obyektdə olmaması səbəbindən Qərar, Çıxarış, aktla tanım olması və imza edib bir nüsxəsini qəbul etməsi mümkün olmamışdır. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixli **********4566 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildiyindən 3000 (üç min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə xx.xx.2025-ci il tarixli **********907000 nömrəli məktubla xx.xx.2025-ci il tarixdə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və tərəfindən xx.xx.2025-ci il tarixdə oxunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X2 tədbiri zamanı cavabdehin əhali ilə nağd pul hesablaşmalalarının aparılması zamanı VM-nin 50.8.-ci bəndinin tələblərinin pozuntusu faktı aşkar edildiyi qeyd edilmişdir. Lakin, həmin aktda nəzarət-kassa aparatının çekində konkret olaraq hansı məlumatların olmadığı göstərilməmişdir. Belə ki, VM-nin 50.8.-ci bəndinin tərkibində 19 yarımbənd vardır ki, sözügedən aktda bunların heç birinə istinad yoxdur. Bildirilir ki, xx.xx.2024-cü il tarixdə saat 17:17-də İddiaçı məxsus hamamda müştəri tərəfindən otaq xidmətinə görə 20 (iyirmi) manat ödənilmiş və ödəniş müqabilində nəzarətkassa apartına 14 (on dörd) manat vurularaq, çek müştəriyə təqdim olunmuşdur. Təqdim olunmuş nəzarət-kassa aparatının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozuntusu aşkar edilmişdir. Belə ki, nəzarət-kassa aparatının çekində Vergi Məcəlləsinin 50.8.4, 50.8.5 və 50.8.11 ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); İş materialına əlavə olunmuş nəzarət-kassa aparatının çekindən də göründüyü kimi çekdə vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) adı, xidmətin adı, müştəriyə qaytarılan məbləğ qeyd edilməmişdir. Bununla da Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan obyektinin (**********-20001 kodlu) adı "HAMAM-SAUNA” olmasına baxmayaraq, çekdə "Mağaza” qeyd edilmişdir. Məhsulun adı hissəsində "Xidmət” yazılmış lakin xidmətin adı qeyd olunmamışdır. 20 manat ödəniş edilməsinə və çekdə 14 manat ödənişin qeyd edilməsinə baxmayaraq, müştəriyə qaytarılan məbləğ çekdə öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində eyni zamanda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli nömrəsiz aktda qeyd olunur ki, yoxlama iddiaçının iştirakı olmadan keçirildiyi səbəbindən müvafiq qərara, çıxarışla tərtib olunmuş aktla tanış olması və imza edib bir nüsxəsinin qəbul edilməsi mümkün olmamışdır. Qeyd olunmalıdır ki, nə xx.xx.2024-cü il tarixli nömrəsiz aktda, nə də xx.xx.2024-cü il tarixli Seriya DVX № 045875 aktda iddiaçının iştirakı olmamış və onun imzaları yoxdur. Eyni zmanda, aktlarda iddiaçının hər hansı nümayəndəsinin və ya kassirinin iştirakı qeyd olunmamış, onların izahatları yaxud izahat verməkdən və aktı imzalamaqdan imtinaları barədə qeydlər yoxdur. Bildiririk ki, OVN tədbiri zamanı vergi ödəyicisi İddiaçı və ya səlahiyyətli nümayəndəsi obyektdə olmadığına görə Qərar, Çıxarışla tanış etmək, akta imza etdirmək və aktın bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. Qeyd olunan hal isə iddia ərizəsində qeyd olunanın əksinə vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli sərbəst aktda yazılmış və həmin hallar video müşahidə kameraları ilə qeydə alınmışdır. İddiaçının iddia ərizəsində digər bir əsaslandırması isə o olmuşdur ki, VM-nin 47-ci maddəsinə əsasən OVN tədbirində iki nəfərdən az olmayaraq yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər müşahidəçilər qismində dəvət edilməlidir. Lakin, cavabdeh VM-nin 50.5 və 47-ci maddələrini pozmaqla OVN tədbirində müşahidəçilərin iştirakını təmin etməmişdir. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanının hüququdur. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi üzrə keçirilən OVN tədbiri zamanı müşahidəçilərin dəvət edilməsinin zəruriliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, X2 tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.37-ci bəndinə görə satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X2ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X2nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X2 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət X2 zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
4. xx.xx.2024-cü il tarixli KY242082789 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı məxsus 20001 HAMAM-SAUNA AZ1026 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 86m obyektdə xx.xx.2024-xx.xx.2024 tarixdə plandankənar (növbədənkənar) X2 həyata keçirilmişdir.
5. “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4080 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus obyektdə (HAMAM-SAUNA **********-20001) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır.
6. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********4961 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
7. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX 033847 seriya nömrəli Aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 11:30-da keçirilmiş OVN tədbiri zamanı müştəriyə göstərilmiş otel xidmətinə görə 17,0 AZN və otağa sifariş olunmuş bir ədəd 1 l Coca-Colaya görə 2,0 AZN, cəmi 19,0 AZN nağd pul ödənildi. Ödənilmiş məbləğ NKA vurulmadı və müştəriyə NKA çeki təqdim edilməsi. Saat 11:51-də dövriyyədən yayındırılmış məbləğ NKA-nın fiskal yaddaşına 2328 saylı çeklə bərpa olundu. İddiaçı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur.
8. xx.xx.2024-cü il tarixli KY242258434 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı məxsus 20001 HAMAM-SAUNA AZ1026 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 86m obyektdə xx.xx.2024-xx.xx.2024 tarixdə plandankənar (növbədənkənar) X2 həyata keçirilmişdir.
9. “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1599 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus obyektdə (HAMAM-SAUNA **********-20001) 1. nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır.
10. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX 045875 seriya nömrəli Aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 17:17-də İddiaçı məxsus hamamda müştəri tərəfindən otaq xidmətinə görə 20,0 (iyirmi) manat ödənildi və ödəniş müqabilində nəzarət-kassa apartına 14,0 (on dörd) manat vuruldu, çek müştəriyə təqdim olundu. Keçirilmiş OVN tədbiri zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozuntusu faktı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli 9437 №-li çek akta əlavə olundu.
11. İddiaçı (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur.
12. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4566 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
15. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
17. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
18. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
19. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X2 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. X2nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); ...50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
20. “X2nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********1599 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus obyektdə (HAMAM-SAUNA **********-20001) 1. nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X2 həyata keçirilməsi qərara alınmışdır.
21. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4566 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
22. Cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4566 nömrəli Qərarın qəbul edilməsi üçün əsas olaraq qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:17-də İddiaçı məxsus hamamda müştəri tərəfindən otaq xidmətinə görə 20,0 (iyirmi) manat ödənilmiş və ödəniş müqabilində nəzarət-kassa apartına 14,0 (on dörd) manat vurulmuş, çek müştəriyə təqdim olunmuşdur. Keçirilmiş OVN tədbiri zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinin pozuntusu faktı aşkar edilmişdir. xx.xx.2024cü il tarixli 9437 №-li çek akta əlavə olunmuşdur.
23. Məhkəmə iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 9437 №-li satış çekinin surətinə baxış keçirərək müəyyən edir ki, nəzarət-kassa aparatı çekində təsərrüfat obyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan (Vergi Məcəlləsi, maddə 50.8.4), təqdim edilmiş malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (Vergi Məcəlləsi, maddə 50.8.5), müştəriyə qaytarılan məbləğ (Vergi Məcəlləsi, maddə 50.8.11) qeyd olunmamışdır. Belə ki, təsərrüfat obyektinin adı kimi yalnız ümumi “mağaza” ifadəsinə, təqdim edilən xidmət barədə isə konkret təsvir əvəzinə yalnız “xidmət” qeydinə yer verilmiş, müştəriyə qaytarılan məbləğ isə göstərilməmişdir.
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, nəzarətkassa aparatı çekində əks etdirilməli məlumatlarla bağlı yanlışlığa yol verilməsi vergi ödəyicisinin deyil, NKA-nın operatorlarının vəzifəsidir.
25. Məhkəmə bununla bağlı nəzərə alır ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarına əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur.
26. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarı: 1.3. NKA-nın istismarında, o cümlədən uçotu və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi);... 1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs; 1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya); 1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik); 1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik). 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3. İstifadəçinin vəzifələri: 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
27. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX 045875 seriya nömrəli Akta əsasən İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının 2024-cü il təqvim ili ərzində ikinci dəfə pozulduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə istinad olunaraq 3000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
30. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) həmin qərarın (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4566 nömrəli qərarı) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva