Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6958/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması barədə qəbul olunmuş qərarın ləğv edilərək pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “əmək pensiyasının dayandırılması və ödənilmiş pensiya ödənişlərinin geri tələb edilməsinə dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın qərarının ləğv edilməsini və xx.xx.2025-ci il tarixdən etibarən iddiaçının əmək pensiyasından bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulması” vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi tələbini irəli sürmüşdür (iş № e-2-1(112)-6958/2025). Məhkəmənin e-2-1(112)-6958/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-703/2025 saylı və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 702/2025 saylı qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı X1 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ödənilən əmək pensiyasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 yanvar 2025-ci il tarixindən dayandırılmasının qanunsuz hesab edilməsi və mənə təyin edilmiş əmək pensiyasının ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasu” tələbini irəli sürmüşdür (iş № e- 2-1(112)-7521/2025). Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)-6958/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-7521/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: e-2-1(112)-6958/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-7521/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. X3
Məhkəmə qərarları › İş №e-2-1(112)-6958/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6958/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver