Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6974/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X5 və X10 cəlb olunmaqla) «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçnın mülkiyyətində olan evə yeni ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Əmlak Məsələləri Məkanına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçnın mülkiyyətində olan evə yeni ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanı qonşuluğunda yerləşən və tamamilə başqa şəxslərə məxsus iki ayrı-ayrı evin ünvanları eynidir. Həmin şəxslərə məxsus evlərlə iddiaçının evinin ünvanı eyni olduğundan, o, öz evinə dair hər hansı alqı-satqı və ya s. mülki hüquqi müqavilələr bağlaya bilmir. Belə ki, ona məxsus evi ailə üzvlərindən birinin adına bağışlamaq və ya başqa şəxsə satmaq istəyərkən forma 2 arayışını ASAN xidmətdən alan zaman həmin arayışda onun ailə üzvülərindən başqa digər iki qonşununda ailə üzvülərinin adları qeyd olunur. Bu və sair səbəblərdən öz evinin ünvanının dəyişdirilməsi və yeni ünvanın verilməsi üçün aidiyyəti üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Əmlak Məsələləri Məkanına 27 dekabr 2022-ci il tarixdə rəsmi ərizə göndərmiş və həmin ərizəyə evinə dair texiniki pasportun, reyestrdən çıxarışımın surətlərini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4917/2021 saylı iş üzrə 7 oktyabr 2021-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-664/2022 saylı iş üzrə 26 yanvar 2022-ci il tarixli qərarlarının (qərardad) surətlərini və cavabdeh təşkilat tərəfindən indiyədək yazdığı ərizələrə verilmiş rəsmi məktubların surətlərini əlavə edərək bildirmişdir ki, evinin əvvəlki ünvanı ünvan 2rılması, qonşuluğunda yerləşən iki evin ünvanının onun evinin ünvanı ilə eyni olmasını, bu səbəbədən evinə dair mülkiyyət hüquqlarını sərbəst həyata keçirə bilmədiyini, evinə dair hər hansı alqı-satqı və ya digər müqavilə bağlamaq istəyərkən müvafiq dövlət orqanından aldığı forma 2 arayışında onun ailə üzvlərimdən başqa eyni ünvanda yaşayan digər şəxslərin də ailə üzvlərinin adlarının olması və bütün bu səbəbələrdən də hər üç qonşu ilə aralarında çox ciddi mübahisə olduğunu Bakı şəhəri, Xətai rayonu, Nadir Mahmudov küçəsində yerləşən mülkiyyət hüququ ilə ona məxsus 14 saylı evin ünvanının dəyişdirilməsi və yeni ünvanın verilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Əmlak Məsələləri Məkanı) 30 yanvar 2022-cü il tarixdə 3-213-30/2-Q-0926- 8/2011 **********74 saylı məktubla ərizəyə cavab göndərərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə qeyd olunan masələyə baxılacaqdır. Göstərilən cavab məktubu ilə əlaqdar olaraq X11 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 yanvar 2022-cü il tarixdə 3-213-30/2-Q-0926- 8/2011 **********74 saylı məktubu ilə və həmin ünvana dair digər zəruri sənədlərlə birlikdə cavabdeh təşkilata getmiş və həmin təşkilatda bildirmişlər ki, ünvanın dəyişdirilməsi məsələsi ASAN xidmətdə həyata keçirilir və bu səbəbədən də ASAN xidmətə müraciət olunması məsləhət bilinmiş və beləliklə təkrarən ünvanın dəyişdirilməsindən faktiki olaraq imtina edilmuişdir. İddiaçının evi ilə eyni ünvan olan ünvan 4 qonşu X2 adına 1996-cı ildə, X8yn adına isə 1983-cü ildə texniki pasport verilmiuşdir. Onların hər ikisinin fərdi həyət evləri iddiaçının evindən kənar məsafədə yerləşir. Həmin şəxslərdən olan X9 məxsus texniki pasportun surəti əldə olunsa da, digər qonşu X6 yaşadığı evə dair texniki pasport əldə olunmadığından məhkməyə təqdim edilmir. Hər iki üçüncü şəxsin evinə dair texniki pasportların surətləri bundan əvvəlki məhkəmə prosesində məhkəmə sorğusu əsasında indiki iş üzrə cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 yanvar 2022-cü il tarixdə 3-213-30/2-Q-0926-8/2011 **********74 saylı məktubunda ərizədə tələb olunan ünvanla bağlı məsələyə baxılacağı bildirilsə də, faktiki olaraq qanunla nəzərdə tutulmuş tələb təmin edilməmiş, süni qaydada, bilərəkdən, evə dair ünvanın dəyişirilməsi və yeni ünvanın verilməsi təmin edilməmişdir. Cavabdehin hərəkətsizliyi və öz vəzifə borcunu yerinə yetirməməsi səbəbindən mülkiyyət hüquqlarını sərbəst həyata keçirmək hüquqları məhdudlaşdırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 yanvar 2022-cü il tarixdə 3-213-30/2-Q-0926-8/2011**********74 saylı məktubunda göstərilənlər qanunsuz hesab olunmalı və cavabdehin üzərinə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 5 ünvanın dəyişdirilməsi və yeni ünvanın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə və İPM-in 33, 73-cü maddələrinə, Azərbaycan Respublikasi Prezidentinin 27 noyabr 2008 - ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın müddəalarına əsaslanaraq, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 yanvar 2022-cü il tarixli məktubunun (imtinasının) qanunsuz hesab olunması və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 5 ünvanın dəyişdirilməsi və yeni ünvanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Əmlak Məsələləri Məkanı həmin publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq tələblə 3 noyabr 2020-ci il, 8 fevral 2021-ci il, 28 fevral 2022-ci il və 28 dekabr 2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmişdir. İddia ərizəsində cavabdeh olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi deyil, Əmlak Xidmətləri Məkanı göstərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər İdarəyə daxil olacağı təqdirdə müraciətdə qeyd olunan məsələyə baxılacağına dair iddiaçıya 30 yanvar 2023-cü il tarixli **********74 saylı cavab məktubu ünvanlanmışdır. «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Qaydaların 3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. Qaydaların 3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Qaydaların 3.12-ci bəndinə əsasən bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 5.1, 10.23-cü maddələrinə, Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140cı maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin 6.2-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; (3.2.4) daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Qaydaların 3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. Göründüyü kimi, mövcud qanunvericilik normaları daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və verilmiş ünvanın dəyişdirilməsi hallarının dairəsini konkret müəyyən etmişdir. Müvafiq normaların mahiyyətindən ünvan verilməsi və verilmiş ünvanın dəyişdirilməsi barədə aşağıdakı subyektlərin müraciət etməsi müəyyən edilir: 1) reyestrdə qeydiyyat alınmış daşınmaz əmlakların ünvanları təkrarlandığını halda, həmin obyektlərin mülkiyyətçiləri və ya onlardan biri; 2) reyestrdə yeni daşınmaz əmlakın qeydiyyatı zamanı həmin əmlakın mülkiyyətçisi. Hazırkı işin hallarına görə isə, İddiaçı mülkiyyətində olan ev daşınmaz əmlakın dövlət reyestrində ünvan 7 ünvanı üzrə qeydiyyat alınmışdır və reyestrdə həmin ünvan üzrə başqa əmlakın qeydiyyatı aparılmamışdır. Digər iki şəxs X3 və X7 məxsus daşınmaz əmlakların ünvanları həmin ünvanla eyni olsa da, onlar barəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Belə olan halda, yeni ünvan verilməsi üzrə icraat həmin şəxslərə məxsus əmlakla bağlı qeydiyyat aparıldıqda, müsbət nəticə verə bilər. Hazırkı halda, daşınmaz əmlakın dövlət reyestrdində qeyd olunan ünvan üzrə yeganə daşınmaz əmlak kimi iddiaçının mülkiyyətindəki ev əks olunduğundan, məhkəmənin qənaətinə görə həmin əmlaka yeni ünvan verilməsi zərurəti yaranmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçnın mülkiyyətində olan evə yeni ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçnın mülkiyyətində olan evə yeni ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-6974/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6974/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver