Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7015/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçı2 (Cəbrayıl rayonunda qeydiyyatdadır, orta təhsillidir, işləmir), iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 (Qazax rayonunda qeydiyyatdadır, ixtisasıhüquqşünas, fərdi qaydada vəkil fəaliyyəti göstərir) və cavabdehin nümayəndəsi X11 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası-hərbiçi, müfəttiş vəzifəsində işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “şəhid statusunun ləğv olunması qanunsuz hesab edilərək, ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “cavabdeh tərəfindən iddiaçıların mərhum qardaşı Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən N sentyabr N-cı il tarixdə həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuş, 1977-ci il təvəllüdlü X4 şəhid statusunun verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir. Daha sonra iddiaçıların tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çagırılmış Tərtər rayonun ərazisində döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən xx.xx.N-ci ildə hərbi hissədə döyüş postunda mina partlayışı nəticəsində şəhid olmuş 1977-ci il təvəllüdlü X3 şəhid statusunun 2008-ci ildə ləğv olunması qanunsuz hesab edilməsi və həmin vaxtdan bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, X1 rayonu hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmət etmişdir. N sentyabr N-cı il tarixində həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuşdur. Onun meyidi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabitləri tərəfindən gətirilərək İmişli rayonunun Çaxırlı kəndində dəfn olunmuşdur. Bu barədə Cəbrayıl rayonu hərbi komissarlığı 29 sentyabr 1998-cı il tarixli 3/8 nömrəli, 05 may 1999-cu il tarixli 4/101 nömrəli arayışlar verərək iddiaçıların qardaşının N sentyabr N-cı ildə döyüş postunda mina partlayışı nəticəsində həlak olmasını, bu barədə şəhidlərin qeydiyyat kitabında 28 nömrə ilə qeydə alınmasını təsdiq etsə də, mərhum qardaşlarının valideynlərinin sağ olmamalarını, həyat yoldaşının və uşaqlarının olmamasını bəhanə edərək ona şəhid statusu verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkəmizin ərazi butovlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı son dövrlərdə verdiyi fərmanları nəzərə alıb, 12 noyabr 2019-cu ildə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlat Xidmətinin Cəbrayıl rayon bölməsinə müraciət edib, müvafiq sənədləri ərizəyə əlavə etməklə mərhum X4 şəhid statusunun verilməsini və buna müvafiq olaraq iddiaçılara şəhid ailəsi vəsiqəsinin verilməsini təmin edilməsini xahiş edilmişdir. Həmin orqan 14 noyabr 2019-cu il tarixli 1127 nömrəli məktubla iddiaçıların ərizələrinə cavab olaraq bildirmişdir ki, mərhum X4 “şəhid” statusunun verilməsinə dair müraciətinə baxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş 03 07.2008ci il tarixli 26/2-7210 nömrəli məktubda N saylı hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N nömrəli əmrindən çıxarışında xx.xx.1995-ci il tarixdə Cəbrayıl RHK-ı tərəfindən həqiqihərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.N-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. Həmin məktubda daha sonra qeyd edilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarxli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlərinin təhlükəsizlik orqarlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur. Mövcud qanunvericilikdə hərbi xidmət keçərkən müxtəlif səbəblərdən həlak olmuş şəxslərə “şəhid” adının venlməsi nəzərdə tutulmadığı üçün, mərhum X4 "şəhid" adının venlməsi mümkün hesab edilməmişdir. Cavabdehin məktubu ilə razılaşmadığından iddiaçılar məhkəməyə müraciət etmişlər. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi iddiaya dair etirazında qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxıl olmuş xx.xx.2008ci il tarixli 26/2-7210 nömrəli məktubda, N saylı hərbi hissə Komandirinin xx.xx.N-cı ıl tarixli N nömrəli əmrdən çıxarışda 04 07.1995-cı ıl tarixdə keçmiş Cəbrayıl RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.N-cı il tarixdə saat 13:40 radələridə döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən guzəştlərin tətbiqi qaydaları” nın təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il 10 saylı qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi butövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur mövcud qanunvericilikdə hərbi xidmət keçərkən müxtəlif səbəblərdən həlak olmuş səxslərə “şəhid” adının verilməsi nəzərdə tutulmadığı üçün mərhum X4 “şəhid” adının verilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdırlar, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Məhkəmə iclasında İddiaçı2 və vəkili Nümayəndə1 iddia ərizəsindəgöstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Ə.Həsənov iddia əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə, iddiаçının və onun vəkilinin və cavabdehin nümayəndəsinin izahat çıxışlarını dinləyərək, işin fаktiki hаllаrını, təqdim еdilmiş sübutları tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinin xx.xx.2019-cu il tarixli 1127 nömrəli İddiaçı1 ünvanladığı məktuba əsasən İddiaçı1 mərhum qardaşı X4 “şəhid” statusunun verilməsinə dair müraciətinə baxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2008-ci il tarixli 26/2-721Q nömrəli məktubda, N saylı hərbi hissə komandirinin xx.xx.1990-cı il tarixli N nömrəli əmrindən çıxarışında 04 07.1995-ci il tarixdə Cəbrayıl RHK-ı tərəfindən həqiqi-hərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.N-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu öz başına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. İİ-ЖГ seriyalı 449732 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.N-cı ildə mina partlaması nəticəsində həlak olmuşdur. AZ-İ seryalı 998029 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2022-ci ildəBiləsuvar rayonunda vəfat etmişdir. Cəbrayıl rayon hərbi komissarlığının xx.xx.1998-ci il tarixli 318 nömrəli arayışına əsasən İddiaçı2 qardaşı X6 xx.xx.N-cı ildə döyüş postunda mina partlayışı nəticəsində həlak olmuşdur. Əsas şəhidllərin qeydiyyatı kitabı. Çağırış vərəqəsinə əsasən Balyand kənd sakini X6 xx.xx.1995-ci ldə hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Cəbrayıl rayonu Şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli İddiaçı2 ünvanladığı məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid və şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Şəhid ailələrinə “Şəhid ailəsi üzvünün vəsiqəsi” isə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən verilir. Odur ki, İddiaçı2 qardaşı X4 görə şəhid və şəhid ailəsi statusunun alınması üçün mərhumun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə müraciət etməsi tövsiyyə olunur. Tərtər Hərbi Prokurorluğunun iddiaçıların vəkili Nümayəndə1 ünvanladığı xx.xx.2019cu il tarixli HP-xx/xx-9706 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında 1977-ci ildə doğulmuş və 04 iyul 1995ci il tarixdə Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış N nömrəli hərbi hissənin hərbi qulluqçusu X3 N sentyabr N-cı il tarixdə döyüş postunu özbaşına tərk edərkən baş vermiş mina partlayışı nəticəsində ölməsi faktına görə hər hansı araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi müəyyən edilməmişdir. Tərtər Hərbi Prokurorluğunun iddiaçıların vəkili Nümayəndə1 ünvanladığı xx.xx.2019cu il tarixli 19HP5986 nömrəli məktuba əsasən 1977-ci təvəllüdlü X3 xx.xx.N-cı il tarixdə saat 13:40 radələrində mina partlayışı nəticəsində həlak olması faktı üzrə Tərtər hərbi prokurorluğunda araşdırma aparılmamışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli N nömrəli əmrindən çıxarışa əsasən xx.xx.1995-ci il tarixdə Cəbrayıl RHK-ı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü, 2 MAT-ın İİ-bölüyünün əsgəri sıravi X6 xx.xx.N-cı il tarixdə saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğuna görə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və bütün növ təminatlardan azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 137 nömrəli məkubuna əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2008-ci ıl tarixli 26/2-7210 nömrəli məktubda N saylı hərbi hissə komandirinin 30.09. N-cı ıl tarixli N nömrəli əmrindən çıxarışda 04.07 1995-cı ıl tarixdə keçmiş Cəbrayıl RHK-ğıtərəfindən həqiqi hərbi xidmətə çağrılmış 1977-ci ıl təvəllüdlü X3 xx.xx.N-cı il tarixdə saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. “Şəhid adının əbədiləşdınlməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il 10 saylı qərarının 12.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü nə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər milli təhlükəsizlik orqanlarında döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən olmuş hesab edilmiş şəxslər hesab edilirlər. Bu qərarın 4.1ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, mövcud qanunvericilikdə hərbi xidmət keçərkən müxtəlif səbəblərdən həlak olmuş şəxslərə “şəhid” adının verilməsi nəzərdə tutulmadığı üçün mərhumX4 “şəhid” adının verilməsi mümkün deyildir. 3323 nömrəli, xx.xx.N-cı il tarixli bildirişə əsasən X7 oğlu X6 xx.xx.N-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. Şəhidlərin qeydiyyat kitabından çıxarışına əsasən X3 adı Şəhid kimi siyahıda qeyd olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 3327/1 nömrəlixx.xx.N-cı il tarixli Cəbrayıl rayon Hərbi komissarlığına ünvanlanan məktuba əsasən, hərbi hissə komandanlığı bildirir ki, xx.xx.1995-ci ildə Cəbrayıl rayonundan xidmətə çağırılmış 1977-ci il təvəllüdlü sıravi X6 xx.xx.N-ci il tarixində mina partlayışı nəticəsində həlak olmuş, bu barədə Cəbrayıl RHK-na 3323 saylı xx.xx.N-cı il tarixli 21/БП formalı bildiriş göndərilir, hərbi qulluqçu X6 hərbi hissə komandirinin xx.xx.N-cı il tarixli müvafiq əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır. X3 hərbi qeydiyyat sənədləri aidiyyəti üzrə göndərilir. Qoşma :1. 3323 saylı xx.xx.N-cı il tarixli 21/БП formalı bildiriş; 2. Hərbi bilet H3 №6347242.Hazırkı arayış N saylı hərbi hisənin qərargah rəisi A.Hacıyev tərəfindən imzalanmış, hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Tərtər Hərbi Prokurorluğunun 19HP251 nömrəli xx.xx.2008-ci il tarixli Cəbrayıl rayon hərbi komissarı mayor Arif Həsənovun xx.xx.2008-ci il tarixli 417 saylı məktubuna ünvanladığı cavab məktubuna əsasən 1992-2001-ci illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən N saylı hərbi hissənin əsgəri olmuş X3 həlak olması barədə hər-hansı məlumat vermək mümkün deyildir və mərhum barədə cinayət işlərinin qeydiyyatı kitabında heç bir qeydiyyat yoxdur. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçıların mərhum qardaşı X6 xx.xx.N-cı il tarixdə Tərtər rayonu ərazisində döyüş bölgəsində dislokasiya olunmuşhərbi hissədə xidmət zamanı mina partlayışı nəticəsində həlak olmuşdur. X3 Şəhid olması barədə cavabdeh Azərbaycan Respublikası Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsində saxlanılan Şəhidlərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmış, X2 olması tanınmışdır. Cəbrayıl rayon hərbi komissarlığı Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən 03 aprel 2008-ci il tarixli məktubu ilə daxil olmuş N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışa əsasən, X6 döyüş postunu özbaşına tərk etməsiəsası ilə 2008-ci ildən onun Şəhid statusunu ləğv etmişdir. İddiaçıların qardaşları X3 Şəhid statusu ilə bağlı müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın preambulasına əsasən bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər: 3.1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar: 3.1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. 3.1.3. “Şəhid” Memorial kompleksini yaradırlar: 3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər; 3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar. İddiaçıların iddia ərizəsindən və məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunur ki, onların istəyiyalnız qardaşları X3 Şəhid statusunun bərpasıdır və şəhid ailə statusuna iddialı deyildirlər. Yuxarıda qeydedilən Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab edilirlər. İddiaçıların mərhum qardaşı X3 ölümünün döyüş şəraitində olan hərbi hissədə hərbi xidmətiilə əlaqəli olması işin faktiki halıdır və bu hal Ə.R.Məmmədovun xidmət etdiyi hərbi hissənin qərargah rəisi tərəfindən Cəbrayıl rayon hərbi komissarlığına hələ N-ci ildə göndərdiyi rəsmi məlumat (arayışı) ilə təsdiqlənir. Şəhid Ə.R.Məmmədovun hərbi hissənin özbaşına tərk etməsi ilə bağlı həmin vaxtı hərbi hissə tərəfindən tərtib edilmiş akt və yamüvafiq prokurorluq orqanları tərəfindən aparılmış araşdırmasına dair materialların mövcud olması müəyyən edilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə (26 aprel 2016-ci ilədək olan redaksiyasına) əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İşin faktiki hallarına əsasən, X4 şəhid statusu N saylı hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş arayışı əsasındatəsdiq edilmişdir. Belə ki, hərbi hissənin 3327/1 nömrəli xx.xx.N-cı il tarixli Cəbrayıl rayon Hərbi komissarlığına ünvanlanan arayışı əsasında X3 adı N-ci ilin Şəhidlərin qeydiyyat kitabında qeyd edilmişdir. Lakin 2008-ci ildə X3 şəhid statusu ləğv edilmişdir. Cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.(13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.(13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.(14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən iddiaçıların qardaşı X4 Şəhid statusunun verilməsi təsdiq edilmiş, lakin 12 ildən sonra iddiaçılara heç bir məlumat verilmədən, iştirakı təmin edilmədən, onlardan xəbərsiz Şəhid statusu ləğv edilməsi barədə müvafiq dövlət orqanlarına məlumat verilmişdir. Halbuki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır. Məhkəmə onu da qeyd edir ki, nə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda, nə dəNazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda Şəhid statusunun ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılarİddiaçı1 və İddiaçı2 iddiası təmin edilməli, 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çagırılmış Tərtər rayonun ərazisində döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən xx.xx.N-ci ildə hərbi hissədə döyüş postunda mina partlayışı nəticəsində şəhid olmuş 1977-ci il təvəllüdlü X3 şəhid statusunun 2008-ci ildə ləğv olunması qanunsuz hesab edilməli və həmin vaxtdan bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85, 72, 73 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tələbi təmin edilsin. 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çagırılmış Tərtər rayonun ərazisində döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən xx.xx.N-ci ildə hərbi hissədə döyüş postunda mina partlayışı nəticəsində şəhid olmuş 1977-ci il təvəllüdlü X3 şəhid statusunun 2008-ci ildə ləğv olunması qanunsuz hesab edilsin, həmin vaxtdan bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №e-2-1(112)-7015/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7015/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver