Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7021/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və müqavilə bağlanması vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 186 nömrəli sərəncamının ləğv edilməsi və Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə Binəqədi rayonu, Atatürk pr., 60 saylı binanın 40-cı mənzilinə dair iddiaçı ilə müqavilə bağlaması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., 60 saylı binanın 40-cı mənzilində uzun illərdi yaşayırlar. 2008-ci ilin yayında o zaman mənzilin istifadəçisi olan X3 dəvəti ilə iddiaçı və ailə üzvləri həmin mənzilə köçmüş və yaşamışdırlar. Həmin vaxtdan etibarən mənzilin bütün xərcləri işıq, qaz, su ödənişlərini iddiaçı ödəmişdir. Mənzildə daimi yaşayan və istifadə edən şəxs olaraq iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək qanunsuz və əsassız olaraq X1 adına verilmiş xx.xx.2018-ci il tarixli 186 nömrəli sərəncamın ləğv edilməsini, həmin mənzilə dair iddiaçıya Sərəncam verilməsini xahiş etmişdir. Belə ki, Əzizova Sevda heç bir zaman həmin mənzildə yaşamamışdır. Lakin Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə imtina cavabı vermişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 186 nömrəli sərəncamının ləğv edilməsi və Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilinə dair müqavilə bağlanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bildirilir ki, iddiaçı cavabdehə qarşı eyni tələblə artıq 2 dəfə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1905/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1456/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadlarına əsasən iddiaçının subyektiv hüququnun olmaması əsası ilə qeyri mümkün sayılmışdır. İkinci iddia tələbi isə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3472/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı Ağdam rayonu, Yüzbaşlı kəndində qeydiyyatda olmaqla iddia etdiyi mənzili qanunsuz zəbt etmişdir. İddiaçının eyni tələblər əsasında qaldırdığı iddia tələbində onun subyektiv hüququnun yaranması əsasları göstərilmir. O yalnız kommunal xidmətlərdən istifadə etməsi üçün bağladığı müqavilələri göstərir. Kommunal xidmətlərdən istifadə həmin şəxsin subyektiv hüququnun yaranmasına dəlalət edə bilməz. Belə ki, kommunal xidmətlərdə iddiaçı ilə bağlanmış müqavilələrin hüquqi əsasları yoxdur. RİH tərəfindən "xxxx" ASC-nə və "xxxx" ASC-nə ünvanlanmış sorğulara həmin qurumlar cavablarında İddiaçı ilə hansı əsaslarla kommunal xidmətlərin göstərilməsi barədə müqavilə bağladıqlarını əsaslandıra bilməmişlər. Belə ki, mübahisələndirilən mənzil Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 186 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə vətəndaş X1 daimi istifadəsinə verilmişdir. İddiaçı X2 cavabdeh İddiaçı qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilindən çıxarılmasını xahiş etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-88/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmçinin, sözügedən qərarda göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021ci il tarixli məktubda qeyd olunmuşdur ki, müraciətdə qaldırılmış məsələ ilə əlaqədar halhazırda məhkəmə mübahisəsi getdiyindən inzibati orqanın münasibət bildirməsi qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarından sonra məsələyə bir daha baxılacaqdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1905/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1456/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-1905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-88/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı Hüseyn oğlu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və müqavilə bağlanması vəzifəsinin qoyulması” iddiası mümkün sayılmamışdır.
9. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40cı mənzili vətəndaş X1 daimi istifadəsinə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilinə dair vətəndaş S.H.Əzizova ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir.
10. Tərəflər məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdır.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1905/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1456/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)- 1905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamışdır.
15. Odur ki, məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə akt(lar)ı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva