Məhkəmə qərarları › İş №e-2-1(112)-7035/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7035/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7035/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şurasının A175/23 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, “Ceysan iç giyim” təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinfi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən “Ceysan” əmtəə nişanının “Əmtəə və X1” (bundan sonra- ƏXBT) 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasına, dair Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinə müvafiq iddia, sənədi ilə müaraciət edilmişdir. Qeyd edilən iddia, sənədi 2023 00802 nömrə ilə qeydə alınmışdır Həmin iddia, sənədi üzrə Əqli Mülkiyyət Agentliyinin tabeliyində (bundan sonra-“Agentlik”) olan Patent və X2 Mərkəzi (bundan sonra- “Ekspertiza. Mərkəzi”) tərəfindən 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş qərar qəbul edilmiş, həmin qərarla. “Ceysan” əmtəə nişanının ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasından imtina, edilmişdir Ekspertizia. Mərkəzinin göstərilən qərarından tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şurasına etiraz verilmiş və Apellyasiya Şurasından “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin 2023 00802 nömrəli iddia, sənədi üzrə 2023-ci il 23 iyun tarixli 21 №-li Protokolla təsdiq edilmiş Əmtəə nişanını qeydiyyata almaqdan imtina, edilməsi haqqında” Qərarının ləğv edilməsi və 2023 00802 nömrəli iddia sənədi üzrə “Ceysan” əmtəə nişanını ƏXBT-in 25-ci sinif üzrə İddiaçı adına, qeydiyyata alınmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya Şurasının A175/23 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə tərəfindən verilmiş olan etiraz təmin edilməmiş, ekspertiza, mərkəzinin müvafiq qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən 2023-cü il 23 iyun tarixli 21 №-li qərarının ləğv edilməsi, “Ceysan iç giyim” təsviri əmtəə nişanının ƏXBT-nın 25-ci sinfi üzrə İddiaçı adına qeydiyyata alınması və həmin əmtəə nişanına dair şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X3 Şurasının A175/23 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı (ərizəçi) İddiaçı məxsus nömrəli iddia sənədi) Ceysan (2023 00802) əmtəə nişanının ƏXBT-nin 25-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin olunmamışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11-4/2-248/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şurasının 2023-cü il 5 dekabr tarixli A175/23 nömrəli qərarı və onun qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli 21 №-li “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” qərara əsasən ekspertizanın nəticəsinə uyğun olaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “Ceysan” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmaqdan imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanundan: Maddə 1. əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). ... Maddə 4. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”ndan:

3. Mühafizə qabiliyyətinin meyarları Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Bənd 29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması. ... 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. ... 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzi tərəfindən qəbul edilmiş 23 iyun 2023-cü il tarixli 21 №-li “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında” qərara əsasən ekspertizanın nəticəsinə uyğun olaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Bu səbəbdən “Ceysan” əmtəə nişanının Əmtəə və xidmətlərin beynəlxalq təsnifatının ƏXBT 25-ci sinfi üzrə qeydiyyata alınmaqdan imtina edilmişdir. Həmin qərarda daha əvvəl qeydiyyata alınmış əmtəə nişanları haqqında məlumat göstərilmişdir. Məhkəmə araşdırması zamanı ******* və ******* qeydiyyat nömrəli “Ceysan” əmtəə nişanlarının qeydiyyatdan keçməsivə mühafizə edilməsi müəyyən olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində X3 Şurasının 2023-cü il 5 dekabr tarixli A175/23 nömrəli qərarında qeyd edilir: “...Beləliklə Ceysan iç giyim əmtəə nişanı və qarşı qoyulmuş Ceysan əmtəə nişanı üzrə ƏBXT-nin 25-ci sinfinə aid olan əmtəələrin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) bir-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Odur ki, ərizə təmin edilməməlidir.” ... Cavabdeh qurum tərəfindən qeydə alınmış və iddiaçının qeydə alınmasını tələb etdiyi əmtəə nişanlarını müqayisə etdikdə müəyyən olunur ki, onlar eyni səslənməyə malik sözlərdir. Hər bir nişanda ön mövqedə “Ceysan” sözü üst-üstə düşür. Müqayisə edilən nişanlar istər qrafik (görünüşlü) və səs üzrə (fonetik), istərsə də, məna (ideya uyğunluğu) baxımından eynidirlər. Bu da istehlakçılarda eyni əmtəələr olduğu təsəvvürü yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə əmtəə nişanın qeydiyyata alınmasından imtinanı və bildirilmiş dəlilləri əsaslı hesab edir. İntellektual mülkiyyət üzərində hüquqlar 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunur. Palatadan fərqli olaraq, Böyük Palata hesab etdi ki, həmin maddə əmtəə nişanının qeydiyyatı üçün verilən ərizələrə də tətbiq edilir, çünki belə ərizələr mülkiyyət xarakterli maraqların yaranmasına səbəb olur. Həqiqətən əmtəə nişanı yalnız üçüncü tərəflərin qanuni hüquqlarını pozmadığı təqdirdə qeydiyyata alına bilər və bu baxımdan qeydiyyatla bağlı hüquqlar bu şərtə əməl olunmasından asılıdır, lakin eyni zamanda, əmtəə nişanını qeydiyyata aldırmaq istəyən şəxs haqlı olaraq buna ümid bəsləyə bilər ki, onun ərizəsi zəruri maddi-hüquqi və prosessual tələblərə riayət edilməklə verilibsə, həmin ərizəyə qüvvədə olan qanunvericilik normaları əsasında baxılacaq. ...("Anhoyzer-Buş İnk." şirkəti Portuqaliyaya qarşı [Böyük Palata] (Anheuser-Busch İnc. v. Portugal [GC]), ərizə № 73049/01) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar