Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7094/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə X5rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə X10 Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 09 mart 2020-ci il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 52 yaşı tamam olduğu, yəni 09 mart 2015-ci il tarixdən əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 03 fevral 2022ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1980-cu ildə M.Əzizbəyov adına X11 ordenli Azərbaycan Neft Kimya İnsitutunda təhsil aldığı müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. Əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun 57 yaşı 09 mart 2020-ci il tarixdə olmuşdur. Onun ümumilikdə əmək stajı 40 (qırx) ildən yuxarı təşkil edir. Əmək stajı 20 (iyirmi) ildən artıqdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində "hidrogeoloq" və “sahə rəisi” vəzifəsində işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. O, 1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi 05 (beş) il M.Əzizbəyov adına X11 ordenli Azərbaycan Neft Kimya İnsitutunda hidrogeologiya və mühəndisi geologiya ixtisasına yiyələnmişdir. 05 sentyabr 1985-ci il tarixdən bugünədək “hidrogeoloq" peşəsi vəzifəsi üzrə fəaliyyət göstərmişdir. 05 sentyabr 1985-ci il tarixdən Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X3 yeraltı suların rejiminin öyrənilməsi üzrə baş texnikhidrogeoloq işə qəbul edimişdir və bugünədək işləyir. Onun 57 yaşı 2020-ci il tarixdə olduğundan onun həmin tarixdə ümumi əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “hidrogeoloq” işi təşkil edir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 28 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi o, işlədiyi hidrogeoloq peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarının 2 №-li əlavəsinin siyahısında ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 1010100q-kodu ilə qeyd edilmiş hidrogeoloqlar işlərində daim məşğul olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə X10 filialına ərizə ilə müraciət edərək ona hüququ yaranan vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan aparılmış inzibati icraatın nəticəsi olaraq İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajının cəmi 24 il 10 ay 27 gün müəyyən olunduğu və güzəştli iş stajının 12 il 6 ay müddətindən az olduğu qeyd edilmişdir və bunun əsasında ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması imkan xaricində olması bildirilmişdir. Bundan sonra, İddiaçı Fondun Xüsusi şərtlərlə X5rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında onun barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı M.Ə.Məmmədovun təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı M.Ə.Məmmədov xx.xx.2022-ci il tarixli məktubla Fondun Xüsusi şərtlərlə X10 filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə (əmək kitabçası) müvafiq olaraq 24 il 10 ay 27 gün ümumi iş stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və onun güzəştli iş stajı 12 il 6 ay müddətindən az təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. İddiaçı mübahisəsiz iş stajı cəmi 24 il 10 ay 27 gün, güzəştli şərtlərlə iş stajı isə 12 il 6 aydan az təşkil edir və bunun əsasında “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı məxsus НВ 968565 nömrəli, 04 iyun 1985-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1980-cı ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstutuna daxil olmuş və 1985-ci ildə hidrologiya və mühəndisi geologiya ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə ona dağ mühəndisi-hidrogeloq ixtisası verilmişdir (4 il 9 ay 4 gün). - İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur (5 il 1 ay 11 gün). - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq (1 il 4 ay), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi həmin partiyaya hidrogeoloq (11 ay 28 gün), xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi “Azərbaycangeologiya” İstehsalat Birliyinin əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq (3 il 3 ay 1 gün), xx.xx.1991ci ildən xx.xx.1992-ci ilə kimi yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq (11 ay 1 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada birinci dərəcəli hidrogeoloq (1 il 10 ay 1 gün), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi (3 ay 20 gün), xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Milli Ordusunda xidmət (5 il 6 ay 9 gün), xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi Gəncə-Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq (2 ay 13 gün), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi (10 ay 28 gün), xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi (11 ay 17 gün), xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilə kimi Kompleks Hidrologiya və X4 Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (4 il 10 ay 17 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (1 il 7 gün), xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə kimi Kompleks Hidrogeologiya və X1 Təbii suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) (11 ay 29 gün), xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilə kimi Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis (2 il 4 ay 1 gün), xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə kimi müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi (4 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilə kimi Yeraltı suların monitorinqi partiyasının rəisi (15-ci dərəcə ilə) (7 il 9 ay 10 gün), xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) (1 il 4 ay 13 gün), xx.xx.2020-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə), həmin qrupun rəhbəri-baş hidrogeoloqu, Hidrogeologiya və mühəndis geologiyası qrupunun rəhbəri – baş hidrogeoloqu vəzifələrində işləyir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Xidməti tərəfindən verilmiş 18/m-036 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X2 1985-2019-cu illərdə çalışmış və göstərilən illər üzrə iş stajı, çöl günləri və 2016-2019-cu illər üzrə əmək haqqısının aşağıda göstərilən kimi olmuşdur: xx.xx.1985-ci ildə Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №104/k, xx.xx.1985-ci il, Əmr № 269(t-1), xx.xx.1985-ci il) - “Güzəştli şərtlərlə yaşa göra pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №143/k, xx.xx.1987-ci il, Əmr №(T-3), xx.xx.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya huququ veran istehsalatlarin, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1988-ci ildə “Azərbaycangeologiya” İstehsalat Birliyinin № 8, xx.xx.1988-ci əmrinə əsasən əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr № 16/Ü, xx.xx.1989-cu il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların mədənləri tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1991-ci ildə Yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 90/k. xx.xx.1991-ci il, Əmr № 70 (T- 3), xx.xx.1991 -ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1992-ci ildə həmin partiyada birinci dərəcəli hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 54 t-3 xx.xx.1992-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-ii qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1994-cü ildə həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 63 t-3, xx.xx.1994-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.1999-cu ildə Gəncə-Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr №48, xx.xx.1999-cu il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2000-ci ildə Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir (Əmr № 19 (T-3),xx.xx.2000-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda: drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2001-ci ildə Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə təsdiq edilmişdir (Əmr № 7/k. xx.xx.2001-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2002-ci ildə Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə qəbul edilmişdir (Əmr № 184/k. xx.xx.2002-ci il, Əmr №16/k, xx.xx.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2007-ci ildə X6 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №10/k, 29.01.07-ci il, Əmr № 6/k, xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının" - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; Çöl işlərinə ezam olunur (Əmr №7/k, xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2008-ci ildə Kompleks Hidrogeologiya və X1 Təbi suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) vəzifəsinə təyin edilmişdir (Əmr № 134/k. xx.xx.2007-ci il; Əmr № 56/k. xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2009-cu ildə Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr № 60/k, 30.12,2008-ci il; Əmr № 103/k, xx.xx.2008-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. xx.xx.2011-ci ildə müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi vəzifəsinin icrası həvalə edilmişdir (Əmr № 27/k, xx.xx.2011-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2011-ci ildə Yeraltı suların monitorinqi partiyasının rəisi vəzifəsinə (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir (Əmr № 92/k §2 xx.xx.2011-ci il, Əmr № 56/k §3. xx.xx.2011-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilib (Əmr № 99/K §5. xx.xx.2019-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının - 1- Dağ mədən işləri. 1-3 Geoloji Kəşfiyyat işlən (yerüstü) bəndinə görə (səh 14) pensiyalar təyin edilməsinə aiddir. Əsas: 1985-2001-cı illər üzrə şəxsi hesab vərəqələri və 1985- 2019-cu illər üzrə kadr əmrləri. Qeyd: xx.xx.1994-cü ildən xx.xx.1999-cu il tarixə qədər Azərbaycan Republikası Milli Ordusunda xidmət etmişdir (Arayış 3/660, xx.xx.1999-cu il Nərimanov rayon Hərbi Komissarlığı). Arayış Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə təqdim edilmək üçün verilir. - İddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 27 yanvar 2022-ci il tarixli, **********0 №-li güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, Filiala 17 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi, sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığora hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəratinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2005-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2S0-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 27 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 iİ 6 aydan az təşkil edir. Qeyd oİunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 05 iyul 2022-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, müraciətə aidiyyatı üzrə baxılmışdır. Bildirilimişdir ki, ərizəsində qeyd etdiyi məsələ ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə iddiası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqdan sonra baxılacaqdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2S0-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasına, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 27 gün), güzəştli iş stajının isə 12 iİ 6 aydan az təşkil etməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də ərizəsində hansı yaşdan pensiya təyin edilməsini konkret qeyd etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. - 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir və həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki iş üzrə iddiaçının iş yerindən verilmiş ətraflı arayışdan görünür ki, iddiaçının xx.xx.2006-ci il tarixədək işlədiyi hidrogeoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) koduna uyğundur. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışı mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-ci ilə qədər 24 il 10 ay 18 gün ümumi və 14 il 3 ay 16 gün güzəştli iş stajı mövcuddur. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2019-cu ildən etibarən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2019-cu ildən etibarən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə X10 Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova