Məhkəmə qərarları › İş №e-2-1(112)-7114/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7114/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7114/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********190897 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183532 saylı qərarına əsasən İddiaçındə aprel - 2021-dən mart - 2024-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri xx.xx.2024-cü il tarixli **********184047 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı guya İddiaçı 395618,71 manat mənfəət, 279744,21 manat əlavə dəyər, 5562,75 manat ödəmə mənbəyində vergilərin az hesablamaqla vergidən yayınmışdır. Vergi orqanının mövqeyi ondan ibarətdir ki, yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1-ci və 130.2-ci maddəsinin tələbi pozulmuşdur. Qısacası açıqlama ondan ibarətdir ki, vergi ödəyici tərəfindən güya xərclər şişirdilmişdir. Hakbuki təqdim etdiyimiz xərclər Vergi Məcəlləsinin tələblərinə əsasən gəlirdən çıxılan xərclərə aiddir və bütün buna aid müqavilələr, sənədlər, qaimələr və s mövcuddur. Həmin xərc sənədlərinin nə səbəbə nəzərə almamasını əsaslandıra bilməmişdir. Ehtimallara əsaslanan qərar qəbul edilmişdir ki, bu da tamamilə qanunsuz və əsasızdır. Müəssisə qida əlavəsi satışı ilə məşğul olduğu üçün həmin malların satılmasının bir nömrəli metodu reklam edilməsidir. Qənd deyil, pesok deyil, yağ deyil ki, hamı bilsin. Bunun üçün müxtəlif ərazilərdə fəaliyyət göstərən həkimlərlə və digər mütəxəssislərlə görüşlər təşkil edilməli və məhsulun tanıtımı həyata keçirilməlidir. Lakin vergi orqanı tərəfindən sənədlərin ehtimallara əsasən nəzərə alınmaması tamamilə qanunsuzdur və müəsssisəyə qarşı qərəzin nümunəsidir. Vergi orqanı tərəfindən ƏDV üzrə də hesablama tamamilə qanunsuzdur. Belə ki, vergi orqanının əksikgəlmə kimi təqdim etmək istədiyi mallar tərəfimizdən satış kimi bəyannamələrdə öz əksini tapmışdır. Bəyannaməyə satış kimi daxil edilmiş, vergisi ödənilmiş malların vergi orqanı tərəfindən nəzərə almaması da növbəti qərəzin nümunəsidir. Ona görə də hesab edirk ki, hesablanmış ƏDV də qanunsuz olduğundən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Yoxlama ilə mənfəət vergisi üzrə 2021-ci, 2022-ci və 2023-cü illər əhatə olunmuşdur. Yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1-ci və 130.2-ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16.1.3-cu maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (mühasibat sənədlərinə, müqavilələrə, elektron qaimə fakturalara, təhvil-təslim aktlara, ƏDVDH çıxarışlara, ödəniş sənədlərinə, bank hesablarından çıxarışlara və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1-ci və 130.2-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş 2021-ci, 2022-ci və 2023-cü illərin “Mənfəət vergisi” bəyannaməsinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci və 130-cu maddələrinin tələblərinin pozulması səbəbindən 2021-ci, 2022ci və 2023-cü illər üzrə 395618,71 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edildi. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 5537867,34 manat, o cümlədən malların təqdim edilməsindən gəlir (topdan satışdan gəlir) 5537867,34 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3950765,47 manat, o cümlədən: əmək haqqı üzrə 128628,79 manat, sosial sığorta haqları üzrə 19066,88 manat, malın dəyəri üzrə 2638405,08 manat, icarə haqqı 43905,0 manat, yanacaq xərcləri 17625,53 manat, bank xidmətləri üzrə xərcləri 9180,70 manat, reklam xərcləri 1060899,0 manat, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər 25924,49 manat, digər xərclər 7130,0 manat, və nəticədə 1587101,87 manat vergiyə cəlb olunan mənfəət Səyyar vergi yoxlaması ilə vergi orqanına təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü araşdırılmışdır. Elə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına o cümlədən, elektron qaimə fakturalara əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş elektron qaiməfakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 5435580,05 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 253651,48 manat olmaqla) 5181928,57 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Malların təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 355938,77 manat (5537867,34- 5181928,57) artıq göstərilməsi müəyyən olunmuşdur. Eyniz zamanda, yoxlama zamanı 2021-ci il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2503015,19 manat (o cümlədən, təqdim edilən malların dəyəri üzrə xərclər 2631171,56 manat, geri qaytarılan malların dəyəri üzrə xərclər isə 128156,37 manat olmaqla) təşkil etdiyi halda həmin Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 135389,89 manat məbləğində artıq göstərilməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 4362319,56 manat, o cümlədən malların təqdim edilməsindən gəlir (topdan satışdan gəlir) 4362319,56 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3772553,33 manat, o cümlədən: əmək haqqı üzrə 107852,0 manat, sosial sığorta haqları üzrə 17984,0 manat, malın dəyəri üzrə 2714647,33 manat, icarə haqqı 24739,40 manat, yanacaq xərcləri 8850,0 manat, bank xidmətləri üzrə xərcləri 4951,0 manat, reklam xərcləri 811948,66 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 38819,0 manat, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər 30910,00 manat, digər xərclər 8911,94 manat, və nəticədə 589766,23 manat vergiyə cəlb olunan mənfəət göstərilmişdir. Nəticədə 2022-ci il üzrə cəmiyyət tərəfindən 117953,25 manat (589766,23*20%) mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə vergi orqanına təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü araşdırılmışdır. Belə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 4320379,36 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 50951,78 manat olmaqla) 4269427,58 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Malların təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 92891,98 manat (4269427,58- 4362319,56) az göstərilməsi müəyyən olunmuşdur. Eyniz zamanda, yoxlama zamanı 2022-ci il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2759281,93 manat (o cümlədən, təqdim edilən malların dəyəri üzrə xərclər 2780128,54 manat, geri qaytarılan malların dəyəri üzrə xərclər isə 20846,61 manat olmaqla) təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 44634,60 manat məbləğində az göstərilməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Cəmiyyət tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 4688631,02 manat, o cümlədən malların təqdim edilməsindən gəlir (topdan satışdan gəlir) 4688631,02 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3977341,23 manat, o cümlədən: əmək haqqı üzrə 181536,0 manat, sosial sığorta haqları üzrə 34050,82 manat, malın dəyəri dəyəri üzrə 2857663,45 manat, icarə haqqı 51640,0 manat, bank xidmətləri üzrə xərcləri 9289,90 manat, reklam xərcləri 528789,11 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 48925,60 manat, elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər 54649,02 manat, digər xərclər 174343,79 manat, və nəticədə 711289,79 manat vergiyə cəlb olunan mənfəət göstərilmişdir. Nəticədə 2023-cü il üzrə cəmiyyət tərəfindən 142257,96 manat (711289,79*20%) mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə vergi orqanına təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü araşdırılmışdır. Belə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2023-cü il üzrə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 4799719,46 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 123651,32 manat olmaqla) 4676068,14 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Malların təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 12562,88 manat (4676068,14-4688631,02) az göstərilməsi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı 2023-cü il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2654165,86 manat (o cümlədən, təqdim edilən malların dəyəri üzrə xərclər 2725972,81 manat, geri qaytarılan malların dəyəri üzrə xərclər isə 71806,95 manat olmaqla) təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 203497,59 manat məbləğində az göstərilməsi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 199950,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 199650,0 manat, 'İMPORTANT TASK" MMC-dən (VÖEN **********) 177550,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 120180,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 361589,61 manat, "xxxx" MMC-dən (VÖEN **********) 143368,0 manat və X2 (VÖEN **********) 52974,0 manat, X11 (VÖEN **********) 54429,0 manat, X3 (VÖEN **********) 104536 manat, X4 (VÖEN **********) 156536,0 manat, X27 (VÖEN **********) 18212,0 manat, X19 (VÖEN **********) 20456,0 manat, X20 (VÖEN **********) 36075,0 manat, X12 (VÖEN **********) 25289,0 manat, X21 (VÖEN **********) 9593,0 manat, X8 (VÖEN **********) 30706,0 manat, X1 (VÖEN **********) 7761,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 198500,0 manat, X22 (VÖEN **********) 11677,0 manat, X24 (VÖEN **********) 6098,0 manat, X16 (VÖEN **********) 4739,0 manat, X17 (VÖEN **********) 24891,0 manat, X5 (VÖEN **********) 24983,00 manat, X9 (VÖEN **********) 29284,0 manat, X29 oğlundan (VÖEN **********) 4677,0 manat, X23 (VÖEN **********) 1100,85 manat, X25 (VÖEN **********) 33389,0 manat, X13 (VÖEN **********) 33350,0 manat, X14 (VÖEN **********) 7931,0 manat, X6 (VÖEN **********) 7445,0 manat, X7 (VÖEN **********) 8950,0 manat, X18 (VÖEN **********) 8620,0 manat, X26 (VÖEN **********) 7294,0 manat, X28 (VÖEN **********) 6785,85 manat, X15 (VÖEN **********) 6665,0 manat, "xxxx" QSC-dən (VÖEN **********) 197827,88 manat, "xxxx" MMC-dən (VÖEN **********) 10520,0 manat, "xxxx" MMC- dən (VÖEN **********) 40439,0 manat reklam məqsədli malların və reklam xidmətlərinin alınması ilə əlaqədar ümumi dəyəri 2394021,19 manat təşkil edən elektron qaimə-fakturalar əldə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən vergi üstünlüyü əldə etmək məqsədilə qeyd olunan vergi ödəyicilərinin hər biri ilə ayrı-ayrılıqda cəmi dəyəri 200000,00 manatdan artıq olmayan əməliyyatlar həyata keçirilmişdir. Yoxlama ilə qeyd olunan vergi ödəyicilərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, “"xxxx" MMC ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamışdır. Qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq azadolmadan istifadə etmək yolu ilə "xxxx" MMC nin xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən vergidən yayınma sxemi yaratmaqla aparılmış həmin əməliyyatlar yoxlama ilə gəlirin əldə edilməsi üçün çəkilən xərclərə 108-ci maddələrinin tələblərinə müvafiq olaraq aid edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyü adlanır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat vergidən yayınma sxemi adlanır. "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) 199950,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 199650,0 manat, 'İMPORTANT TASK" MMC-dən (VÖEN **********) 177550,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 120180,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 361589,61 manat, "xxxx" MMC-dən (VÖEN **********) 143368,0 manat və X2 (VÖEN **********) 52974,0 manat, X11 (VÖEN **********) 54429,0 manat, X3 (VÖEN **********) 104536 manat, X4 (VÖEN **********) 156536,0 manat, X27 (VÖEN **********) 18212,0 manat, X19 (VÖEN **********) 20456,0 manat, X20 (VÖEN **********) 36075,0 manat, X12 (VÖEN **********) 25289,0 manat, X21 (VÖEN **********) 9593,0 manat, X8 (VÖEN **********) 30706,0 manat, X1 (VÖEN **********) 7761,0 manat, "xxxx" MMC-dən (VÖEN **********) 198500,0 manat, X22 (VÖEN **********) 11677,0 manat, X24 (VÖEN **********) 6098,0 manat, X16 (VÖEN **********) 4739,0 manat, X17 (VÖEN **********) 24891,0 manat, X5 (VÖEN **********) 24983,00 manat, X9 (VÖEN **********) 29284,0 manat, X29 oğlundan (VÖEN **********) 4677,0 manat, X23 (VÖEN **********) 1100,85 manat, X25 (VÖEN **********) 33389,0 manat, X13 (VÖEN **********) 33350,0 manat, X14 (VÖEN **********) 7931,0 manat, X6 (VÖEN **********) 7445,0 manat, X7 (VÖEN **********) 8950,0 manat, X18 (VÖEN **********) 8620,0 manat, X26 (VÖEN **********) 7294,0 manat, X28 (VÖEN **********) 6785,85 manat, X15 (VÖEN **********) 6665,0 manat əldə edilmiş ümumi dəyəri 2145234,31 manat (o cümlədən 2021-ci il üzrə 1060899,0 manat, 2022-ci il üzrə 748848,0 manat və 2023-cü il üzrə 335487,31 manat) təşkil edən elektron qaimə-fakturalar mənfəət vergisi bəyannaməsində reklam xərclərinə aid edilmişdir. Həmin elektron qaimə-fakturalarda göstərilmiş xidmətlərin adı “Reklam və marketinq xidmətləri“ kimi qeyd edilmişdir. Göstərilən xidmətlərlə əlaqədar tərtib edilmiş təhvil-təslim aktlarında hər hansı əlavə məlumat göstərilməmiş və yalnız elektron qaiməfakturalarda qeyd olunan məlumatlardan ibarət olmuş, eyni zamanda qeyd olunan vergi ödəyicilərinin həmin fəaliyyətin həyata keçirilməsi üçün işçi və təsərrüfat subyektləri mövcud olmamış, həmin xidmətlərlə əlaqədar hər hansı mal və ya xidmət alışları müəyyən edilməmişdir. Buna görə də yoxlama ilə təhvil-təslim aktlarında və elektron qaimə-fakturalarda qeyd olunan xidmətlərin faktiki olaraq hansı xidmətlərdən ibarət olması, gəlirin əldə edilməsi üçün çəkilən xərc olub-olmaması müəyyən edilməmişdir. Nəticədə yoxlama ilə həmin əməliyyatlar vergi ödəyicisi tərəfindən vergi üstünlüyü əldə etmək məqsədilə aparılmış əməliyyatlar kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə müvafiq olaraq gəlirin əldə edilməsi ilə bağlı xərclər kimi qəbul edilməmişdir. Əlavə olaraq yoxlama zamanı reklam xərcləri ilə bağlı Vergi Məcəlləsinin 36.3-cü maddəsinə uyğun olaraq "xxxx" MMC-yə reklam xidməti göstərən yerli və ərazi vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün elektron məktub göndərilmişdir. Eyni zamanda vergi ödəyicilərlə əlaqə saxlanılarkən qarşılıqlı əlaqələrə dair sənədlərin olmadığını bildirmişdilər. Yuxarıda qeyd edilən vergi ödəyiciləri tərəfindən hər hansı məlumat və təsdiqedici sənədlər daxil olmamışdır. Nəticədə: 2021-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 2427451,99 manat müəyyən edildi və büdcəyə əlavə olaraq 168070,03 (2427451,99x20%=485490,40-317420,37) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 84035,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. 2022ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1201087,65 manat müəyyən edildi və büdcəyə əlavə olaraq 122264,28 (1201087,65x20%=240217,53-117953,25) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 61132,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. 2023-cü il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1237711,81 manat müəyyən edildi və büdcəyə əlavə olaraq 105284,40 (1237711,81x20%=247542,36-142257,96) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 52642,20 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Beləliklə, yoxlama zamanı ümumilikdə büdcəyə əlavə olaraq 395618,71 manat (168070,03+122264,28 +105284,40) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən Əlavə dəyər vergi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2017-ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəli akta əlavə olunur). Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mallann təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvann 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Həmin Məcəllənin 166.1ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Cəmiyyət tərəfindən əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: - 2021-ci il üzrə: Cəmiyyət tərəfindən 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 1649,94 manat ƏDV məbləği ((3504033,25*18%)- 632375,92) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2021- ci il üzrə 3504033,25 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 632375,92 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı Əlavə dəyər vergi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2017-ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəli akta əlavə olunur). Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mallann təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvann 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Həmin Məcəllənin 166.1ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Cəmiyyət tərəfindən əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: - 2021-ci il üzrə: Cəmiyyət tərəfindən 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 1649,94 manat ƏDV məbləği ((3504033,25*18%)- 632375,92) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2021- ci il üzrə 3504033,25 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 632375,92 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 48991,86 manat (3455041,39-3504033,25) artıq göstərilmişdir. Nəticədə 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə yoxlama ilə 8818,53 manat ((3455041,39*18%)-632375,92))-((3504033,25*18%) -632375,92) ƏDV-si artıq hesablanmışdır. - 2022-ci il üzrə: Cəmiyyət tərəfindən 2022-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə 39545,79 ƏDV məbləği ((3791321,48*18%)- 721983,66) artıq hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2022-ci il üzrə 3791321,48 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 721983,66 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 219831,19 manat (3571490,29-3791321,48) artıq göstərilmişdir. Nəticədə 2022-ci il üzrə yoxlama ilə 39569,61 manat ((3571490,29*18%)-721983,66))-((3791321,48*18%)-721983,66) ƏDVsi artıq hesablanmışdır. - 2023-ci il üzrə: Cəmiyyət tərəfindən 2023-cü il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 135276,32 ƏDV məbləği ((3429854,91*18%)- 482097,56) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2023-cü il üzrə 3429854,91 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 482097,56 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 37427,55 manat (3467282,46-3429854,91) az göstərilmişdir. Nəticədə 2023-cü il üzrə yoxlama ilə 6736,96 manat ((3467282,46*18%)-482097,56)) - ((3429854,91*18%)- 482097,56) ƏDV-si əlavə hesablanmışdır. - 2024-cü il üzrə: Cəmiyyət tərəfindən 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırki yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə əsasən 2024-cü il üzrə 768308,32 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 114342,72 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 5084,38 manat (773392,7-768308,32) az göstərilmişdir. Nəticədə 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə yoxlama ilə 915,19 manat ((773392,7*18%)-114342,72))-((768308,32*18%)- 114342,72) ƏDV-si əlavə hesablanmışdır. Vergi ödəyicisi tərəfindən müəyyən preparatların satış formasını itirdiyi və satışa yararsız olması əsası ilə ləğv edilməsi barədə akt yoxlamaya təqdim olunmuşdur. Aktda həmin malların adı və miqdarı qeyd ediməklə "xxxx" MMC-yə (VÖEN **********) təhvil verildiyi qeyd edilmişdir. "xxxx" MMC-yə Azərbaycan Respubliksaının İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixli İN/L-691/2017 nömrəli Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərləşdirilməsi üçün liseziya verilmişdir. Qeyd olunanlarla əlaqədar həmin akt yoxlama ilə nəzərə alınmışdır. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələrinə əsasən cəmiyyətə kameral yoxlama ilə aparılmış artıq hesablamalar səyyar vergi yoxlaması ilə təsdiqlənmişdir. O cümlədən, 2022-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır. ƏDV-siz dövriyyə 372625,99 manat, əvəzləşdirilən dövriyyə 113265,38 manat, əvəzləşdirilən ƏDV 20387,77 manat müəyyən edilmiş və cari yoxlama ilə təsdiqlənmişdir. 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır. ƏDV-siz dövriyyə 399269,82 manat, əvəzləşdirilən dövriyyə 306974,16 manat, əvəzləşdirilən ƏDV 55255,35 manat müəyyən edilmiş və cari yoxlama ilə təsdiqlənmişdir. 2023-cü ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır. ƏDV-siz dövriyyə 292151,88 manat, əvəzləşdirilən dövriyyə 159956,83 manat, əvəzləşdirilən ƏDV 28792,23 manat müəyyən edilmiş və cari yoxlama ilə təsdiqlənmişdir. 2023-cü ilin noyabr ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır. ƏDV-siz dövriyyə 226530,29 manat, əvəzləşdirilən dövriyyə 137558,82 manat, əvəzləşdirilən ƏDV 24760,59 manat müəyyən edilmiş və cari yoxlama ilə təsdiqlənmişdir. 2024-cü ilin yanvar ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır. ƏDV-siz dövriyyə 238129,59 manat, əvəzləşdirilən dövriyyə 195744,21 manat, əvəzləşdirilən ƏDV 35233,96 manat müəyyən edilmiş və cari yoxlama ilə təsdiqlənmişdir. Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə inventarizasiya aparılır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş malların hərəkəti barədə hesabatlar uçot-baza məlumatları ilə üzləşdirələrək səhvlər aşkar edilmişdir. Beləliklə, malların düzgün uçotunun aparılmaması müəyyən edilərək xx.xx.2024-cü il tarixli **********185768 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilmısi barədə” Qərarı təyin edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və onlayn kargüzarlıq vasitəsilə elektron qaydada yoxlamaya təqdim edilmiş sənədlərə və məlumatlara, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilmısi barədə” xx.xx.2024-cü il tarixli **********185768 nömrəli qərarı ilə keçirilən inventarizasiyanın nəticələrinə əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********185768 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarı ilə "xxxx" MMC-də AZ1116, Bakı şəhəri Binəqədi rayonu, X49 ev 3123-cü məhəllədə yerləşən ofisində, AZ1034, ünvan 1 ünvanında yerləşən anbarında əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası aparılmışdır. Əmtəə-material ehtiyatlarının, əmlakın faktiki mövcudluğu haqqında məlumatları özundə əks etdirən xx.xx.2024-cü il tarixli İnventarizasiya barədə Akt tərtib olunmuşdur. Cəmiyyətin sahibliyində xx.xx.2024-cü il tarixə AZ1034, ünvan 1 ünvanında yerləşən anbarda alış dəyəri 449108,01 manat (dörd yüz qırx doqquz min yüz səkkiz manat, bir qəpik) mal qalığı, AZ1116, Bakı şəhəri Binəqədi rayonu, X49 ev 3123cü məhəllədə yerləşən ofisində 10954,97 (on min doqquz yüz əlli dörd manat, doxsan yeddi qəpik) manat dəyərində əsas vəsaitləri olmuşdur. Səyyar vergi yoxlaması zamanı keçirilmiş inventarizasiyanın nəticələri təhlil edilmiş, vergi ödəyicisi tərəfindən xx.xx.2024cü il tarixli **********186049 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqqında” Protokolla rəsmiləşdirilmiş mal hərəkəti cədvəlinə əsasən xx.xx.2021-ci il tarixə müəssisənin sahibliyində cəmi 1063576.54 manat mal qalığı, yoxlama dövründə yerli vergi ödəyicilərindən alınmış, idxal edilmiş və təqdim edilmiş mallar, yoxlama dövrünün sonundan inventarizasiya zamanı aşkar edilmiş malların siyahısnın tarixinədək olan dövr üzrə yerli vergi ödəyicilərindən alınmış, idxal Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci və 166.1-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə 277235,80 manat məbləğində (325623,93-48388,13) ƏDV əlavə hesablandı. Yuxarıda qeyd olunanlardan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, “vergi ödəyici tərəfindən güya xərclər şişirdilmişdir. Hakbuki təqdim etdiyimiz xərclər Vergi Məcəlləsinin tələblərinə əsasən gəlirdən çıxılan xərclərə aiddir və bütün buna aid müqavilələr, sənədlər, qaimələr və s mövcuddur. Həmin xərc sənədlərinin nə səbəbə nəzərə almamasını əsaslandıra bilməmişdir. Ehtimallara əsaslanan qərar qəbul edilmişdir ki, bu da tamamilə qanunsuz və əsasızdır”. İddiaçının qeyd olunan dəlilinə münasuibətdə qeyd edirik ki, Yoxlama ilə qeyd olunan reklam xidməti göstərən vergi ödəyicilərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vergi ödəyicilərinin təsərrüfat subyekti (istehsalat yeri) və işçisi, “"xxxx" MMC ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamışdır. Qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq azadolmadan istifadə etmək yolu ilə "xxxx" MMC- nin xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən vergidən yayınma sxemi yaratmaqla aparılmış həmin əməliyyatlar yoxlama ilə gəlirin əldə edilməsi üçün çəkilən xərclərə 108-ci maddələrinin tələblərinə müvafiq olaraq aid edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyü adlanır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat vergidən yayınma sxemi kimi qiymət verilmişdir. Daha sonra iddiaçı qeyd edir: “Müəssisə qida əlavəsi satışı ilə məşğul olduğu üçün həmin malların satılmasının bir nömrəli metodu reklam edilməsidir. Qənd deyil, pesok deyil, yağ deyil ki, hamı bilsin. Bunun üçün müxtəlif ərazilərdə fəaliyyət göstərən həkimlərlə və digər mütəxəssislərlə görüşlər təşkil edilməli və məhsulun tanıtımı həyata keçirilməlidir. Lakin vergi orqanı tərəfindən sənədlərimizin ehtimallara əsasən nəzərə alınmaması tamamilə qanunsuzdur və müəsssisəyə qarşı qərəzin nümunəsidir”. Bu dəlilə münasibətdə cavabdeh vergi orqanı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəmiyyət 2021-ci il üzrə mənfəət bəyannaməsi üzrə ümumi xərci 3 950 765.47 manat olduğu halda reklam xərci 1 060 899.0 manat, 2022-ci il üzrə 3 772 553.33 olduğu halda reklam xərci 811 948.66 manat, 2023-cü il üzrə 3 977 341.23 manat olduğu halda reklam xərci 528 789.11 mana təşkil etmişdir. Reklam xərclərinin ümumi xərclərin 20,52 % (ümumi xərclər 11700660,03/reklam xərcləri 2401636,77*100) təşkil etmişdir. Nəticədə müəssisənin əsas fəaliyyəti qida əlavələrinin topdan satışı olduğunu nəzərə alaraq xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. İddiaçının digər bir dəlili: “Vergi orqanı tərəfindən ƏDV üzrə də hesablama tamamilə qanunsuzdur. Belə ki, vergi orqanının əksikgəlmə kimi təqdim etmək istədiyi mallar tərəfimizdən satış kimi bəyannamələrdə öz əksini tapmışdır. Bəyannaməyə satış kimi daxil edilmiş, vergisi ödənilmiş malların vergi orqanı tərəfindən nəzərə almaması da növbəti qərəzin nümunəsidir. Ona görə də hesab edirk ki, hesablanmış ƏDV də qanunsuz olduğundən ləğv edilməlidir”. Bu dəlillə münasibətdə isə qeyd edirik ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilmısi barədə” xx.xx.2024-cü il tarixli **********185768 nömrəli qərarı ilə keçirilən inventarizasiyanın nəticələrinə əsasən cəmiyyətin ƏDV bəyannamələri üzrə göstəricilərinin Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixə müəssisənin sahibliyində cəmi 1063576.54 manat mal qalığı, yoxlama dövründə yerli vergi ödəyicilərindən alınmış, idxal edilmiş və təqdim edilmiş mallar, yoxlama dövrünün sonundan inventarizasiya zamanı aşkar edilmiş malların siyahısnın tarixinədək olan dövr üzrə yerli vergi ödəyicilərindən alınmış, idxal edilmiş və təqdim edilmiş mallar nəzərə alınmaqla ümumi 1766509,67 manat məbləğində malların əskik gəldiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1. maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa borcludur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********190897 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən İddiaçınə mənfəət vergisi üzrə: 2021-ci il üzrə 168070.03 manat, 2022-ci il üzrə 122264.28 manat, 2023-cü il üzrə 105284.40 manat, ƏDV üzrə :2023-cü il üzrə 6736.96 manat, 2024-cü il üzrə 318886.97 manat, ödəmə mənbəyində vergi üzrə: 2021-ci il üzrə 5562.75 manat əlavə vergi olmaqla, ümumilikdə 726805.52 manat əlavə vergi, VM-nin 58.1, 58.6-cı maddələrinə əsasən ümumilikdə 564648.02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -“Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********318500 nömrəli Tələbnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, **********. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2025-ci il tarixli **********190897-saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: 678417.39 Azərbaycan manatı, 0.00 ABŞ dolları; Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları:564648.02 Azərbaycan manatı, 0.00 ABŞ dolları; Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər:0.00 Azərbaycan manatı, 0.00 ABŞ dolları; Büdcəyə ödənilməli olan cəmi məbləğ 1243065.41 Azərbaycan manatı və 0.00 ABŞ dollan təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq tələb olunur: 1. Büdcəyə ödənilməli olan 1243065.41 Azərbaycan manatı və 0.00 ABŞ dollan vəsait 5 gün müddətində aşağıdakı yerli xəzinə orqan(lar)ınrn hesablarına ödənilməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, cavabdehin xx.xx.2024 tarixli **********183532 saylı qərarına əsasən İddiaçındə Mədən vergisi aprel 2021 - Mart 2024, Aksiz vergisi Aprel 2021 - Mart 2024, Mənfəət vergisi 2021-ci il - 2023-cü il, Torpaq vergisi 2021-ci il - 2023-cü il, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2-ci Rüb 2021 - 1-ci Rüb 2024 məcburi dövlət sosial ığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), Ödəmə mənbəyində tutulan 2-ci Rüb 2021 - 1-ci Rüb 2024, Əmlak vergisi 2021-ci il - 2023-cü il, Sadələşdirilmiş vergi 2-ci Rüb 2021 - 1-ci Rüb 2024, Yol vergisi Aprel 2021 - Mart 2024-cü ili əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi cavabdehin xx.xx.2024-cü il tarixli **********184047 nömrəli akta rəsmiləşdirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qida əlavələrinin satışı ilə məşğul olmuşdur. Mənfəət vergisi üzrə: Yoxlama mənfəət vergisi üzrə 2021-ci, 2022-ci və 2023-cü illəri əhatə etmişdir Cavabdeh tərəfindən yoxlama ilə cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 130.1-ci və 130.2-ci maddəsinin tələbi pozulduğu müəyyən edilmişdir. 2021-ci il üzrə -vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına o cümlədən, elektron qaimə lakturalara əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 5435580,05 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 253651,48 manat olmaqla) 5181928,57 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Mallann təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 355938,77 manat (5537867,34-5181928,57) artıq göstərilməsi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı 2021-ci il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2503015,19 manat təşkil etdiyi halda həmin Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 135389,89 manat məbləğində artıq göstərilməsi müəyyən edilmişdir. 2022-ci il üzrə- vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-lakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 4320379,36 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 50951,78 manat olmaqla) 4269427,58 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Mallann təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 92891,98 manat (4269427,58- 4362319,56) az göstərilməsi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı 2022-ci il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2759281,93 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 44634,60 manat məbləğində az göstərilməsi müəyyən edilmişdir. 2023-cü il üzrə- vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2023-cü il üzrə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə gəlirləri (o cümlədən, təqdim edilən mallar üzrə 4799719,46 manat, geri qaytarılan mallar üzrə gəlirləri isə 123651,32 manat olmaqla) 4676068,14 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Mallann təqdim edilməsindən gəlirləri" adlı 200.1-ci sətrindəki gəlirləri 12562,88 manat (4676068,14- 4688631,02) az göstərilməsi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı 2023-cü il üzrə müəssisə tərəfindən təqdim edilmiş malın dəyəri üzrə xərclər 2654165,86 manat təşkil etdiyi halda Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin bölməsinin “Malın dəyəri üzrə xərclər” adlı 221.4-cü sətrində xərclərin 203497,59 manat məbləğində az göstərilməsi müəyyən edilmişdir. Beləliklə, mənfəət vergisinin hesablayarkən vergi orqanı iddiaçının qida əlavələrinin reklamı və təqdimetməsi ilə əlaqədar çəkdiyi xərcləri nəzərə almamış və bu əməliyyatı vergidən yayınma hal kimi qiymətləndirmişdir. ƏDV üzrə: - 2023-cü il üzrə: İddiaçı tərəfindən 2023-cü il üzrə 135276,32 ƏDV məbləği ((3429854,91*18%)- 482097,56) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2023-cü il üzrə 3429854,91 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 482097,56 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 37427,55 manat (3467282,46-3429854,91) az göstərilmişdir. Nəticədə 2023-cü il üzrə yoxlama ilə 6736,96 manat ((3467282,46*18%)- 482097,56))-((3429854,91*18%)- 482097,56) ƏDV-si əlavə hesablanmışdır. - 2024-cü il üzrə: Vergi ödəyicisi tərəfindən 2024-cü ilin yanvar, fevral və mart aylan üzrə 23952,78 ƏDV məbləği ((768308,32*18%)- 114342,72) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2024-cü il üzrə 768308,32 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 114342,72 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən cəmiyyət tərəfindən ƏDV-nə cəlb olunan dövriyyə 5084,38 manat (773392,7-768308,32) az göstərilmişdir. Nəticədə 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə yoxlama ilə 915,19 manat ((773392,7*18%)-114342,72))-(( 768308,32*18%)- 114342,72) ƏDV-si əlavə hesablanmışdır. Beləliklə, yoxlama zamanı müəyyən olundu ki, Vergi Məcəlləsinin 67.15-ci 159.1-ci və 166-cı əsasən yoxlama ilə əhatən edilən dövrdə cəmi 317971,74 manat ƏDV büdcəyə əlavə hesablama aparılmışdır. Qeyd edilən vergilərin hesablanmasına əsas olmuş hallarla bağlı vergi orqanı bildirmişdir ki, "xxxx" MMC tərəfindən vergi üstünlüyü əldə etmək məqsədilə qeyd olunan vergi ödəyicilərinin hər biri ilə ayrı-ayrılıqda cəmi dəyəri 200000,00 manatdan artıq olmayan əməliyyatlar həyata keçirilmişdir. Yoxlama ilə qeyd olunan vergi ödəyicilərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin vergi ödəyicilərinin təsərrülat subyekti (istehsalat yeri) və işçisi, “"xxxx" MMC ilə olan əməliyyatlardan başqa heç bir fəaliyyəti, həmçinin təqdim edilmiş mal və xidmətlərlə əlaqədar hər hansı mal və xidmət alışları mövcud olmamışdır, qeyd olunan əməliyyatlar Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə müvafiq olaraq azadolmadan istiladə etmək yolu ilə "xxxx" MMC-nin xərclərinin əsassız artırılması və nəticədə mənfəət vergisinin azaldılması məqsədilə həyata keçirilmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalar mənfəət vergisi bəyannaməsində reklam xərclərinə aid edilmiş, elektron qaimə-lakturalarda göstərilmiş xidmətlərin adı “Reklam və marketinq xidmətləri“ kimi qeyd edilmişdir. Buna görə də yoxlama ilə təhvil-təslim aktlarında və elektron qaimə-lakturalarda qeyd olunan xidmətlərin faktiki olaraq hansı xidmətlərdən ibarət olması, gəlirin əldə edilməsi üçün çəkilən xərc olub-olmaması müəyyən edilməmişdir. Nəticədə yoxlama ilə həmin əməliyyatlar Vergi Məcəlləsinin 108ci maddəsinin tələblərinə müvafiq olaraq gəlirin əldə edilməsi ilə bağlı xərclər kimi qəbul edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının fəaliyyət sahəsi qida əlavələrinin satışı olmaqla hamıya məlum olmayan məsulların satlmasını əhatə edir. Reklam xidmətinin göstərilməsi fəaliyyəti daha çox müxtəlif məhsul alıcılarına-xüsusən tibb mərkəzlərinə məhsulların təqdim edilməsi ilə bağlıdır. Bu məhsullar satılması üçün açıq bazarda tanıdılması zəruri olan məhsullar olduğundan onların reklam xərclərinin çəkilməsi labüddür. Belə bir satışın həyata keçirilməsi isə yüksək məbləğdə reklam xərclərinin çəkilməsini zəruri edir. Cavabdeh orqan yoxlama aktında reklam xərclərinin gəlirin əldə edilməsinə əsas verən xərc kimi qəbul etmədiyini əsaslandırmamışdır. Cavabdehin istinad etdiyi iddiaçıya xidmət göstərən şəxslərin dövriyyəsinin 200000,00 manatdan artıq olmaması, həmin şəxslərin işçi və təsərrüfat subyektinin olmaması qeyd edilən xərclərin çəkilməsinə əsaslı şübhə yaratmır. Belə ki, əvvəla iddiaçı tərəfindən də reklam xidməti göstərən şəxslərlə bağladığı müqavilə, təhvil-təslim aktları, ödəniş tapşırıqları, eləcə də həmin müqavilələr əsasında tərtib edilmiş elektron qaimələr təqdim edilmişdir. Həmin şəxslərin bu fəaliyyəti xüsusən təsərrüfat obyektinin olmasını və ya işçilərin olmasını tələb etmir. Belə ki, adıçəkilən qida əlavələrinin reklamı xüsusən məhdud şəxslər dairəsini (tibb müəssisələri) əhatə etdiyindən və məhsulların tanıdılıcaq şəxslərin ünvanına şəxsən gedərək yerində tanıdılmasını tələb etdiyindən xidmət göstərən şəxslərin bununla bağlı əlavə işçisinin olmasına və ya daimi oturma yeri-təsərrüfat subyektinin olmasına zərurət yoxdur. Bundan başqa qeyd edilməlidir ki, adlarıçəkilən vergi ödəyiciləri cavabdehin qeyd etdiyi bu iki meyara görə iddiaçı ilə əməliyat zamanı, eləcə də bu əməliyyatlara görə riskli vergi ödəyicisi siyahısına daxil edilməmişlər. Cavabdeh iddiaçının reklam xərci ilə bağlı əməliyyatlarınıın real olmadığını və reklam xərclərinin gəlirin əldə edilməsinə yönələn xərc sənədi olduğunu bildirsə də lakin inzibati icraat zamanı həmin reklam və marketinq xidməti göstərən şəxsləri icraata cəlb etməmiş, onların izahatlarını almamış, eyni zamanda alıcılardan iddiaçının satmış olduğu məhsullar barədə hansı qaydada informasiya əldə etmiş olmaları barədə məlumat əldə etməmişdir. Digər tərəfdən müəyyən olunur ki, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********185768 nömrəli qərarına əsasən iddiaçıya aid Bakı şəhəri Binəqədi rayonu, X49 ev 3123-cü məhəllədə yerləşən ofisində və ünvan 1 ünvanında yerləşən anbarında əsas vəsaitlərin, xammal və materialların, hazır məhsulların, nağd pul vəsaitlərinin, habelə digər sərvətlərin inventarizasiyası apanlmış, bu barədə xx.xx.2024cü il tarixli İnventarizasiya barədə Akt tərtib olunmuşdur. Vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, Cəmiyyətin sahibliyində xx.xx.2024cü il tarixə AZ1034, ünvan 1 ünvanında yerləşən anbarda alış dəyəri 449108,01 manat (dörd yüz qırx doqquz min yüz səkkiz manat, bir qəpik) mal qalığı, AZ1116, Bakı şəhəri Binəqədi rayonu, X49 ev 3123-cü məhəllədə yerləşən ofisində 10954,97 (on min doqquz yüz əlli dörd manat, doxsan yeddi qəpik) manat dəyərində əsas vəsaitləri olmuşdur. Vergilər Nazirliyinin 07 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş əmlakın və digər qiymətlilərin inventarizasiyası aktında əmlakın və digər qiymətlilərin inventarizasiyası nəticəsində siyahının sol qrafasında mühasibat uçotu sənədlərinə əsasən inventarizasiya vaxtına uçota alınan əmlak və digər qiymətlilər əks olunmalı, orta hissədə inventarizasiya nəticəsinə əsasən faktiki yerində olan əmlak, sağ qrafada isə yekun əskikgəlmə və ya artıqgəlmə qeydi aparılmalıdır. Nümunəyə uyğun tərtib edilməli inventarizasiya aktında yekun əskikgəlmə və ya artıqgəlmə göstərilməli, eyni zamanda əksikgələn əmlakla bağlı aktda vergi ödəyicisinin münasibəti qeyd olunmalı idi. Təqdim edilmiş inventarizasiya aktında qeyd edilən bu tələblərə əməl edilməmiş, inventarizasiya sənədləri nəticəsində səyyar aktda qeyd edilən 1766509,67 manat malların əskikgəlməsi barədə qeyd daxil edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı inzibati icraatda da, məhkəmə icraatında da verdiyi izahatlarda inventarizasiya zamanı cavabdehin istinad etdiyi əksikgəlmə kimi müəyyən etdiyi malları təhvil-təslim aktları ilə digər şəxslərə satdığını, əksik gəlmənin səbəblərindən biri kimi bəzi hallarda əvvəlcədən sifariş edilməyən məhsulların anbarlardan alıcılara çatdırıldığı və daha sonra satış məlumatlarının mühasiblığa təqdim edildiyi və mühasibatlıq tərəfindən isə Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə uyğun olaraq malların təqdim olunmasına dair 5 gün ərzində elektron qaimə-fakturalar tərtib edildiyini bildirmişdir. Lakin inzibati orqan inventarizasiya aktını düzgün şəkildə tərtib etməmiş, əksik mallara dair yerində vergi ödəyicisinin izahatını alaraq buna dair münasibətinin daxil edilməsini həyata keçirməmişdir. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir. 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində Göründüyü kimi qanunla malları təhvil verdikdən sonra 5 gün ərzində elektron qaimə-faktura tərtib edilməsinə yol verildiyi halda, iddiaçı tərəfindən malların inventarizasiya tarixindən əvvəlki tarixlərdə (3-5 avqust 2024) təhvil aktı əsasında satılmış mallara dair 4 gün ərzində tərtib edilmiş elektron-qaimələri nəzərə almamış, əksik gələn malların həmin mallar olub-olmamasına dair münasibətini bildirməmişdir. İddiaçı qeyd edilən satılan mallara görə müvafiq bəyannamələri təqdim edərək vergiləri dövlət büdcəsinə bəyan etmişdir. Cavabdeh isə iddiaçının satdığı malları əskikgəlmə kimi qiymətləndirib təkrar həmin malların satışını ƏDV-yə cəlb etmiş və əlavə olaraq da maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya SVY zamanı xx.xx.2022-xx.xx.2024 tarix aralığı idxal edilmiş mallar barədə Vergi Məcəlləsinin 16.1.11- 11-ci maddəsində göstərilən məlumatları vergi orqanına təqdim etmədiyi müəyyən edilmişdir. Belə ki, vergi orqanının araşdırmasına görə həmin tarix aralığında vergi ödəyicisi faktura dəyəri 3976094,37 manat olan mal idxal etmiş, idxal edilmiş mallar barədə məlumat forması xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən təsdiq edilmişdir. Nəticədə vergi ödəyicisinə idxal edilmiş mallar barədə məlumatın təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən 198804,72 manat maliyyə sanksiyası tətbiq etmişdir. Məhkəmə cavabdehin qeyd edilən hissədə də mövqeyi ilə razılaşmır. Əvvəla qeyd edilməlidir ki, vergi orqanı səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən 198804,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsini rəhbər tutsa da məsuliyyət qərarında həmin məbləği Vergi Məcəlləsinin 58.6-cı madəsinin pozuntusu halı kimi qeyd etmişdir. Bu hissədə vergi orqanının hüquqi əsaslandırması düzgün müəyyən edilməmişdir. Vergi Məcəlləsinin: -57.5. İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları həmin maddədə nəzərdə tutulan formada və qaydada təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: -16.1.11-11.1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə 16 dekabr 2024-cü il tarixli 98-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16.1.11-11.1-ci maddə ləğv edilmişdir. İşdən görünür ki, iddiaçıya 198804,72 manat məbləğində maliyyə sanksiyası Vergi Məcəlləsinin 57.5-ci maddəsində göstərilə əsasa- Vergi Məcəlləsinin 16.1.11-11.1-ci maddəsinə əsasən idxal edilmiş mallar barədə məlumatın vergi orqanına təqdim edilmədiyinə istinadən tətbiq edilmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 16.1.11-11-1-ci maddəsi xx.xx.2025-ci il tarixdən ləğv edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 16.1.11-11-1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu təqdirdə bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu zaman idxal edilmiş malların həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab edilir. Beləliklə, müəyyən olunur ki, cavabdeh həmin maddəyə istinadən maliyyə sanksiyasını tətbiq edərkən vergi ödəyicisinin 16.1.11-11-1-ci maddəsi ilə nəzərdə tutulmuş uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatın təqdim edilməsi vəzifəsi qüvvədə olmamışdır. Məhkəmə tətbiq edilən maliyyə sanksiyasının konkret hərəkətlə bağlı olduğunu( malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatın verilməməsi), bu halın xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində idxal edilmiş mallar barədə olmaqla sanksiyanın həmin dövrə aid olduğunu, maliyyə sanksiyasının yalnız hərəkətə bağlı olub konkret növ vergi məbləğinin hesablanmasını izləmədiyini nəzərə alaraq hesab edir ki, məsuliyyət qərarı qəbul edilərkən qüvvədə olmayan normaya istinad edib keçmiş dövr üzrə maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz olmuşdur. Odur ki, məhkəmə iddianın 198804.72 manat maliyyə sanksiyası (76303.53 manat+97752.06 manat+24749.13 manat ) hissəsində ləğv edilməsi nəticəsinə gəlir. Bundan başqa qeyd edilməlidir ki, səyyar yoxlama ilə iddiaçının malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, 2022-ci il qədər qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 423,58 manat ƏDV məbləğinin 50 faizi miqdarında yəni 211,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş 46,38 manat ƏDV məbləğinin 50 faizi miqdarında yəni 23.19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəf qeyd edilən ƏDV məbləğinin vaxtında ödənilməsi ilə bağlı müvafiq sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən cəmi 234.98 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qərar əsaslı olmuşdur. Ödəmə mənbəyində vergi üzrə: Yoxlama ilə iddiaçı tərəfindən Vergi Məcəlləsinin 122.1-cü və 125.1.4-cü maddələrinin tələbinin pozulması halı aşkar edilmişdir. Belə ki, iddiaçı tərəfindən beynəlxalq daşımalar görə bank məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə CORUH NAKLİYATİNS SAN VE TİC LTD S-Tİ-yə 8816,36 ödəniş həyata keçirilmişdir. Nəticədə VM-nin maddə 125.1.4-cü maddəsinin tələblərinin pozulması müəyyən edilmiş və iddiaçıya 562,75 (8816,36/94%=9379,11*6%) manat ÖMV hesablanmışdır. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi orqanı Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 562.76 manat vergi məbləğinin 50 faizi miqdarında 281.38 manat məbləğində maliyyə sanksiyasını tətbiq etməkdə haqlı olmuşdur. Bundan başqa yoxlanılan dövr üzrə iddiaçının bank məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə təsisçiyə 50 000,00 manat divindend verildiyi müəyyən edilmiş, bu əsasdan 10 faiz dərəcə ilə Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən 5000,00 manat ÖMV hesablamış və bu halda Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 5000,0 manat vergi məbləğinin 50 faizi miqdarında 2500,0 manat məbləğində maliyyə sanksiyasının tətbiq etməkdə haqlı olmuşdur. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********190897 saylı qərarı ödəmə mənbəyindən vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası və ƏDV məbləğinin gec ödənilməsinə görə 234.98 manat maliyyə sanksiyası hissələri istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********190897 saylı qərarı ödəmə mənbəyindən vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası və ƏDV məbləğinin gec ödənilməsinə görə 234.98 manat maliyyə sanksiyası hissələri istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar