Məhkəmə qərarları › İş №e-2-1(112)-7118/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7118/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7118/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçıin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və X11 və Bakı şəhər İcra Hakimiyyətinin X1rşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və.s” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Ekologiya və X8 nümayəndəsi X6, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçıin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və X11 və Bakı şəhər İcra Hakimiyyətinin X1rşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və.s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdehlər Azərbaycan Respublikası Ekologiya və X11 və Bakı şəhər İcra Hakimiyyətinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin üzərinə İddiaçı MMC-nin qanuni istifadəsinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində, “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsinə özbaşına əkmiş olduqları ağacların köçürülməsi öhdəliyinin qoyulması, həmin əraziyə yeni ağacların əkilməsinin cavabdehlərə qadağan edilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı MMC-yə 50000 (əlli min) manat məbləğində kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 311 saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçı kiçik müəssisəsinə iaşə obyektinin tikintisi üçün ayrılmış 0,9775 ha torpaq sahəsinə 0,5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1,4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. Qeyd olunan ünvanda "xxxx" kiçik müəssisəsinə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi üçün müvafiq dövlət orqanları ilə razılaşdırılmalar aparılmış və ekspertiza rəyləri alınmışdır. Təqdim olunan sənədlər əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 46 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə "xxxx" kiçik müəssisəsinə icazə verilmiş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tikinti işlərinin başlanılması üçün əsas olan Xüsusi Nişan verilmişdir. xx.xx.2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra HakimiyyətininYaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən "xxxx" KM-nin müddətsiz istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz olaraq özbaşına ağac əkməklə istəmişdir. Məqsəd isə "xxxx" KM tərəfindən tikinti işlərinin başlanılmasına süni maneələr yaratmaq olmuşdur. Halbuki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 15/242 nömrəli, 27 yanvar 2014-cü il tarixli rəyi ilə razılaşdırılmışdır. Həmin razılaşdırılmanın 3-cü abzasına əsasən ərazi əvvəllər digər tikinti məqsədləri üçün istifadə olunmamış və sahə yaşıllaşdırılmadan azaddır kimi qeyd edilmişdir. Qeyd olunan razılaşdırılmada həmçinin inşaat işləri başa çatdıqdan sonra yaşıllaşdırma və abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulmuş və istifadəçiyə həvalə olunmuşdur. xx.xx.2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi və müavinin göstərişi və iştirakı ilə Binəqədi Rayon Mənzil-Kommunal Təsərüüfat Birliyinin rəhbərliyi ilə gizlin sövdələşməyə girərək 80 saylı MKTS-nin işçilərinə ərazinin yaxınlığında yerləşən Azərbaycan Respunblikası Baş Prokurorluğu üçün ayrılmış və Baş Prokurorluğun Fəaliyyət Planı əsasında “Cərimə Parkı- Təbiətin Qisası” Konsepsiyasına uyğun salınmış parkdan özbaşına, heç bir icazə alınmadan, gizlin və istifadəçiyə məlumat verilmədən əkilmiş şam ağacları çıxarılaraq İddiaçı MMC-nin qanuni istifadəsinə verilmiş torpaq sahəsində əkilmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmuş və ona maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ekologiya və X8 adından 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, Ç-MH/2625- 129 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) təqdim olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Azərbaycan Respublikası Ekologiya və X8 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC səlahiyyətli dövlət orqanının qanunvericilkdə birbaşa nəzərdə tutulmuş səlahiyyətlərinin və hüquqlarının həyata keçirlməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirlməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslərə müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarını verməlidirlər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların mühafizəsinə dövlət nəzarəti sahəsində hüquqları aşağıdakılardır: 2.5.1. yaşıllıq üçün nəzərdə tutulan torpaq sahələrinin təyinatına uyğun istifadəsinə nəzarət etmək, belə torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması və hasarlanmış ərazilərin sökülməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq; 2.5.2. yaşıllıqlar olan torpaq sahələrinin özəlləşdirilməsinə qarşı ciddi tədbirlər görülməsi və bu torpaqlar üzrə verilmiş icarə, istifadə və mülkiyyət hüququna dair sənədlərin ləğv edilməsi məqsədi ilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq; 2.5.3. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən, dövlət və bələdiyyə orqanlarından tələb etmək; 2.5.4. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində cinayət tərkibi olduqda həmin işləri aidiyyəti üzrə göndərmək; 2.5.5. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək); 2.5.6. istifadədə və mülkiyyətdə olan yaşıllıqların inventarizasiyasının aparılmasını və yaşıllıqların qorunub mühafizəsi ilə bağlı tədbirlər planının hazırlanmasını və razılaşdırılmasını tələb etmək. Qaydanın 3.3-cü bəndində isə qeyd olunmuşdur ki, yaşıllıqların mühafizəsi sahəsində aparılan dövlət nəzarəti zamanı aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barədə inzibati xətalar və cinayət məcəllələrinə uyğun tədbirlər görülür. 3.4-cü bəndinə əsasən yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən qurumun (səlahiyyətli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və vəzifəli şəxslər üçün məcburidir, bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Binəqədi rayonu ərazisində yaşıllıqların mühafizəsinə nəzarəti həyata keçirərkən “Dərnəgül” metrostansiyasının yaxınlığında yol ətrafı salınmış yaşıllıq zolağında (təxminən 300 kv.m. ərazidə) köküstə yaş bioloji inkişafda olan əsasən Sərv və Şam ağaclarından ibarət çoxlu sayda yaşıllıqların götürüldüyü müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı xx.xx.2025-ci il tarixli 89038 saylı akt tərtib edilərək AR NK-nin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən yaşıllığa 10 800 (on min səkkiz yüz) manat məbləğində ziyan hesablanmış və yaşıllıqlar dəymiş ziyanın məbləği cinayət tərkibi yatadığından toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, eyni zamanda məhv edilmiş yaşıllıqların bərpası, yerində yeni tinglərin əkilməsi və qulluq göstərilməsi məqsədilə Binəqədi RİH-ə, BŞİH-nin X2 və Binəqədi Rayon Biləcəri Bələdiyyəsinə müraciət məktubları ünvanlanmış, həmçinin ərazinin mülkiyyətçisi barəsində məlumat verilməsi üçün ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların bərpası götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsini və (və ya) yaşıllığın salınmasını nəzərdə tutur. Həmin Qaydanın 2.3.-CÜ bəndinə əsasən yaşıllıqlar götürüldükdə (kəsildikdə), yaşıllıqlar zədələndikdə, yaşıllıqlar məhv edildikdə və yaşıllıqların təbii istismar müddəti bitdikdə, yaşıllıqların (ağaclıqların) bərpası aparılır. 3.7. Yaşıllıqların götürülməsi (kəsilməsi) halında yaşıllıqların bərpası yaşıllığı götürən (kəsən) subyektlər tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil X12nin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil X12, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən aparılır. 3.9. Yaşıllıqların zədələnməsi, məhv edilməsi və təbii istismar müddətinin bitməsi hallarında yaşıllıqların bərpası üzrə tədbirlər istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən həyata keçirilir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fıtosanitar normalarına uyğunluğu təmin etmək və bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək və yaşıllıq sahələrinin azalmasına yol verməməkdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 14.3-cü maddəsinə əsasən, zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir. Həmin Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd olunan qanunvericiliyin tələblərindən və işin faktiki hallarından göründüyü kimi səlahiyyətli dövlət orqanı tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə ya qanunla qorunan mənafelərinə hər hansı bir müdaxilə olunmamış, yalnız səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq öz vəzifələrinin yerinə yetrilməsi istiqamətində yaşıllıqların bərpası məqsədilə səlahiyyətləri çərçivəsində zəriri tədbirlər görülmüşdür. Yaşıllıqların məhv edildiyi və yerində yaşıllıqların bərpasının aparıldığı torpaq sahəsinin mülkiyyətçisinə münasibətdə isə bildiririk ki, yaşıllıqların qanunsuz götürüldüyü ərazinin (39T 403208 4475537) mülkiyyətçisi barədə İdarəyə məlumat verilməsi üçün İdarənin xx.xx.2025-ci il tarixli 3-14-26/2-079/2025 saylı müraciətinə cavab olaraq DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6175/2025 saylı məktubunda “sözügedən sahənin qeydiyyatı haqqında vahid elektron kadastr bazasında məlumat aşkar olunmamışdır”. Beləliklə göründüyü kimi, yaşıllıqların qanunsuz götürüldüyü torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Yaşıllıqların mühafizəsi haqqında Qanunun 3-cü maddəsində əsasən, bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Qeyd olunanlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi, yalnız meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisində yaşıllıqların qanunsuz götürülməsi məsuliyyət yaradır, İddiaçı tərəfindən qanunsuz götürülmüş yaşıllıqlar bu maddədə nəzərdə tutulmuş istisna hallara aid deyildir və həmin yaşıllıqların götürülməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş zəruri prosedurlar həyata keçirilməli və müvafiq icazələr alınmalıdır. Bundan əlavə sözügedən ünvanda yaşıllıqların qanunsuz götürülməsinə görə iş materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildikdən və qanunvericiliyin tələblərinə uyğun ərazidə yaşııllıqların bərpası işləri həyata keçirildikdən sonra, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ETSN-nin X9 Xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-2-120/2-028584/2025 saylı məktubda sözügedən ərazidə yaşıllıqların qanunsuz götürülməsi barədə məlumat əsasında CTKİİ-də araşdırma aparıldığı bildirilmiş və araşdırma zərurəti ilə əlaqədar ərazidə yaşıllıqların bərpası məqsədilə yerində yenidən əkilmiş ağacların hazırki vəziyyəti barədə məlumat verilməsi üçün əraziyə yenidən baxış keçirilməsi və yaşıllıqların kənar təsir nəticəsində məhv olması halı müəyyən edildiyi təqdirdə, bununla bağlı vurulmuş ziyan barədə Prokurorluğa məlumat verilməsi xahiş olunmuşdur. Məktubda göstərilənlərin icrası ilə bağlı İdarənin əməkdaşları tərəfindən əraziyə təkrar baxış keçirilərkən yaşılıqların bərpası məqsədilə ərazidə əkilmiş 28 ədəd şam tinginin 6 ədədinin kökündən (torpaqdan) çıxarılaraq kənara atıldığı, 10 ədənin yer səthinə doğru əyildiyi və 12 ədədinin isə köküstə biooloji inkişafda olduğu müəyyən edilmişdir. Aşkar olunanlarla bağlı akt tərtib edilərək kökündən çıxarılaraq məhv edilmiş 6 ədəd şam tinginin məhv edilməsinə görə yaşıllığa 5760 manat məbləğndə ziyan hesablanaraq tərtib edilmiş sənədlər və zəruri olan məlumatlar Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Sözügedən ərazidə və onun ətrafında yaşıllıqlar bir neçə il (6-7 il) öncə salınmış, ərazidə hər hansı bir tikinti obyekti mövcud deyildir və ərazi yaşıllıqlardan ibarət olmaqla boş sahədən (tikintidən azad) ibarətdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, tikintiyə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. 77.2. Bu Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı iddia ərizəsində ərazidə tikinti işlərinin aparılması üçün 2018-ci ildə müvafiq sərəncam əsasında tikintiyə icazənin verildiyini bildirmiş, lakin Məcəllənin qeyd olunan maddəsinin tələblərini və ətraf mühitin mühafizəsinə dair qanunvericiliyi nəzərə almadan qanunsuz olaraq ərazidə tikinti işlərinin aparılmasına hazırlıq məqsədilə ərazidə olan yaşıllıqları səlahiyyətli dövlət orqanlarının müvafiq icazə sənədləri olmadan götürümüşdür (məhv etmişdir). Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsində qeyd olunur ki, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında tərəflərindən təqdim edilmiş iddia tələbinə dair yazılı vəsatətə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdilər. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin “İaşə obyektinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 209 №-li Sərəncamından müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 12-25/145 saylı razılıq məktubunu və İddiaçı kiçik müəssisəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı müraciətini nəzərə alaraq, Bakı Metropolitenin xx.xx.2010-cu il tarixli, 40N-10/3-114 saylı rəyində qoyulmuş texniki şərtlər daxilində Binəqədi rayonu, 7-ci Mikrorayon, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropolitenin V növbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və İddiaçı kiçik müəssisəsi tərəfindən istifadadə olunan 9775 kv.metr torpaq sahəsi iaşə obyektinin lahiyələndirilməsi və tikintisi üçün icazə sənədi əsasında həmin müəssisəsinin istifadəyə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” xx.xx.2012-ci il tarixli, 311 №-li Sərəncamının surətindən müəyyən olunur ki, “İBRAHİMXAH” kiçik müəssisəsinin xx.xx.2011-ci il tarixli, 04/i saylı müraciəti və Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1997-ci il tarixli, 003217 saylı Şəhadətnaməsi nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində "xxxx" KM-yə iaşə obyektinin tikintisi üçün ayrılmış 0,9775 ha torpaq sahəsinə 0,5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1,4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “İstifadə (icarəyə) verilən torpaq sahəsinin” 12/94 №-li ayrıc aktının surətindən müəyyən olunur ki, "xxxx" kiçik müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 311 №-li sərəncamı ilə Binəqədi rayonu, S.S.Axundov küçəsi, 7-ci MKR, “Dərnəgül” metro stansiyasının qərb hissəsində cizgidə göstərilən sərhədlər daxilində 1.4797 ha ərazidə iaşə obyektinin lahiyələndirilməsi və tikintisinə dair verilmişdir. Ayrıc aktlarının qeydiyyat kitabında 12/94 № ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, № 18/04-421 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı sərəncamları, 12618 saylı inşaat pasportu və xx.xx.2013-cü il tarixli, 18/04-298 saylı məktub əsasında Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində tikintisi nəzərdə tutulan iaşə obyektinin təqdim olunmuş işçi layihəsinə baxılaraq (məişət və iaşə obyekti-1: 3 ədəd 7 mərtəbəli, - 8.40 m səviyyəsində - yeraltı avtodayanacaq, -4.20 m səviyyəsində - xidməti sahə; məişət və iaşə obyekti-2: 3 ədəd 7 mərtəbəli, -8.40 m səviyyəsində - yeraltı avtodayanacaq, - 4.20m səviyyəsində - xidməti sahə; idman mərkəzi: 1 ədəd 3 mərtəbəli, zərzəmi mərtəbəsi - köməkçi sahə və avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM B.Ələkbərov) onun memarlıq hissəsi razılaşdırılır. Fövqəladə Hallar Nazirliyi X3 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, xx.xx.2017-ci il tarixli rəylə sifarişçi İddiaçı KM-nin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, "xxxx" KM-yə iaşə obyektinin tikintisinə icazə verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 46 №-li Sərəncamının surətindən müəyyən olunur ki, "xxxx" KM-nin xx.xx.2018-ci il tarixli, 02 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 311 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə "xxxx" KM-yə icazə verilmişdir. xx.xx.2018-ci il tarixli, 08 №-li “Obyektin tikintisinə icazə” sənədinin surətindən müəyyən olunur ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, "Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən 1,4797 ha torpaq sahəsində "xxxx" KM-nin tikintisinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arkitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, № 08/05-235 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində "xxxx" KM-yə qeyri-yaşayış obyektlərinin (baş plandakı sahələr üzrə) tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar 5 fevral 2018-ci il tarixində Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-441/2023 saylı Qərarı ilə “Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı xx.xx.2012-ci il tarixli. 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20 aprel 2018-ci il tarixli. 302 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda göstərilmişdir ki; “... Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı, xx.xx.2018-ci il tarixli İddiaçı Kiçik Müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamın surətindən görünür ki, “Dərnəgül” metrostansiyası ətrafında X5 yaradılması ilə əlaqədar, İddiaçı X10 rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı, xx.xx.2012-ci il tarixli, 311 saylı və xx.xx.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. .... Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının müraciəti əsasında təqdim edilmiş “X13 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 136 nömrəli mütəxəssis rəyindən görünür ki, İbrahim-Xan” Kiçik Müəssisəsinə ayrılmış naturada göstərilən torpaq sahələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və aync aktına əsasən dəqiqləşdirilmiş dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi 7 hissədən 3005 kv.metr, 2272 kv.metr, 2305 kV.metr, 2,400 kv.metr, 2400 kv.metr, 1227 kv.metr və 1188 kv. metrdən ibarət olmaqla ümumi sahəsi 1,4797 hektar təşkil edir. Lakin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı ayrılmalı torpaq sahəsinin ayrıc aktı təsdiqlənmədiyi üçün iddiaçı və üçüncü şəxsin iddia olunan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək göstərişi aradan qalxmışdır. Həmçinin, məhkəmə kollegiyası nəzərə çatdırır ki, məhkəmə prosesi gedişində iddiaçı ilə üçüncü şəxs Bakı Nəqliyyat Agentliyi arasında bağlanmış 27 mart 2021-ci il tarixli barışıq sazişində iddiaçı ilə üçüncü şəxs razılığa gəlmişlər ki, cavabdehin 30 yanvar 2018-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş bu razılaşmanın əlavəsi olan planda göstərilən (1, 2, 4 və 5 saylı obyektlər istisna olmaqla) 3, 6 və 7 saylı obyektlərin tikintisindən imtina edir, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5.825 kv.m olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına etiraz etmir”. Azərbaycan Respublikası Ekologiya və X8 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-14- 26/2-090/2025 №-li məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunlarının və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərinə riayət olunması vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə İdarənin əməkdaşları tərəfindən Binəqədi rayonu inzibati ərazisində reyd keçirilərkən “Dərnəgül” metrostansiyasının yaxınlığında yaş kök üstə bioloji inkişafda olan yaşıllıqların götürülməsi faktı aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı akt tərtib edilərək Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən yaşıllığa dəymiş ziyan məbləği hesablanmışdır. Yaşıllığa dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla belə xx.xx.2025-ci il tarixində saat 14:30 radələrində Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli 118 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların bərpası Qaydası”na uyğun olaraq sözügedən ərazidə götürülmüş yaşıllıqların yerində yeni ağac tinglərinin əkilməsi məqsədilə hazırlıq işləri aparılarkən özünü həmin torpaq sahəsinin mülkiyyətçisinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Nümayəndə tinglərin əkilməsinə mane olmuşdur. Qeyd olunanları nəzərə alaraq sözügedən ərazidə xx.xx.2025-ci il tarixində saat 15:00-da götürülmüş yaşıllıqların yerində yeni ağac tinglərinin əkilməsinə səlahiyyətləriniz daxilində göstəriş verməyiniz xahiş olunur.” Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Ekologiya və X8 yanında X7 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2-2-120/2- 028584/2025 №-li məktubunda göstərilmişdir ki, “... Bakı şəhəri Binəqədi rayonu ərazisində Dərnəgül metrostansiyasının yaxınlığında yaşıllıqların qanunsuz götürülməsi barədə məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. Müəyyən edilmişdir ki, sözü gedən ərazidə yaşıllıqların bərpası məqsədilə 11 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən Binəqədi rayon MKTİB ilə birlikdə yenidən ağacların əkilməsi tədbiri həyata keçirilmişdir. Araşdırma ilə əlaqədar zəruri olduğundan, əkilmiş yaşıllıqların hazırki vəziyyəti barədə məlumat verilməklə, yaşıllıqların kənar təsir nəticəsində məhv olması müəyyən edildiyi təqdirdə, bununla bağlı vurulmuş ziyan barədə məlumat verilməsinə dair göstəriş verməyinizi xahiş edirəm”. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İlkin olaraq olaraq, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin “İaşə obyektinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 209 №-li və “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” xx.xx.2012-ci il tarixli, 311 №-li Sərəncamlarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində "xxxx" KM-yə iaşə obyektinin tikintisi üçün 1,4797 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra iddiaçı ilə Bakı Nəqliyyat Agentliyi arasında bağlanmış 27 mart 2021-ci il tarixli barışıq sazişi əsasında 30 yanvar 2018-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş bu razılaşmanın əlavəsi olan planda göstərilən (1, 2, 4 və 5 saylı obyektlər istisna olmaqla) 3, 6 və 7 saylı obyektlərin tikintisindən imtina edərək, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5.825 kv.m olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Hazırda isə iddiaçı Bakı şəhər İcra Hakimiyətinin müvafiq sərəncamları əsasında iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında müəssisəyə ayrılmış torpaq sahəsində yeni ağacların əkilməsinin cavabdehlərə qadağan edilməsinə nail olmağa niyyətindədir. Bununla bağlı isə ilk növbədə məhkəmə onu diqqətə çatdırmağa çalışır ki, işin məhkəmə tərəfindən müəyyən olunan hallarından müəyyən olunur ki, İdarənin əməkdaşları tərəfindən Binəqədi rayonu inzibati ərazisində reyd keçirilərkən “Dərnəgül” metrostansiyasının yaxınlığında yaş kök üstə bioloji inkişafda olan yaşıllıqların götürülməsi faktı aşkar olunduğundan götürülmüş yaşıllıqların yerində yeni ağac tinglərinin əkilməsi həyata keçirilmişdir. Bu konteksdə qeyd edilməlidir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Həmin Qanunun 13.1-ci maddəsi yaşıllıqların götürülməsinə əsas olan halları sadalamışdır (13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) və 13.2-ci maddəyə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. .1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Yuxarıda qeyd edilən hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, yaşıllıqların götürülməsinə əsas olan hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir ki, həmin tələblərə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan, müstəqil şəkildə fiziki və ya hüquqi şəxs tərəfindən eləcə də, yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların götürülməsi qadağan edilmişdir. Eyni zamanda məhkəmə həmdə onu qeyd edir ki, həmin qanunun 14.3-cü maddəsinə əsasən zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir. Digər tərəfdən, iddiaçının icarəsinə verilmiş torpaq sahəsində müvafiq icra hakimiyyətinin rəyi olmadan əsassız olaraq yaş kök üstə bioloji inkişafda olan yaşıllıqların götürmüşdür. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 1.2. Yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi və yaşıllıqların məhvinə yönəldilmiş halların aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tələblərin yerinə yetirilməsini, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir. 1.3. Yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir. 1.4. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 1.6. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır. 1.7. İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqların qorunub mühafizə edilməsi ilə əlaqədar hər il üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası üzrə tədbirlər planları çərçivəsində həyata keçirirlər. 2.2. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətinin aparılması və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 2.3. Fiziki və hüquqi şəxslər, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslərə müvafiq şərait yaratmalı, onların səlahiyyətlərinə aid edilən sənədləri və tələb olunduqda yazılı izahatlarını verməlidirlər. 2.4. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifələri aşağıdakılardır: 2.4.1. yaşıllıqların mühafizəsi sahəsində istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən bu Qaydanın 1.7-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsini, fiziki və hüquqi şəxslərin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, həmin Qanunun tələblərinə uyğun olaraq yaşıllıqların bərpasına və artırılmasına nəzarət etmək; 2.4.2. şəhərlərin və digər yaşayış məntəqələrinin baş və müfəssəl planları hazırlanarkən yaşıllıq ərazilərinin şəhərsalma normalarına uyğun olmasını yoxlamaq; 2.4.3. yaşıllıqların mühafizəsinə dair dövlət proqramı çərçivəsində müvafiq tədbirlərin yerinə yetirilməsini əlaqələndirmək; 2.4.4. yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq torpaq sahələrinin ayrılmasına nəzarət etmək; 2.4.5. ərazi planlaşdırılması sənədlərinin tələblərini, yerli iqlim şəraitini nəzərə almaqla, yaşıllıq salınması üçün faydalı bitki cinsini və növünü müəyyənləşdirmək; 2.4.6. xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 2.4.7. yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin, bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında hesablanmasını həyata keçirmək; 2.4.8. yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslərin müraciətlərinə baxmaq; 2.4.9. yaşıllıqların mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işini təşkil etmək; 2.4.10. istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən hallarda və qaydada yaşıllığın götürülməsi haqqında qərarlarının qəbuluna və yerinə yetirilməsinə nəzarət etmək; 2.4.11. zədələnmə və ya məhvolma hallarında yaşıllıqların həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla, ərazinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən bərpa olunmasına nəzarət etmək; 2.4.12. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə tədbirlərinin müəyyənləşdirilməsində və təşkilində iştirak etmək. 3.3. Yaşıllıqların mühafizəsi sahəsində aparılan dövlət nəzarəti zamanı aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barədə inzibati xətalar və cinayət məcəllələrinə uyğun tədbirlər görülür. Belə ki, yaşıllıqların mühafizəsi ilə bağlı qanunun tələblərinə uyğun olaraq bu sahədə müvafiq dövlət nəzarətini həyata keçirən qurum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində iddiaçı tərəfindən qanunsuz olaraq götürülmüş yaş kök üstə bioloji inkişafda olan yaşıllıqların bərpası məqsədilə yerində yeni ağac tinglərin əkilməsi ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X2 müvafiq göstəriş vermişdir. Nəticədə, yaşıllıqların mühafizəsi və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq ekoloji tələblər nəzərə alınmaqla, iddiaçı tərəfindən qanunsuz olaraq götürülmüş yaş bioloji inkişafda olan Sərv və şam ağaclarından ibarət çoxlu sayda yaşılllıqlar bərpa edilmiş və yaşıllıqların qanunsuz götürülməsilə bağlı məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. Əlavə olaraq məhkəmə iddiaçının icarəsinə verilmiş torpaq sahəsində tikinti işlərinin aparılması bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 11-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları aşağıdakılardır: 11.0.1. bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək; 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq; 11.0.3. şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək; 11.0.4. yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək; 11.0.5. yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət vermək. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən texniki-iqtisadi əsaslandırmada, ətraf mühitə təsirin qiymətləndirilməsində, habelə şəhərsalma və tikinti layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulmalıdır. Qanunun 17.3-cü maddəsinə əsasən, tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumat tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir. “Ətraf mühitin mühafizəsi haqqında Qanunun 1.4-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) müəyyən edilmiş qaydada təbii resurslardan istifadə etmək, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək, ətraf mühitin mühafizəsində və sağlamlaşdırılmasında iştirak etmək hüquqları vardır. Qanunun 43-cü maddəsinə əsasən şəhərlərin və başqa yaşayış məntəqələrinin layihələşdirilməsi, tikintisi və yenidən qurulmasında əhalinin yaşayışı və istirahəti ilə əlaqədar əlverişli şəraitlərin təmin edilməsi üçün ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq ekoloji tələblər nəzərə alınmalıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırki işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlərin hərəkət və ya hərəkətsizliyinin onun hüquq və mənafelərinə toxunduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə bildirir ki, iddia tələbi üzrə iddiaçının hüquqi marağı aydın olmamışdır. Belə ki, inzibati orqan tərəfindən iddiaçının hüququnu pozan hər hansı hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlər tərəfindən həyata keçirilmiş ağac köçürülmələrinin məhz ona məxsus torpaq sahəsində aparılmasına dair məhkəməyyə heç bir sübut təqdim edə bilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı özünə məxsus 3, 6 və 7 saylı obyektlərin tikintisindən imtina edərək, həmin obyektlərin yerləşdiyi ümumi sahəsi 5.825 kv. m olan torpaq sahəsinin Bakı Nəqliyyat Agentliyinə ayrılmasına və orada müvafiq tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddiaçıin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və X11 və Bakı şəhər İcra Hakimiyyətinin X1rşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və.s” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar