Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7121/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi ” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyası ödənişinin dayandırılması barədə qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyası ödənişinin dayandırıldığı vaxtdan bərpa edilərək, ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən xx.xx.2025-ci ildə məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, cavabdeh inzibati orqanın iddiaçının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3- 17-1/3-3-1126/2025 nömrəli, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 1127/2025 nömrəli qərarlarının ləğv olunması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-1999-cu illərdə X1 Sinan Universitetində ali təhsil almış, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Qafqaz Universitetində “müraciət məmuru” vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin Universitetin İqtisadiyyat və İdarəetmə fakultəsində “dekan katibi” vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrində dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Dövlət qulluğunda sonuncu ixtisas dərəcəsi “3-cü dərəcəli dövlət qulluqçusu”, dövlət qulluğunda stajı 8 il 6 ay 19 gün olmuşdur. xx.xx.2012-ci il tarixdən iş yeri AR Dövlət Gömrük Komitəsinə dəyişdirilmiş, xx.xx.2024-cü il tarixədək həmin Komitənin müxtəlif struktur qurumlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə xidmət etmiş, mayor xüsusi rütbəsi daşımış, dövlət qulluğunun xüsusi növündə xidmət illəri 13 il 8 ay 12 gün olmuşdur. xx.xx.2024-cü il tarixdən “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmiş, barəsində əmək pensiyası təyin olunması üçün məlumat vərəqi əmək kitabçasının təsdiq edilmiş surəti ilə birlikdə cavabdeh AR Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) göndərilmişdir. xx.xx.2024-cü il tarixdən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixədək əmək pensiyası ödənilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçını yaşa görə əmək pensiyasına yenidən baxmaq üçün inzibati icraata dəvət etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə inzibati icraatda iştirak edərək, ona xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbinə uyğun əmək pensiyası təyin olunduğunu bildirmiş, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının dayandırılmasını qanunsuz hesab edərək etiraz etmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası ödənişinin dayandırılması qanunsuzdur, iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun kobud surətdə pozulmasıdır. Odur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaçının əmək pensiyası ödənişinin cavabdeh inzibati orqan tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi, iddiaçının əmək pensiyası ödənişinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-83866/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində "Dövlət qulluğunun xususı növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət quruqu stajının dövlət qulluğunun xususı növündə qulluq (xidmət) illərinə daxıl edilməsi Qaydası və şərtləri nin təsdiq edilməsi barədə 20 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin tənzimləndiyini bildirmiş və inzibatı orqan tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəda qarar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 1 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 19 il 9 ay 1 gün. alı təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14 1-cı maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, adıçəkilən şəxsə 9 fevral 2024-cü il tarixdən hərbi qulluqçu (xususi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyas: və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının odənişi Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 37 8 3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən Dövlət Gomruk Komitəsinə sorğu verilmişdir Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən Ə Ağayevin xidmət illərinin 13 il 8 ay 12 gün (təqvimi xidmət illəri 11 il 2 ay 12 gün alı təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kımı. qalan dövrünün isə dövlət qulluqçusu kımı fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibatı icraat haqqında Azərbaycan Respublikası Qanununun 28.1.2-cı maddəsinə əsasən barənizdə inzibatı icraat başlanmışdır Həmin inzibatı icraatın gedişində pensiya nuququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin odəmldıyı müəyyən edilmişdir Belə ki, iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xususi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən. İddiaçı vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu ' xususi rütbəli şəxs) kımı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı İnzibatı icraat haqqında’ Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibatı icraata başlanılmış həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 29 dekabr 2024-cu ıl tarixli 3- 17-1/2-A-323770/2024 nömrəli məktub göndərilməklə 15 yanvar 2025-cı il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir Daha sonra Ə Ağayev mülahizənin dınlənılməsı uçun Mərkəzi Filiala 21 yanvar 2025-cı il tarixdə gəlmiş və ona pensiyası ilə bağlı qanunvericiliyin tələbləri uzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akt tərəfindən müvafiq qeydlər edilərək mzalanmışdır Bundan sonra ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında" xx.xx.2025-cı ıl tarixli 3-17-1/3-3-1126/2025 nömrəli və “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında" xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-1127/2025 nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dovr uzrə iddiaçıya ümumilikdə 25452,35 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. İlk öncə vurğulanmalıdır kı dövlət qulluğu stajının hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məşələsi “Əmək pensiyaları haqqında" Qanunla tənzimlənib. Belə kı, həmin Qanunun 9.5.2-cı və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına habelə ştatların ixtisarına gorə buraxılmış, buraxıldığı gunə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kımı, 15 ıl hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mulkı iş stajı, o cümlədən dövlət qulluğu stajı da əmək pensiyası təyin edilərkən nəzərə alınır və həmin ış stajlarına gorə əlavə faizlər hesablanır Deməli pensiyanın müəyyən edilməsi mulkı ış stajının, o cümlədən dövlət qulluğu stajının hə'bı xidmət illərinə birləşdirilməsi DGK nın sözügedən məlumat vərəqlərində tərtib etdiyi kımı Qanunun 9.5.1-cı maddəsi üzrə deyil, 9.5.2-cı və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi Əmək pesıyaları haqqında" Qanunla müəyyən edilir Həmin Qanunun 1.0.3-cu maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dbvlət orqanlarında (dövlət orqanlarının strukturuna daxıl olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Həmin Qanunun 1.0.4-cu maddəsinə əsasən xususı rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xususı rütbəli şəxslərdir Həmin Qanunun 3.3-cü maddəsinə əsasən. Qanunun 1.0.3-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cu maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006 cı ıl 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4-cu bəndinə əsasən Qanunun 1.0.4-cu maddəsində müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur Qanunun 9.5-cı maddəsinin 01 yanvar 2024-cu ıl tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kımı yaşa görə əmək pensiyası huququ vardır - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9 5 1-cı maddə): - hərbi xidmətdən yaşa gorə buraxılmış 25 təqvim ılı və daha çox umumı ış stajı olan bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9 5.2-ci maddə); - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına gorə buraxılmış və buraxıldığı gun 45 və daha çox yaşı. 25 təqvim ılı və daha çox umumı ış stajı olan bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9 5 3- cu maddə) Azərbaycan Respublikası Nazi lər Kabinetinin 27 avqust 2007-cı ıl tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş Təminat xərclıyının hesablanması, hərbi xidmət müddəti və təminat xərclıyı barədə məlumatların təqdim olunması Qaydalan’na 3-cü hissəsinə əsasən, hərbi və ya xususı rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərclıyı barədə məlumat vərəqi əmək pensiyası huququnun yarandığı tarixdən onun həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə gorə əmək pensiyası almaq huququ olan ailə uzvunun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub- olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna gorə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri 'Zabit heyətinə mənsub şəxslərə gizirlərə miçmanlara. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər ədliyyə, gömrük miqrasiya, 'övqeladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-cı ıl tarixli 631 nömrəli Qərarına uyğun hesablanır Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kımı pensiya təyin edilməsi uçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 31 may 2021-cı ıl tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xususi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxıl edilməsi Qaydası və şərtlər əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir Buna görə də sözügedən Qayda və şərtlərə əsasən. gömrü< orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kımı fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir Bundan başqa dövlət qulluğu stajının dövlət qulluğunun xususi növundəkı xidmət illərinə daxıl edilib. əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Alı Məhkəməsinin 2023-cu il 30 noyabr tarixində qəbul etdiyi və iddianı (X2rşı “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri uçun dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxıl edilməsi iddiası) rədd edən 2-1(102)-1576/2023 nömrəli qərarında bildirilir ki, iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi kı, şəxs qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xususi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və "Əmək pensiyaları haqqında" Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun." Sözügedən məhkəmə qərarının aid olduğu ışın hallarına gorə iddiaçı ədliyyə orqanlarında xususi rütbələr nəzərdə tutulmayan qulluq illərinin dövlət qulluğunun xususi növündə pensiya huququ verən staja aid edilməsini tələb edirdi Baxılan halda da gomruk orqanlarındakı hərbi xidmətə bərabər tutulan xidmət illəri dövlət qulluğunun xüsusi novuna aiddir həmçinin qanunsuz olaraq onlara aid edilmiş stajlar isə xususi rütbələr nəzərdə tutulmayan dövlət qulluğu stajlarıdır Bu qərar Alı Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qəranarın siyahısına daxıl edilərək” (uç ulduz) nişanı ilə nömrələnmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3- 17-1/3-3-1126/2025 nömrəli, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 1127/2025 nömrəli qərarlarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarına görə, iddiaçıya əvvəllər müvafiq növdə pensiya təyin olunsa da, sonradan həmin pensiyanın ödənişi ayrıca inzibati aktla dayandırılmış və ləğv olunmuşdur. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati akt əsasında təyin olunmuş pensiyanın yenidən hesablanması ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır. Belə ki, təcrübədə pensiya təyinatını aparan orqana qarşı müvafiq növdə pensiyaların təyin edilməsi ilə bağlı iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İş materiallarında olan: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının - “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nın əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-1127/2025 №li Qərarından müəyyən olunur ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi; adı çəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi; “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi; İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. - “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 1126/2025 №li Qərarından müəyyən olunur ki, “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsası ilə İddiaçı təyin olunmuş əmək pensiyasının ödənilməsinin dayandırılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2024-xx.xx.2024; məbləğ: 2373,37manat təşkil edir. - İddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş sizə dair ***- **** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 1 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 19 il 9 ay 1 gün, ali təhsil müddəti 2 il 6 ay) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sizə 9 fevral 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən xidmət illərinizin 13 il 8 ay 12 gün (təqvimi xidmət illəri 11 il 2 ay 12 gün, ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq bildiririk ki, Qanunun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi "Əmək pesiyaları haqqında" Qanunla müəyyən edilir. Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəlişəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tetbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərman. 2.4-cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur. Qanunun 9.5-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə); - hərbi xidmətdən yaşa görə buraxılmış. 25 təqvim ili və daha çox ümumi iş stajı olan. bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş staji olan, bu stajin azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qullub illərinin hesablanmasını tənzimləyir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Bundan başqa, dövlət qulluğu stajının fəaliyyət müddətinin dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Ali Məhkəmənin 2023-cü il 30 noyabr tarixinde beqnietdiyi və iddianı (vətəndaşın Fonda qarşı "Əmək pensiyaları haqqında" Qanunun məqsədləriüçün dövlət qulluğu stajiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi...iddiası) rədd edən 2-1(102)- 1576/2023 nömrəli qərarında bildirilir ki: "iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi ki, ... şəxs... qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və "Əmək pensiyaları haqqında" Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun." Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. Qeyd edilənlərə əsasən, sizə vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 29 dekabr 2024-cü il tarixli 3-17-1/2-A-323770/2024 nömrəli məktub göndərilməklə 15 yanvar 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 21 yanvar 2025-ci il tarixində gəlmisiniz və sizə pensiyanız ilə bağlı qanunvericiliyin tələbləri üzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akta tərəfinizdən müvafiq qeydlər edilərək imzalamısınız. Bundan sonra, sizə ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə sizə ümumilikdə 25452,35 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunub. Həmin vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3-cü maddə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddə xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Maddə. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin 22 dekabr 2006-cı il 499 nömrəli Fərmanı 2.4-cü bənd Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 3.3-cü maddə Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 5.2-ci maddə Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası 9.5.1-ci maddə Hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.3-cü bənd Xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə 631 nömrəli Qərara və 4 nömrəli Qərara uyğun həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsasını aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişini dayandırmış və bu barədə iddiaçıya müvafiq məktub ünvanlamışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; - inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2026-cı il tarixli Qərarında göstərilmişdir ki, İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,“İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. Beləliklə cavabdeh inzibati orqanın mübahisələndirilən qərarların qəbul edilməsi zamanı həyata keçirdiyi inzibati icraatın “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi ilə təsbit edilmiş etimad hüququnun pozulmaqla həyata keçirilməsinə münasibətdə qanunsuzluğu hazırkı iddianın qanunu və əsaslı olmasına dəlalət edir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Əşrəf Arif oğlu barəsində qəbul olunmuş “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-1126/2025 nömrəli, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 1127/2025 nömrəli qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7121/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7121/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver