Məhkəmə qərarları › İş №e-2-1(112)-7139/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7139/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7139/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı «ASAN xidmət» X5rşı “doğum haqqında akt qeydinin tərtib edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı «ASAN xidmət» X5rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X9 xx.xx.2019-cu il tarixdə İsveçdə doğulması faktı müəyyən edilməklə və ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydinə də əsasən, soyadının “Hüseynova”, adı “Sara", ata adının “Sərxan”, doğum tarixinin “04 oktyabr 2019-cu il", doğum yerinin “İsveç", ata qrafasında “atası İddiaçı, milliyyəti azərbaycanlı", ana qrafasında “anası X16, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “X3 “Hüseynova”, adının “Sara”, ata adının “Sərxan qızı”, doğum tarixinin “04 oktyabr 2019-cu il”, doğum yerinin “İsveç”, ata qrafasında “atası İddiaçı, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X16, milliyyəti azərbaycanlı” kimi doğum akt qeydi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 aprel 2019-cu il tarixdə İddiaçı və X4 nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 adında övladları olmuşdur. Doğum faktı X20 tərəfindən verilmiş olan doğum barədə əhalinin reyestrindən çıxarışla təsdiqini tapmaqdadır. Bundan əlavə, X11 AA0201701 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 fevral 2021-ci il tarixli ******* saylı Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarı ilə xx.xx.2019-cu il təvəllüdlü X17 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bunun əsasında da X11 AA2539406 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin buna baxmayaraq 1 saylı Bakı "Asan Xidmət" Mərkəzində yerləşən Qeydiyyat Şöbəsinə müraciət edilmiş, qeyd edilən Şöbədə doğum akt qeydi mövcud olsa da, doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, bu hal Azərbaycan Respublikası vətəndaşı kimi onların hüquqlarının kobud pozuntusudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədəki tələbi müdafiə edərək xx.xx.2019-cu il təvəllüdlü X10 doğumunun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğumun qeydə alınması ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, 1 saylı Bakı “ASAN xidmət” X5rşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” X7 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X9 doğumunun qeydə alınması ilə barədə müraciətinə baxılmış və araşdırma nəticəsində uşağın doğumunun artıq X20 tərəfindən qeydə alındığı və bu barədə məlumatın xx.xx.2021-ci il tarixdə iddiaçının müraciətinə əsasən Əhalinin Dövlət Reyestrinə daxil olduğu qeyd edilərək müraciətin təmin olunmasından imtina edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -ASAN 2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, ev 213, mənzil 6 ünvanında qeydiyyatdadır. -ASAN 1-1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. -xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsveç, Umea Notariusu tərəfindən İddiaçı ilə İmanova Nərgiz arasında nikah bağlanmışdır. -X20 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Əhali Reyestrindən Çıxarışın Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Sara Hüseynova xx.xx.2019-cu il tarixdə İsveçin Umea şəhərində doğulmuşdur. Əhali Reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. Vilayət: Vasterbotten, Bələdiyyə: Umea. Atası İddiaçı, anası İmanova Nərgizdir. -AA0175633 №-li Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Hüseynova Sara xx.xx.2019-cu il tarixdə İsveçin Umea şəhərində doğulmuşdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. -ASAN 1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə İsveçin Umea şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, “Araşdırma zamanı, valideynləri xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ilə xx.xx.1982-ci il təvəllüdlü X16 olan xx.xx.2019-cu il təvəllüdlü X9 doğumunun xx.xx.2019-cu ildə İsveç Krallığının, Vasterbotten bölgəsinin Umea şəhərində qeydə alındığı, habelə bu barədə məlumatların xx.xx.2021-ci ildə “Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə daxil edildiyi məlum olmuşdur. Göstərilənlərlə əlaqədar izah edilir ki, İddiaçının doğumu haqqında akt qeydi Xidmətin, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmadığından, onun əldə olunması üçün İsveç Krallığının səlahiyyətli qurumuna müraciət edilməsi tövsiyə olunur”. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü İddiaçının doğumuna dair məlumatlar xx.xx.2021-ci ildə xarici ölkədə qeydə alınmış akt kimi Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” X1 sisteminə daxil edilmişdir. Həmin akt qeydi nəzərdən keçirilərkən onun X6 (Västerbottens) qraflığının Umea (Umeä) şəhərində doğulduğu, atasının xx.xx.1983-cü il təvəllüdlü İddiaçı, anasının isə xx.xx.1982-ci il təvəllüdlü X16 olduğu müəyyən edilmişdir. Həmçinin bildirilir ki, informasiya sistemində axtarış aparılarkən İddiaçının bacı-qardaşının doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı 04 oktyabr 2019-cu ildə İsveç Krallığında doğulmuş övladının doğumunun qeydə alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 01 iyun 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. İddiaçının məqsədi 04 oktyabr 2019-cu ildə İsveç Krallığında anadan olmuş övladının doğumunun vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyata alınması olduğundan məhkəmə bu istiqamətdə araşdırma apararaq hesab edir ki, göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini, qeydiyyatın aparılması üçün tələb olunan sənədləri aydın şəkildə göstərmiş və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədin olmasını doğumun qeydiyyatı üçün məcburi göstərişlə şərtləndirmişdir. Lakin hazırkı halda müvafiq tibb müəssisəsinin sənədinin olmaması işinin mübahisələndirilməyən halıdır. İddiaçının uşağın doğum faktını təsdiq edən sənəd kimi istinad etdiyi X20 tərəfindən verilmiş doğum barədə əhalinin reyestrindən çıxarış isə qanunla nəzərdə tutulmuş tibbi sənəd hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında da göründüyü kimi, xx.xx.2019-cu il təvəllüdlü İddiaçının doğum haqqında qeydiyyatı xx.xx.2019-cu ildə artıq İsveç Krallığında aparıldığından və bu barədə məlumatlar xx.xx.2021-ci ildə “Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə daxil edildiyindən onun yenidən doğum qeydinin aparılmasından cavabdehin imtinası qanunazidd olmamışdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası qanunsuz olmadığından iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2019-cu il təvəllüdlü X2 “Hüseynova”, adının “Sara”, ata adının “Sərxan qızı”, doğum tarixinin “04 oktyabr 2019-cu il”, doğum yerinin “İsveç”, ata qrafasında “atası İddiaçı, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X16, milliyyəti azərbaycanlı” kimi vətəndaşlıq vəziyyəti aktlarında doğumunun qeydə alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN xidmət» X7 üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar