Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7143/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və maliyyə sanksiyası üzrə borc məbləği kimi dövlət büdcəsinə alınmış pul vəsaitinin iddiaçının hesabına bərpa olunması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dövlət büdcəsinə alınmış 3596761,28 manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında hazırkı İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında verilmiş tələbnaməyə əsasən iddiaçıdan 6.822.169,33 manat məbləğində vergi məbləğinin və ona münasibətdə tətbiq edilmiş 3.596.761,28 manat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, 9 dekabr 2021-ci il tarixli qərar və onun əsasında qəbul edilmiş müvafiq tələbnamə iddiaçıya 14 dekabr 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən cavabdeh iddiaçıdan büdcəyə ödənilməli olan 10.418.930,61 manat məbləğin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Tələbnamə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına 14 dejabr 2021-ci il tarixdə təhvil verilməsinə baxmayaraq. 3.596.761,28 manat maliyyə sanksiyaları da daxil olmaqla 10.418.930,61 manat pul vəsaiti iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9 dekabr 2021-ci il tarixdə silinərək dövlət büdcəsinə alınmışdır. Vergi Məcəlləsinin 49.3-cü maddəsində də əksini tapmış tələbnamə anlayışı vergi borclarının ödənilməsinin təmin olunmasım nəzərdə tutur. Sözügedən tələbnamə təqdim olunduğu tarixdə isə, 10.418.930,61 mant məbləğ artıq iddiaçının şəxsi hesabından silinmişdir. Vergi Məcəlləsinin 52-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən maliyyə sanksiyalarını Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə müvafiq olaraq vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının şəxsi hesabından 10.418.930,61 manat pul vəsaitlərinin tələbnamə təqdim olunmadan əvvəl silinməsi, iddiaçını şikayətə baxılma müddəti ərzində Vergi Məcəlləsinin 63.2-ci maddəsində təsbit olunmuş maliyyə sanksiyasını ödəməmək hüququndan məhrum etmişdir. Göstərilənlərə və İPM-in 36-cı maddəsinə əsasən əsaslanaraq, cavabdehin hərəkətlərinin (inzibati aktının) qanunsuz hesab edilməsi və dövlət büdcəsinə alınmış 3.596.761,28 manat maliyyə sanksiyası məbləğinin iddiaçının şəxsi hesabına bərpa edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3239/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3936/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 466/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2-1(103)-3239/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan iddia tələbi əsassızdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143229 nömrəli qərarı əsasında iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 dekabr 2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə ümumilikdə 6.822.169,33 manat vergi, 3.596.761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həm sözügedən qərar, həm də 9 dekabr 2021-ci il tarixli **********179100 nömrəli tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Qeyd edilən qərar 9 dekabr 2021-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki könüllü şəkildə artıq ödənilmiş məbləğlər 9 dekabr 2021-ci il tarixli qərar üzrə yaranmış borc məbləğlərinin ödənilməsi hesabına aid edilməsi onun Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququnu pozmur. İddiaçının istinad etdiyi Vergi Məcəlləsinin 65-ci maddəsi (Vergilər üzrə borcların alınması qaydası) ilə əlaqədar bildirilir ki, qeyd edilən maddə vergi ödəyicisi tərəfindən vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə tətbiq edilir. Lakin hazırkı iş üzrə vergi orqanı tərəfindən iddiaçının vergi öhdəliyinin Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə uyğun olaraq onun şəxsi hesab vərəqəsində olan artıq ödəməsi hesabına icra edilmişdir. Buna baxmayaraq, iddiaçının Vergi Məcəlləsinin 65.1-ci, 65.2.1-ci maddələrinə istinad edərək vergi orqanı tərəfindən görülmüş tədbiri “vəsaitin sanki ona məxsus bank hesabından silinməsi kimi” təsvir etməsi həqiqəti əks etdirmir. Göründüyü kimi, vergi orqanı tərəfindən borcun alınması ilə əlaqədar hər hansı sərəncam və ya digər tədbirlər həyata keçirilməmişdir. Vergi ödəyicisinin artıq ödəməsi hesabına maliyyə sanksiyasının silinməsi isə, Vergi Məcəlləsinin müddəalarına əsasən həyata keçirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********143229 nömrəli qərarı əsasında İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialında keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisi tərəfindən yol verilmiş kənarlaşmalar üzrə ümumilikdə 6 822 169,33 manat vergi və 3 596 761,28 manat maliyyə sanksiyası hesablanmışdır. Hesablanmış vergi borcunun ödənilməsi vergi ödəyicisinin dövlət büdcəsinə olan artıq ödəmələri hesabına təmin edilmiş, bu barədə xx.xx.2021-ci il tarixli qərar və tələbnamə vergi ödəyicisinə göndərilmiş və müvafiq qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmişdir. Belə ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək vergi orqanının hüquqlarına, 16.1.1-ci maddəyə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məcəllənin 87.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Göründüyü kimi müvafiq maddədinin tələblərinə əsasən borclar artıq ödəmələr hesabına təmin edilmiş, bu istiqamətdə kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə hər hansı sərəncam verilməmiş və ya digər icra hərəkətləri həyata keçirilməmişdir. Müvafiq qərarın icrası vergi ödəyicisi tərəfindən könüllü şəkildə dövlət büdcəsinə ödənilmiş artıq ödəmələr əsasında həyata keçirilmişdir. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Nəzərə almaq lazımdır ki, artıq ödəmələrin silinməsi vergi ödəyicisinin 63.2-ci maddədə nəzərdə tutulan maliyyə sanksiyalarını ödəməmək hüququnun məhdudlaşdırılması demək deyildir. Belə ki, vergi ödəyicisinin maliyyə sanksiyalarını ödəməmək hüququ o halda pozulmuş olardı ki, vergi orqanı tərəfindən hesablanmış vergilərin və maliyyə sanksiyalarının alınması üçün bank əməliyyatlarını həyata keçirən təşkilatlara sərəncam göndərilər və ödəyicinin bank hesabında olan vəsaitlərin dövlət büdcəsinə alınması təmin edilərdi. Lakin vergi orqanı tərəfindən bu istiqamətdə hər hansı icra hərəkətləri həyata keçirilməmiş, yalnız ödəyicinin vergi borcları dövlət büdcəsinə əvvəlcədən ödəmiş olduğu artıq ödəmələr hesabına 87.1.1-ci maddəyə uyğun olaraq təmin edilmişdir. Göründüyü kimi Məcəllənin 63.2-ci maddəsi uyğun olaraq sərəncamların verilməsi və ya digər bu kimi icra tədbirləri ilə əlqadər vergi orqanı üçün məhdudlaşdırmalar müəyyən etdiyi halda, 87.1.1-ci maddə birbaşa olaraq artıq ödəmələr hesabına borcların ödənilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Növbəti olaraq 65.2.1-ci maddəsində vergi orqanı tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi halları göstərilir. Göründüyü kimi müvafiq maddə vergi orqanı tərəfindən borcun alınması üçün vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulması istiqamətində fəaliyyətini tənzimləyir. Hansı ki, müvafiq normalar vergi orqanı tərəfindən alınmalı sərəncamların verilməsi üçün vergi ödəyicisinin mülkiyyətində olan vəsaitlərə yönləndirilməsi məqsədilə 30 təqvim günü müddətin gözlənilməsini ehtiva edir. Belə olan halda, vergi orqanı tərəfindən hər hansı sərəncamın göndərilməsi müvafiq iş üzrə vergi ödəyicisnin 63.2-ci maddədə qeyd olunan maliyyə sanksiyasını ödəməmək hüququ birbaşa pozmuş olardı. Borcların ödənilməsinin təminatı olan digər hal, Vergi Məcəlləsinin 87-ci maddəsinə uyğun olaraq, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda dövlət büdcəsinə artıq ödənilmiş məbləğlər hesabına borcların ödənilməsinin təmin edilməsidir. Qeyd olunan halda normanın tələblərindən də aydın olduğu üzrə, borcların ödənilməsi üçün bank əməliyyatı aparan təşkilatlara hər hansı sərəncamın göndərilməsi və ya hansısa müddətin gözlənilməsi nəzərdə tutulmamışdır. Həmçinin artıq ödəmələr vergi ödəyicisinin bank hesabında olan deyil, dövlət büdcəsinə ödənilmiş məbləğlərdir. Belə olan halda artıq ödəmə hesabına digər vergilərin ödənilməsi vergi ödəyicisinin maliyyə sanksiyalarını ödəməmək hüququnu pozulması hesab edilə bilməz. Vergi ödəyicisi tərəfindən qanunvericiliklə onun üzərinə qoyulmuş maliyyə sanksiyalarından verilmiş şikayətə baxıldığı dövrdə əlavə hesablanmış məbləğin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vəzifəsi icra edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi qanunverici orqan borcların alınmasının təminatı qismində fərqli normalar müəyyən etdiyi kimi, müvafiq normaların tənzimlənməsi və həyata keçirilməsi üçün də fərqli qaydalar müəyyən edir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı yazılı izahat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin tövsiyəsi nəzərə alınaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə “düzgün tutulmayan maliyyə sanksiyası məbləğinin şəxsi hesab vərəqəsinə qaytarılması” tələbi ilə bağlı müraciət ünvanlanmışdır. Lakin vergi orqanı məhkəməyə təqdim edilmiş etirazlarına uyğun olaraq yenə də qanuni tələbinə qanunazidd əsaslandırma gətirməklə düzgün tutulmayan maliyyə sanksiyası məbləğinin şəxsi hesab vərəqəsinə qaytarılmasından imtina etmişdir. Bu inzibati işin mümkünlüyü ilə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2- 1(102)-466/2024 saylı qərannda qeyd edilmişdir ki, işin 14-15-ci səhifələnndə olan iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsindən cəmi 3.596.761,28 manat maliyyə sanksiyası məbləği dövlət büdcəsinə alınmışdır, halbuki belə hərəkət iddiaçının Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş hüququnu pozur. Eyni zamanda Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçıdan ona məxsus konkret olaraq 3.596.761,28 manat maliyyə sanksiyası məbləği silinmişdir və bunun hansı üsulla silınməsının (banka qoyulmuş sərəncamla, tələbnamə filə və ya şəxsi hesab vərəqəsindən büdcəyə silinməsi) iddiaçı üçün fərqi yoxdur və onun maraqlandırmır. Ona görə də Ali Məhkəmənin kollegiyası cavabdehin həmin hərəkətini Veıgi Məcəlləsinin 63.2-ci maddəsinin pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış **********945700 saylı 02 may 2024-cü il məktubda bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143229 nömrəli qərarı əsasında İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialında keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə ümumilikdə 6822169,33 manat vergi, 3596761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Qeyd etmək lazımdır ki, səyyar vergi yoxlaması ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına silindiyindən vergi ödəyicisinin bank hesablarına sərəncam göndərilməmişdir. Göründüyü kimi vergi orqanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki könüllü şəkildə artıq ödənilmiş məbləğlər xx.xx.2021-ci il tarixli qərar üzrə yaranmış borc məbləğlərinin ödənilməsi hesabına aid edilməsi onun Vergi Məcəlləsinin 63.2-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququnu pozmur. Qeyd edilən sanksiya borcu vergi ödəyicisinin özü tərəfindən artıq ödəmə edilməklə ödənildiyi üçün onun şəxsi hesab vərəqəsinə qaytarılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilləri və nümayəndələri iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia öhdəliyin icrası haqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “səyyar vergi yoxlamasının nəticələri haqqında” 14 oktyabr 2021-ci il tarixli akta və müvafiq sənədlər əsasında iddiaçının məsuliyyətə cəlb edilməsi haqqında 9 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsasında verilmiş tələbnaməyə əsasən iddiaçıdan 6.822.169,33 manat məbləğində vergi məbləğinin və ona münasibətdə tətbiq edilmiş 3.596.761,28 manat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, 9 dekabr 2021-ci il tarixli qərar və onun əsasında qəbul edilmiş müvafiq tələbnamə iddiaçıya 14 dekabr 2021-ci il tarixdə təqdim olunmuşdur. Həmin tələbnaməyə əsasən cavabdeh iddiaçıdan büdcəyə ödənilməli olan 10.418.930,61 manat məbləğin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Tələbnamə iddiaçıya 14 dekabr 2021-ci il tarixdə təhvil verilməsinə baxmayaraq. 3.596.761,28 manat maliyyə sanksiyaları da daxil olmaqla 10.418.930,61 manat pul vəsaiti iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 9 dekabr 2021- ci il tarixdə silinərək dövlət büdcəsinə alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü maddəsində də əksini tapmış tələbnamə anlayışı vergi borclarının ödənilməsinin təmin olunmasını nəzərdə tutur. Sözügedən tələbnamə təqdim olunduğu tarixdə isə, 10.418.930,61 manat məbləğ artıq iddiaçının şəxsi hesabından silinmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143229 nömrəli qərarı əsasında iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 dekabr 2021-ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə ümumilikdə 6.822.169,33 manat vergi, 3.596.761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən məbləğlər iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş və həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına qərarın icrası təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6281/2022 saylı, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Dövlət Vergi Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. 52.2. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır. 52.3. Məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Odur ki, məhkəmə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabından onun razılığı olmadan, şəxsi hesab vərəqində olan artıq ödəmə hesabına silinmiş 3596761,28 manat maliyyə sanksiyası məbləğini iddiaçının şikayətinə baxılan müddətdə ödəməmək hüququnun olmasını nəzərə alaraq, hesab edir ki, həmin məbləğin iddiaçının şəxsi hesabına bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçının şəxsi hesabından silinərək dövlət büdcəsinə alınmış 3596761,28 (üç milyon beş yüz doxsan altı min yeddi yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat maliyyə sanksiyası məbləğinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının şəxsi hesabına bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7143/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7143/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver