Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7161/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 (xx.xx.2024-cü ildən) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1964-cü il təvəllüdlüdür. İddiaçı əmək fəaliyyətinə xx.xx.1985-ci ildən başlamışdır. İddiaçının işlədiyi peşələr arasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin etmək üçün əsas verən 12 il 06 ay zərərli iş stajı və 25 il ümumi iş stajı vardır. Belə ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci ilədək “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti İdarəsində 3-cü dərəcəli yeraltı betonçu, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək həmin idarədə 4-cü dərəcəli betonçu, xx.xx.2005ci ildən həmin idarədə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli betonçu, xx.xx.2006-ci ildən yerüstü betonçu, xx.xx.2012-ci il tarixdən yeraltı iş şəraitində 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.2013-cü ildən yerüstü iş şəraitində betonçu, xx.xx.2014-cü ildən yeraltı iş şəraitində qazmaçı peşəsində işləmiş, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-də Tikinti Departamentinin 2 saylı Tunel Tikinti dəstəsində 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı, xx.xx.2017-ci ildən 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsində, xx.xx.2022-ci ildən Tikinti Dpartamentinin Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsində işləyir. İddiaçının iş yer üzrə verilən arayışa və əmək kitabçasına əsasən güzəştli iş stajı 14 il, 12 gün təşkil edir. Ümumilikdə iddiaçının 25 ildən artıq əmək stajı vardır. xx.xx.2024-cü il tarixdən 60 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, ona bildirilmişdir ki, qazmaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda keçidçilər vəzifəsinə uyğun deyil. Ona görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Hesab edirik ki, imtina məktubu ilə pensiyanın təyin edilməsindən imtina qanunsuzdur. 4.Cavabdeh tərəfindən iddiçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasım, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını. Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarım, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Şosia! Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhaiinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’mn dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) keçidçilər və şpur qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş xx.xx.2003-cü il tarixli ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin sizə dair 16 dekabr 2024-cü il tarixli A/362 nömrəli arayışında xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində və 01,08.2014-cü il tarixindən bugünədək həmin müəssisənin Tikinti Departamentinin Tunel Tikinti dəstəsində qazmaçı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz qazmaçı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan keçidçilər və şpur qazmaçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 7 ay (xx.xx.2003xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (2 il 7 ay (xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2005- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) keçidçilər və şpur qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2003-eü il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 16 dekabr 2024-cü il tarixli A/362 nömrəli arayışında xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək həmin müəssisənin Tikinti Departamentinin Tunel Tikinti dəstəsində qazmaçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi qazmaçı vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan keçidçilər və şpur qazmaçıları vəzifəsinə uyğun deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara omək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 1.0.8-ci il maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurutması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan güzəştli iş stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
6. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A/285 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2003-cü il tarixindən Azərtunelmetrotikinti” SCnin 2 saylı Tunel Tikinti idarəsinə 3-cü dərcəü yeraltı betonçu peşəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005ci il tarixindən “Azərtunelmetrotikinti'’ SC-nin 2 saylı Tunel Tikinti idarəsinə yeraltı ış şəraiti üzrə 4-cü dərəcəli betonçu peşəsinə qəbul edilmiş xx.xx.2005-ci il tarixindən ARƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti idarəsinə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli betonçu peşəsinə qəbul olunmuş, xx.xx.2006-cı il tarixindən yerüstü betonçu peşəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixindən yeraltı iş şəraitində 5 dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixindən yerüstü iş şəraitində betonçu peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən yeraltı iş şəraitində qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti’’ SC-nin yenidən təşkili yolu ilə səhmləri döviətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikintidəstəsinə 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci ıl tarixindən Tikinti Departamentinin 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə 5ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinə keçirilmiş, xx.xx.2022-ci i! tarixindən Tikinti Departamentinin Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsində 5-ci dərəcəli yeraltı ış şəraiti üzrə qazmaçı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12№-İi qərara uyğun olaraq həmin siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı güzəştli şərtlərə görə əmək stajı 14 il 12 gün (on dörd il on iki gün) təşkil edir. Cəmi metro üzrə stajı 20 il 06 ay 20 gün (iyirmi il altı ay iyirmi gün) təşkil edir. Qeyd: "xxxx" QSC-nin Tikinti Departamentində olan yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları sözügedən siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində yer alan keçidçilər peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutulur.
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A/362 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı ştat cədvəli üzrə çalışdığı qazmaçı peşəsinin əsas vəzifə və funksiyası müəssisə tərəfindən tərtib olunmuş icra layihəsinə və qazma yerinin bərkitmə pasportuna uyğun olaraq məhlul vuran aparatın köməkliyi ilə tyubinqlərin arxasına sement, qum, həmçinin nəzarət sement məhlulun vurulması, beton və dəmirbeton bərkitmələrin, taxta qəliblərinin və düzgün bucaqlı konstruksiyaların hazırlanması, quraşdırılması, sökülməsi və yenidən quraşdırılması, torpaq qazıntılarını vaqonetkalara yükləməsi, dağ süxurlarının partlayış yolu ilə, şpurların (yəni qaya, torpaq hissələrində deşiklərin) elektrik və pnevmo burğularla, perforatorlaria qazılması, kabellərin asılması, bərkidici bucurqatların, yükləyib-boşaldıcı qurğuların yerinin dəyişdirilməsi və s. ibarətdir. O, tunellər və keçidlər kimi yeraltı açılışların yaradılmasında, üfüqi və ya maili qazıntıları qazmaq üçün müxtəlif üsullardan (mexaniki və əl ilə) istifadə etməklə yeraltı işlərdə ixtisaslaşır. Buraya təkcə qazma işləri deyil, həm də qaya kütləşin n bərkidilməsi, qazıntı işlərinin təhlükəsizliyinin təmin edilməsi və digər əlaqədar tapşırıqlar daxildir. İddiaçı ştat cədvəli üzrə çalışdığı qazmağı peşəsinin əmək şəraiti, xüsusiyyət və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12№li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsasiı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində yer alan keçidçiiər peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil edir. Odur ki, qazmaçı peşəsi keçidçi (proxodçik) peşəsinə bərabər tutulur. Bundan başqa qazmağı peşəsinin xüsusiyyətlərini nəzərə alsaq qeyd olunan bəndin şpur qazmaçısı peşəsinə də aid etmək məqsədəuyğundur.
8. "xxxx" QSC tərəfindən təqdim olunmuş Tikinti Departamentinin Dəstəsində “Qazmaçı” Vəzifə Təlimatına əsasən: Vəzifənin məqsədi – Yeraltı qazma işlərinin təhlükəsiz, keyfiyyətlə, iş icra layihəsinə və bərkitmə pasportuna uyğun yerinə yetirilməsi. Əsas vəzifə və funksiyaları – Metropoliten və digər yeraltı qurğuların tikintisində yeraltı mədən işlərinə 18 yaşı tamam olan, tibbi müayinədən keçən, təsdiqlənmiş proqram üzrə təlim keçmiş, 2 həftə müddətində təcrübəli qazmaçı tərəfindən təcrübə alan, müəyyənləşdirilmiş qaydada sınaq imtahanlarından müvəffəqiyyətlə keçərək buna uyğun vəsiqəsi olan və elektrik və yanğın təhlükəsizlik qaydaları üzrə 1-ci ixtisas qrupuna malik olan şəxslərə icazə verilir. Qazmaçı işə qəbul olunmazdan əvvəl Əməyin Mühafizəsi və X1, iş şəraiti və nizam-intizam qaydaları üzrə giriş təlimatı almalıdır. Qazmaçı növbə rəisi və briqadirin tapşırqlarını dəqiq yerinə yetirməlidir. Müstəqil işləməyə icazəsi olan qazmaçı istifadə etdiyi aləti və cihazların iş prinsipini, quruluşunu və təyinatını bilməlidir. İşə başlamazdan əvvəl iş sahəsini və keçidləri tam təhlükəsizlik qaydalarına cavab verən səviyyəyə gətirməlidir və hərəkət yolunda kənar əşya olmamasını təmin etməlidir. Süxurların xüsusiyyətlərini və möhkəmlik təsnifatlarını öyrənir. Qazıntı zamanı qaz hiss olunarsa, qazmaçı növbə rəisinə məlumat verməlidir.
9. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
15. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir.
16. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.
17. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək həmin müəssisənin Tikinti Departamentinin Tunel Tikinti dəstəsində qazmaçı vəzifəsində işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmamışdır.
12. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Departamentinin Tunel Tikinti dəstəsində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə müəyyən edir ki: - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A/285 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2003-cü il tarixindən Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti idarəsinə 3-cü dərcəü yeraltı betonçu peşəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixindən “Azərtunelmetrotikinti'’ SC-nin 2 saylı Tunel Tikinti idarəsinə yeraltı ış şəraiti üzrə 4-cü dərəcəli betonçu peşəsinə qəbul ed miş xx.xx.2005-ci il tarixindən ARƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 2 saylı Tunel Tikinti idarəsinə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli betonçu peşəsinə qəbul olunmuş, xx.xx.2006-cı il tarixindən yerüstü betonçu peşəsinə keçirilmiş, xx.xx.2012ci il tarixindən yeraltı iş şəraitində 5 dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixindən yerüstü iş şəraitində betonçu peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən yeraltı iş şəraitində qazmaçı peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti’’ SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel Tikinti-dəstəsinə 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci ıl tarixindən Tikinti Departamentinin 1 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinə 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinə keçirilmiş, 01,03.2022-ci i! tarixindən Tikinti Departamentinin Tunel və- Ümumi Tikinti işləri üzrə Dəstəsində 5-ci dərəcəli yeraltı iş şəraiti üzrə qazmaçı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12№-İi qərara uyğun olaraq həmin siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı güzəştli şərtlərə görə əmək stajı 14 il 12 gün (on dörd il on iki gün) təşkil edir. Cəmi metro üzrə stajı 20 il 06 ay 20 gün (iyirmi il altı ay iyirmi gün) təşkil edir. Qeyd: "xxxx" QSC-nin Tikinti Departamentində olan yeraltı iş şəraiti üzrə qazmaçı peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları sözügedən siyahının 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində yer alan keçidçilər peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutulur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A/362 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı ştat cədvəli üzrə çalışdığı qazmaçı peşəsinin əsas vəzifə və funksiyası müəssisə tərəfindən tərtib olunmuş icra layihəsinə və qazma yerinin bərkitmə pasportuna uyğun olaraq məhlul vuran aparatın köməkliyi ilə tyubinqlərin arxasına sement, qum, həmçinin nəzarət sement məhlulun vurulması, beton və dəmirbeton bərkitmələrin, taxta qəliblərinin və düzgün bucaqlı konstruksiyaların hazırlanması, quraşdırılması, sökülməsi və yenidən quraşdırılması, torpaq qazıntılarını vaqonetkalara yükləməsi, dağ süxurlarının partlayış yolu ilə, şpurların (yəni qaya, torpaq hissələrində deşiklərin) elektrik və pnevmo burğularla, perforatorlaria qazılması, kabellərin asılması, bərkidici bucurqatların, yükləyib-boşaldıcı qurğuların yerinin dəyişdirilməsi və s. ibarətdir. O, tunellər və keçidlər kimi yeraltı açılışların yaradılmasında, üfüqi və ya maili qazıntıları qazmaq üçün müxtəlif üsullardan (mexaniki və əl ilə) istifadə etməklə yeraltı işlərdə ixtisaslaşır. Buraya təkcə qazma işləri deyil, həm də qaya kütləsinin bərkidilməsi, qazıntı işlərinin təhlükəsizliyinin təmin edilməsi və digər əlaqədar tapşırıqlar daxildir. İddiaçı ştat cədvəli üzrə çalışdığı qazmağı peşəsinin əmək şəraiti, xüsusiyyət və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsasiı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində yer alan keçidçiiər peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil edir. Odur ki, qazmaçı peşəsi keçidçi (proxodçik) peşəsinə bərabər tutulur. Bundan başqa qazmağı peşəsinin xüsusiyyətlərini nəzərə alsaq qeyd olunan bəndin şpur qazmaçısı peşəsinə də aid etmək məqsədəuyğundur. - "xxxx" QSC tərəfindən təqdim olunmuş Tikinti Departamentinin Dəstəsində “Qazmaçı” Vəzifə Təlimatına əsasən vəzifənin məqsədi – Yeraltı qazma işlərinin təhlükəsiz, keyfiyyətlə, iş icra layihəsinə və bərkitmə pasportuna uyğun yerinə yetirilməsidir. Əsas vəzifə və funksiyaları – Metropoliten və digər yeraltı qurğuların tikintisində yeraltı mədən işlərinə 18 yaşı tamam olan, tibbi müayinədən keçən, təsdiqlənmiş proqram üzrə təlim keçmiş, 2 həftə müddətində təcrübəli qazmaçı tərəfindən təcrübə alan, müəyyənləşdirilmiş qaydada sınaq imtahanlarından müvəffəqiyyətlə keçərək buna uyğun vəsiqəsi olan və elektrik və yanğın təhlükəsizlik qaydaları üzrə 1-ci ixtisas qrupuna malik olan şəxslərə icazə verilir. Qazmaçı işə qəbul olunmazdan əvvəl Əməyin Mühafizəsi və X1, iş şəraiti və nizam-intizam qaydaları üzrə giriş təlimatı almalıdır. Qazmaçı növbə rəisi və briqadirin tapşırqlarını dəqiq yerinə yetirməlidir. Müstəqil işləməyə icazəsi olan qazmaçı istifadə etdiyi aləti və cihazların iş prinsipini, quruluşunu və təyinatını bilməlidir. İşə başlamazdan əvvəl iş sahəsini və keçidləri tam təhlükəsizlik qaydalarına cavab verən səviyyəyə gətirməlidir və hərəkət yolunda kənar əşya olmamasını təmin etməlidir. Süxurların xüsusiyyətlərini və möhkəmlik təsnifatlarını öyrənir. Qazıntı zamanı qaz hiss olunarsa, qazmaçı növbə rəisinə məlumat verməlidir.
13. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
14. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı: 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr şpur qazmaçıları keçidçilər
15. Beləliklə, iddiaçının qeyd edilən (mübahisələndirilən) qurumlarda zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışlar və vəzifə təlimatı ilə təsdiq olunur. Belə ki, iddiaçının işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışlarda birbaşa olaraq qeyd edilmişdir ki, İddiaçı ştat cədvəli üzrə çalışdığı qazmağı peşəsinin əmək şəraiti, xüsusiyyət və funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağ-mədən işləri bölməsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər hissəsinin a) fəhlələr bəndində yer alan keçidçilər peşəsinin əmək şəraiti, xüsusiyyəti və funksiyaları ilə eynilik təşkil edir. Odur ki, qazmaçı peşəsi keçidçi (proxodçik) peşəsinə bərabər tutulur. Bundan başqa qazmağı peşəsinin xüsusiyyətləri nəzərə alındıqda qeyd olunan bəndin şpur qazmaçısı peşəsinə də aid edilməlidr.
16. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (60 yaşının tamam olduğu tarixədək) "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır.
17. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 14 il 10 gün stajı mövcuddur.
18. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
19. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
18. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva