Məhkəmə qərarları › İş №e-2-1(112)-7183/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7183/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7183/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlilliyinin dayandırıldığı vaxtdan müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80 % dərəcəsi ilə müddətsiz olaraq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edillməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə anadan olmuşdur. O, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. O, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmış və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Sədərək rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqnoz olaraq “keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı davamlı astenonevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalotopiya” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-cı il tarixli 2 nömrəli Qərarında da qeyd olunduğu kimi, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Belə ki, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci il tarixdə 1 il müddətinə, 2016-cı il tarixdə 2 il müddətində, 2018-ci ildə 5 il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin xx.xx.2021-ci ildə keçirilən müayinə zamanı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb olaraq isə diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçıya ikinci dərəcəli əlilliyin təyini bərpa edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixdən İddiaçı müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixindən İddiaçı müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 65-80 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********5 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, 8 noyabr 2019-cu il tarixdə İdarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunma üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondum Sabunçu rayon şöbəsinin 2 dekabr 2019-cu il tarixli **********8 nömrəli məktubunda pensiyanın 30 noyabr 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 24 oktyabr 2019-cu il tarixli MN-12500 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (618,00 manat) 80 faizi-494,40 manat məbləğində pensiya təyin edilmiş keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci və 37. maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ayların sayına bölünüb ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddəti i hesablanmış 7321,41 manat məbləğində fərq 2019cu ilin dekabr ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-12236/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair Tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixdə müayinə edilərək “Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” diaqnozu ilə qiymətləndirilmiş və ona “2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” meyarı ilə 1 il müddətinə ilkin əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə müayinə edilərək “Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” diaqnozu ilə qiymətləndirilmiş və ona “2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” meyarı ilə 1 il müddətinə təkrar əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə müayinə edilərək “Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” diaqnozu ilə qiymətləndirilmiş və ona “2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş psixopatabənzər sindrom” meyarı ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təkrar əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Oynaqların kontrakturası, Sindesmozun ankilozu.Topuq oynağının kontrakturası.ağır forma artroz.Artrit ,ağrı sindromu,yeriyişin pozulması(əməliyyatdan sonra əsa ilə gəzir).Sağ topuq oynağı nahiyyəsində bir neçə ədəd yad cismlər(qəlpə) aşkarlanır.Sağ Diaqnozun mətni: incik sümüyünün aşağı hissəsinin qeyri düzgün bitişmiş sınığı.Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ.” diaqnozu ilə qiymətləndirilmiş və ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları.” diaqnozu ilə qiymətləndirilmiş və ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul . edilmişdir. Ümuıni xəstəlik səbəbi ilə əlaqədar – Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1992). Oynağın ankilozu, Sağ incik sümüyünün aşağı hissəsinin qeyri düzgün bitişmiş sınığı ,sindesmozlararası ankilozu” diaqnozu ilə qiymətləndirilmiş və ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul . edilmişdir. Ümuıni xəstəlik səbəbi ilə əlaqədar- Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-1218/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAEAM nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********3). Sonradan əlillik vəziyyəti tibb müəssisəsinin İ00045938TXM nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-10318/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 2 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi ilə nevrasteniya astenik halla. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı asteno-nevrotik vəziyyət və kəllədaxili hipertenziya sindromu ilə təzahür edən travmatik ensefalopatiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, kəskin basaqrıları, yuxusuzluq, yaddaşsızlıq, əsəbilik, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ürək damarlarında stend olduğu, əsəbləşən zaman nitqinin pozulduğunu, medikamentoz preparatlardan “Tramadol’’, “Fenozepam’’ qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş beyin KT müayinəsinin nəticəsi kəllə-beyin travmasını təsdiqləməmiş, hal-hazırda aktiv əmək müqaviləsi olduğu müəyyənləşdirilmişdir. Müayinə zamanı sol alında, ənsə və saq topuq nahiyəsində yumsaq toxuma çapığı izlənilmiş, hər iki dirsək və diz nahiyələrində kiçik psoriatik qabıqlanmıs sahələr müşahidə edilmiş, aşaqı ətraflarda hərəkətlər tam həcmdə olmuş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. Psixi statusunda astenik əlamətlər izlənilmiş, intellektual və nevroloji cəhətdən əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. X4 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi Beyinin diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 1992-ci ildə kəllə-beyin travmasını qeyd edir) və paroksizmlərə meyilliyi izlənilir” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır, (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 741 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində diaqnoz "Üzvi (müharibə zamanı alınmış qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 630 nömrəli Ambulator xəstənin tibbi rəyində diaqnoz “Qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət. Posttravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Aşağı ətrafların funksional tremoru” kimi qeyd edilmişdir. X4 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Beyincik-beyin atrofiyası. Kəllədaxili hipertenziva əlamətləri. Sinusif kimi qeyd edilmişdir. ATU X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Epikrizində diaqnoz “Sağ aşıq baldır oynağının posttravmatik artrozu. Sağ aşıq baldır oynağının artrodez əməliyyatı” kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, başağrıları, yuxusuzluq, əsəbilik, aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmiş, yüksək arterial təzyiqdən əziyyət çəkdiyini bildirmiş, aşağı ətraflarında tremor müşahidə olunmuş, güllə və qəlpə yaraları aldığını söyləmişdir. Hal-hazırda aşağı ətrafında gips olduğunu nümayiş etdirmişdir. Anamnezində kəllə sümüklərində sınıq olduğunu desə də, təsdiqləyici instrumental müayinə təqdim etməmişdir. Medikamentoz preparatlardan Fenozepam, Amitriptilin və s. preparatlar qəbul etdiyini, bu zamanı key kimi olduğunu, lakin yuxusuzluqdan əziyyət çəkdiyini ifadə etmişdir. İsterik kəkələmə sərgiləməyə çalışmış, əsaslı şikayət bildirə bilməmişdir. Baxış zamanı sağ aşağı ətraf baldırın yuxarı 1/3-nə qədər gipsdə olmuş, müayinə etmək mümkün olmamışdır. Təqdim edilmiş rentgen şəklində sağ aşıq-baldır oynağında vint izlənmişdir. Psixi statusunda müayinənin əvvəlində kəkələmə, süst səs tonu ilə danışmış, müayinənin sonunda aqressivlik göstərdiyi zaman kəkələmə itmişdir. Emosional iradi sfera bir qədər disforik olmuş, danışarkən etik qaydalardan kənara çıxmış, spesifik suallardan yayınmış, aqressivliklə cavab verməməyə çalışmışdır. Nümayiş etdirdiyi kəkələmə isterik, nümayişkar xarakter daşımışdır. Kəllə əsasında sınıq olduğunu bildirmiş, səhhətindəki problemləri onunla əlaqələndirmiş, lakin KT müayinəsinin nəticəsi bunu təsdiqləməmişdir. Əhval ruhiyyə fonu maraqlarına uyğun olmuş, qəsdli şəkildə səs-küy salmış, komissiya üzvlərini təhqir etmiş, imtina gəldiyi halda MTN-nə məktub yazacağı ilə hədələmişdir. Mövcud vəziyyət diaqnozu təsdiqləmək məqsədi ilə spesifik suallar verərkən başlamışdır. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Yanaşı olaraq ümumi xəstəlik ilə əlaqədar keçirilmiş travmatoloji əməliyyatın (sağ-aşıq baldır oynağının artrozu) reabilitasiya dövrünü nəzərə alaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-18170/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli göndəriş daxil olmuşdur. Bununla əlaqədar vətəndaş növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Bakı 11 nömrəli şəhər poliklinikası tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (2749003AAEM saylı xx.xx.2021-ci il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2008-ci ildir (xroniki). Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları Yanaşı xəstəliklər: M24.5 Oynaqların kontrakturası, Sindesmozun ankilozu.Topuq oynağının kontrakturası.ağır forma artroz.Artrit ,ağrı sindromu,yeriyişin pozulması(əməliyyatdan sonra əsa ilə gəzir).Sağ topuq oynağı nahiyyəsində bir neçə ədəd yad cismlər(qəlpə) aşkarlanır. M84.0 Sümüyün sınığının pis bitişməsi, sağ incik sümüyünün aşağı hissəsinin qeyridüzgün bitişmiş sınığı İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ. Bakı 2 nömrəli X3 tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (İ00045938TXM saylı xx.xx.2022-ci il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1992-ci ildir (xroniki). Əsas diaqnoz: F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları. Ağırlaşma: F07.8 Baş beynin xəsətəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları. F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin travmatik xəstəliyi nəticəsində əmələ gələn kəskin ifadəli davranış pozuntuları.” Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (B00147183 saylı xx.xx.2023-cü il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1992-ci ildir (xroniki; orta ağır). Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1992) Ağırlaşmalar: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno nevrotik vəziyyət S06.0 Baş beynin silkələnməsi, baş beyin silkələnməsi G25.2 Tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların pallidar tremoru İ67.4 Hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya Yanaşı xəstəliklər: M24.5 Oynaqların kontrakturası, sağ topuq oynağının kontrakturası M24.6 Oynağın ankilozu, sağ incik sümüyünün aşağı hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sindemozlararası ankilozu Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, ÜİXkoronarangioplastikadan sonrakı vəziyyət. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T652/2024 saylı xx.xx.2024-cü il tarixli ekpert rəyinə əsasən 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,5-10. Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisəsində adına tərtib edilmiş XBT 10 kodu ilə xx.xx.2023-cü il tarixli, B00147183LGB saylı Forma 88 haqqında göndərişdə qeyd edilmiş “T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri (1992). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət, G25.2-tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların Pallidar tremoru, İ67.4-hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, sağ topuq oynağının kontrakturası; M24.6oynağın ankilozu, sağ incik sümüyünün aşağı hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sindesmozlararası ankilozu; Z95.5-koronar angioplastik implantatın və transplantatm olması, ÜİX, koronar angioplastikadan sonrakı vəziyyət” diaqnoz stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulmuşdur. Odur ki, qeyd edilən xəstəliklərin hazırda onda olmasını tibbi nöqteyi nəzərdən inkar etmək mümkün deyildir. Belə ki, həmin xəstəliklərin hər biri artıq xroniki xəstəliklər qrupuna aiddirlər. 2,3,4. Vətəndaş İddiaçı 04.04-xx.xx.2024-cü il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar (intihar fikirləri, koqnitiv funksiyaların enməsi)” diaqnozu ilə müalicədə olmuşdur. A.l.Baxşəliyevdə aşkar olunmuş kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri (1992) hazırda özünü “üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət” formasında təzahür etdirir. - Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş B00147183 saylı xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina edilmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Əlilliyin təyinindən imtinaya dair sonuncu Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi- Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (B00147183 saylı xx.xx.2023-cü il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1992-ci ildir (xroniki; orta ağır). Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1992) Ağırlaşmalar: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno nevrotik vəziyyət S06.0 Baş beynin silkələnməsi, baş beyin silkələnməsi G25.2 Tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların pallidar tremoru İ67.4 Hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya Yanaşı xəstəliklər: M24.5 Oynaqların kontrakturası, sağ topuq oynağının kontrakturası M24.6 Oynağın ankilozu, sağ incik sümüyünün aşağı hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sindemozlararası ankilozu Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, ÜİXkoronarangioplastikadan sonrakı vəziyyət. Məhkəmə tərəfindən təyin və tədqiq edilən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T652/2024 saylı xx.xx.2024-cü il tarixli ekpert rəyinə əsasən 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,5-10. Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisəsində adına tərtib edilmiş XBT 10 kodu ilə xx.xx.2023-cü il tarixli, B00147183LGB saylı Forma 88 haqqında göndərişdə qeyd edilmiş “T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (1992). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət, G25.2tremorun digər dəqiqləşdirilmiş formaları, aşağı ətrafların Pallidar tremoru, İ67.4hipertenziv ensefalopatiya, posttravmatik ensefalopatiya, G93.2-xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, sağ topuq oynağının kontrakturası; M24.6-oynağın ankilozu, sağ incik sümüyünün aşağı hissəsinin qeyri-düzgün bitişmiş sınığı, sindesmozlararası ankilozu; Z95.5-koronar angioplastik implantatın və transplantatm olması, ÜİX, koronar angioplastikadan sonrakı vəziyyət” diaqnoz stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulmuşdur. Odur ki, qeyd edilən xəstəliklərin hazırda onda olmasını tibbi nöqteyi nəzərdən inkar etmək mümkün deyildir. Belə ki, həmin xəstəliklərin hər biri artıq xroniki xəstəliklər qrupuna aiddirlər. 2,3,4. Vətəndaş İddiaçı 04.04-xx.xx.2024-cü il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar (intihar fikirləri, koqnitiv funksiyaların enməsi)” diaqnozu ilə müalicədə olmuşdur. A.l.Baxşəliyevdə aşkar olunmuş kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri (1992) hazırda özünü “üzvi mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik vəziyyət” formasında təzahür etdirir. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti, 65-80%, 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 65-80% pozulmasının) təyin edilməsi kimi təyin edilməlidir. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 65- 80% pozulmasının) təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 65-80% pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar