Məhkəmə qərarları › İş №e-2-1(112)-7189/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7189/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7189/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, **********996400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzə 4 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona **********0600 dövlət qeydiyyat nömrəsi (VÖEN) verilmişdir. Sonradan o, 04.10.2017-ci il tarixdə ərizə ilə 4 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, sahibkarlıq fəaliyyətinin 04.10.2017-ci il tarixdən, 04.10.2022-ci il tarixədək dayandırılmasını xahiş etmiş və 4 saylı Vergi orqanı tərəfindən onun fəaliyyəti dayandırılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən bildirilmişdir ki, iddiaçı 10.03.2020-ci il tarixdə 85150 (səksən beş min yüz əlli) manat məbləğində aparılmış valyuta mübabiləsi əməliyyatı nəticəsində 50.000 (əlli min) USD məbləğində xarici valyuta əldə etmişdir. 12.05.2021-ci il tarixdə X4 üzrə Baş İdarəsi tərəfindən analoji qaydada kameral vergi yoxlaması barədə qərar qəbul edilmiş və nəticədə iddiaçıya 11.921 manat vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən həmin qərara əsasən hesablanmış qanunsuz vergi məbləğinin hansı əsasla hesablanması barədə 15.12.2020-ci il tarixdə Dövlət Vergi Xidmətinə müraciət olunmuşdur. Dövlət Vergi Xidməti həmin müraciətə ünvanlanmış cavabla bildirmişdir ki, müraciətə baxılır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, 2019-cu il ərzində tərəfindən 85150 manat ekvivalentində 50.000 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin həmçinin müvafiq dövr üzrə bəyannamələrin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Sonradan, 15.12.2020-ci il tarixdə cari bəyannamə təqdim edilmişdir. 21.12.2020-ci il tarixdə həmin təqdim edilmiş bəyannamə əsasında Kameral yoxlama (KYB) açılmış, həmin tarixdə də, yəni 21.12.2020-ci il tarixdə Kameral yoxlama ləğv edilmişdir (KYBL). Sonra həmin tarixdə, yəni 21.12.2020-ci il tarixdə yenidən Kameral yoxlaması (KYB) açılmışdır. İddiaçı tərəfindən əsassız olaraq kameral vergi yoxlaması ilə əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət edilərək bildirmişdir ki, “Hesabladıqları vergi məbləğindən şikayətləri ondan ibarətdir ki, ailə üzvlərinin illər öncədən bu illərədək əziyyətlə qəpik-qəpik yığdıqları və evlərində olan avadanlıqların (Vergi Məcələsinin 102.1.7-ci maddəsi) satışını edərək, evlərinə yığdıqları pulları gələcək dövrlərdə ev alacaqlarından, manatın dəyərini itirməsindən qorxaraq, həmin manatla olan pulu gedib bankdan dollar almışlar, vergi orqanı tərəfındən əsassız olaraq hesablanmış vergi məbləğini azaltmağı xahiş edirlər”. Həmin müraciətə vergi orqanı tərəfindən əsaslandırılmış cavab verilməmiş, hər dəfə baxılır bildirilmiş və araşdırma müddətinin uzadılması bildirilmişdir. Sonradan, iddiaçı tərəfindən vergi orqanına 05.03.2021-ci il və 17.04.2021-ci il tarixlərdə eyni məzmunlu müraciətlər edilərək, “04.10.2017-ci il tarixində sahibkarlıq fəaliyyətinə xitam verdiyi üçün 4 saylı Ərazi Vergilər İdarəsinə **********393400 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” ərizəsini təqdim etmişdir. Qeyd edilən ərizə əsasında fəaliyyəti 04.10.2022-ci il tarixinə qədər dayandırılmışdır. Fəaliyyəti dayandırıldıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sisteminə daxil olmamış, 13.03.2020-ci il tarixində daxil olan **********987900 nömrəli vergi orqanına dəvət məktubu ilə tanış olmadığından sorğuya cavab verə bilməmişdir. Daha sonra, **********003000 nömrəli gəlir vergisi - 2019-cu il analoji hesablama barədə qərarla vergi məbləği hesablanmışdır. 16.02.2021-ci il tarixində valyuta mübadiləsi ilə əlaqədar, iddia ilə bağlı əsaslandırılmış izahatını, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə **********288300 nömrəli şikayət məktubu təqdim etmişdir. 19.02.2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən **********874100 nömrəli sənədlərin təqdim edilməsi barədə məktub daxil olmuşdur. Məktuba cavab olaraq bir daha qeyd edilmişdir ki, qeyd edilən dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Nəticədə, vergiyə cəlb ediləcək nə sahibkarlıq, nə də, qeyri-sahibkarlıq fəaliyyətindəndən gəlir əldə etməmişdir. Bu səbəblə, tələb olunan sənədlər tərtib edilməmiş və mövcud deyildir. Qeyd edilən valyuta mübadiləsindəki vəsait ailə üzvləri ilə birgə uzun illər boyu qənaətlə tədarükünün nəticəsində formalaşmışdır. Bütün bunları nəzərə alaraq, hesablanmış vergi məbləğinin əssasız olduğunu nəzərə çatdırır. Tez bir zamanda hesablama ilə bağlı qərarın ləğv edilməsi” xahiş olunmuşdur. Həmin müraciətə vergi orqanı tərəfindən əsaslandırılmış cavab verilməmiş, hər dəfə baxılır bildirilmişdir. Şikayətlərin nəticəsi olaraq, DVX tərəfindən inzibati şikayətin təmin edilməməsi barədə 05.05.2021-ci il tarixli, **********287700 saylı qərar qəbul olunmuşdur. 05.05.2021-ci il tarixdə, 21.12.2020-ci il tarixdə açılmış Kameral yoxlama ləğv edilmişdir (KYBL). Sonradan yenidən iddiaçı tərəfindən hərhansı bir cari bəyənnamə göndərilməsə də, 05.05.2021-ci il tarixdə yenidən Kameral yoxlama açılmış (KYB) sonra yenidən həmin Kameral yoxlama ləğv edilmiş (KYBL), təkrarən eyni gündə 2-ci dəfə yenidən 05.05.2021-ci il tarixdə Kameral yoxlama açılmış (KYB) və nəticədə kameral vergi yoxlamasının nəticəsi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırır ki, 2019-cu il Gəlir Vergisi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş, **********996400 saylı, 05.05.2021-ci il tarixli qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Cavabdeh inzibati orqan 15.12.2020-ci il tarixli cari bəyannaməyə istinad etməklə 21.12.2020-ci il tarixdə kameral vergi yoxlaması keçirmiş, sonradan həmin tarixdə kameral vergi yoxlamasını ləğv etsə də, sonradan heçbir Cari bəyannamə olmadan 05.05.2021-ci il tarixdə kameral vergi yoxlaması açmışdır. Bununla da, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-cü maddəsinin tələbini pozmuşdur. Halbuki, 2015-ci ildə təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilə bilərdi. Ali Məhkəmə tərəfindən qəbul edilmiş bir çox qərarlarında da, eyni hüquqi mövqe ifadə edilmiş, məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməli olduğu göstərilmişdir. Dövlət Vergi Xidməti iddiaçının şikayəti üzrə araşdırmanın nəticəsi olaraq qəbul etdiyi, inzibati şikayətin təmin edilməməsi barədə qərarında qeyd etmişdir ki, “Göründüyü kimi, fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim edilə bilməmiş, mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 85150,0 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Beləliklə, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, rovalti, hədiyyə, maddi yardım, miras və s.) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da, konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilməmişdir.” Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş kameral vergi yoxlaması barədə 05.05.2021-ci il tarixli, **********996400 saylı qərar əsasında iddiaçının 85150 manatın dollar ekvivalentində valyuta əməliyyatı nəticəsində ona 85150 manatın 14%-i məbləğində, yəni 11.921 manat əsassız vergi borcu hesablamaqla, iddiaçının əldə etdiyi gəlirin onun qeyrisahibkarlıq fəaliyyəti üzrə gəliri hesab edərək, bu halı qəbul etmişdir. İddiaçının vergi orqanına etdiyi yazılı müraciətdə 85150 manatın dollara konvertasiya etməsinin səbəbi kimi qeyd etmişdir ki, “ailə üzvlərinin illər öncədən bu illərədək əziyyətlə qəpik-qəpik yığdıqları və evlərində olan avadanlıqların (Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi) satışını edərək evlərinə yığdıqları pulları gələcək dövrlərdə ev alacaqları puldur, manatın dəvərinin itirməsindən qorxaraq həmin manatla olan pulu gedib bankdan dollar almışdır.” Qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatların təqdim edilməsinə görə fiziki şəxslər gəlir vergisindən azaddır. Belə olan halda, iddiaçıya bu əsasla hər-hansı bir vergi borcu hesablana bilməz, bu halda hesablanmış vergi borcu qanunsuz və əsassızdır. Hesab edir ki, həmin hal da, kameral vergi yoxlamasının nəticəsi olaraq vergi borcunun hesablanmasına əsas olan qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş kameral vergi yoxlaması barədə 05.05.2021-ci il tarixli, **********996400 saylı qərar qəbul edərkən, inzibati şikayətin təmin edilməməsi barədə qərarda da, qeyd etmişdir ki, “uçot məlumat bazasına əsasən fiziki şəxsin 14.05.2012-ci il tarixdən, ünvan 2 ünvanında “Anbar” adlı təsərrüfat subyektinin qeydiyyatda olduğu, eyni zamanda 14.02.2021-ci ildə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) (bundan sonra Cəmiyyət) rəhbəri olduğu, 14.04.2021-ci il tarixdən isə Cəmiyyətdə aylıq əmək haqqı məbləği 300,0 manat olmaqla “Direktor” vəzifəsində işlədiyi müəyyən edilmişdir. Həmçinin uçot məlumat bazasının araşdırılması zamanı fiziki şəxs tərəfindən "xxxx" MMC-dən VÖEN **********) aylıq icarə haqqı məbləği 678,50 manat (ƏDV daxil) olmaqla 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə elektron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci aprel ayında elektron qaimə-faktura ilə X2 (VÖEN **********) 24 ton soğanın 17334,67 manata (ƏDV daxil), 49 ton kartofun 29725,26 manata (ƏDV daxil) alındığı, "xxxx" MMC-yə (VÖEN **********) 23,55 ton soğanın 17507,07 manata (ƏDV daxil), 48,89 ton kartofun 30000,01 manata (ƏDV daxil) təqdim olunduğu müəyyən edilmişdir. Həmçinin, Cəmiyyətin elektron qaimə-faktura ilə fərdi sahibkar X3 (VÖEN **********) 55200,0 manat dəyərində 1 ədəd “Komplekt suvarma qurğusunun” alındığı, lakin Cəmiyyətin vergi orqanında əkin sahəsi kimi təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir.” - Hesab edir ki, qeyd olunan bu xüsusatların hazırki mübahisələndirilən qərarın qəbul edilməsinə hər hansı bir aidiyyəti olmamışdır. Belə ki, mübahisələndirilən qərar 2019-cu ilin gəlir vergisini əhatə etdiyi halda, həm iddiaçının fəaliyyətinin 2017-ci ildən dayandırıldığı da, nəzərə alınmaqla yuxarıda qeyd olunan iddiaçının "xxxx"xxxx" MMCdən VÖEN **********) aylıq icarə haqqı məbləği barədə elektron qaimə-fakturaların əldə etməsi və hər-hansı bir qurğunun alınması 2021-ci ildə baş verdiyindən, hazırki mübahisələndirilən qərarın qəbul edilməsinin bu halların baş verməsi üçün əsas olması mümkün deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gozlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üciin əsasdır. Hesab edir ki, vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da, özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibat aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də, qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki mövcudluğunu sübut etməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericilinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Göründüyü kimi, hazırki iş üzrə sübutetmə vəzifəsi qanunvericiliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin, cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hərhansı sübut təqdim edə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatına əsasən fiziki şəxsin vergi orqanı tərəfindən 11.05.2012ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “saxlama və anbarlara yığma” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 85150,00 manat ekvavalentində 50000,00 ABŞ dollarının valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə təsdiqedici sənədlərin təqdim edilməməsi, həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşma barədə vergi ödəyicisinə 28.04.2020-ci il tarixli, **********351900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək, müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 28.04.2020-ci il tarixli **********351900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 11 921,0 manat (50000*1,70 $= 85150,00x14% ) əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli, **********003000 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Fiziki şəxs tərəfindən 2019-cu il üzrə cari gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, gəlir və xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 11 921,0 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.05.2021-ci il tarixli **********996400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı 16.02.2021-ci il tarixli (AVİS qeydiyyatı: 16.02.2021ci il tarixli **********288300 nömrəli) və 17.04.2021-ci il tarixli (AVİS qeydiyyatı: 18.04.2021-ci il tarixli **********095900 nömrəli) inzibati şikayətlərlə vergi orqanına müraciət edərək, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada hesablanmış 11921,0 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məktubun icra müddəti uzadılmış və 08.04.2021-ci il tarixli **********815200 nömrəli məktubla məlumat verilmişdir. İnzibati şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə vergi ödəyicisinə 18.02.2021-ci il tarixli **********364500 və 18.02.2021-ci il tarixli **********874100 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktublar göndərilmiş və müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir bankla üzləşmə aktları, o cümlədən satışdankənar gəlirlər - bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən müvafiq sənədlər, pul vəsaiti digər şəxsə aid olduğu hallarda həmin şəxsdən notarial qaydada təsdiq olunmuş iltizam, mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə məlumat və təsdiqedici sənədlər (Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyiniz gəlirlər daxil olmaqla) və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və s), alqı-satqı müqavilələri, üzləşmə aktları, təhvil-təslim aktları və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırmaya təqdim edilməsi bildirilmişdir. Fiziki şəxs 05.03.2021-ci il tarixli, **********747600 nömrəli məktubla müraciət edərək, 04.10.2017-ci il tarixdən 04.10.2022-ci il tarixədək fəaliyyətinin dayandırıldığını, bu müddət ərzində onlayn kargüzarlıq sisteminə daxil olmadığını, 13.03.2020-ci il tarixdə daxil olan **********987900 nömrəli dəvət məktubu ilə tanış olmadığını və məktuba cavab verə bilmədiyini, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyini, qeyd olunan valyuta mübadiləsindəki vəsaitin ailə üzvləri ilə birgə uzun illər boyu qənaətlə tədarükü nəticəsində formalaşdığını bildirmiş, lakin 85150,0 manat valyuta mübadiləsinin aparılması üçün gəlirlərini təsdiq edən sənədləri inzibati araşdırmaya təqdim etməmişdir. Eyni zamanda, məlumat üçün bildirirlər ki, uçot məlumat bazasına əsasən fiziki şəxsin 14.05.2012-ci il tarixdən ünvan 2 ünvanında “anbar" adlı təsərrüfat subyektinin qeydiyyatda olduğu, eyni zamanda 14.02.2021-ci ildə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) (bundan sonra Cəmiyyət) rəhbəri olduğu, 14.04.2021-ci il tarixdən isə Cəmiyyətdə aylıq əmək haqqı məbləği 300.0 manat olmaqla “Direktor” vəzifəsində işlədiyi müəyyən edilmişdir. Həmçinin, uçot məlumat bazasının araşdırılması zamanı fiziki şəxs tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) aylıq icarə haqqı məbləği 678,50 manat (ƏDV daxil) olmaqla 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə elektron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı cəmiyyət tərəfindən 2021-ci aprel ayında elektron qaimə-faktura ilə X2 (VÖEN **********) 24 ton soğanın 17334,67 manata (ƏDV daxil), 49 ton kartofun 29725,26 manata (ƏDV daxil) alındığı, "xxxx" MMC-yə (VÖEN **********) 23,55 ton soğanın 17507,07 manata (ƏDV daxil), 48,89 ton kartofun 30000,01 manata (ƏDV daxil) təqdim olunduğu müəyyən edilmişdir. Həmçinin, cəmiyyətin elektron qaimə-faktura ilə fərdi sahibkar X3 (VÖEN **********) 55200.0 manat dəyərində 1 ədəd “Komplekt suvarma qurğusunun” alındığı, lakin cəmiyyətin vergi orqanında əkin sahəsi kimi təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim edilə bilməmiş, mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 85 150,0 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Dövlət Vergi Xidmətinin 05 may 2021-ci il tarixli **********287700 saylı qərarı ilə (İnzibati şikayətin təmin edilməməsi haqqında) inzibati şikayətlər əsassız olduğundan təmin edilməmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq qeyd etmişdir ki, vergi hesablanan məbləğ ailə üzvlərinin illər öncə qəpik-qəpik yığdığı və evlərində olan avadanlıqların satışını edərək əldə edilmiş məbləğdir. İddiaçının bu əsassız qeydinin əksinə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına hər hansı bir alış sənədləri, alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı gəlirin mənbəyinin “evdə olan əşyalar”ın satışından əldə edildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi digər bir əsassız arqument ondan ibarətdir ki, o vergi orqanına ərizə ilə müraciət edərək fəaliyyətini 04.10.2022-ci il tarixinədək dayandırımış və heç bir gəlir əldə etməmişdir. İddiaçının bu əsasının əksinə bildirilir ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması onun tərəfindən hər hansı vergi tutulan əməliyyatın aparılmasını istisna etmir. Belə ki, rəsmi olaraq vergi ödəyicinin fəaliyyəti dayandırılmış olsa belə, onun tərəfindən faktiki olaraq valyuta mübadiləsinin aparılması vergitutma məqsədləri baxımından vergiyə cəlb edilməli olan əməliyyat kimi qiymtləndirilərək sonuncuya sözügedən vergi məbləği hesablanmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirmişdir ki, hesablanmış vergi məbləğinin silinməsi ilə bağlı vergi orqanına müraciət etsə də, ona “müraciətə baxılır” deyilərək cavab verilməmişdir. İddiaçının qeyd etdiyinin əksinə bildirilir ki, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 05.05.2021-ci il tarixli **********287700 nömrəli Qərarı “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən məlumat üçün iddiaçıya göndərilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli **********996400 saylı mübahisələndirilən qərar iddiaçıya təqdim edilməmişdir. İddiaçının qeyd etdiyinin əksinə bildirirlər ki, vergi orqanının uçot-baza məlumatlarından əldə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan göründüyü kimi mübahisələndirilən qərar iddiaçı tərəfindən 06.05.2021-ci il tarixdə saat 09:05-də oxunmuşdur (Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat etiraza əlavə edilir). Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və cavabdehin etirazına dair mülahizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.04.2020-ci il tarixli, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında məktubdan görünür ki, iddiaçıya 01.01.2019-31.12.2019-cu il vergi dövrü, gəlir vergisi üzrə bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, opartiv vergi nəzarətini keçirmək hüququ vardır. Eyni zamanda, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisində olan maliyyə sənədlərini, mühasibatlıq kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq hüququ vardır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmdət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər sayılır. Aparılmış araşdırma zamanı tərəfindən 85150 manat ekvivalentində 50000 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərkən kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıda qeyd olunan (cari gəlir vergisi, ətraflı izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlər) sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İşdə olan Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 12.05.2020-ci il tarixli, **********003000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından görünür ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı tərəfindən Gəlir Vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən 2019-cu il hesabat dövrü üçün 11.921.00 manat Gəlir vergisi hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, 15.12.2020-ci il tarixdə iddiaçı, 12.05.2020-ci il tarixli qərarla ona fiziki şəxsin gəlir vergisinə analoji cərimə hesablanması barədə qərara etirazını bildirmiş, bununla bağlı cavabdeh tərəfindən müraciətə baxılması haqqında eyni tarixli məktub göndərilərək işin faktiki və hüquqi halları barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən 16.02.2021-ci il tarixdə cavabdehə şikayət ərizəsi ünvanlanaraq bildirilmişdir ki, ailə üzvlərinin illər öncədən bu illərədək əziyyətlə, qəpik-qəpik yığdıqlarını və evlərində olan avadanlıqların (Vergi Məcəlləsini 102.1.7-ci maddəsi) satışını edərək, evlərinə yığdıqları pulları gələcək dövrlərdə ev alacaqlarından manatın dəyərinin itirməsindən qorxaraq həmin manatla olan pulu gedib bankdan dollar almışlar, vergi orqanı tərəfindən əsassız olaraq hesablanmış vergi məbləğinin azaldılması xahiş edilmişdir. Müraciətləri nəzərə alınmayacağı təqdirdə yuxarı vergi orqanına və məhkəməyə şikayət edəcəkdir. Sözügedən məktuba cavabdeh tərəfindən baxılaraq sənədlərin (iş üzrə əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin tərkibi, alınmış malların müvafiq təsərrfat obyektində saxlanılması barədə məlumatlar, icarə, alğı-satqı müqavilələrini, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, müqavilələ, üzrləşmə aktı, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, müvafiq olaraq valyuta mübadiləsi aparılmış müxbir bankla üzləşmə aktları, o cümlədən satışdankənar gəlirlər – bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən kassa-mədaxil orderi, kassa kitabından çıxarış, kassa məxaric orderi, mübadilə (konvertasiya) olunmuş vəsaitin mənbəyi barədə hər hası təsdiqedici sənəd və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s.) təqdim edilməsi barədə məktub göndərilmişdir. - İddiaçı tərəfindən 05.03.2021-ci il, 15.03.2021-ci il və 17.04.2021-ci il tarixlərdə cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ərizələri ünvanlanaraq, bildirilmişdir ki, 04.10.2017-ci il tarixində sahibkarlıq fəaliyyətinə xitam verdiyi üçün 4 saylı Ərazi Vergilər İdarəsinə **********393400 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” ərizəsini təqdim etmişdir. Qeyd edilən ərizə əsasında fəaliyyəti 04.10.2020-ci il tarixinə qədər dayandırılmışdır. Fəaliyyəti dayandırıldıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sisteminə daxil olmamış, 13.03.2020-ci il tarixində daxil olan zaman **********987900 nömrəli vergi orqanına dəvət məktubu ilə tanış olmadığından sorğuya cavab verə bilməmişdir. Daha sonra **********003000 nömrəli Gəlir vergisi – 2019-cu il Analoji hesablama barədə qərarla vergi məbləği hesablanmışdır. 16.02.2021-ci il tarixində valyuta mübadiləsi ilə əlaqədar iddia ilə bağlı əsaslandırılmış izahatını, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə **********288300 nömrəli şikayət məktubu təqdim etmişdir. 19.02.2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsi tərəfindən **********874100 nömrəli sənədlərin təqdim edilmləsi barədə məktub daxil olmuşdur. Həmin məktuba bir daha cavab olaraq bildirir ki, qeyd edilən dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Nəticədə vergiyə cəlb ediləcək nə sahibkarlıq, nə də, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Bu səbəblə, tələb olunan sənədlər tərtib edilməmiş və mövcud deyildir. Qeyd edilən valyuta mübadiləsində ki, vəsait ailə üzvlərinin birgə uzun illər boyu qənaətlə tədarükləri nəticəsində formalaşmışdır. Bütün bunları nəzərə alaraq, hesablanmış vergi məbləğinin əsassız olduğunu nəzərə çatdırır. Tez bir zamanda hesablama ilə bağlı qərarın ləğv edilməsini xahiş edir. İşdə olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 05.05.2020-ci il tarixli, **********996400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından görünür ki, 28.04.2020-ci il tarixi, **********351900 nömrəli sənədə əsasən 2019-cu il hesabat dövrü üçün 11.921.00 manat Gəlir vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli, **********287700 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarından görünür ki, fiziki şəxs İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 16.02.2021-ci və 17.04.2021-ci il tarixli inzibati şikayətləri təmn edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.05.2021-ci il tarixli, **********996400 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 11.05.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. 04.10.2017-ci il tarixdə iddiaçının müraciəti əsasında, 04.10.2022-ci il tarixədək iddiaçının fəaliyyəti dayandırılmışdır. Vergi orqanının keçirdiyi kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 85150,00 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 50000.00 dollar məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuş, pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, 28.04.2020-ci il tarixli **********351900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Qeyd edilən uyğunsuzluq əsasında Bakı şəhəri X4 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsaslanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12.05.2020-ci il tarixli **********003000 nömrəli qərarla 2019-cu il üçün 11.921,00 manat gəlir vergisi hesablanmışdır. İddiaçı vergi orqanının həmin qərarından inzibati şikayət vermişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə cari gəlir vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, gəlir və xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 11921.0 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.05.2021-ci il tarixli, **********996400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli, **********287700 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Hazırki, iddiasında iddiaçı Bakı şəhəri X4 üzrə Baş İdarəsinin onun barəsində qəbul etdiyi 05.05.2021-ci il tarixli **********996400 nömrəli qərarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 12.05.2020-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə 05.05.2021-ci il tarixli qərarından sonra 03.06.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 05.05.2021-ci il tarixli qərarını aldıqdan sonra 03.06.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Eyni Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İşin hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi 11.05.2012-ci il tarixdə uçota alınmış, fəaliyyəti 04.10.2017-ci il tarixdən 04.10.2022-ci il tarixədək dayandırılmışdır. İddiaçı 10.03.2020-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində valyuta mübadiləsi əməliyyatı aparmış, vergi orqanın tələbi əsasında pul vəsaitinin mənbəyini ailə üzvləri ilə birgə uzun illər boyu qənaətlə tədarükləri nəticəsində yığdıqları vəsait olması ilə əlaqələndirmiş, sözügedən məbləğ vergiyə cəlb ediləcək nə sahibkarlıq, nə də, qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olmadığından, bununla bağlı müvafiq təsdiqedici sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi orqanı isə iddiaçının pul vəsaitinin mənbəyi ilə bağlı arqumentini qəbul etməmiş və həmçinin müvafiq dövr üzrə təqdim edilmiş bəyannamədə xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün sözügedən halları vergidən yayınma halı kimi qiymətləndirərək, nəticədə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablamışdır. Belə ki, vergi orqanının mövqeyinə görə iddiaçı 85150.0 manat valyuta mübadiləsinin aparılması üçün gəlirlərini təsdiq edən sənədləri araşdırmaya təqdim etməmiş, eyni zamanda, uçot məlumat bazasına əsasən fiziki şəxsin 14.05.2012-ci il tarixdən ünvan 2 ünvanında “anbar” adlı təsərrüfat subyektinin qeydiyyatda olduğu, eləcə də, 14.02.2021-ci ildə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri olduğu, 14.04.2021-ci il tarixdən isə Cəmiyyətdə aylıq əmək haqqı məbləği 300.0 manat olmaqla “Direktor” vəzifəsində işlədiyi müəyyən edilmişdir. Həmçinin uçot məlumat bazasının araşdırılması zamanı fiziki şəxs tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) aylıq icarə haqqı məbləği 678.50 manat (ƏDV daxil) olmaqla 2020-ci ilin sentyabr, oktyabr və noyabr ayları üzrə electron qaimə-fakturaların əldə edildiyi müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı cəmiyyət tərəfindən 2021-ci il aprel ayında elektron qaimə-faktura ilə X2 (VÖEN **********) 24 ton soğanın 17334,67 manata (ƏDV daxil), 49 ton kartofun 29725.26 manata (ƏDV daxil) alındığı, "xxxx" MMC-yə 30000.01 manata (ƏDV daxil) təqdim olunduğu müəyyən edilmişdir. Həmçinin, cəmiyyətin elektorn qaimə-faktura ilə fərdi sahibkar X3 (VÖEN **********) 55200.0 manat dəyərində 1 ədəd “Komplekt suvarma qurğusunun” alındığı, lakin cəmiyyətin very orqanında əkin sahəsi kimi təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya da, təqdim edə bilməmiş, mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 85150.0 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyrisahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməlidir. Qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da, təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını yəqin etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. Hazırkı iş üzrə vergi orqanı konvertasiya olunmuş vəsaitin mənbəyi ilə bağlı iddiaçının əsas gətirdiyi arqumentlə razılaşmasa da, bunun əksini sübut edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Vergi orqanı yalnız iddiaçının 2021-ci ildə apardığı əməliyyatlara istinad etsə də, həmin hallar iddiaçının konvertasiya etdiyi vəsaitin mənbəyini şübhə altına alacaq dəlil, sübut hesab edilə bilməz. Belə ki, iş üzrə mübahisəli qərardan görünür ki, həmin qərarla hesablanmış vergi məbləği 2019-cu ilin gəlir vergisinə aiddir. Bu səbəbdən də, vergi orqanının istinad etdiyi həmin hallar iddiaçının konvertasiya etdiyi vəsaitin mənbəyini təkzib etməyə kifayət deyildir. Belə ki, vergi qanunvericiliyi vergi orqanına vergi ödəyicisinin əldə etdiyi gəlirin məbləği, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olub-olmamasını, həmin gəlirin əldə olunmasına əsas verən əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri müəyyən etmək və əldə etmək üçün geniş hüquqi imkanlar nəzərdə tutmuşdur. O cümlədən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vergi orqanının vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilmə imkanı təsbit olunmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2021-ci il tarixli, **********996400 nömrəli Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar