Məhkəmə qərarları › İş №e-2-1(112)-7190/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7190/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7190/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatına alınmış və həmin tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində təsərrüfat subyekti kimi qeydiyyata alınmış, təsərrüfat subyektinin adı anbar, əsas fəaliyyət kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" olmuşdur. Həmin təsərrüfat subyektində PKS aparatı quraşdırılması məqsədilə xx.xx.2020-ci il tarixində vergi orqanına müraciət etmiş və həmin tarixdə PKS qeydiyyata alınmış, bundan sonra xx.xx.2021-ci il tarixində təsərrüfat subyektində PKA (nəzarət-kassa aparatı) qeydiyyata alınaraq müvafiq bildiriş göndərilmişdir. Fəaliyyət növünə uyğun olaraq 2020-ci ilin dekabr ayından müxtəlif növ məhsullar idxal edərək pərakəndə qaydada satışını həyata keçirmişdir. 2020-ci ilin dekabr ayından 2021-ci ilin oktyabr ayınadək anbara faktura üzrə real dəyəri 1184029.9 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmuşdur. Faktura üzrə real dəyəri 1184029.9 manat olan həmin mallara ticarət əlavəsi tətbiq edilməklə onların ******* manata pərakəndə qaydada NKA çeki ilə satılmışdır. Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti (OVN) tədbiri keçirilmişdir. OVN tədbiri ilə tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması qənaətinə gəlinərək, idxal olunmuş malların statistik dəyəri üzərinə 3 faiz ticarət əlavəsi və ƏDV əlavə olunmaqla xx.xx.2021-ci il tarixli **********2282 nömrəli məsuliyyət qərarı ilə 205263,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********2282 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Vergi orqanı tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinə səbəb malları elektron qaimə-faktura verilmədən satmağı olmuşdur. Yəni guya tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Operativ vergi nəzarəti tədbiri keçirilən vaxt (2021-ci ilin oktyabr ayı) Vergi Məcəlləsinin qüvvədə olmuş mətnində operativ vergi nəzarətinin əvvəlki dövrlərdə edilmiş əməliyyatlara görə keçirilməsi nəzərdə tutulmamışdır. Yəni operativ vergi nəzarəti konkret hal üzrə keçirilir və həmin vaxt aşkar edilən qanun pozuntusuna görə məsuliyyət tədbiri görülür. Lakin iddiaçıya maliyyə sanksiyası operativ vergi nəzarəti tədbiri keçirilən vaxtdan əvvəlki dövrlərdə etdiyi əməliyyatlara görə tətbiq edilmişdir ki, bu da qanunaziddir. Belə ki, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi halı məhz operativ vergi nəzarəti keçirilən vaxt aşkar olunsa idi, iddiaçıya maliyyə sanksiyası tətbiq edilə bilərdi. İddia tələbi Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü, 36.3-cü, 83.3-cü maddələri ilə əsaslandırılmışdır. Vergi Məcəlləsinin 2022-ci ilin 01 yanvar tarixindən qüvvəyə minmiş 58.17-ci maddəsinə əsasən isə operativ vergi nəzarəti tədbirinin əvvəlki dövrləri də əhatə edə bilməsi dolayısı ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi vergi qanunvericiliyi malların pərakəndə satışına görə elektron qaimə-faktura təqdim edilməsini deyil, qəbz və ya nəzarət-kassa aparatının çekinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, elektron qaiməfaktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən satılmışdır. Halbuki 58.13-cü maddə malların pərakəndə deyil, topdansatışı zamanı tətbiq edilir. Həmçinin, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmırdı. İddiaçı məhz anbarından idxal etdiyi faktura üzrə real dəyəri 1184029.9 manat, statistik dəyəri 1726 894.036 (ƏDVsiz) manat olan malların 1 342213 manata pərakəndə qaydada NKA çeki ilə satmışdır. Lakin vergi orqanı NKA çeki vasitəsilə satdığı ******* manatlıq malları nəzərə almayaraq iddiaçıya bu mallara görə də maliyyə sanksiyası tətbiq etmişdir. Analoji məsələ ilə bağlı hazırda vahid məhkəmə təcrübəsi mövcuddur və hüququn tətbiqində konkret yanaşma müəyyən edilmişdir. Belə ki, AK Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1076/2021 saylı qərarında bununla baglı mövqeyi qeyd edilmişdir. Vergi orqanı tərəfindən gəlir və mənfəət vergisi məqsədləri üçün malların dəyəri kimi, faktura dəyəri əsas götürülərək vergilər hesablanır. Vergi orqanı heç bir halda malın Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunan statistik dəyərinə istinad etmir. Statistik dəyər əsasında təqdim olunan hesabatlara isə faktura dəyərini nəzərə alaraq vergiləri yenidən hesablayırlar. Belə ki, 2020-ci ilin dekabr ayından 2021-ci ilin oktyabr ayınadək anbara faktura üzrə real dəyəri 1184 029.9 manat, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmış statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat dəyərində müxtəlif növdə mallar idxal olunmışdur. Faktura üzrə real dəyəri 1184029.9 manat olan həmin mallara ticarət əlavəsi tətbiq edilməklə onların ******* manata pərakəndə qaydada NKA çeki ilə satılmışdır. Lakin operativ vergi nəzarəti zamanı qanun pozuntusu məbləği kimi malların statistik dəyəri olan 1726141.2 (ƏDV-siz) manat əsas götürülməklə həmin məbləğin üzərinə 18 faiz əlavə dəyər vergisi və 3 faiz ticarət əlavəsi gəlinərək malların qiyməti süni şəkildə şişirdilərək ******* manat müəyyən olunaraq həmin məbləğin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bu halda malların statistik dəyərinin əsas götürülməsindən başqa digər bir qanun pozuntusu malın dəyərinin üzərinə ƏDV-nin gəlinməsidir. Belə ki, məlum olduğu kimi malın maya dəyərinə ƏDV daxil deyil. Qeyd edilənlər səbəbindən hesab edilsə ki, tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur, bu halda maliyyə sanksiyası malların real qaimə dəyərinin (1184029.9 manat) üzərinə ticarət əlavəsi gəlinərək alınan dəyər olan ******* manata tətbiq edilməli idi. Belə olan halda tətbiq edltməli maliyyə sanksiyasının məbləği 205 263,1 manat deyil, 134 221,3 manat olmalı idi. Bütün bunlardan əlavə operativ vergi yoxlamasının nəticəsi barədə yazılmış 006027 saylı akt prosessual pozuntuya yol verilməklə tərtib edilmişdir. Belə ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********495 saylı qərarda və xx.xx.2021-ci il tarixli KY211675304 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışına əsasən yoxlamanın Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən açılması qeyd olunsa da, operativ yoxlamanın nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 006027 saylı akt Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilməklə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, 36- 27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 11:30-da iddiaçıya məxsus olan anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021ci il tarixli 006027 nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt iddiaçıya təqdim edilsə də, o aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 006027 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və iddiaçı barəsində 205263,1 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbardan başqa heç bir yerdə obyektim və saxlancda malım yoxdur. İş vaxtı həftənin 7 günü səhər saat 09:00-dan axşam saat 18:00-dəkdir. Satılan mallara 3% ticarət əlavəsi tətbiq edilir.” Eyni zamanda iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatda da qeyd etmişdir ki, “tərəfimdən idxal olunmuş ******* manat dəyərində mallara 3% ticarət əlavəsi tətbiq edilməklə digər vergi ödəyicilərinə satılmışdır. Hal-hazırda anbar qalığım 0 (sıfır) manat təşkil edir”. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6495 nömrəli qərarda göstərilmiş müddət, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Eyni zamanda, Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən, Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı səyyar vergi yoxlamasına aid olan yuxarıda sadalanan müddəalar tətbiq edilir. Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub- olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növü kişi geyimlərinin pərakəndə satışı, digər fəaliyyət növü kimi isə uşaq geyimlərinin pərakəndə satışı qeyd edilmiş, lakin idxal etdiyi mallar tamamilə fərqli mallar olmuşdur (nümunə: plastmasdan pəncərə silənlər, qulaq təmizləyən çöplər, paltar yuyan maşınların ehtiyat hissələri, motorları, ət çəkən maşınların ehtiyat hissələri, saç üçün rezinlər, elektrik samovarlar, mətbəx üçün qaşıqlar, meyvə qurudan aparatlar, süni güllər, masaüstü bayraqlar və s.) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 2099151,78 manat məbləğində mal topdan şəkildə satılmışdır. Buna görə iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********859900 nömrəli qərarından görünür ki, iddiaçının operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 006026 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumatdan görünür ki, iddiaçının (VÖEN **********) xx.xx.2020-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 kodu olan anbarı təsərrüfat subyekti kimi qeydiyyata alınmış, əsas fəaliyyət kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı"dır. **********4 saylı “Nəzarət kassa aparatının qeydiyyat vərəqəsi”ndən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********- 11001 kodu olan anbar təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatı qeydiyyatdan keçirilmişdir. PKS-in qeydiyyata alınması xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ev Heybət D/Y-sının Cənubu Lökbatan – Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən **********-11001 kodu olan anbar təsərrüfat subyektində nəzarət-kassa aparatı quraşdırılmışdır. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********6495 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi Karvan Ticarət Mərkəzində yerləşən B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarix daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********6499 saylı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” qərarından görünür ki, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. xx.xx.2021-ci il tarixli KY211675304 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarix daxil olmaqla) dövrü əhatə edən iddiaçının fəaliyyət göstərdiyi Karvan Ticarət Mərkəzində yerləşən B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarı qeydiyyatdan keçirilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, iddiaçının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 205.263.10 manat məbləində vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, həmin tarixə iddiaçıya 356.079.74 manat məbləğində vergi borcu hesablanmışdır. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən **********-11001 №-li obyekt kodu verilmiş, 33 kv.m sahəsi olan B6-27a №-li anbar binasını iddiaçı icarəyə götürmüşdür. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin hallarına görə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********6495 saylı qərarı ilə iddiaçının fəaliyyət göstərdiyi Karvan Ticarət Mərkəzində yerləşən B6-27A nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə - fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarix daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-takıurasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********859900 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli **********2282 nömrəli qərarını məhkəmədə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əsassız olmaqla qanunvericiliyin aşagıdakı müddəaları ilə ziddiyyət təşkil edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə - material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (...) 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.17. Bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti; 3.1. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergiödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan və topdansatış fəaliyyəti göstərən şəxslərdən satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir 3.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır.

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2. Vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə verilmədən 2052630,95 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 006027 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********2282 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasan 205,263.10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki iddiaçı topdan deyil, pərakəndə satışla məşğul olmuşdur. Belə ki, iddiaçının vergi orqanında rəsmi qeydiyyatda oldugu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan dairəsi yaxınlığı, Karvan ticarət mərkəzi, B6-27A nömrəli ünvandakı anbarda əsas fəaliyyəti kodu "47191: İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərkandə satışı" olmuşdur. Həmiçinin, PKS-in qeydiyyata alınması xx.xx.2020-ci il tarixli aktla həmin ünvanda yerləşən **********-11001 kodu olan anbar təsərrüfat subyektində nəzarət-kassa aparatı quraşdırılmış, qeydiyyatdan keçirilərək **********4 saylı “Nəzarət kassa aparatının qeydiyyat vərəqəsi” verilmişdir. Bunlar iddiaçının pərakəndə satışla məşğul olduğuna dəlalət edir. Məhkəmə vurgulayır ki, Vergi Məcəlləsinin 13.2-ci maddəsinin tələbinə görə pərakəndə satış-malların alıcıya satışının son istehlak məqsədi ilə qəbz və nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura təqdim edilir. Topdansatış-malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. İddiaçıya aid obyektdə fəaliyyət növü parakəndə satışın həyata keçirilməsi üçündur. Yoxlama aparılan təsərrüfat subyekti də parakəndə satış növü ilə məşğul olmuş və belə fəaliyyətlə bağlı malların alıcıya satışı istehlak məqsədi ilə nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilmişdir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciət daxil olması barədə məlumat olmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq niyyəti məqsədləri üçün həyata keçirildiyini bildirmiş, lakin etirazının əsasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Parakəndə topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlili əsaslı sayıla bilməz. Cavabdeh qəbul etdiyi inzibati aktlarla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə- faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasınm tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə vurğulayır ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əməl olunmaması vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir və Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinin tələbi pozulduğu təsdiq olunduqda Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq oluna bilər. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (VÖEN **********) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********2282 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı (VÖEN **********) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********2282 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar